Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-209/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mübariz oğlunun və müdafiəçisi Azərbaycan Rüspublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan, Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Mübariz oğlu 18 iyun 2023-cü il tarixdə saat 01 radələrində Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs Mübariz oğlu ilə qeyrirəsmi münasibətdə olmaqla faktiki ər-arvad kimi yaşayan Zərərçəkmiş şəxs arasında yaşadıqları evdə qısqanclıq zəmnində yəni Zərərçəkmiş şəxs yazdığı mesajı sonuncunun Orxan Məmmədova demədiyinə görə yaranmış mübahisə zamanı Orxan Məmmədov əli ilə bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya sol yanağın yumşaq toxumaların dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mübariz oğlu məhkəmə iclasında özünü ona istinad edilən əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 7 ildir ki, evlidirlər, birgə nigahlarından iki azyaşlı uşaqları var. Bir neçə müddətdir ki, aralarında narazılıq vardır və davam etməkdədir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində evdə olan zaman Laləzarə sənə mesaj kim yazıbdır deyə soruşmuşdur. Laləzar and içərək bildirmişdir ki, heçkim mesaj yazmamışdır. Həmin vaxt Laləzara necə heç kim yazmayıb, “sənə mən başqa nömrə ilə özüm mesaj yazmışam” deyə bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ona kişi deyilsən demiş, o, da əsəbləşərək bir təpik zərbəsi ilə Laləzarın ayaq hissəsinə daha sonra isə əli ilə bir-iki dəfə sifət nahiyəsinə vurmuşdur. Əməlindən səmimi peşmandır. Hazırda Laləzar ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməklə, cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs Mübariz oğlu onun əridir. Təqsirləndirilən şəxs ilə 7 ildir ki, evlidir, birgə nigahlarından iki azyaşlı övladı var. Bir neçə müddətdir ki, aralarında narazılıq vardır və davam etməkdədir. Əri Orxanın ona məxsus olan mobil nömrəsinə müxtəlif nömrələrlə mesajlar yazaraq onu yoxladığını, bu səbəbdən tez-tez mübahisələrin yarandığını bildirmişdir. 18 iyun 2023-cü il tarixdə saat 01 radələrində Orxan yenə onun digər şəxslərlə telefon vasitəsi ilə danışdığını bildirərək onunla sözlə mübahisə etməyə başlamışdır. Bu zaman yaxınlıqda olan stulu ona tərəf atmış, lakin stul ona dəyməmişdir. Orxanın əsəbi keçmədiyi üçün onun sifət nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Həmin zərbə nəticəsində başı qapıya dəymişdir. Dava-dalaş zamanı qaynanası Səbinə Nağıyeva aralamışdır. Hazırda Orxan onunla barışıq əldə etmiş və ona dəymiş ziyanı tamamilə ödəmişdir, Orxandan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Mübariz oğlunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekpertizasının Zərərçəkmiş şəxs barəsində vermiş 20 iyun 2023-cü il tarixli 677 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-sol yanağın yumşaq toxumalarının dərialtı hematoması, sağ almacıq nahiyəsinin və alt çənənin sağ yan səthinin şişkinlik fonunda qançırları KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 18 iyun 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol yanağın yumşaq toxumaların dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ almacıq nahiyəsinin və alt çənənin sağ yan səthinin şişkinlik fonunda qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mübariz oğlu əvvəllər məhkum olunmamışdır. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə şəxsən təqdim etdiyi ərizəsindən onun təqsirləndirilən şəxslə barışdığı, ona dəymiş ziyanın tamamilə ödənildiyi, Təqsirləndirilən şəxs Mübariz oğlundan heç bir şikayət və tələbi olmadığı və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etməsi müəyyən olunur. Beləliklə, məhkəmə iclasında araşdırılmış subutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mübariz oğlunun ona istinad edilmiş əməldə təqsirli olması tam subuta yetirilir. Onun bu əməli tətqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə cinayət əməlini törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ərizələrində göstərilən halları məhkəmədə araşdırılmış digər iş materialları ilə birlikdə təhlil edərək hesab edir ki, tərəflərin barışması, zərərçəkənə dəymiş ziyanın tamamilə ödənilməsi əsası ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mübariz oğlu ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmış və ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi və onların barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində cinayət əməlini törətmiş şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslər barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmağa nail olmuş, habelə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə hazırki nəticəyə gələrkən Təqsirləndirilən şəxs Mübariz oğlunun ilk dəfə böyük ictimai-təhlukə törətməyən cinayət əməli törətməsini nəzərə alır. Məhkəmə böyük ictimayi təhlükə törətməyən məhkəməyədək sadələsdirilmiş icraat materialları üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Mübariz oğlu barəsində təhqiqat orqanı tərəfindən qətimkan tədbiri seçilməməsini nəzərə alır. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və müsadirə tətbiq ediləcək alət və vasitə yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Mübariz oğlu barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-209/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-209/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver