Məhkəmə qərarları › İş №1(076)-203/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-203/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-203/2025 20.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Kür qəsəbəsi, Səttarxan küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşayan, 17 mart 2025-ci il tarixdə tərəfimdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 10 radələrində Şəmkir rayonu, Yeniabad kəndinin ərazisində tanışı Zərərçəkmiş şəxs onun icarə əsasında istifadəsində olan torpaq sahəsində özünə məxsus iribuynuzlu heyvanları otarması və həmin torpaq sahəsinin ona məxsus olmasını iddia etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdiyinə görə sonuncudan qisas almaq məqsədilə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə qəsdən zərbə ilə vuraraq ona burun nahiyəsinin şişkinliyi, burun yəhərinin əzilmiş səthi yarası və sol gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. O, rəsmi olaraq heç bir yerdə işləmir, təsərüffat işləri və heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs tanıyır, onu tanımağına baxmayaraq onunla aralarında narazılıqları vardır. Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Aqil adlı şəxsdən Şəmkir rayonu, Yeniabad kəndi ərazisində yerləşən 2,5 hektar torpaq sahəsini 2025-ci ilin mart ayınadək xırdabuynuzlu heyvanlarını otarmaq üçün 450 manata almış, onun Aqil adlı şəxsdən aldığı torpaq sahəsi Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi ilə qonşu sahədir. Aqildən aldığı torpaq sahəsində 2024-cü ilin noyabr ayından xırdabuynuzlu heyvanlarını otarır. Zərərçəkmiş şəxs da onun aldığı torpaq sahəsinə qonşu olan sahəsində hər gün demək olar ki, öz heyvanlarını otarır. Zərərçəkmiş şəxsla onların arasında bu hadisədən əvvəl neçə dəfələrlə münaqişələri baş vermiş, aralarında narazılıq olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Aqil adlı şəxsdən aldığı torpaq sahəsinin yaxınlığında yerləşən torpaq sahəsinə gedən zaman Zərərçəkmiş şəxs həmin vaxt Aqildən aldığı torpaq sahəsində özünə məxsus xırdabuynuzlu heyvanları otardığını görüb onun yanına yaxınlaşaraq nə üçün Aqildən icarəyə götürdüyü torpaq sahəsində yoncanı xırdabuynuzlu heyvanlarına otardığını demiş, ona yaxşı etdiyini deyərək “sən Kür qəsəbəsində yaşayırsan, nə üçün Aqil Kür qəsəbəsində yaşayan şəxsə satır” sözlərini deyərək ona qarşı söyüşlər etməyə başlamış, onun yanına yaxınlaşaraq onu əli ilə itələmiş və o yerə yıxılmışdır. Onu əli ilə itələdikdən sonra çıxıb sahədən öz evlərinə getmiş, sonradan məlumatı olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə şikayət edibdir. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və onunla aralarında normal münasibətlər olmuşdur. Lakin son vaxtlar onların aralarında Şəmkir rayonu, Yeniabad kəndində yerləşən torpaq sahəsi ilə bağlı mübahisələri yaranmışdır. Belə ki,onun Şəmkir rayonu, Yeniabad kəndində yerləşən 1,40 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsində o, özünə məxsus iribuynuzlu heyvanlarını otarır. 2024-cü ilin mart ayında o, Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsində heyvan otardığını görmüş və onunla söhbət edərək həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Bu zaman Sübhan torpaq sahəsini bir nəfər şəxsdən icarə əsasında aldığını və heyvan otarmaq məqsədi ilə istifadə etdiyini söyləmişdir. Bundan sonra onların aralarında torpaqla bağlı mübahisələri yaranmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 10 radələrində o, torpaq sahəsində heyvan otardığı zaman Sübhan heyvan otaraotara onun yanına gəlmiş, o, bir daha ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmiş və bu zaman onların arasında mübahisə olmuşdur. Mübahisə zamanı ani bir vaxtda Sübhan baş zərbəsi ilə onun burun nahiyəsindən vurmuş və müvazinətini itirərək yerə yıxılmışdır. Bu zaman Sübhan onun yıxıldığını görərək onun yanından qaçmışdır. O, əlini burnuna vuran zaman burnundan qan gəldiyini görmüş, o, əlini burnuna tutub qan gəlməsin deyə tuturaq evə getmişdir. O, evə çatan zaman oğlu Şahid1 onun burnundan qan gəldiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onu vurub xəsarət yetirməsi ilə bağlı Azərbaycan Respeublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermişdir. Onun müraciətindən sonra Kür polis bölməsinin əməkdaşları yaşadıqları ünvana gəlmiş və döyülməsi ilə bağlı ərizə yazmışdır. Sonra o, Şəmkir rayon Mərkəzi xəstəxanasına getmiş və xəstəxananın həkimləri tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 06 fevral 2025-ci il tarixli 76 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən onun bədən səthində aşağıdakı xəsarətlər- burun nahiyəsinin şişkinliyi, burun yəhərinin əzilmiş səthi yarası və sol gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün sınığı Küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Törənmə müddətləri 05 fevral 2025-ci il tarixə uyun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül Zərəvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Kür qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 10 radələrində Şəmkir rayonu, Yeniabad kəndinin ərazisində tanışı Zərərçəkmiş şəxs onun icarə əsasında istifadəsində olan torpaq sahəsində özünə məxsus iribuynuzlu heyvanları otarması və həmin torpaq sahəsinin ona məxsus olmasını iddia etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdiyinə görə sonuncudan qisas almaq məqsədilə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə qəsdən zərbə ilə vuraraq ona burun nahiyəsinin şişkinliyi, burun yəhərinin əzilmiş səthi yarası və sol gözaltı nahiyənin qançırı ilə müşayiət olunan burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 46 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 46 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar