Məhkəmə qərarları › İş №1(076)-213/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-213/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-213/2024 30.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988–ci il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin noyabr ayının ortalarında vahid niyyətlə Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin ərazisində yerləşən saxlanc yeri olan fermanın qapısını sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 07 (yeddi) baş xırdabuynuzlu dişi cinsli, 2 yaşlı, diri çəkiləri 60-65 kq və hər biri boğaz olan, ayrı-ayrılıqda hər birinin qiyməti 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 1750 (min yeddi yüz əlli) manat dəyərində qoyunları, həmçinin Kanada növünə aid 05 (beş) ədəd xoruz olmaqla diri çəkiləri 7-8 kq olan, 1 yaşlı, ayrı-ayrılıqda hər birinin qiyməti 45 (qırx beş) manat olmaqla ümumilikdə 225 (iki yüz iyirmi beş) manat dəyərində, o cümlədən Kanada növünə aid 06 (altı) ədəd fərə olmaqla diri çəkiləri 7-8 kq olan, 1 yaşlı, ayrı-ayrılıqda hər birinin qiyməti 55 (əlli beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat dəyərində olan hind quşlarını gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 2305 (iki min üç yüz beş) manat məbləğində, eyni vaxtda həmin fermada saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 03 (üç) baş xırdabuynuzlu dişi cinsli, 2 yaşlı, diri çəkiləri 60-65 kq və hər biri boğaz olan, ayrı-ayrılıqda hər birinin qiyməti 250 (iki yüz əlli) manat olmaqla ümumilikdə 750 (yeddi yüz əlli) manat dəyərində qoyunları gizli talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs2 750 (yeddi yüz əlli) manat məbləğində zərər vurmaqla saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, onlarla münasibəti həmişə yaxşı olmuşdur. Həmçinin uzun illərdir ki, Zərərçəkmiş şəxs1 ilə ailəvi münasibətləri var. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndi ərazisində ferması olmasını və eləcə də, Zərərçəkmiş şəxs1 özünə məxsus fermada xırdabuynuzlu heyvanlar və hindquşları saxlamasını bilir. O, ara-sıra Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndinin ərazisində yerləşən fermaya gedərək, orada Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 məxsus fermada özünə və ona məxsus xırdabuynuzlu heyvanlar saxlayaraq çobanlıq edirdi. O, hər ay 170 (yüz yetmiş) manat alment pulu ödədiyi üçün onun maddi cəhətdən çətinlikləri olmuşdur. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs1 məxsus fermadan oğurluq etmək qərarına gəlmişdir. 2023-cü ilin noyabr ayının ortalarında sutkanın gecə vaxtı, saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndi ərazisində yerləşən fermaya gedərək, fermanın qarşısında taxta materialından hasarlanmış heyvanların saxlanıldığı yerə qapını açaraq daxil olub oradan 10 (on) baş xırdabuynuzlu heyvanları və fermaya bitişik damdan 11 (on bir) ədəd kanada növünə aid hind quşlarını oğurlayaraq “VAZ 21074” markalı avtomobilə yükləyərək fermadan çıxmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs1 məxsus fermadan oğurladığı 10 (on) baş xırdabuynuzlu heyvanların 2 (iki) ədədini Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan qohumu Şahid3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dama aparıb orada həmkəndlisi Şahid1 təxminən 530 (beş yüz otuz) manata satmışdır. O, qalan 8 (səkkiz) baş xırdabuynuzlu heyvanları isə Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ərazisində tanımadığı şəxsə 2300 (iki min üç yüz) manata satmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs1 məxsus fermadan oğurladığı 11 (on bir) ədəd hind quşlarının 1 (bir) ədədini qohumu Şahid3 verərək, bunun qarşılığında ondan 1 (bir) ədəd qaz və 10 (on) manat pul almışdır. O, qalan 10 (on) ədəd hind quşlarını isə Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisində tanımadığı şəxsə hər bir 40 (qırx) manata olmaqla ümumilikdə 400 (dörd yüz) manata satmışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 məxsus fermadan oğurladığı 10 (on) baş xırdabuynuzlu heyvanların 3 (üç) ədədini Zərərçəkmiş şəxs2 və qalan 7 (yeddi) baş xırdabuynuzlu heyvanlar və eləcədə 11 (on bir) ədəd hindquşları Zərərçəkmiş şəxs1 məxsusdur. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tamamilə ödəmiş, onlarla barışıq əldə etmişdir və zərər çəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Hazırda əməlindən peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, lakin Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndi ərazisində yerləşən fermada xırdabuynuzlu heyvanlar saxlayır. Təxminən 2023-cü ilin dekabr ayının sonlarında ona və Zərərçəkmiş şəxs1 məxsus 390 (üç yüz doxsan) baş xırdabuynuzlu heyvanlardan ona məxsus 3 (üç) baş xırdabuynuzlu heyvanların həmçinin Zərərçəkmiş şəxs1 məxsus 7 (yeddi) baş xırdabuynuzlu heyvanların və eləcədə 11 (on bir) ədəd hindquşlarının oğurlanmasını bilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişlər. Sonradan adalarını xatırlamadığı kənd sakinlərindən Təqsirləndirilən şəxs ucuz qiymətə hind quşları və xırdabuynuzlu heyvanları satmasını eşitmişdir. Daha sonra Şəmkir rayon Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs ona məxsus 3 (üç) baş xırdabuynuzlu heyvanları həmçinin Zərərçəkmiş şəxs1 məxsus 7 (yeddi) baş xırdabuynuzlu heyvanları və eləcədə 11 (on bir) ədəd hindquşlarını oğurlamasını etiraf etməsini bilmişdir. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, onunla barışıq əldə etmişdir və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndi ərazisində ona məxsus ferması var. O, özünə məxsus olan fermada xırdabuynuzlu heyvanlar və ev quşları saxlayır. Zərərçəkmiş şəxs2 da ona məxsus fermada xırdabuynuzlu heyvanları saxlayır. Təxminən 2023-cü ilin dekabr ayının sonlarında ona və Zərərçəkmiş şəxs2 məxsus 390 (üç yüz doxsan) baş xırdabuynuzlu heyvanlardan ona məxsus 7 (yeddi) baş xırdabuynuzlu heyvanları və eləcədə 11 (on bir) ədəd hindquşları, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 3 (üç) baş xırdabuynuzlu heyvanları oğurlanmasını bilmişdir. Həmin vaxt o, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Sonradan adalarını xatırlamadığı kənd sakinlərindən Təqsirləndirilən şəxs ucuz qiymətə hind quşları və xırdabuynuzlu heyvanları satmasını eşitmişdir. Daha sonra Şəmkir Rayon Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs ona məxsus 7 (yeddi) baş xırdabuynuzlu heyvanları və eləcədə 11 (on bir) ədəd hindquşlarını, həmçinin Zərərçəkmiş şəxs2 məxsus 3 (üç) baş xırdabuynuzlu heyvanları oğurlamasını etiraf etməsini bilmişdir. Sonradan Təqsirləndirilən şəxs ona məxsus 7 (yeddi) baş xırdabuynuzlu heyvanlardan 2 (iki) ədədini Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini Şahid1 satması ona məlum olmuşdur. Ona məxsus 7 (yeddi) baş xırdabuynuzlu heyvanların Təqsirləndirilən şəxs tərəfindən oğurlanması nəticəsində ona 3500 (üç min beş yüz) manat məbləğində və eləcədə 11 (on bir) ədəd hindquşların oğurlanması nəticəsində 700 (yeddi yüz) manat məbləğində, ümumilikdə isə 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona məxsus oğurladığı 7 (yeddi) baş xırdabuynuzlu heyvanlardan Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və onunla barışıq əldə etmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 onun həmkəndliləridir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şəmkir rayonu, Dəllər-Daşbulaq kənd sakinləri kimi tanıyır. 2023-cü ilin dekabr ayında Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ərazisində özünə məxsus torpaq sahəsində əkdiyi taxılı sulayan zaman Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, 2 (iki) baş özünə məxsus xırdabuynuzlu heyvanlarının əmisi oğlu Şahid3 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən damda olmasını, təcili alment ödəməli olmasını, bu səbəbdən də həmin 2 (iki) baş xırdabuynuzlu heyvanları 600 (altı yüz) manata satmaq istəməsini ona bildirmişdir. O, Təqsirləndirilən şəxs taxıl sahəsində olmağını və yaşadığı kənddə gələrək orada görüşüb danışacağını bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs əmisi oğlu Xəyyam Məhərrəımovun yaşadığı ünvana gedərək, orada Şahid3 və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs 2 (iki) baş xırdabuynuzlu yerli heyvanlar olmaqla hər biri dişi cinsli, 2 (iki) yaşlı, diri çəkiləri təxminən 60-65 kq və hər biri boğaz olan qoyunları ona göstərərək, 600 (altı yüz) manata satmaq istəməsini demişdir. O, isə Təqsirləndirilən şəxs məxsus olmasını bildiyi 2 (iki) baş xırdabuynuzlu heyvanlara baxaraq 530 (beş yüz otuz) manata ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs həmin 2 (iki) baş xırdabuynuzlu heyvanları alaraq yaşadığı ünvana gəlib orada 530 (beş yüz otuz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təxminən 20-25 gün sonra Təqsirləndirilən şəxs aldığı 2 (iki) baş xırdabuynuzlu heyvanların 1 (bir) baş xırdabuynuzlusu 1 (bir) baş dişi cinsli quzu doğmuşdur. 2023-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs1 oğlu Novruz Əmiraslanov ona mobil telefon vasitəsi ilə zəng edərək, Təqsirləndirilən şəxs ona 2 (iki) baş xırdabuynuzlu heyvan satıb-satmamasını soruşmuşdur. O, X3 Məhərrəmovun ona 2 (iki) baş xırdabuynuzlu heyvan satmasını və həmin heyvanlardan 1 (bir) baş xırdabuynuzlusunun doğmasını bildirmişdir. Təxminən 25-30 dəqiqədən sonra X4 Rayon Polis Şöbəsinin Polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana gələrək, orada Təqsirləndirilən şəxs ona satdığı xırdabuynuzlu heyvanlara baxan zaman həmin heyvanların atası Zərərçəkmiş şəxs1 və çobanları Zərərçəkmiş şəxs2 məxsus olmasını bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı 2 (iki) baş xırdabuynuzlu heyvanları Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndi ərazisində yerləşən fermadan oğurlayaraq ona satmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 hər ikisi onun qohumlarıdır. Lakin Zərərçəkmiş şəxs2 tanımır. 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs yaşadıqları kənd ərazisində xırdabuynuzlu heyvan kəsərək satmasını görmüşdür. O, Təqsirləndirilən şəxs 1 kq-mı 15 (on beş) manat olmaqla 5 kq satdığı ətdən almışdır. Təqsirləndirilən şəxs ona maddi cəhətdən çətinliyinin olmasını, Zərərçəkmiş şəxs1 2 (iki) baş xırdabuynuzlu heyvan alacağını və həmin heyvanları saxlamaq üçün özünün damı olmamasını, qısa müddət ərzində satacağını bildirərək, ondan müvəqqəti olaraq həmin 2 (iki) baş xırabuynuzlu heyvanları yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən damda saxlamağa icazə verməyini xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs ilə qohum olduğu üçün ona icazə vermişdir. Daha sonra 2023-cü ilin dekabr ayının əvvəllərində o, işdə olarkən, arvadı Şahid2 evdə olan zaman Təqsirləndirilən şəxs 2 (iki) baş xırdabuynuzlu qoyunları onun yaşadığı evin həyətyanı sahəsində yerləşən dama gətirmişdir. Daha sonra o, yaşadığı evə gələn zaman evin həyətyanı sahəsində yerləşən heyvan damının qarşısında Təqsirləndirilən şəxs və həmkəndlisi Şahid1 olmalarını görmüşdür. Təqsirləndirilən şəxs Şahid1 2 (iki) baş xırdabuynuzlu heyvanları 530 (beş yüz otuz) manata satmışdır. Bu səbəbdən də Şahid1 Təqsirləndirilən şəxs aldığı 2 (iki) baş xırdabuynuzlu heyvanları onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən damdan götürərək özü ilə aparmışdır. Həmçinin Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında ona məxsus fərdi yaşayış evinə 1 (bir) ədəd hind quşu gətirərək, onlara satmaq istəməsini bildirmişdir. O, maddi imkanımın zəif olmasını Təqsirləndirilən şəxs bildirərək, ona məxsus qazlarının olmasını, onun gətirdiyi 1 (bir) ədəd hind quşunu ona məxsus 1 (bir) ədəd qazla dəyişməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə ona 1 (bir) ədəd hind quşunu verərək, bunun qarşılığında ondan 1 ədəd qaz və 10 (on) manat pul istəmişdir. O, da Təqsirləndirilən şəxs ilə razılaşaraq özünə məxsus olan 1 (bir) ədəd qazı və 10 (on) manat pulu Təqsirləndirilən şəxs verərək, ondan 1 (bir) ədəd hind quşunu almışdır. Daha sonra Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ona mobil telefon vasitəsi ilə zəng edərək, onu polis şöbəsinə dəvət etmişlər. Şəmkir Rayon Polis Şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı 1 (bir) ədəd hind quşu və yaşadığı evin həyətyanı sahəsində yerləşən damada həmkəndlisi Şahid1 satdığı 2 (iki) baş xırdabuynuzlu heyvanları Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndi ərazisində yerləşən fermadan oğurlayaraq əldə etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 hər ikisi onun qohumları, lakin Zərərçəkmiş şəxs2 tanımır. 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs yaşadıqları kənd ərazisində xırdabuynuzlu heyvan kəsərək satmasını əri Şahid3 ilə birlikdə görmüşlər. Həmin vaxt əri Xəyam Məhərrəmov Təqsirləndirilən şəxs 1 kq-mı 15 (on beş) manat olmaqla 5 kq satdığı ətdən alarkən, Təqsirləndirilən şəxs əri Şahid3 maddi cəhətdən çətinliyinin olmasını, Zərərçəkmiş şəxs1 2 (iki) baş xırdabuynuzlu heyvan alacağını və həmin heyvanları saxlamaq üçün özünün damı olmamasını, qısa müddət ərzində satacağını bildirərək, əri Şahid3 müvəqqəti olaraq həmin 2 (iki) baş xırabuynuzlu heyvanları yaşadıqları fərdi yaşayış evlərinin həyətyanı sahəsində yerləşən damda saxlamağa icazə verməyi xahiş etmişdir. Əri Şahid3 Təqsirləndirilən şəxs icazə vermişdir. Daha sonra 2023-cü ilin dekabr ayının əvvəllərində əri Şahid3 işdə olarkən, o, yaşadıqları evdə olan zaman Təqsirləndirilən şəxs 2 (iki) baş xırdabuynuzlu qoyunları yaşadıqları evin həyətyanı sahəsində yerləşən dama gətirmişdir. Daha sonra Şahid3 da yaşadıqları evə gələn zaman evin həyətyanı sahəsində yerləşən heyvan damının qarşısında Təqsirləndirilən şəxs həmkəndliləri Şahid1 2 (iki) baş xırdabuynuzlu heyvanları 530 (beş yüz otuz) manata satmışdır. Bu səbəbdən də Şahid1 Təqsirləndirilən şəxs aldığı 2 (iki) baş xırdabuynuzlu heyvanları yaşadıqları fərdi yaşayış evlərinin həyətyanı sahəsində yerləşən damdan götürərək özü ilə aparmışdır. Həmçinin Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında onlara məxsus fərdi yaşayış evlərinə 1 (bir) ədəd hind quşu gətirərək, onlara satmaq istəməsini bildirmişdir. Əri maddi imkanın zəif olmasını Təqsirləndirilən şəxs bildirərək, özlərinə məxsus qazlarının olmasını, onun gətirdiyi 1 (bir) ədəd hind quşunu onlara məxsus 1 (bir) ədəd qazla dəyişməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə onlara 1 (bir) ədəd hind quşunu verərək, bunun qarşılığında onlardan 1 ədəd qaz və 10 (on) manat pul istəmişdir. Həmin vaxt əri Şahid3 Təqsirləndirilən şəxs ilə razılaşaraq ona özlərinə məxsus olan 1 (bir) ədəd qazı və 10 (on) manat pulu verərək, ondan 1 (bir) ədəd hind quşunu almışdır. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları onu və əri Şahid3 mobil telefon vasitəsi ilə zəng edərək polis şöbəsinə dəvət etmişlər. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara satdığı 1 (bir) ədəd hind quşunu və yaşadıqları evin həyətyanı sahəsində yerləşən damada həmkəndliləri Şahid1 satdığı 2 (iki) baş xırdabuynuzlu heyvanları Zərərçəkmiş şəxs1 məxsus Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndi ərazisində yerləşən fermadan oğurlayaraq əldə etmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən fermaya baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024–cü il tarixli “Baxış keçirilməsi hqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus fermadan oğurlanaraq Şahid1 satılmış xırdabuynuzlu heyvanlara baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024–cü il tarixli, 9/4076 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarıda göstərilən ev quşları və xırdabuynuzlu heyvanların 2023cü ilin noyabr-dekabır aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3055.00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 151-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilmiş, Apellyasiya Məhkəməsinin qərarı qərari ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü dəyişdirilərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2013-cü il tarixdə cəzasını tam olaraq çəkib qurtarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər Cəyir kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci ildə anadan olmuş Yağmur və xx.xx.2021-ci ildə anadan olmuş Aydın adlı iki nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 177.2.3–cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3– cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, təqsirləndirilən şəxsin cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə könüllü ödəməsini, onlarla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, ailədə qazanc kətirən yeganə şəxs olmasını, eləcə də, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003– ci il tarixli, 4 saylı Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 9 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyun 2024–cü il tarixdən 15 iyun 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar