Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-217/2023 16.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, ailə üzvləri və kənd sakinləri ilə birlikdə Şəmkir rayon Aşağı Seyfəli kəndində yerləşən meyvə bağında günəmuzd fəhlə kimi işləyərkən, Təqsirləndirilən şəxs məxsus mobil telefon naməlum şəraitdə itmişdir. Daha sonra bağda işləyən şəxslər yaşadıqları evlərinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə gəldikdən sonra anası Şahid3 və qardaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həyətə daxil olub, mobil telefonunun bağda itməsi barədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məlumat verdikdə, Zərərçəkmiş şəxs mobil telefonu bağda işləyərkən görmədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə ailə üzvləri ilə birlikdə həyətdən gedərək, Zərərçəkmiş şəxs azyaşlı evladları gəldikdən sonra yenidən gəlib məlumat alacağını bildirmişdir. Bir saat sonra Təqsirləndirilən şəxs qardaşı və anası ilə birlikdə yenidən Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlmiş, anası Şahid3 ilə birlikdə həyətə daxil olub, yenidən Zərərçəkmiş şəxs və azyaşlı oğlundan telefonunu bağda itirməsini və telefonu görüb-görməmələri barədə soruşduqda, tərəflərin arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gedərək saçından tutub bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə vuraraq daha sonra yerə yıxmış, Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl zərbələri ilə vurub sağ said nahiyyəsinin yuxarı üçdə birinin ön-iç səthinin orta üçdə birinin bayır səthinin, bel və hər iki sağrı nahiyyəsinin sol budun orta üçdə birinin və sol baldırın yuxarı üçdə birinin arxa səthinin, sağ baldırın orta üçdə birinin bayır səthinin şişkinlik, qançır və ağrı halında əzniklər ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi, baxış protokolu həmin protokollara əlavə olunmuş fotoşəkil və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən meyvə bağında günəmuzd fəhlə kimi işləmişdir. Həmin vaxt mobil telefonunun itməsini bilmiş və o, telefonu axtarsada tapa bilməmişdir. O, ailə üzvlərinə evə getdikdən sonra eyni yerdə işləyən Zərərçəkmiş şəxs və azyaşlı oğlundan bu barədə soruşmaq qərarına gəlmişdir. O, onası Şahid3 ilə birlikdə Zərərçəkmiş şəxs evinə getmişdir. Telefonu Tünzalədən soruşanda, Zərərçəkmiş şəxs telefonu götürmədiyini, lakin azyaşlı oğlu evə gələndə ondan da soruşacağını bildirmişdir. Təxminən yarım saat sonra onlar yenidən Zərərçəkmiş şəxs evinə gedərək, həyətə daxil olduqda Zərərçəkmiş şəxs azyaşlı oğlu da həyətdə olmuş, onlar telefonu soruşsa da, telefonun onlarda olmadığını bildirmişlər. Bu zaman Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadələr işlədərək, həyətindən çıxmaqlarını bildirmişdir. Onlar qarşılıqlı olaraq söz mübahisəsi vaxtı, Zərərçəkmiş şəxs onun üzərinə gələrək əlləri ilə boğaz nahiyyəsindən tutmuşdur. Daha sonra onun saçından çəkəndə o, da Tünzalənin saçlarından tutmuşdur. Onlar yaxalaşanda yerə yıxılmışlar, yerdə qarşılıqlı olaraq dava dalaş edəndə, kənardan anası Şahid3 onları yaxınlaşıb aralamışdır. Baş verən səs küyə küçədən qardaşı Əyanət gələrək onları Zərərçəkmiş şəxs həyətindən çıxarmışdır. Onun təqsirli olmamasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 iyun 2023-cü il tarixdə yaşadığları kənddə yerləşən meyvə bağında günəmuzd fəhlə kimi işləməyə getmişdir. Təxminən saat 11:00 radələrində Əfsanə adlı qadının yetkinlik yaşına çatmayan oğlu mobil telefonunun itməsini bildirərək onlardan telefonunun tapılmasına köməklik etməsini xahiş etmişdir. Orada olan şəxslər bağda telefonu axtarmağa başlamışlar. Həmin vaxt oğlu X5 da telefonu bağda axtarmağa getmişdir. Telefonu axtaran vaxt oğlu İsmayıl Qasımov telefonu bağda tapıb sahibinə vermişdir. Təxminən bir saat sonra onlar yaşadıqları evə getmək istədikdə, Əfsanə adlı qadın telefonunun itməsini bildirmişdir. Onlar həmin vaxt yaşadıqları evə getmişlər. O, və ailə üzvləri evə gəldikdən sonra təxminən bir saat sonra Əfsanə və Məleykə adlı qadınlar onların yaşadığları evə gələrək həyətə daxil olduqdan sonra, Əfsanə adlı qadın telefonunu bağda itirməsini ola bilsin ki, azyaşlı oğlu İsmayıl telefonu tapmasını və ya görməsini bildirmişdir. Oğlu İsmayıl və o, telefonu tapmadıqlarını, birinci dəfə telefonu axtaranda Əfsanə adlı qadının oğlunun telefonunu bağda tapıb qaytarmasını bildirmişdir. Həmin vaxt Əfsanə və anası Məleykə həyətdən çıxıb getmişlər. Təxminən yarım saat sonra Əfsanə və Məleykə yenidən geri qayıdaraq həyətə daxil olmuş, lakin bu dəfə daha aqresiv formada onun üzərinə gələrək mobil telefonun oğlu İsmayıl tərəfindən götürülməsini bildirmişlər. O, Əfsanə və Məleykəyə həyətindən çıxmalarını bildirmiş, qarşılıqlı olaraq biri-birilərinin saçından tutaraq yaxalaşmağa başlamışlar. Həmin vaxt Əfsanə onu yerə yıxaraq əl zərbələri ilə onu yerdə vurmuşdur. Eyni zamanda Məleykə adlı qadın onu əl zərbələri ilə vurmağa başlamışdır. Baş vermiş səs küyə Əfsanənin qardaşı Əyanət həyətə daxil olaraq Əfsanə və Məleykəni ondan aralamışdır. Hazırda aralarında barışıq əldə olunmadığından Təqsirləndirilən şəxs cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. O, 20 iyun 2023-cü il tarixdə yaşadığı evdə olarkən, həmkəndliləri Məleykə və Əfsanə yaşadığları evə gələrək bağda işləyəndə telefonunun itməsini bildirərək telefonu tapıb tapmadığları barədə onlardan soruşmuşlar. O, və ailə üzvləridə telefonu görmədiklərini bildirmişlər. Təxminən bir saat sonra arvadı Zərərçəkmiş şəxs ona zəng edərək Məleykə və Əfsanənin gələrək onu həyətdə döymələrini bildirmişdir. O, dərhal evə gələrək arvadı Zərərçəkmiş şəxs döyülməsi və bədənində xəsarətlər olmasını görmüşdür. Daha sonra bu barədə Şəmkir rayon polis şöbəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 20 iyun 2023-cü il tarixdə saat Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən meyvə bağında günəmuzd fəhlə kimi işləyən vaxt bacısı Təqsirləndirilən şəxs ona istifadəsində olan mobil telefonunun itməsini bildirmişdir. Həmin vaxt yanlarında Zərərçəkmiş şəxs və onun ailə üzvləri olmuşdur. O, bacısı və anası ilə birlikdə Zərərçəkmiş şəxs evinə getmiş, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olaraq bu barədə ondan soruşduqda Zərərçəkmiş şəxs telefonu görmədiklərini bildirmişdir. Azyaşlı oğlu gəldikdən sonra bu barədə ondanda soruşacağını bildirmişdir. Təxminən yarım saat sonra onlar yenidən Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək, bacısı Əfsanə və anası Məleykə Zərərçəkmiş şəxs evinin həyətinə daxil olduqda, o küçədə gözləmişdir. Təxminən 5-10 dəqiqə sonra həyətdən səs-küy gəlməsini eşitmiş, dərhal həyətə daxil olmuş və həyətə daxil olduqda bacısı Təqsirləndirilən şəxs və Tüznalə Cəfərovanın dava dalaş etdiyini görmüşdür. O, dərhal onlara aralanmalarını bildirdikdə, hər ikisi kənarə çəkilmiş və daha sonra Zərərçəkmiş şəxs həyətindən çıxıb yaşadığları evə getmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərdi ki, 20 iyun 2023-cü il tarixdə Şəmkir aryonu, Aşağı Seyfəli kəndində yerləşən meyvə bağında günəmuzd fəhlə kimi işləyən zaman, qızı Təqsirləndirilən şəxs ona istifadəsində olan mobil telefonunun itdiyini demiş, evə gəldikdən sonra yanında Zərərçəkmiş şəxs və ailə üzlərinin olmasını bildirmişdir. O, qızı Əfsanə və oğlu ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə gedərək, bu barədə ondan soruşmaq üçün onun həyətinə daxil olmuş, bu barədə dedikdə Zərərçəkmiş şəxs telefondan xəbəri olmadığını bildirmişdir. Azyaşlı oğlu gəldikdən sonra bu barədə ondanda soruşacağını bildirmiş, təxminə n yarım ssat sonra onlar yenidən Zərərçəkmiş şəxs həyətinə gəlmişlər, bu barədə təkrar soruşduqda Zərərçəkmiş şəxs və azyaşlı oğlu telefondan xəbərlərinin olmadığını və telefonu görədiklərini bildirmişlər. Daha sonra Zərərçəkmiş şəxs qızı Təqsirləndirilən şəxs ünvanına nəlayiq ifadələr işlədərək onuun həyətindən çıxmalarını bildirmişdir. Eyni zamanda qızı Təqsirləndirilən şəxs üzərinə gedərək onun saçından tutaraq yaxalaşmağa başlamış, qızı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı olaraq yaxalaşmağa başlayanda onlar yerə yıxılmışlar. Yerdə qarşılıqlı olaraq dava dalaş edəndə o, onlar yaxınlaşıb hər ikisini aralamışdır. Daha sonra onlar Zərərçəkmiş şəxs həyətindən çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb eksperti N. Ə.Sadıqovun 21 iyun 2023-cü il tarixli N-683 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ said nahiyyəsinin yuxarı üçdə birinin ön-iç səthinin, orta üçdə birinin bayır səthinin, bel və hər iki sağrı nahiyyəsinin, sol budun orta üçdsə birinin və sol baldırın yuxarı üçdə birinin arxa səthinin, sağ baldırın orta üçdə birinin bayır səthinin şişkinlik, qançır və ağrı halında əznikləri, sol dirsək oynağının arxa səthinin və sağ baldırın aşağı üçdə birinin ön səthinin sıyrıqları KÜT əşyanın təsirindən törənmiş, törənmə müddəti 20 iyun 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Ağırlıq dərəcəsinə görə sağ said nahiyyəsinin yuxarı üçdə birinin ön-iç səthinin orta üçdə birinin bayır səthinin, bel və hər iki sağrı nahiyyəsinin sol budun orta üçdə birinin və sol baldırın yuxarı üçdə birinin arxa səthinin, sağ baldırın orta üçdə birinin bayır səthinin şişkinlik, qançır və ağrı halında əzniklər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol dirsək oynağının arxa səthinin və sağ baldırın aşağı üçdə birinin ön səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün, ağırlıq dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs onu döydüyü yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verərək xx.xx.2023-cü il tarixdə yaşadığları kənddə yerləşən meyvə bağında günəmuzd fəhlə kimi işləməyə getmişdir. Saat 11:00 radələrində Əfsanə telefonunun itməsini bildirmişdir. O, və ailə üzvləri evə gəldikdən təxminən bir saat sonra Təqsirləndirilən şəxs və anası Məleykə onların yaşadığları evə gəlmişlər. Həyətə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs telefonunu bağda itirməsini ola bilsin ki, azyaşlı oğlu İsmayıl telefonu tapmasını və ya görməsini bildirmişdir. Oğlu İsmayıl və o, telefonu tapmadığlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs və anası Məleykə həyətdən çıxıb getmişdir və aralarında hər hansı bir mübahisə və ya münaqişə olmamışdır. Təxminən yarım saat sonra Əfsanə və anası Məleykə yenidən geri qayıdaraq, həyətə daxil olmuş, lakin bu dəfə daha qaresiv formada onun üzərinə gəlib mobil telefonun oğlu İsmayıl tərəfindən götürülməsini bildirmişlər. O, Əfsanə və anası Məleykəyə həyətindən çıxmalarını bildirmişdir. Həmin vaxt Əfsanə onun üzərinə gələrək, saçından tutaraq baş nahiyyəsinə əl zərbələri vurmuşdur. Daha sonra o, yerə yıxılmış yerə yıxılandan sonra yerdə də əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Aşağı Seyfəli kəndində müsbət xarakterizə olunur və onun barəsində hər hansı bir şikayət və ərizə nümayəndəliyə və inzibati orqanlara daxil olmamışdır. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin təqsirliliyi təsdiq olunur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin dolayı ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ictimai işlər növündə cəzaya məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın icrasına nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım görsətməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı: Kod:805670: VÖEN:**********: Müxbir hesabı: **********944: S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN:**********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpelyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-217/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-217/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver