Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-210/2025 21.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2002–ci il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 177.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə 16 fevral 2025-ci il tarixdə, saat 21 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində daimi yaşayan xalası Şahid3 məxsus, nəzarət etmək üçün ona və ailə üzvlərinə tapşırılmış Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evinin qapısını özündə olan açarla açaraq mənzilin yataq otağına daxil olub, orada çarpayının üzərinə yığılmış döşəklərin arasında gizlədilmiş sonuncunun əri Zərərçəkmiş şəxs məxsus 4500 (dörd min beş yüz) manat məbləğində nəğd pulu gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismndə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası Şahid3 əridir. Onlarla aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Qohumları Zərərçəkmiş şəxs və Şahid3 Gədəbəy rayonu, Qaradağ kəndində yaşayırlar. Lakin Şəmkir rayonu, Kür qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi Zərərçəkmiş şəxs qaynatası, yəni onun mərhum babası X1 tərəfindən hədiyyə olaraq verilmişdir. Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Qaradağ kəndində yaşadığı üçün Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə nəzarət etmək üçün evin açarlarını onlara vermişdir. Təxminən 14 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadıqları qəsəbə ərzaisində yerləşən öz fərdi yaşayış evlərinə gəlmişlər. Onlarda Zərərçəkmiş şəxs gilə qonaq kimi getmişlər. O, Zərərçəkmiş şəxs gildə olan zaman yataq otağında olan termo güzgünün qarşısında Zərərçəkmiş şəxs “Unibankdan” kreditlə pul götürməyi ilə bağlı bank sənədlərinin olmasını görmüşdür. Zərərçəkmiş şəxs “Unibankdan” kreditlə götürdüyü pulu yaşadığı evdə gizlətməsini zənn etmişdir. Onunda son vaxtlar maddi cəhətdən çətinlikləri olduğu üçün Zərərçəkmiş şəxs evindən həmin pulu oğurlamaq qərarına gəlmişdir. O, 16 fevral 2025-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdə heç kimin olmamasından əmin olduqdan sonra onun yaşadığı evə yaxınlaşaraq darvazanın qapısını onlara həmin evə nəzarət etmək üçün verdiyi açar ilə açaraq Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs pulu hara gizlətməsini bilmədiyi üçün evin otaqlarını axtarmağa başlamışdır. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağından qızıl-ziynət əşyaları tapmışdır. Lakin onun pula ehtiyacı olduğu üçün o, Zərərçəkmiş şəxs evinin yataq otağında olan qızıl-ziynət əşyalarını özü ilə gütürməmişdir. Həmin qızıl-ziynət əşyalarını olduğu kimi qaytarıb yerinə qoymuşdur. Daha sonra Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin otaqlarında pul axtarmağa davam etmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında çarpayının üstünə sıra ilə yığılmış döşəklərin içərisindən 4500 (dörd min beş yüz) manat məbləğində pulu görüb götürmüşdür. Digər döşəklərə baxdıqda əlavə pul tapa bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən çölə çıxıb darvazanı haçarla bağlayaraq yaşadığı evə getmişdir. Həmin tarixdə, saat 23 radələrində o, yaşadığı evdən çıxaraq Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən “Karvan” çay evinə getmişdir. Orada tanışı Şahid4 ilə görüşmüşdür. Həmin vaxt o, törətdiyi cinayət əməlindən narahat olduğu üçün Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında oğurladığı 4500 (dörd min beş yüz) manat məbləğində pulu tanışı Şahid4 verərək, həmin pulu saxlamasını xahiş etmişdir. Şahid4 də onunla razılaşaraq onun verdiyi 4500 (dörd min beş yüz) manat məbləğində pulu ondan götürüb və həmin pulu haradan əldə etməyini ondan soruşmuşdur. Həmin vaxt o, Şahid4 ona verdiyi pulları Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurlamağını deməyərək, o, 4500 (dörd min beş yüz) manat məbləğində pulu borc alaraq əldə etməyini ona bildirmişdir. Daha sonra anası Şahid2 ona mobil telefon vasitəsi ilə zəng edərək, xalasının əri Zərərçəkmiş şəxs evində yanğın hadisəsinin baş verməsini deyərək, həmin yanğının söndürülməsi üçün onu köməyə çağırmışdır. O, da həmin hadisəni onun törətməyindən şübhələnməsinlər deyə dərhal Zərərçəkmiş şəxs məxsus yaşadıqları qəsəbə ərazisində yerləşən fərdi yaşayış evinə getmişdir. Daha sonra hadisənin baş verdiyi yerə Şəmkir Rayon Polis X3 Bölməsinin polis əməkdaşlarının gəlmələrini görmüşdür. Hadisə yerinə gələn polis əməkdaşları onu Şəmkir Rayon Polis X3 Bölməsinə izahat verməyi üçün dəvət etmişlər. O, da Şəmkir Rayon Polis X3 Bölməsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağından 4500 (dörd min beş yüz) manat məbləğində pulu oğurlamağını etiraf edərək bildirmişdir. Təqsirləndirilən şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 16 fevral 2025-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağından ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pulu oğurladığını, həmin pulların 45 ədədi 100 manatlıq əskinaz olduğunu, Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağından 4500 (dörd min beş yüz) manat məbləğində pulu oğurlayan zaman yanında heç kimin olmadığını, həmçinin həmin oğurluq hadisəsini törətməyi ilə bağlı heç kimə deməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Onlarla aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. İfadə vermək istəyir. Şəmkir rayonu, Kür qəsəbəsində onlara məxsus fərdi yaşayış evləri var. Həmin fərdi yaşayış evi onlara mərhum atası X1 tərəfindən hədiyyə olaraq verilmişdir. Onlar Gədəbəy rayonu, Qaradağ kəndində yaşadıqları üçün Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən onlara məxsus həmin fərdi yaşayış evlərinə nəzarət etmək üçün evin açarlarını Təqsirləndirilən şəxs və onların ailə üzvlərinə vermişlər. 14 fevral 2025-ci il tarixdə onlar ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbə ərzaisində yerləşən öz fərdi yaşayış evlərinə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da onlara valideyinləri ilə birlikdə gəlmişlər. Əri Zərərçəkmiş şəxs 11 fevral 2025-ci il tarixdə “Unibankdan” kreditlə 4500 (dörd min beş yüz) manat məbləğində pulu götürüb həmin məbləğdə pulu Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yataq otağında çarpayının üstünə sıra ilə yığılmış döşəklərin arasna qoymuşdur. Həmçinin həmin vaxt əri Zərərçəkmiş şəxs kreditlə götürdüyü 4500 (dörd min beş yüz) manat məbləğində puldan əlavə özünə məxsus 5100 (beş min yüz) manat məbləğində pulunu ona Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən həmin fərdi yaşayış evlərində gizlətməyi üçün vermişdir. Lakin həmin vaxt onun yaddaşından çıxdığı üçün əri Zərərçəkmiş şəxs ona Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən həmin fərdi yaşayış evlərində gizlətməyi üçün verdiyi 5100 (beş min yüz) manat məbləğində pulu özü ilə yaşadığı Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evlərinə aparmışdır. Ancaq həmin 5100 (beş min yüz) manat məbləğində pulu özü ilə yaşadıqları ünvana aparmağı ilə bağlı əri Zərərçəkmiş şəxs deməmişdir. 15 fevral 2025-ci il tarixdə onlar Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən çıxıb həmin fərdi yaşayış evlərinin açarını nəzarət etmələri üçün Təqsirləndirilən şəxs və atası Şahid1 verib Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evlərinə getmişlər. 16 fevral 2025-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs ona özlərinə məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evin yataq otağında çarpayının üstünə sıra ilə yığılmış döşəklərin arasna qoyduğu özünə məxsus 4500 (dörd min beş yüz) manat məbləğində pulunun və ona həmin evdə gizlətməyi üçün verdiyi 5100 (beş min yüz) manat məbləğində pulunun oğurlanması barədə bildirmişdir. Lakin həmin vaxt o, Zərərçəkmiş şəxs onun Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evlərində gizlətməyi üçün ona verdiyi 5100 (beş min yüz) manat məbləğində pulu özü ilə Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evlərinə gətirməyini bildirərək, həmin 5100 (beş min yüz) manat məbləğində pulun oğurlanmamasını demişdir. Daha sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evlərinə gəlmişlər. Onlar fərdi yaşayış evlərinə daxil olan zaman yataq otağında olan çarpayının üstünə sıra ilə yığılmış döşəklərin yandırılmasını və orada olan Zərərçəkmiş şəxs məxsus 4500 (dörd min beş yüz) məbləğində pulun yerində olmamasını görmüşlər. Həmçinin həmin vaxt Zərərçəkmiş şəxs Şahid1 onlara məxsus həmin fərdi yaşayış evlərindən ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pulun oğurlanması barədə bildirmişdir. Sonradan Şəmkir Rayon Polis X3 Bölməsinin əməkdaşları tərəfindən onlara məxsus fərdi yaşayış evindən 4500 (dörd min beş yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması bildirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur.Könüllü olaraq ifadə vermək istəyir. Zərərçəkmiş şəxs onun qohumudur. Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır, münasibətləri həmişə yaxşı olmuşdur. Şəmkir rayonu, Kür qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi Zərərçəkmiş şəxs mərhum qaynatası X1 tərəfindən hədiyyə olaraq verilmişdir. Zərərçəkmiş şəxs da ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaradağ kəndində yaşadığı üçün Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən özünə məxsus həmin fərdi yaşayış evinə nəzarət etmək üçün evin açarlarını oğlu Təqsirləndirilən şəxs və ona vermişdir. 14 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbə ərzaisində yerləşən öz fərdi yaşayış evinə gəlmişlər. Həmin vaxt o, övladı Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. 15 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evilərindən çıxıb həmin fərdi yaşayış evinin açarını nəzarət edilməsi üçün Təqsirləndirilən şəxs və ona verərək, Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evlərinə getmişlər. 16 fevral 2025-ci il tarixdə, saat 23 radələrində o, Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsini gördüyü üçün arvadı Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus həmin fərdi yaşayış evinə getmiş və evin yataq otağında baş vermiş yanğını söndürmüşlər. Həmin vaxt arvadı Şahid2 oğlu Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng edib ona yaşadıqları qəsəbə ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında yanğın hadisəsinin baş verməsini bildirərək, kömək məqsədilə Təqsirləndirilən şəxs da hadisənin baş verdiyi yerə çağırmışdır. Daha sonra o, mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs zəng edərək, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsini və evin yataq otağlarının dağınıq vəziyyətdə olmasını bildirmişdir. Həmin Zərərçəkmiş şəxs özünə məxsus həmin fərdi yaşayış evində ümumilikdə 9600 (doqquz min altı yüz) manat məbləğində pulunun olmasını bildirərək, ondan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş yanğın hadisəsi ilə bağlı və evdən 9600 (doqquz min altı yüz) manat məbləğində özünə məxsus pulunun oğurlanması barədə məlumat verməyini xahiş etmişdir. Həmin vaxt o, da DİN-nin 102 xidmətinə zəng edərək, Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbə ərazisində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsini və həmin evdən təxminən 10.000 (on min) manat məbləğində pulun oğurlanması barədə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs və arvadı Şahid3 Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evlərinə gəlmişlər. Zərərçəkmiş şəxs fərdi yaşayış evinə daxil olan zaman yataq otağında olan 4500 (dörd min beş yüz) məbləğində pulunun yerində olmamasını görmüşdür. Həmçinin həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus həmin fərdi yaşayış evindən ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pulunun oğurlanması barədə ona bildirmişdir. Sonradan Şəmkir Rayon Polis X3 Bölməsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağından oradan da 4500 (dörd min beş yüz) manat məbləğində pulun oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanması bildirilmişdir. Daha sonra o, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladığı 4500 (dörd min beş yüz) manat məbləğində pulu hara xərcləməsini soruşan zaman o, Zərərçəkmiş şəxs məxsus oğurladığı 4500 (dörd min beş yüz) manat məbləğində pulu saxlaması üçün tanışı Şəmkir rayonu, Mahmudlu kənd sakini Şahid4 verməsini bildirmişdir. O, da 18 fevral 2025-ci il tarixdə, saat 08 radələrində Şəmkir rayonu, Mahmudlu kəndinə gedib Şahid4 tapıb ona Təqsirləndirilən şəxs atası olmağını bildirərək, Təqsirləndirilən şəxs ona saxlaması üçün verdiyi 4500 (dörd min beş yüz) manat məbləğində pulu Təqsirləndirilən şəxs oğurlayaraq ona verməsini deyərək, həmin məbləğdə pulun hamısını ondan alıb Zərərçəkmiş şəxs təhvil vermişdir. Şahid1 verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 16 fevral 2025-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, ona məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə və evin yataq otağının dağınıq vəziyyətdə olması barədə bildirən zaman Zərərçəkmiş şəxs ona 9600 (doqquz min altı yüz) manat məbləğində pulunun özünə məxsus həmin fərdi yaşayış evində olmasını bildirdiyi üçün o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən təxminən 10.000 (on min) manat məbləğində pulunun oğurlanması barədə məlumat verməsini, sonradan Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yerə gəldikdən sonra o, özünə məxsus fərdi yaşayış evinin yataq otağına sıra ilə yığılmış döşəklərin arasından ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pulunun oğurlanmasını onlara bildirməsini və əlavə pulunun oğurlanmamasını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Könüllü olaraq ifadə vermək istəyir. Zərərçəkmiş şəxs onun qohumudur. Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Şəmkir rayonu, Kür qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evi Zərərçəkmiş şəxs mərhum atası X1 tərəfindən hədiyyə olaraq verilmişdir. Zərərçəkmiş şəxs da ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaradağ kəndində yaşadığı üçün Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən özünə məxsus həmin fərdi yaşayış evinə nəzarət etmək üçün evin açarlarını oğlu Təqsirləndirilən şəxs və əri Şahid1 vermişdir. 14 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbə ərzaisində yerləşən öz fərdi yaşayış evinə gəlmişlər. Həmin vaxt onlar da Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. 15 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evilərindən çıxıb həmin fərdi yaşayış evinin açarını nəzarət edilməsi üçün Təqsirləndirilən şəxs və Şahid1 verərək, Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən fərdi yaşayış evlərinə getmişlər. 16 fevral 2025-ci il tarixdə, saat 23 radələrində Şahid1 Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsini gördüyü üçün onunla birlikdə Zərərçəkmiş şəxs məxsus həmin fərdi yaşayış evinə gedib evin yataq otağında baş vermiş yanğını söndürmüşlər. Həmin vaxt o, oğlu Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng edib ona yaşadıqları qəsəbə ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yataq otağında yanğın hadisəsinin baş verməsini bildirərək, kömək məqsədilə Təqsirləndirilən şəxs da hadisənin baş verdiyi yerə çağırmışdır. Daha sonra Zərərçəkmiş şəxs və arvadı Şahid3 Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evlərinə gəlmişlər. Zərərçəkmiş şəxs fərdi yaşayış evinə daxil olan evdə olan 4500 (dörd min beş yüz) məbləğində pulunun yerində olmamasını görmüşdür. Həmçinin həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus həmin fərdi yaşayış evindən ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pulunun oğurlanması barədə onlara bildirmişdir. Sonradan Şəmkir rayon Polis X3 bölməsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 4500 (dörd min beş yüz) manat məbləğində pulun oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanması bildirilmişdir. Daha sonra Şahid1 oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladığı 4500 (dörd min beş yüz) manat məbləğində pulu hara xərcləməsini soruşan zaman o, onlara Zərərçəkmiş şəxs məxsus oğurladığı 4500 (dörd min beş yüz) manat məbləğində pulu saxlaması üçün tanışı Şəmkir rayonu, Mahmudlu kənd sakini Şahid4 verməsini bildirmişdir. Şahid1 da 18 fevral 2025-ci il tarixdə, saat 08 radələrində Şəmkir rayonu, Mahmudlu kəndinə gedib Şahid4 tapıb ona Təqsirləndirilən şəxs atası olmağını bildirərək, Təqsirləndirilən şəxs ona saxlaması üçün verdiyi 4500 (dörd min beş yüz) manat məbləğində pulu Təqsirləndirilən şəxs oğurlayaraq ona verməsini deyib həmin məbləğdə pulun hamısını ondan alıb Zərərçəkmiş şəxs təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Lakin Zərərçəkmiş şəxs tanımır. 16 fevral 2025-ci il tarixdə, saat 11 radələrində “Ayşən” şadlıq sarayına gedib oradan həmin tarixdə, saat 15 radələrində çıxaraq yaşadığı ünvana getmişdir. Həmin tarixdə, saat 16 radələrində yaşadıqları ünvandan mikrokart götürüb “Ayşən” şadlıq sarayına aparıb orada atası Əhməd Məmmədova vermişdir. Həmin tarixdə, saat 17 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsinə gedib orada avtomobilini təmizlədikdən sonra yaşadığı ünvanda olmuşdur. Həmin tarixdə, saat 22 radələrində o, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən “Karvan” çay evində olmuşdur. Həmin vaxt tanışı Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng edərək, ondan harada olmasını soruşub onu Şəmkir rayonu, Kür qəsəbə ərazisində yerləşən “Karvan” çay evinə çay içmək üçün çağırmışdır. Təqsirləndirilən şəxs da ona yaşadıqları evdə olmasını bildirərək, onun olduğu yerə gələcəyini demişdir. Həmin tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, onu “Karvan” çay evinin qarşısına çağırmışdır. O, da “Karvan” çay evinin qarşısına çıxıb orada Təqsirləndirilən şəxs ilə görmüşdür. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona üzərində 4500 (dörd min beş yüz) manat məbləğində pulunun olmasını və həmin məbləğdə pulu saxlamağı üçün ona vermək istəməsini demişdir. O, Təqsirləndirilən şəxs 4500 (dörd min beş yüz) manat məbləğində pulu haradan əldə etməsini və həmin pulları ona nə məqsədlə verməsinin səbəbini soruşan zaman Təqsirləndirilən şəxs ona verdiyi pulların özünə məxsus olmasını nə məqsədlə verməsini isə sonra deyəcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs ona verdiyi pulu götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə “Karvan” çay evinə daxil olub orada çay içmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə tanımadığı şəxs zəng edib onu harasa çağırmışdır. 18 fevral 2025-ci il tarixdə, saat 08 radələrində o, yaşadığı evin qarşısında olan zaman bir nəfər şəxs ona yaxınlaşıb adının Rəşadət olmasını və Təqsirləndirilən şəxs atası olması barədə bildirmişdir. Həmçinin həmin vaxt Şahid1 ona oğlu Təqsirləndirilən şəxs saxlaması üçün ona verdiyi 4500 (dörd min beş yüz) manat məbləğində pulu Təqsirləndirilən şəxs oğurlayaraq ona verməsini deyib həmin məbləğdə pulun hamısını ondan istəmişdir. O, da Rəşadət adlı həmin şəxsin Təqsirləndirilən şəxs atası olmasına əmin olduqdan sonra 4500 (dörd min beş yüz) manat məbləğində pulu ona təhvil vermişdir. Şahid4 verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 16 fevral 2025-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs ona verdiyi 4500 (dörd min beş yüz) manat məbləğində pulun oğurluq olmasından məlumatsız olmasını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisəsinin baş verdiyi fərdi yaşayış evinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə, fotoşəkillər çəkilmişdir. “Təqdim edilən pul əskinazlarına baxış keçirilməsi haqqında” 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağından oğurladığı 4500 (dörd min beş yüz) manat məbləğində pullara Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə, fotoşəkillər çəkilmişdir. “Təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” 25 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin yataq otağından 4500 manat məbləğində nəğd pulu talayaraq oğuraldığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 25 mart 2025-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 18:55-də şübhəli şəxs olaraq tutulmuşdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. “Axtarışda olmuş şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdə Şəmkir rayonu ərazisində saxlanılaraq tutulmuşdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, 18 fevral 2025-ci il tarixdə Şəmkir rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elşən Əmiraslanov tərəfindən Təqsirləndirilən şəxs götürülmüş 4500 manat pul saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs notraial qaydada yazılmış ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayətişi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; -elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 18 fevral 2025-ci il tarixdən 20 fevral 2025-ci il tarixədək və 25 mart 2025–ci il tarixdən 26 mart 2025–ci il tarixədək saxlanıldığı 03 (üç) günün bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 125 (bir yüz iyirmi beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia,ekspertiza xərci və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət, həbsdə saxlanmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) gün çıxılaraq onun üzərində 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-210/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-210/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver