Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-204/2025 02.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 18 sentyabr 2024-cü il tarixdə saat 06 radələrində BC kateqoriyalı, AE 224858 seriya nömrəli, xx.xx.2027-ci il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi əsasında idarə etdiyi AD №497396 seriya nömrəli şəhadətnamə ilə özünə məxsus “QAZ 33021 yük” markalı, **-OL-*** dövlət qeydiyyat nömrə nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu Çənlibel kəndindən keçən hissəsində Gədəbəy rayonu istiqamətində hərəkətdə olan zaman “X2” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması barədə tələbini pozaraq onunla əks istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxaraq həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 başın, alt dodağın, sol əlin üst səthinin, sol və sağ dizin, sağ baldırın əzilmiş-çapılmış yaraları, alt çənə sümüyünün ön dişlərə məxsus alveo çıxıntılarının yerdəyişən sınığı, sol bazu sümüyünün cərrahi boyunun qapalı, qəlpəli, yerdəyişən sınığı, sol bud sümüyünün orta üçdə birinin, sağ bud sümüyünün aşağı üçdə birinin yerdəyişmiş sınıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, həmçinin “VAZ 21214” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 isə başın tüklü hissəsində alın nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin tüksüz hissəsinin sağ yarısının, sol almacıq nahiyəsinin sıyrıqları, hamiləliyin pozulması, qaraciyərin cırılmış yarası və daxili qanaxma ilə müşayiət olunan qarının qapalı travması, sol budun aşağı üçdə birinin ön səthinin əzilmiş-cırılmış yarası ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, özünə məxsus “QAZ 33021” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var və həmin avtomobili idarə etmək üçün hər bir sənədi, o cümlədən sürücülük vəsiqəsi var. Təxminən beş il olar ki, o, hər il sentyabr ayında Gədəbəy rayonundan kələm alıb aparıb Bakı şəhərində “Meyvəli ticarət mərkəzində” sataraq ailəsini dolandırır. 18 sentyabr 2024-cü il tarixdə, saat 03 radələrində o, həmkəndlisi Şahid2 ilə birlikdə kələm almaq üçün Ağdaş rayonundan Gədəbəy rayonuna doğru yola düşmüşdür. Həmin gün saat 07 radələrində Şəmkir rayonu, Çənlibel kəndi ərazisində Gədəbəy istiqamətində hərəkətdə olan zaman yorğun olduğu üçün sükan arxasında yuxulamışdır. Onun idarə etdiyi “QAZ 33021” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq qarşıdan gələn “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. O, hadisədən sonra oyanmış, təlaş içində avtomobildən düşərək “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış və xəsarət alanların olduğunu görüb təcili tibbi yardıma zəng vurub yaralıların olduğunu bildirmişdir. Elə həmin vaxt kənd sakinləri hadisə yerinə toplaşmış, adları sonradan ona məlum olan Şahid1 və Zərərçəkmiş şəxs1 avtomobildən çıxarmışlar. Həmin an o və Şahid2 “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəf qapısını açıb sürücünü düşürməyə çalışmış, lakin sürücü tərəf qapı sıxışdığı üçün sürücünü çıxara bilməmişlər. Buna görə də o, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir. Təcili tibbi yardım maşınları gələrək Şahid1 və Zərərçəkmiş şəxs1 Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bir neçə dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin xüsusi xilas etmə qrupu gəlmiş, “laqonda” ilə “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəf qapısını kəsərək içəridə sıxışmış halda olan Zərərçəkmiş şəxs2 avtomobildən çıxarmış və sonuncunu təcili tibbi yardım maşını Şəmkir Rayon Mərkəzi Xəstaxanasına aparmışdır. Qəza zamanı o, xəsarət almadığı üçün xəstəxanaya müraciət etməmişdir. Daha sonra Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək, hadisə yerinin şəkillərini çəkmiş və onları Şəmkir Rayon Polis Şöbəsinə aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə yol nəqliyyat hadisə zamanı spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olmamışdır, hərəkətdə olan zaman sükan arxasında yuxuladığı üçün qarşıdan gələn VAZ 21214 markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmişəm və onun idarə etdiyi yük avtomobili qarşı hərəkət zolağına çıxaraq qarşıdan gələn Vaz 21214 markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi yük avtomobilində yük olmamış, sürəti saatda 50-60 kilometr olmuş və heç bir xəsarət almamışdır. Hazırda zərərçəkmiş şəxslərlə razılıq əldə edərək barışmış və onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, anası Şahid1 Mədət qızına məxsus “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili o, etibarnamə əsasında idarə etmişdir. Həmçinin avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsi olmuşdur. 18 sentyabr 2024-cü il tarixdə, təxminən saat 07 radələrində anası Şahid1 Mədət qızı ilə birlikdə qardaşının arvadı Zərərçəkmiş şəxs1 hamiləliklə bağlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yoxlanışa aparmaq məqsədilə “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy-Şəmkir yolunda Şəmkir istiqamətində hərəkətdə olmuşlar. Avtomobili o, idarə etmişdir, anası Şahid1 qabağda sərnişin oturacağında, gəlinləri Zərərçəkmiş şəxs1 isə arxa oturacaqda əyləşmişdir. Həmin gün saat 07 radələrində Gədəbəy-Şəmkir yolunun Şəmkir rayon, Çənlibel kəndi ərazisində Şəmkir istiqamətində maşınla hərəkətdə olan zaman qarşı hərəkət zolağı ilə hərəkətdə olan “QAZ 33021” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxmasını görmüşdür. O, qəzadan yayınmaq üçün idarə etdiyi avtomobili öz hərəkət zolağında mümkün qədər sağ tərəfə çəkməyinə baxmayaraq “QAZ 33021” markalı **-OL- *** dövlət qeydiyyat nişanlı avtomobil onun üzərinə gəlməyə davam etmişdir. Nəticədə Gədəbəy rayonu, Çənlibel kəndi ərazisində Şəmkir istiqamətində yolun sağ tərəfində torpaq hissədə nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Onlara ətrafda olan kənd camaatı köməklik etmişdir. Anası Şahid1 və gəlinləri Zərərçəkmiş şəxs1 kənd camaatı maşından çıxarmışdır. O, maşının içərisində sıxışıb qaldığı üçün Fövqəladə Hallar Nazirliyinin xüsusi xilas etmə qrupu “laqonda” ilə maşının qapısını kəsərək onu maşının içərisindən çıxartmışdır. Onu təcili tibbi yardım maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra ele həmin gün onu Gəncə şəhərinə Abbas Səhət xəstəxanasına aparmışlar. Gəncə şəhər xəstəxanasında təxminən 9-10 gün müalicə olunmuşdur. 27 sentyabr 2024-cü il tarixdə əməliyyat olunmağı üçün onu Bakı şəhərinə Travmatologiya və Ortopediya İnstitutuna aparmışlar. İki ayağından və sol çiynindən əməliyyat olunduqdan sonra 08 oktyabr 2024-cü il tarixədək orada müalicə olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman spirtli içki qəbul etməmişdir, Qaz 33021 markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 5-10 metr məsafədən görmüşdür, avtomobil onun üzərinə gələn zaman o, idarə etdiyi avtomobili nə qədər yolun sağ kənarına çəksə də qəzadan yayına bilməmiş və nəticədə toqquşma baş vermişdir. Yol nəqliyyat hadisəsindən sonra o, tam özündə olmadığı üçün Təqsirləndirilən şəxs hansı hərəkətləri etməsinə diqqət yetirə bilməmiş, qəza baş verən zaman onların maşından çıxarılmasina kənd sakinləri köməklik etmişdir. Qəza zamanı idarə etdiyi avtomobilin sürəti saatda 50-55 kilometr olmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Belə ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 WHATSAPP sosial şəbəkəsi vasitəsi ilə video zəng edilərək, məhkəmə iclasında bağlantı yaradılarkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişirdi ki, 18 sentyabr 2024-cü il tarixdə, saat 07 radələrində hamiləliyi ilə bağlı olaraq həkim yoxlanışı üçün qaynanası Şahid1 Mədət qızı və qaynı Zərərçəkmiş şəxs2 ilə birlikdə qaynanası Şahid1 məxsus “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir Rayon Mərkəzi Xəstaxanasına doğru yol gedərkən avtomobili qaynı Zərərçəkmiş şəxs2 idarə etmişdir. Qaynanası Şahid1 qabaqda sərnişin oturacağında, o, isə arxa oturacaqda əyləşmişdir. Gədəbəy-Şəmkir istiqamətində hərəkətdə olarkən o, maşının arxa oturacağında yatmışdır. 18 sentyabr 2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman o, yatmış olduğu üçün heç nədən xəbəri olmamışdır. O, Şəmkir Rayon Mərkəzi Xəstaxanasında oyanmışdır. O, özünə gəldikdə Şəmkir Rayon Mərkəzi Xəstaxanasının həkimləri ona yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını demişlər. Xəstəxanada əvvəlcə onun sol ayağına tikiş qoymuşlar. Elə həmin günü onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qaraciyər əməliyyatına almışlar. Əməliyyatdan üç gün sonra onun səhhətində yaranmış problemlərlə bağlı olaraq hamiləliyi pozulmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun övladıdır. Zərərçəkmiş şəxs1 isə onun gəlinidir. 18 sentyabr 2024-cü il tarixdə səhər saatlarında gəlini Aygünü hamiləliyi bağlı həkim müayinəsinə, Şəmkir rayon mərkəzi xəstəxanasına, aparmaq üçün oğlu Turanla birlikdə ona məxsus “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir istiqamətində yola çıxmışlar. Avtomobili etibarnamə əsasında oğlu Turan idarə etmişdir. Avtomobil Gədəbəy-Şəmkir istiqamətində hərəkətdə olarkən o, qabaqda sərnişin oturacağında, gəlini isə arxa oturacaqda oturmuşdur. Təxminən saat 07 radələrində onlar Şəmkir rayon Çənlibel kəndində Şəmkir istiqamətində maşınla hərəkətdə olan zaman qarşı hərəkət zolağı ilə hərəkətdə olan “QAZ 33021” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların üzərinə gəldiyini görmüşdür. Oğlu Zərərçəkmiş şəxs2 qəzadan yayınmaq üçün idarə etdiyi avtomobili hərəkət istiqamətində sağ tərəfə çəkmişdir. Lakin buna baxmayaraq qəzadan yayına bilməmiş yolun sağ tərəfində torpaq hissədə “QAZ 33021” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşlar. Qəzadan sonra kənd sakinlərindən tanımadığı iki kişi qolundan tutaraq onu maşından çıxarmışlar. O, həmin şəxslərə gəlini Aygünün də maşında arxada olduğunu demişdir. Bundan sonra kənd sakinləri gəlini Aygünü də maşından çıxarıb onun yanına uzatmışlar. Kənd sakinləri Təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişlər. Bir neçə dəqiqə sonra ard-arda iki təcili tibbi yardım maşını hadisə yerinə gəlmiş, gəlini Aygünü və onu Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərildikdən sonra müayinə olunmağı üçün elə həmin gün onu Gəncə şəhər Beynəlxalq klinikasına göndərmişlər. Müayinə olunduqdan sonra səhhətində ciddi problemlər olmadığı üçün evə buraxılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsindən sonra o, tam özündə olmadığı üçün Təqsirləndirilən şəxs hansı hərəkətləri etməsinə diqqət yetirə bilməmiş, qəza baş verən zaman onların maşından çıxarılmasina kənd sakinləri köməklik etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin X3 bölməsində yol patrul xidməti inspektoru vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. İfadə verməyinin səbəbi ona tam aydındır. Ağdaş rayonu, Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu yolnəqliyyat hadisəsi zamanı xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, X4 bölməsinin inspektoru kimi vəzifə borcunun baş vermiş yol-nəqliyyat hadisəsi haqqında məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, hadisə yerində bütün mexanizim və incəliklərə diqqət yetirib qorumaqdan ibarət olduğunu bildirmişdir. 18 sentyabr 2024-cü il tarixdə, saat 06 radələrində Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu, Çənlibel kəndi ərazisidən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi və xəsarət alanların olması barədə Şəmkir rayon Polis şöbəsinin məsul növbətçisindən məlumat aldıqdan sonra dərhal həmin tarixdə onunla xidmətdə olan Şəmkir rayon Polis şöbəsinin X3 bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı Şahid4 ilə hadisə yerinə getmişdir. Şəmkir rayonu, Çənlibel kəndi ərazisinə çatdıqda hadisə yerində adları sonradan ona məlum olan Təqsirləndirilən şəxs “QAZ 33021” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gədəbəy istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxulaması səbəbindən qarşı hərəkət yoluna çıxaraq Şəmkir rayonu istiqamətində hərəkətdə olan “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Qeyd etmişdir ki, “QAZ 33021” markalı, **-OL-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin içərisində sürücüdən əlavə bir nəfər sərnişinin olması ona məlum olmuşdur. Adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 21214” markalı, **-LL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində isə sürücüdən əlavə iki nəfər xanım sərnişin olmuşdur və hər üçü müxtəlif dərəcəli xəsarətlər almışdır. “VAZ 21214” markalı avtomobildə xəsarət almış iki nəfər xanım sərnişin ətrafdakı insanların köməkliyi ilə avtomobilin içərisindən çıxarılmış, sürücü Zərərçəkmiş şəxs2 isə avtomobilin içərisində sıxışıb qalmışdır. “QAZ 33021” markalı, **- OL-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs Təcili tibbi yardıma və Fövqalədə Hallar Nazirliyinin qaynar xəttinə zəng edərək baş vermiş hadisə barədə məlumat verməsini adlarını xatırlamadığı şəxslərdən eşitmişdir. Fövqalədə Hallar Nazirliyinin xüsusi xilas etmə qrupunun köməkliyi ilə “VAZ 21214” markalı avtomobildə sıxışıb qalmış Zərərçəkmiş şəxs2 avtomobildən çıxarılmış və xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparılmışdır. Onlar həmin vaxt hadisə yerinin muhafizəsini təmin etmişlər, təhqiqatçı tərəfindən onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, daha sonra onun və hal şahidlərinin iştirakı ilə protokol tərtib edilmiş, ucadan oxunmuş və protokola heç bir etiraz olmadığından protokol imzalanmışdır. Onlar “QAZ 33021” markalı, **-OL-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs Şəmkir rayon mərkəzi xəstəxanasına aparıb orada onun sərxoş olub-olmamasını yoxladıb Şəmkir Rayon Polis Şöbəsinə gətirib təhvil vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Şəmkir rayonu, Çənlibel kəndi ərazisinə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə çatdıqda “QAZ 33021” markalı, **-OL-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Yol-nəqliyyat hadisi yerinə baxış keçirilməsi haqında” 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində asfalt yolda Şəmkir rayonu istiqamətində hərəkətdə olan “VAZ-21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy rayonu istiqamətində hərəkətdə olan “QAZ-33021” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində, “VAZ-21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində yolun sağ tərəfindən mərkəzə doğru 0,9 metr məsafədə baş vermişdir. Hadisə gündüz vaxtı baş vermişdir, yol 7 metr asfalt örtüklü olmaqla eniş və düzdür, həmin yol nizamlanmayan, yol hərəkət nişanları olmayan, işıqlandırılmayan birtərəfli olmaqla iki hərəkət zolağından ibarətdir, hərəkət zolaqlarını ayıran xətlər yoxdur, yolun hər iki hissəsində səki olmamaqla torpaq ərazi vardır. Hər iki avtomobil toqquşmadan sonra mayeləri yola tökülmüş halda Gədəbəy rayonu istiqamətində dayanmış vəziyyətdə olmuşdur. “VAZ-21214” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq oturacağında qırmızı rəngli qana bənzər izlər aşkar edilmişdir. Hadisə zamanı görünmə şəraiti kifayət qədərdir, şin və ya tormozlama izləri aşkar edilməmişdir. 18 sentyabr 2024-cü il tarixli sərxoşluğun yolnalılmasına dair alkotester qəbizindən görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİ TBŞ-si tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək “BC” kateqoriyalı, AZ-224858 saylı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 23 sentyabr 2024-cü il tarixli 925 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər– başın tüklü hissəsində alın nahiyəsinin əzilmiş yarası, alın nahiyəsinin tüksüz hissəsinin sağ yarısının, sol almacıq nahiyəsinin sıyrıqları, hamiləliyin pozulması, qaraciyərin cırılmış yarası və daxili qanaxma ilə müşayət olunan qarının qapalı travması, sol budun aşağı üçdə birinin ön səthinin əzilmiş-cırılmış yarası KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 18 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Gədəbəy rayon şöbəsinin 02 noyabr 2024-cü il tarixli 505 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər– başın, alt dodağın, sol əlin üst səthinin, sol və sağ dizin, sağ baldırın əzilmişçapılmış yaraları, alt çənə sümüyünün ön dişlərə məxsus alveo çıxıntılarının yerdəyişən sınığı, sol bazu sümüyünün cərrahi boyunun qapalı, qəlpəli, yerdəyişən sınığı, sol bud sümüyünün orta üçdə birinin, sağ bud sümüyünün aşağı üçdə birinin yerdəyişmiş sınıqları KÜT əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 18 sentyabr 2024cü il tarixli avtomobil qəzası–avtomobillərin toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 25 noyabr 2024-cü il tarixli 8/2888 nömrəli rəyindən görünür ki, 1.2. Təhqiqat tərəfindən göstərilən şəraitdə VAZ- 21214 markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. 3.4. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ-33021 markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X2” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş RİHB-nın Orta Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. №-İ-25352 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə, saat 06 radələrində idarə etdiyi “QAZ-33021” markalı, **-OL- *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Məhkəmə istintaqında sübuta yetirildi ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, ağır və az ağır xəsarət almış zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 128 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Şəmkir Rayon Prokurorluğuna göndərilməlidir. İş üzrə maddi sübut olan QAZ-33021 markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, VAZ-21214 markalı, **-LL-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş materiallarından müəyyən edildi ki, Şəmkir rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 17 saat vaxt sərf etmişdir. Ona görə də, 140 (bir yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 344-347, 356, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 140 (bir yüz qırx) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. İş üzrə maddi sübut olan “QAZ-33021” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və VAZ-21214 markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-204/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-204/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver