Məhkəmə qərarları › İş №1(076)-212/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-212/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-212/2023 22.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Könüllü kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 06 (altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 09 iyun 2023-cü il tarixdə saat 16 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı torpaq sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və-psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq eilməsi haqqında “ Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-11 Q saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin” İİİ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 06 (altı) ədəd çətənə (kannabis) bitkisinin kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, özünü dolandırmaq üçün fərdi əməklə məşğul olur. Uzun illərdir ki, narkotik vasitə qəbul edir, narkotik vasitə olan marixuana istifadəçisidir. Təxminən hadisədən üç ay əvvəl yaşadığı kəndin ərazisində piyada gəzərkən yerdən narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış və əkmək məqsədilə yerdən götürmüşdür. Həmin toxumları isə 2023-cü ilin aprel ayının əvvəlində tapdığı toxumları özünə məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində gələcəkdə şəxsi istifadəsi üçün əkmiş və təxminən 2 ay ərzində diblərini yumşaldıb suvarıb şəxsi istifadəsi üçün qulluq etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində polis əməkdaşları ona məxsus olan Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkisini əkib becərdiyini və baxış keçirilməsinin zəruri olduğunu bildirmiş, o, polis əməkdaşlarına fərdi yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə Şəmkir RPŞ-nə ərizə yazaraq etirazının olmadığını qeyd etmişdir. Polis əməkdaşları onun evinə və həyətyanı sahəsinə baxış keçirmiş və fərdi yaşayış evinin içərisində narkotik tərkibli çətənə kolları, narkotik vasitə, psixotrop maddə, onun prekursorları, dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmiş, həmçinin baxış zamanı evin həyətində yerləşən sahəsində narkotik tərkibli çətənə kollarını əkib becərdiyini etiraf etmiş və yerini göstərə biləcəyini bildirmişdir. Onun, aqronumun və polis əməkdaşlarının iştirakı ilə həyətindəki hasarın yaxınlığına baxış zamanı hündürlüyü 39 sm-dən 90 sm-dək olan cəmi 6 (altı) ədəd çətənə kollarına oxşar bitki kolları aşkar olunmuş, özü həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkmiş və aqrotexniki qaydada qulluq etmişdir. Çətənə kollarını satmaq niyyəti olmamış, həmin 6 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən video çəkilişlə kökündən çıxardılaraq aqronomun iştirakı ilə ekspert tədqiqatına göndərilmək üçün qablaşdırılmış və baxış protokolu tərtib edilmişdir. O, isə baxış protokolunu oxuyaraq imzalamış, daha sonra polis əməkdaşları evinə və ətraf əraziyə baxış keçirmiş və oradan narkotik vasitə, çətənə kolları aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu həmin tarixdə Şəmkir rayon polis şöbəsinə gətirərək üzərinə hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə, psixotrop maddə və onun prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirdiyini ildirmişdir. Eyni zamanda, özü istifadə etməyi üçün narkotik tərkibli çətənə kollarını əkib becərmiş, onları satmaq niyyəti olmamış, toxumlarını isə uzun müddət əvvəl təsadüfən yaşadığı kənd ərazisindən tapmış, o, ilk dəfə idi ki, narkotik tərkibli çətənə kolunu şəxsi istifadəsi üçün əkmiş, heç vaxt əkməmiş və satmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 09 iyun 2023-cü il tarixdə ona Şəmkir rayonu, Könüllü kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə saat təxminən 16 radələrində onun və Şəmkir raon polis şöbəsinin PPXB- nün polis nəfəri, polis kiçik serjantı Şahid3 iştirakları ilə Şəmkir rayonu, Könüllü kəndində getmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana çatmışlar. Təqsirləndirilən şəxs yaşadığı evə çatdıqdan sonra Təqsirləndirilən şəxs onları yaşadığı ünvanda qarşılamış, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə kollarının əkib-becərməsində şübhəli olduğunu deyib onun yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə yaşadığı evin həyətyanı sahəsinə tərəflərindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bunun ardınca həmin ünvana mütəxəssis-aqronom qismində dəvət edilmiş Vaqif Dumanov gəlmiş, bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə video çəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs isə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini demiş, sonra onların və mütəxəssis-aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə tərəflərindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən yaş halda 6 (altı) ədəd çətənə kolları aşkar olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 06 ədəd çətənə kollarını təxminən 2023-cü ilin aprel ayının əvvələrində əkdiyini və bundan sonra mütəmadi olaraq qulluq göstərdiyini bildirmiş, sonra mütəxəssis Vaqif Dumanov aşakr edilmiş yaş halda olan çətənə kollarına xüsusi qaydada qulluq olunduğunu demiş, həmçinin həmin çətənə kollarının uzunluqları mütəxəssis Vaqif Dumanov tərəfindən ölçülmüşdür. Bundan sonra aşkar edilərək götürülmüş narkotik maddə olan yaş halda 06 ədəd çətənə kolları qablaşdırılmış və zərfin üzəri möhürlə möhürlənmişdir. Şəmkir rayon polis şöbəsinin TB- nin təhqiqatçısı Elçin Əsgərov tərəfindən protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmış, bunun ardınca isə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı onun evindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis Şöbəsinə gətirilmiş, Şəmkir RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmiş, Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 1 ədəd cib dəsmalı, aşlvarn arxa cibindən 3 ədəd paket çay, şalvarın sol cibindn 1 AZN pul əskinazı, üzərində “ASTRA” yazısı olan siqaret və alışqanı təqdim etmiş və sübut əhəmiyyəti daşımadığından özünə geri qaytarılmışdır. Teyyub Məmmovun üzərində şəxsi axtarış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, daha sonra təhqiqatçı Elçin Əsgərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlarda həmin protokola imza etmişlər. Şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmadığından cinayət proesesi tərəflərinin razılığı ilə onların ibtidai istintaqda verdikləri ifadələr elan və tədqiq edilmişdir. Şahidlər Şahid1 və Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu Könüllü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə 06 (altı) ədəd çətənə kollarına oxşar bitki kolları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması barədə” 09 iyun 2023–cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla əldə olunması, saxlanılması, gəzdirilməsi və daşınması qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 10 iyun 2023–cü il tarixli 16/608 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətindən götürlmüş 6 ədəd çətənə kolları “ adlar və imzalar olan baş-başa keçirlmiş politilen torbadakı 6 (altı) ədəd ümümi təmiz çəkisi 85 qram bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkorik tərkibli çətənə(kannabis) bitkiləridir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 16 iyun 2023-cü il tarixli 1105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, 6 ədəd çətənə (kannabis) tərkibli bitkiləri əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 06 (altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 09 iyun 2023-cü il tarixdə, saat 15:20 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 06 (altı) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–nin məhz 237.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005–ci il tarixli 961–İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017–ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 06 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun yaşını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 237.1–ci maddəsində nəzərdə tutulan cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Könüllü kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinin təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM–nin 237.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Könüllü kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunaraq götürülmüş 06 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 60 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 iyun 2023-cü ildən 11 iyun 2023–cü ilədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Könüllü kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şəmkir RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunaraq götürülmüş 06 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar