Məhkəmə qərarları › İş №1(076)-216/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-216/2025

29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-216/2025 29.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı ilə, xx.xx.1993–cü il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yerdən tapdığı psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, sonra isə Şəmkir rayonu ərazisində üzərində gəzdirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə saat 18:10 radələrində idarə etdiyi ** MX *** dövlət qeydiyyat nişanlı “Hyunday” markalı avtomobil ilə Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində olan zaman saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən üstü yoxlanarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,304 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, bir neçə dəfə psixotrop maddə istifadə etmiş, psixotrop maddənin metamfetamin növündən istifadə etmiş, başqa növündən istifadə etməmişdir. 25 fevral 2025-ci il tarixdə o, yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yerdə olan xırda kağız büküm diqqətini çəkmişdir. O, həmin kağız bükümü yerdən götürərək baxan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və daha sonra istifadə etmək məqsədilə içərisində metamfetamin olan həmin kağız bükümü cibinə qoyaraq üzərində saxlamışdır. Elə həmin gün saat 18:10 radələrində o, idarə etdiyi ** MX *** dövlət nömrə nişanlı “Hyunday” markalı avtomobili ilə Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində olarkən mülki geyimdə olan polis əməkdaşları onu saxladıb, özlərini Şəmkir RPŞ-nin Cinayət-axtarış bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında və gəzdirilməsində şübhəli olduğu bildirilmiş, həmin vaxt psixotrop maddə isə onun üzərində olmuşdur. Üzərinə üst baxış keçirilmiş, həmin proseslər fasiləsiz videoçəkilişlə çəkilmişdir. Üst baxışı keçirilən zaman polis əməkdaşları cibində və üzərində nə varsa çıxarmağı ona təklif etmişlər. O, isə onsuzda ifşa olunacağını düşündüyü üçün əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxarıb 01(bir) ədəd kağız bükümün içərisində psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə üzərindən 01(bir) ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Həmin 01(bir) ədəd kağız bükümün içərisində psixotrop maddə olan metamfetaminin çəkisi polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və kağız bükümlə birlikdə 0,78 qram olması məlum olmuşdur. Təqdim etdiyi kağız bükümdə olan psixotrop maddə və “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Şəmkir rayon polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququnun olması izah edilərkən, o, maddi imkanının olmadığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Həmin vaxt ona təqdim edilmiş siyahıdan o, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi seçərək, hüquqlarını müdafiə etməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmiş, lakin həmin vaxt üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,304 qram psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,304 qram psixotrop maddə olan metamfetamini heç kimə satmamış və yaxud hədiyyə etməmişdir. Həmçinin üzərində psixotrop maddə olan metamfetaminin olması ilə bağlı heç kimə bildirməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,304 qram psixotrop maddə olan metamfetamini 25 fevral 2025-ci il tarixdə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yerdən tapmışdır, əgər lazım olarsa həmin yeri göstərə bilər. Əlavə olaraq bildirmişdir ki, 25 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində kağız bükümün içərisində olan psixotrop maddə olan metamfetamini daha sonra istifadə etmək məqsədilə yerdən götürmüş, lakin istifadə etmədən elə həmin gün Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən ifşa olunmuşdur və həmin tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 25 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir RPŞnin CAB-ın rəisi Şahid6 rəhbərliyi ilə ondan, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt baş əməliyyat Şahid2 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd kağız bükümü çıxararaq təqdim etmişdir, həmin kağız bükümün içərisinə baxan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kütlə olmasını görmüşlər. Təqsirləndirilən şəxs həmin metamfetaminə bənzər kütləni 25 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yerdən tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin kütlə əməliyyat müvəkkili Şahid1 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin kağız büküm ilə birlikdə 0,78 qram olması müəyyən edilmişdir, kağız büküm içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, həmin mobil telefon da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan elə həmin yerdə əməliyyat müvəkkili Şahid1 tərəfindən avtomobilə baxış keçirilmiş, lakin avtomobildə narkotik vasitə, psixotrop maddə və ya iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar olunmamışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin və “Samsung” markalı mobil telefonun qablaşdırıldığı 02(iki) ədəd zərf əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sərxan Nəbiyevə təqdim edilmiş və sonuncu tərəfindən həmin zərflər videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Sərxan Nəbiyevə təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sərxan Nəbiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 25 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid6 rəhbərliyi ilə ondan, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt baş əməliyyat Şahid2 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd kağız bükümü çıxararaq təqdim etmişdir, həmin kağız bükümün içərisinə baxan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kütlə olmasını görmüşlər. Təqsirləndirilən şəxs həmin metamfetaminə bənzər kütləni 25 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yerdən tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin kütlə əməliyyat müvəkkili Şahid1 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin kağız büküm ilə birlikdə 0,78 qram olması müəyyən edilmişdir, kağız büküm içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, həmin mobil telefon da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan elə həmin yerdə əməliyyat müvəkkili Şahid1 tərəfindən avtomobilə baxış keçirilmiş, lakin avtomobildə narkotik vasitə, psixotrop maddə və ya iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar olunmamışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin və “Samsung” markalı mobil telefonun qablaşdırıldığı 02(iki) ədəd zərf əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sərxan Nəbiyevə təqdim edilmiş və sonuncu tərəfindən həmin zərflər videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Sərxan Nəbiyevə təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sərxan Nəbiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 25 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid6 rəhbərliyi ilə ondan, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt baş əməliyyat Şahid2 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd kağız bükümü çıxararaq təqdim etmişdir, həmin kağız bükümün içərisinə baxan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kütlə olmasını görmüşlər. Təqsirləndirilən şəxs həmin metamfetaminə bənzər kütləni 25 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yerdən tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin kütlə əməliyyat müvəkkili Şahid1 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin kağız büküm ilə birlikdə 0,78 qram olması müəyyən edilmişdir, kağız büküm içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, həmin mobil telefon da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday” markalı, ** MX *** dövlət nömrə nişanlı avtomobilində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan elə həmin yerdə əməliyyat müvəkkili Şahid1 tərəfindən avtomobilə baxış keçirilmiş, lakin avtomobildə narkotik vasitə, psixotrop maddə və ya iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya aşkar olunmamışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmiş və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin və “Samsung” markalı mobil telefonun qablaşdırıldığı 02(iki) ədəd zərf əməliyyat müvəkkili Şahid1 tərəfindən Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sərxan Nəbiyevə təqdim edilmiş və sonuncu tərəfindən həmin zərflər videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Sərxan Nəbiyevə təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sərxan Nəbiyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, saxlanılan şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsinə dair” 25 fevral 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, E.Allahverdiyev küçəsində hərəkətdə olduğu ağ rəngli “Hundai Tucson” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq saxlanıldığı yerdə yerdən 100 metr aralıda yolun sağ kənarında üstü yoxlanılmış və onun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd ağ kağıza bükülmüş halda çəkisi 0,78 qram metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan “Hundai Tucson” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, iş üçün əhmiyyət kəsb edən hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. “Təqdim edilmiş əşyaya baxış keçirilməsi barədə” 25 fevral 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 25 fevral 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Sərxan Nəbiyev tərəfindən Şəmkir rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs olaraq tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 26 fevral 2025–ci il tarixli 16/188 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan ağ rəngli kağız bükümdə olan metamfetamin aşkar olundu” yazı və imzalar olan kağız paketdəki 01(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,304 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən su kanalının kənarını göstərərək tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış, ekspert tədqiqatına sərf etdikdən sonra qalıq qalmış, təmiz çəkisi 0,254 qram psixotrop maddə olan metamfetamin, həmçinin, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 14 mart 2025–ci il tarixli, 410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 26 fevral 2025-ci il tarixli 127 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB-nın Mahmudlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir RİHB-nın Mahmudlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 olmaqla himayəsində iki nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İİ siyahısının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,304 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iki nəfər azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməlinin törətməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2025–ci il tarixdən, 27 fevral 2025–ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Şəmkir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,30 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 30, 40 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 19 (on doqquz) saata görə 189 (yüz səksən doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2025–ci il tarixdən 27 fevral 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ–də saxlanılan, 0,254 qram narkotik vasitə olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinim materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 19 saata görə 189 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar