Məhkəmə qərarları › İş №1(076)-207/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-207/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-207/2025 16.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi:Müdafiəçi2 iştirakları ilə xx xxxx 1984–cü il tarixdə Ermənistan Respublikası anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə saat 22 Şəmkir rayonu Yasamal aşırımı deyilən ərazidə Şəmkir rayonu Çənlibel kənd sakini Zərərçəkmiş şəxs ilə arasında birincinin Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsinə görə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sol gözaltı nahiyənin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilib məhkəmə baxışı iclasında ifadəsində göstərdi ki Zərərçəkmiş şəxs onun həmkəndlisidir və aralarında normal münasibətlər oımuşdur. xx.xx.2025-ci il tarixdə o, digər həmkəndliləri Şahid və X1 ilə birlikdə Rövşən Yusibova məxsus Vaz 21064 markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna gəlmişlər. Onlar Şəmkir rayonunda yerləşən bazarda Abdulla ilə görüşmüşlər və yemək üçün kafeyə getmişlər. Onlar kafedə təxminən 1 saat oturduqdan sonra kəndə getmək üçün kafedən çıxmışlar və birlikdə Rövşənə məxsus avtomobillə Şəmkir rayonu Çənlibel kəndinə yola düşmüşlər. Həmin zaman avtomobildə o ön sağ oturacada, Abdulla arxa sol. Yunis isə arxa sağ oturacaqda oturmuşdur. Onlar bir qədər avtomobil ilə yol gəldikdən sonra Abdulla ilə Yunis öz aralarında şəxsi münasibətləri zəmində adi sözlə mübahisə etməyə başlamışlar. Həmin zaman o, sərxoş olduğu üçün Abdulla ilə Yunisin hansı səbəblə mübahisə etdiklərini müəyyən edə bilməmişdir. Lakin mübahisə zamanı Abdula Şəmkir rayonu. Çənlibel kəndində yaşayan şəxslərin ünvanına nalayıq ifadələr işlətmişdir. Belə olan halda Rövşən idarə etdiyi avtomobili yolun kənarında saxlamış və Yunis ilə Abdulla söhbət etmək üçün avtomobildən düşmüşlər. Abdulla və Yunis bir-birini əl zərbəsi ilə vurduqları üçün o, mübahisəyə müdaxilə etmək məqsədi ilə dərhal avtomobildən düşmüşdür O, Abdulla ilə Yunisi sakitləşdirib aralamış və həmkəndli olduqlarını, həmçinin mübahisə etməmələrini izah etmişdir. Həmin zaman Abdulla onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş və onu yumruqla vurduğu üçün o, əsəbləşərək 5-6 dəfə Abdullanın sifət nahiyəsindən yumruqla vuraraq Abdullanı döymüşdür Belə olan halda Yunis və Rövşən mübahisəyə müdaxilə edərək onları aralamışlar Mübahisədən sonra Abdulla onunla birlikdə getmək istəmədiyini söylədiyi üçün onlar Rövşənə məxsus avtomobillə yaşadıqları kəndə gəlmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, Abdulla onun barəsində şikayət etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, buna nail ola bilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs və Şahid onun həmkəndliləridir və aralarında normal münasibətlər vardır. xx.xx.2025-ci il tarixdə Əlyar və Yunis digər həmkəndlisi X1 ilə Rövşən Yusibova məxsus avtomobillə Şəmkir rayonuna gəlmələri barədə onunla mobil telefon əlaqəsi saxlamışlar və onlar yemək yeyib spirtli içki içmək üçün Şəmkir rayonunda yerləşən bazarda görüşmüşlər Onlar orada yerləşən adsız kafeyə gedib yemək yeyib spirtli içki qəbul etdikdən sonra saat 22 radələrində Şəmkir rayonu, Çənlibel kəndinə yolda düşmüşlər Həmin zaman avtomobili Rövşən Yusibov idarə etmiş və Rövşən Yusibov sprıtii içki qəbul etməmişdir. Onlar Şəmkir rayonu Yasamal aşırımı deyilən əraziyə çatdıqda Yunis onun qardaşı Məhəbbət İsmayılov ilə küsülü olduğu üçün ona iradını bildirmiş və avtomobildə olan zaman onların arasında adi sözlə mübahisə olmuşdur. Onların mübahisə etdiklərini görən Rövşən idarə etdiyi avtomobili yolun kənarında saxlamış və Yunis ilə o. söhbət etmək üçün avtomobildən düşmüşlər. Onlar avtomobildən düşüb söhbət etdikləri zaman Yunis onu əl zərbəsi ilə vurduğu üçün o, da Yunisi əl zərbəsi ilə vurmuşdur. Bu zaman avtomobildə olan Əlyar onların mübahisə etdiyiklərini görüb onların yanına gəlmiş və Əlyarda əl zərbəsi ilə onun sifət nahiyəsinə və göz nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir və aralarında normal münasibətlər olmuşdur. xx.xx.2025-ci ıl tarixdə o, digər həmkəndliləri Təqsirləndirilən şəxs və X1 ilə birlikdə Rövşən Yusibova məxsus Vaz 21064 markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna gəlmişlər. Onlar Şəmkir rayonunda yerləşən bazarda Abdulla ilə görüşmüşlər və yemək üçün kafeyə getmişlər. Onlar kafedə təxminən 1 saat oturduqdan sonra kəndə getmək üçün kafedən çıxmışlar və birlikdə Rövşənə məxsus avtomobillə Şəmkir ravonu, Çənlibel kəndinə yola düşmüşlər. Həmin zaman avtomobildə Əlyar ön sağ oturacada, Abdulla arxa sol, mən isə arxa sağ oturacaqda oturmuşdur. Onlar bir qədər avtomobil ilə yol gəldikdən sonra Abdulla ilə onun arasında Abdulla nalayiq ifadələr işlətdiyi üçün adi sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Abdula Şəmkir rayonu Çənlibel kəndində yaşayan şəxslərin ünvanına nalayiq ifadələr işlətmişdir. Belə olan halda Rövşən idarə etdiyi avtomobili yolun kənarında saxlamış və o, Abdula ilə söhbət etmək üçün avtomobildən düşmüşdür. O. Abdullaya nalayiq ifadələr işlətməsinin düzgün olmadığını bildirdikdə bir daha onların arasında mübahisə olmuşdur. Mübahisə zamanı Abdulla onu əl zərbəsi ilə vurduğu üçün o da Abdullanı əl zərbəsi ilə vurmuşdur. Belə olan halda Əlyar avtomobildən düşüb onları sakitləşdirmək istəmişdir. Lakin. Abdulla Əlyarın da ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdi üçün Abdulla ilə Əlyar arasında qarşılıqlı mübahisə olmuş və Abdulla Əlyarı vurduğu üçün Əlyar da bır neçə dəfə Abdullanın sifət nahiyəsindən yumruqla vurmuşdur. O və Rövşən Abdulla ilə Əlyarı sakitləşdirmişdir. Mübahisədən sonra Abdulla onlarla birlikdə getmək istəmədiyini söyləmiş və onlar Rövşənə məxsus avtomobillə yaşadıqları kəndə gəlmişlər Daha sonra isə ona məlum omuşdur ki Abdulla onun barəsində şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid. Təqsirləndirilən şəxs onun həmkəndliləridir aralarında normal münasibətlər vardır. 06 03.2025-ci il tarixdə Abdulla və Ramin onunla mobil telefon əlaqəsi saxlayaraq Əlyarın qonaqlıq vermək istədiyini bildirmişlər və özlərini Şəmkir rayonuna aparmasını ondan xahiş etmişlər. O, razılıq vermiş və özünə məxsus Vaz 21064 markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Şəmkir rayonuna getmişlər. Onlar Şəmkir rayonunda yerləşən meyvə bazarında Əlyarla görüşmüşlər. Daha sonra isə onlar bazarda yerləşən adsız kafeyə yemək üçün getmişlər. Abdulla, Yunis və Əlyar kafedə yemək yeyib spirtli içki qəbul etdikdən sonra birlikdə ona məxsus avtomobillə Şəmkir rayonu, Çənlibel kəndinə yola düşmüşlər. Həmin zaman avtomobildə Əlyar ön sağ, Abdulla arxa sol və Yunis isə arxa sağ oturacaqda oturmuşdur Onlar yolda olduqları zaman Yunis ilə Abdulla arasında şəxsi münasibətləri zəmində adi sözlə mübahisə olmuşdur. Onlar Şəmkir rayonu, Yasamal aşırımını qalxdıqdan sonra Abdulla nalayiq ifadələr işlədərək ondan Yunis ilə söhbət etmək məqsədi ilə avtomobili saxlamasını tələb etmişdir. Belə olan halda o, avtmobili yolun kənarında saxlamış və Yunis ilə Abdulla söhbət etmək üçün avtomobildən düşmüşlər. Abdulla bir daha nalayiq ifadələr işlətdiyi üçün Yunis ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Yunis iıə Abdulla hər ikisi bir-birini vurduğu üçün avtomobildə olan Əlyar dərhal Yunis ilə Abdullanı aralamaq məqsədi ilə avtomobildən düşmüşdür. Əlyar mübahisəyə müdaxilə etdiyi zaman Abdulla Əlyara və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Belə olan halda Əlyar Abdullanın sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. O və Yunis dərhal mübahisəyə müdaxilə edib Əlyar ilə Abdullanı aralamışlar. O, Yunis ilə Əlyarı avtomobilə mindirsədə, Abdulla onlarla birlikdə getməkdən imtina etmişdir. Belə olan halda o, Abdullanı həmin ərazidə qoyaraq Əlyar ilə Yunisi yaşadıqları evə gətirmişdir. İş materiallarında olan 8 mart 2025–ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli 161 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– butun nahiyyəsinin şişkinlik fonunda qançırı, alın nahiyyəsinin sıyrıqları, sol gözaltı nahiyyənin dərialtı hematoması KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddəti 06 mart 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir RİHB–nin Çənlibel kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə saat 22 Şəmkir rayonu Yasamal aşırımı deyilən ərazidə Şəmkir rayonu Çənlibel kənd sakini Zərərçəkmiş şəxs ilə arasında birincinin Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsinə görə baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sol gözaltı nahiyənin dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən X3 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün 6 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar