Məhkəmə qərarları › İş №1(076)-210/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-210/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-210/2023 06.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 131.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 05 fevralı 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir şəhərində yerləşən “Yamin” şadlıq sarayının qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs2 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs2 zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə bir dəfə sağ qol nahiyəsindən qəsdən vuraraq sağ bazunun aşağı üçdə birinin iç səthinin deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, hadisə zamanı onu ayırmağa çalışan həmkəndlisi Zərərçəkmiş şəxs1 onu qucaqlayaraq uzaqlaşdırmaq istəyən zaman Zərərçəkmiş şəxs1 güc tətbiq edərək uzaqlaşdırmaq istədikdə hər ikisi sərxoş olduğundan və Zərərçəkmiş şəxs1 ayağı asvalt örtüyündə olan çuxura düşdüyündən büdrəyərək yerə yıxılması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sifət nahiyəsi yerdə olan dəmir parçasına dəymiş və o, sol yanağının sıyrığı kimi ağırlıq dərəcəsi təyin edilməyən xəsarət almış, həmçinin Təqsirləndirilən şəxs əlində olan bıçaq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə girərək onun sağlamlığına qarının ön divarının daxilə keçən, mədəni böyük piyliyi zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd deşilmiş kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma və ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 131.2-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, onlarla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. O, 05 fevral 2023-cü il tarixdə saat 17 radələrində həmkəndlisi Eminin toy mərasimi olduğu üçün Şəmkir şəhərinə “Yamin” Şadlıq sarayına toy mərasiminə getmiş, həmin gün saat 17 radələrindən saat 21 radələrinədək olan vaxt ərzində həmin toyda həmkəndliləri olan müxtəlif şəxslərlə birlikdə spirtli içki qəbul etmişdir. O, saat 21 radələrində qardaşı zəng etdiyi üçün həmin restoranın həyətinə çıxmış, qardaşı ilə telefonla danışan zaman ona heyvanlardan ikisinin zəhərlənib öldüyünü demiş, bundan sonra bərk əsəbləşdiyi üçün restoranın həyətində əsəbi halda öz-özünə gileylənərək hərəkət etmişdir. Həmin vaxt həmkəndlisi İntiqam ona yaxınlaşaraq salamlaşmış, daha sonra İntiqam onunla söhbət edərək halını soruşmuşdur. O, İntiqama yaxşı olduğunu demiş, İntiqam həmin vaxt onun qoluna qoluna girərək onu çardaq olan yerə aparmaq istəmişdir. O, həmin vaxt əsəbləşərək İntiqamın əlini itələyərək ona “sən kimsənki mənim qolumdan tutursan” demiş, İntiqamın onun sərxoş olduğunu düşündüyü üçün qolundan tutduğunu fikirləşdiyinə görə İntiqama əsəbələşmişdir. İntiqam onu sakitləşdirməyə çalışaraq lazım olmadığını, içkili olduğunu deyib restorana getməməyini deyib onu sakitləşdirməyə çalışmışdır. O, İntiqama “sən kimsənki mənə ağıl öyrədirsən, qoluma girisən” deyib iki əlli İntiqamın yaxasından tutmuşdur. O, İntiqamın yaxasından tutduqda İntiqam onu arxaya doğu itələmiş, o, əsəbləşdiyi üçün cibindən bıçaq çıxararaq həmin bıçaqla bir dəfə İntiqamı sağ qol nahiyəsindən vurmuş, həmin vaxt İntiqam geriyə doğru çəkilmişdir. Həmkəndlisi Məmməd anidən araya girərək üzərinə gəlib onu iki əlli qucaqlayaraq bədənindən tutmuş, Məmməd onu saxlamağa çalışmışdır. O, Məmmədə güc verib arxaya doğru itələdikdə Məmməd və o sərxoş vəziyyətdə olduqları üçün anidən yerə yıxılmışlar. Onlar yerə yıxılan zaman onun əlində olan bıçaq bilmədən Məmmədin qarın nahiyəsinə girmiş, onlar yerə yıxıldıqdan sonra Məmməd onu buraxmışdır. O, yerdən qalxdıqda Məmmədin sifət nahiyəsindən qan axdığını görmüş, Məmmədin sifətindən qan axdığını gördükdə qorxduğu üçün qaçaraq həmin yerdən uzaqlaşmışdır. O, həmin yerdən birbaşa Bakı şəhərinə getmişdir. Məmmədin baş nahiyəsindən qan axdığını gördüyü üçün qorxaraq həmin yerdən qaçmış, daha sonra Məmmədin yaxşı olduğunu öyrənmişdir. O, etdiyi əməldən peşman olduğu üçün Şəmkir rayon polis şöbəsinə könüllü olaraq gələrək təslim olmuşdur. Onun Məmməd və İntiqam ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. O, əsəbləşdiyi üçün cibindən bıçaq çıxararaq həmin bıçaqla bir dəfə İntiqamı sağ qol nahiyəsindən vurmuş, həmin vaxt İntiqam geriyə doğru çəkilmiş, həmkəndlisi Məmməd anidən araya girərək onun üzərinə gəlib onu iki əlli qucaqlayaraq bədənindən tutmuş, Məmməd onu saxlamağa çalışmış, Məmmədə güc verib arxaya doğru itələdikdə Məmməd və o sərxoş vəziyyətdə olduqları üçün anidən yerə yıxılmışlar. Onlar yerə yıxılan zaman onun əlində olan bıçaq bilmədən Məmmədin qarın nahiyəsinə girmiş, onlar yerə yıxıldıqdan sonra Məmməd onu buraxmışdır. O, İntiqamı bir dəfə əsəbi olduğu üçün bıçaqla vuraraq sağlamlığına xəsarət yetirmiş, lakin Məmmədi vurmaq istəməmişdir. Məmməd onu saxlamaq istədikdə yerə yıxılan zaman bıçaq bilmədən onun qarın nahiyəsinə dəyərək xəsarət yetirmişdir. O, hadisə vaxt Zərərçəkmiş şəxs2 sağlamlığına xəsarət yetirdikdən sonra Məmməd onu qucaqlayaraq qarşısını almağa çalışdıqda hər ikisi yerə yıxılmış, həmin vaxt əlində olan bıçaq bilmədən İntiqamın qarın nahiyəsinə girmiş, həmçinin İntiqamın üz nahiyəsi qan içində olduğunu görmüş, o, qorxduğu üçün bıçağı həmin yerdə ataraq qaçmışdır. Zərərçəkmiş şəxs2 bıçaqla vurub sağlamlığına xəsarət yetirdikdə və Zərərçəkmiş şəxs1 onu saxlamağa çalışdıqda onun sağlamlığına bilmədən xəsarət yetirməyi ümumilikdə dörd-beş dəqiqə vaxt ərzində baş vermiş, həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. O, daha sonra qorxduğu üçün qaçaraq həmin yerdən uzaqlaşmış, həmin yerə daha sonra kimlərin gəlməsindən hər hansı məlumatı yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməlləri üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun Novruzla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. O, 05 fevral 2023-cü il tarixdə saat 17 radələrində həmkəndlisi Eminin toy mərasimi olduğu üçün Şəmkir şəhərinə “Yamin” Şadlıq sarayına toy mərasiminə getmiş, həmin gün saat 21 radaiərinədək olan vaxt ərzində həmin toy mərasimində olmuşdur. O, həmin toy mərasimində ailə üzviləri ilə birlikdə iştirak etmiş, saat 21 radələrində hava almaq üçün restoranın həyətinə çıxmışdır. O, restoranın həyətinə ağaclar olan tərəfə keçdikdə Novruzun restoranın həyətində həmin yerdə olduğunu görmüşdür. O, restoranın həyətində çardaq olan yerə gedən zaman Novruzun hərəkətlərindən sərxoş olduğunu hiss etmiş, Novruzun öz-özünə kiminsə ünvanına nalayiq ifadə işlətdiyini eşitmişdir. O, Novruz sərxoş və əsəbi olduğu üçün onun həmin vəziyyətdə restoranın içərisinə qayıtmasını istəməmiş, Novruza yaxınlaşaraq ona köməklik edib çardaq olan yerə aparıb bir qədər sakitləşdirmək istəmişdir. Novruzun qolundan tutub onunla söhbət edərək çardaq olan tərəfə gedən zaman Novruz anidən onun əlini itələyərək ona “sən kimsənki mənim qolumdan tutursan” deyib onu itələmiş, o, Novruzu sakitləşdirməyə çalışaraq lazım olmadığını sakitləşməsini istəmiş, Novruz həmin vaxt iki əlli onun yaxa nahiyəsindən tutub “sən kimsənki mənə ağıl öyrədirsən” demiş, Novruzun yaxasından tutub onu arxaya doğu itələmiş, bu zaman Novruz anidən sol cibindən bıçaq çıxararaq həmin bıçaqla bir dəfə sağ qol nahiyəsindən vurmuş, Novruzun onu təkrar vurmasının qarşısını almaq üçün qolunu tutub arxaya doğru çəkilmiş, həmin vaxt anidən onun arxa tərəfindən həmkəndlisi Məmməd özünü onların aralarına ataraq Novruzu saxlamağa çalışmış, Məmməd Novruzun əlində bıçaq olduğu üçün onu bıçaq olan əli ilə birlikdə qucaqlayaraq onu təkrar vurmasının qarşısını almağa çalışmış, Novruz sərxoş vəziyyətdə olduğu üçün Məmməd onu qucaqlayaraq qarşısını almağa çalışdıqda Novruz onu güc verərək itələyən zaman Məmmədin ayağı beton səkinin arxa hissəsində olan boş torpaq olan hissəyə düşmüş, Məmməd və Novruz büdrəyərək həmin yerə yıxılmışlar. Məmmədin sifət nahiyəsi həmin yerdə beton səkinin qırağına güllərin kənarına basdırılmış dəmir parçasına dəymiş, Məmməd həmin vaxt sifət nahiyəsini tutduqda qan axdığını görmüşdür. Məmməd sifəti qan içində olduğu və qarın nahiyəsinə bıçaq girdiyi üçün qışqıraraq üzünü tutub kömək edin demiş, o, onlardan bir qədər kənara çəkilib qolunun qan axan nahiyəsini sıxıb dayanmışdır. Məmməd və Novruz ayağa qalxdıqdan sonra Novruz qaçaraq həmin yerdən uzaqlaşmışdır. O, bundan sonra restoranın qarşısına çıxaraq həmin yerdə olan tanımadığı taksi sürücüsünə yaxınlaşaraq bıçaqlandığını deyib onu Şəmkir rayon mərkəzi xəstəxanasına aparmasını xahiş etmişdir. Həmin taksi sürücüsü onu Şəmkir rayon mərkəzi xəstəxanasına aparmış, həmin xəstəxanada ona tibbi yardım göstərilmişdir. Daha sonra xəstəxanada olan zaman həmkəndlisi Məmmədində həmin xəstəxanaya gətirildiyini cərrahiyə əməliyyatı olduğunu bilmişdir. Hadisə vaxtı Novruz anidən sol cibindən bıçaq çıxararaq həmin bıçaqla bir dəfə sağ qol nahiyəsindən vurmuş, daha sonra həmkəndlisi Məmməd Novruza mane olub bıçağı əlindən almağa çalışan zaman onlar yerə yıxılarkən Novruzun əlində olan bıçaq Məmmədin qarın nahiyəsinə girərək ona xəsarət yetirmişdir. Novruz bundan başqa onu bıçaqla və hər hansı əşya ilə vurmamışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqdan sonra Məmməd araya girərək Novruzu qucaqlayaraq uzaqlaşdırmağa çalışmış, Məmməd Novruzu bıçaq olan əli ilə birlikdə qucaqlayaraq ayırmaq istəmiş, Məmməd Novruzu ayırmaq istəyən zaman Novruz güc verdikdə Məmmədin ayağı boşluq olan hissəyə düşmüş, onlar hər ikisi yerə yıxılmışlar. Novruzun əlində olan bıçaq ehtiyatsızlıqdan Məmmədin qarın nahiyəsinə girmişdir. Novruz Məmmədi qəsdən bıçaqla vurmamışdır. Novruzun Məmmədi və onu öldürmək məqsədi olmamış, Novruz onu öldürmək istəsəydi yerdən qalxdıqdan sonra təkrar üzərinə hücum çəkib ona daha çox xəsarət yetirə bilərdi. Məmməd və Novruz yerdən qalxdıqdan sonra Novruzun əlində bıçaq görməmiş, onlar yerə yıxılan zaman onun əlindəki bıçaq əlindən düşmüşdür. Daha sonra həmin bıçağın nə olduğunu bilməmiş, Novruz qaçaraq həmin yerdən uzaqlaşmış, yaralı olduğu üçün bıçaqla maraqlanmamışdır. O, həmin yerdən xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs1 sağlamlığına xəsarət yetirən zaman mübahisə təxminən dörd-beş dəqiqə davam etdmiş, həmin vaxt orada kənar şəxslər olmamış, həmin vaxt mübahisə qısa zamanda baş verdiyi üçün həmin yerə heç kim gəlməmişdir. Novruz yerdən qalxdıqdan sonra qaçaraq həmin yerdən uzaqlaşmış, O, isə dərhal Şəmkir rayon mərkəzi xəstəxanasına getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıb ona qrşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır. Onunla əvvəllər hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. O, 05 fevral 2023-cü il tarixdə saat 17 radələrində həmkəndlisi Eminin toy mərasimi olduğu üçün Şəmkir şəhərinə “Yamin” Şadlıq sarayına toy mərasiminə getmişdir. O, həmin gün saat 21 radələrinədək olan vaxt ərzində həmin toy mərasimində olmuş, o, saat 21 radələrində siqaret çəkmək üçün restoranın həyətinə çıxmışdır. O, restoranın həyətinə çıxan zaman Təqsirləndirilən şəxs restoranın həyətində girişdən sağ tərəfdə yerləşən ərazidə həmkəndlisi İntiqam ilə söhbət etdiyini görmüş, onların birlikdə söhbət edərək restoranın kənar hissəsinə çardaq olan yerə getdiklərini görmüş, onların aralarında mübahisə olduğunu başa düşdüyü üçün onların ardı ilə getmişdir. O, onlara çatan zaman onlar anidən bir-birinin yaxa nahiyəsindən tutaraq dartmağa başlamışlar. Novruz anidən sol cibindən bıçaq çıxaraq həmin bıçaqla bir dəfə İntiqamı sağ qol nahiyəsindən vurmuşdur. İntiqam sağ qolunu tutaraq arxaya doğru çəkilmiş, O, araya girərək onları ayırmağa çalışmış, Novruzun əlində bıçaq olduğu üçün onu bıçaq olan əli ilə birlikdə qucaqlayaraq İntiqamı təkrar vurmasının qarşısını almaq istəmişdir. O, Novruzu qucaqlayaraq onu qarşısını almaq istədikdə onu qucaqlayan zaman əlində olan bıçaq onun qarın nahiyəsinə girmiş, Novruz sərxoş vəziyyətdə olduğu üçün oda onu qucaqlayaraq qarşısını almağa çalışdığı üçün Novruz onu güc verərək itələyən zaman ayağı beton səkinin arxa hissəsində olan boş torpaq olan hissəyə düşmüş, o və Novruz büdrəyərək həmin yerə yıxılmışlar. Onun sol sifət nahiyəsi həmin yerdə beton səkinin qırağına güllərin kənarına basdırılmış dəmir parçasına dəymiş, sifət nahiyəsi tutduqda qan axdığını görmüş, sifəti qan içində olduğu və qarın nahiyəsinə bıçaq girdiyini gördüyü üçün qışqıraraq üzünü tutub kömək edin demiş, o və Novruz ayağa qalxdıqda Novruz üzünün qan içində olduğunu gördüyü üçün qaçaraq həmin yerdən uzaqlaşmışdır. O, bundan sonra qarın nahiyəsini gödəkçəsi ilə bağlayaraq restoranın çölündə küçəyə çıxaraq yolun ortasına keçib sürücüsünü tanımadığı hərəkətdə olan avtomobili saxlatdırıb onu xəstəxanaya aparmasını demişdir. Həmin tanımadığı şəxs avtomobil ilə onu Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərilərək əməliyyata aparılmışdır. Hadisə vaxtı İntiqam bıçaq ona dəydikdə sağ qolunu tutub Novruzdan ayrılaraq arxaya doğru çəkilmiş, o, dərhal araya girərək Novruzu qucaqlayaraq İntiqamdan ayırmaq istəmişdir. O, Novruz və İntiqamı ayırmağa çalışan zaman Novruz bilmədən onun sağlamlığına xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 aralarında mübahisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Novruz İntiqamı bir dəfə sağ qol nahiyəsindən bıçaqla vuraraq sağlamlığına xəsarət yetirmiş, o, daha sonra araya girərək onları ayırmışdır. O, Novruzu ayırmağa çalışan zaman Novruzun əlində olan bıçaq ehtiyatsızlıqdan onun qarın nahiyəsinə girərək xəsarət yetirmişdir. Novruzun onu və İntiqamı öldürmək məqsədi olmamışdır. Onlar yerdən qalxan zaman Novruzun əlində bıçaq görməmiş, sonra həmin bıçağın nə olduğunu bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışıb ona qrşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsƏniraslanov Zakir Dilqən oğlunun barəsində olan cinayət işinin icraatına xitam verilnəsini məhkənədən xahiş edir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan 06 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şəmkir şəhərində yerləşən “Yamin” şadlıq sarayının həyətində yerləşir. 06 fevral 2023-cü il tarixdə hadisə yerinə baxış zamanı bir ədəd üzərində qanabənzər ləkələr olan tiyəsinin uzunluğu 10 sm, dəsəyinin uzunluğu 12 sm olan tünd qəhvəyi rəngli dəstəyi olan bıçaq aşkar edilərək götürülmüşdür. Hadisə yerinin və bıçağın şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd üzərində qanabənzər ləkələr olan tünd qəhvəyi rəngli dəstəyi olan bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və- Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. İşdə olan məhkəmə tibbi ekspertizanın 18 aprel 2023-cü il tarixli, 375 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət-sağ bazunun aşağı üçdə birinin iç səthinin deşilmiş-kəsilmiş yarası deşici kəsici alətin, ola bilsin ki ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddəti 05 fevral 2023cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə tibbi ekspertizanın 18 aprel 2023-cü il tarixli, 378 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-qarının ön divarının daxilə keçən, mədəni böyük piyliyi zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd deşilmiş kəsilmiş yarası deşici kəsici alətin, ola bilsin ki ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, sol yanağın sıyrığı isə küt əşyanın təsirindən törənmidir, törənmə müddətləri 05 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qarının ön divarının daxilə keçən, mədəni, böyük piyliyi zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol yanağın sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər müxtəlif şəraitdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə ehtiyatsızlıqdan yetirilə bilərdi. İşdə olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilmsi haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 128 və 131.2ci maddələrinə tövsif edilməklə istintaqı davam etdirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittahamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imzalayaraq təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittahamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imzalayaraq təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu İHB-nin Dəllər-Daşbulaq kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs atası, anası, və 3 nəfər qardaşı ilə birlikdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Dəllər-Daşbulaq kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 16 may 2023-cü il tarixli, 16/481 nömrəli rəyi ilə müəyyən eilmişdir ki, Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-nin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 131.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 131.2-ci maddələri ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışmış və onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş bir ədəd tünd qəhvəyi rəngli dəstəyi olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 53 (əlli üç) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, dövlət büdcəsinin vəsaiti hesabına vəkilin göstərdiyi 15 saatlıq hüquqi yardıma görə 90 (doxsan) manat vəsait vəkilə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 131.2-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş tünd qəhvəyi rəngli dəstəyi olan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 53 (əlli üç) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar