Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-217/2024 06.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988–ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 16 aprel 2024-cü il tarixdə, saat 02:30 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onun barəsində əxlaqsızlıq etməsi barədə ümumi tanışları arasında məlumat yayması səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı ünvanda ondan qisas almaq niyyətilə sonuncunun bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə əl və ayaq zərbələri ilə qəsdən vuraraq ona sol almacıq və sağ kürək nahiyəsinin, sol bazunun orta üçdə birinin arxa səthinin qançırları, üst dodağın selikli hissəsinin qansızması ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən və sol əlin 5ci barmağının dırnaq sədəfinin travmatik qopması ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid1 tanıyır. Onlarla əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, X3 onun rəfiqəsidir. 15 aprel 2024-cü il tarixdə, saat 23 radələrində onun yaşadığı evdə olan zaman “TikTok” sosial şəbəkəsində rəfiqəsi Rövşanə Ələkbərova canlı açmışdır. O, da Rövşanə Ələkbərova ilə birlikdə olmuşdur. Həmin vaxt o, “prenses_26” adlı profili ilə “TikTok” sosial şəbəkəsində canlı açan Zərərçəkmiş şəxs onun barəsində Şəmkir şəhərində yaşayan tanışlarının yanında pis ifadələr işlətməsinə öz iradını bildirmişdir. Daha sonra o, yaşadığı evin mətbəx otağına keçən zaman Zərərçəkmiş şəxs Rövşanə Ələkbərovanın “TikTok” sosial şəbəkə hesabında onun barəsində pis ifadələr işlədərkən, rəfiqəsi Rövşanə Ələkbərova onun adından “TikTok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs pis ifadələr yazaraq, “TikTok” sosial şəbəkəsindən canlını bağlayaraq çıxmışdır. 16 aprel 2024-cü il tarixdə, saat 02 radələrində o, "Whatsapp" mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs yazaraq harada olmağını soruşaraq onunla söhbət etmək istəməsini demişdir. Həmin vaxt o, rəfiqəsi Rövşanə Ələkbərova ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Orada onları Zərərçəkmiş şəxs və onun rəfiqəsi Şahid1 qarşılamışdır. Onlar Zərərçəkmiş şəxs yaşadığı ünvana daxil olduqdan sonra o, Zərərçəkmiş şəxs nə səbəbə onun barəsində tanışlarının yanında pis ifadələr işlətməsinin səbəbini soruşan zaman Zərərçəkmiş şəxs ona yaxşı edirəm ifadəsini işlətmişdir. Həmin vaxt onlar arasında baş verən sözlə mübahisə dava-dalaş hadisəsinə çevrilmişdir. Dava-dalaş zamanı o, əsəbi halda Zərərçəkmiş şəxs saçından tutaraq əli və ayağı ilə onun bədənin müxtəlif nahiyələrindən vuraraq, onun sol əlinin 5-ci barmağına bilməyərəkdən xəsarət yetirmişdir. Daha sonra onlar Zərərçəkmiş şəxs yaşadığı mənzilin qarşısına dəhlizə çıxaraq hadisə yerindən getmişlər. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ondan şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onuun rəfiqəsi, Təqsirləndirilən şəxs onun tanışı, X2 isə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ilə əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, o, 15 aprel 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə olan zaman “TikTok” sosial şəbəkəsində canlı açmışdır. Həmin vaxt Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs onun “prenses_26” adlı profili hesabına “TikTok” sosial şəbəkəsində daxil olaraq ona nəlayiq sözlər yazmışlar. Həmin vaxt “TikTok” sosial şəbəkəsində Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs ilə aralarında mübahisələri baş vermişdir. Daha sonra o, “TikTok” sosial şəbəkəsindən canlını bağlayaraq çıxmışdır. 16 aprel 2024-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs ona "Whatsapp" mobil tətbiqi vasitəsi ilə yazaraq harada olmağını soruşaraq onunla söhbət etmək istəməsini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmağını demişdir. Həmin tarixdə, saat 02:30 radələrində Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs hər ikisi onun yaşadığı ünvana gəlmişlər. Orada o, rəfiqəsi Şahid1 ilə birlikdə Rövşanə Ələkbərovdan və Təqsirləndirilən şəxs onun ünvanına nə səbəbə pis ifadələr işlətmələrinin səbəbini soruşan zaman Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən yenidən onu təhqir etməyə başlamışlar. Həmin vaxt aralarında baş verən sözlə mübahisə dava-dalaş hadisəsinə çevrilmişdir. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs onun saçından tutaraq əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub sol əlinin 5-ci barmağının dırnaq sədəfini qoparmışdır. Daha sonra onlar yaşadığı mənzilin qarşısına dəhlizə çıxmışlar. X8 əlindəki kiçik ölçülü mətəbx bıçağı ilə onun sağ yanağından və boynunun ön səthindən vuraraq ona xəsarət yetirmişdir. Lakin rəfiqəsi Şahid1 dərhal onu Rövşanə Ələkbərovadan aralaşdıran zaman Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yerdən getmişlər. Daha sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs onunl barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış, lakin Təqsirləndirilən şəxs onun rəfiqəsidir. Belə ki, o, 15 aprel 2024-cü il tarixdə, saat 23 radələrində rəfiqəsi Təqsirləndirilən şəxs yaşadığı evdə olan zaman “TikTok” sosial şəbəkəsində canlı açmışdır. Təqsirləndirilən şəxs onunla birlikdə olmuşdur. Həmin vaxt onun “prenses_26” adlı profili ilə “TikTok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun barəsində Şəmkir şəhərində yaşayan tanışlarının yanında pis ifadələr işlətməsinə öz iradını bildirmişdir. Daha sonra rəfiqəsi Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağına keçən zaman Zərərçəkmiş şəxs rəfiqəsi Təqsirləndirilən şəxs barəsində “TikTok” sosial şəbəkəsində pis ifadələr işlədərkən, o, rəfiqəsi Təqsirləndirilən şəxs adınan “TikTok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək, ona öz iradımı bildirmişdir. Daha sonra o, “TikTok” sosial şəbəkəsindən canlını bağlayaraq çıxmışdır. 16 aprel 2024-cü il tarixdə, saat 02 radələrində rəfiqəsi Təqsirləndirilən şəxs "Whatsapp" mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs yazaraq harada olmağını soruşaraq onunla söhbət etmək istəməsini bildirmişdir. Həmin vaxt o, rəfiqəsi Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişlər. Orada Zərərçəkmiş şəxs və onun rəfiqəsi Şahid1 onları qarşılamışlar. Onlar Zərərçəkmiş şəxs yaşadığı ünvana daxil olduqdan sonra rəfiqəsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nə səbəbə onun barəsində tanışlarının yanında pis ifadələr işlətməsinin səbəbini soruşan zaman Zərərçəkmiş şəxs ona yaxşı edirəm ifadəsini işlətmişdir. Həmin vaxt rəfiqəsi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında baş verən sözlə mübahisə dava-dalaş hadisəsinə çevrilmişdir. Dava-dalaş zamanı rəfiqəsi Təqsirləndirilən şəxs əsəbi halda Zərərçəkmiş şəxs saçından tutaraq əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrindən vuraraq, onun sol əlinin 5-ci barmağına bilməyərəkdən xəsarət yetirmişdir. Daha sonra onlar Zərərçəkmiş şəxs yaşadığı mənzilin qarşısına dəhlizə çıxmışlar. Orada Zərərçəkmiş şəxs onları təhqir edən zaman o, əsəbi olduğu üçün əlində olan kiçik ölçülü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol yanaq tərəfindən vurmuşdur. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı qanuni nümayəndəsi X4 iştirakı ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Posanlı yaşayış massivində anası X6 ilə birlikdə yaşayır. Subaydır. İfadə verməyinin səbəbi ona tam aydındır. Zərərçəkmiş şəxs təxminən 5-6 ay müddətdir ki, tanıyır. X1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Belə ki, o, 15 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında olan zaman rəfiqəsi Zərərçəkmiş şəxs “TikTok” sosial şəbəkəsində canlı açmışdır. Həmin vaxt Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs “TikTok” sosial şəbəkəsində “prenses_26” adlı profili ilə rəfiqəsi Zərərçəkmiş şəxs “TikTok” sosial şəbəkəsində “İ MİSS YOU_57” adlı profili ilə açdığı canlısına daxil olaraq ona nəlayiq sözlər yazmışlar. Bu səbəbdən də “TikTok” sosial şəbəkəsində rəfiqəsi Zərərçəkmiş şəxs ilə Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs aralarında mübahisələri baş vermişdir. Daha sonra rəfiqəsi Zərərçəkmiş şəxs “TikTok” sosial şəbəkəsində calını bağlayaraq çıxmışdır. 16 aprel 2024-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs rəfiqəsi Zərərçəkmiş şəxs "Whatsapp" mobil tətbiqi vasitəsi ilə yazaraq harada olmağını soruşaraq söhbət etmək istəməsini bildirmişdir. Həmin vaxt rəfiqəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmağını demişdir. Həmin tarixdə, saat 02:30 radələrində Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs hər ikisi onalrın olduğu ünvana gəlmişlər. Orada rəfiqəsi Zərərçəkmiş şəxs, Rövşanə Ələkbərovdan və Təqsirləndirilən şəxs onun ünvanına nə səbəbə pis ifadələr işlətmələrinin səbəbini soruşan zaman Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən yenidən onun rəfiqəsi Zərərçəkmiş şəxs təhqir etməyə başlamışlar. Həmin vaxt rəfiqəsi Zərərçəkmiş şəxs ilə Rövşanə Ələkbərovanın və Təqsirləndirilən şəxs aralarında baş verən sözlə mübahisə dava-dalaş hadisəsinə çevrilmişdir. Davadalaş zamanı Təqsirləndirilən şəxs rəfiqəsi Zərərçəkmiş şəxs saçından tutaraq əli və ayağı ilə onun bədənin müxtəlif nahiyələrindən vurub rəfiqəsi Zərərçəkmiş şəxs sol əlinin 5-ci barmağının dırnaq sədəfini qoparmışdır. Daha sonra rəfiqəsi Zərərçəkmiş şəxs yaşadığı mənzilin qarşısına dəhlizə çıxmışlar. X8 əlindəki kiçik ölçülü mətəbx bıçağı ilə rəfiqəsi Zərərçəkmiş şəxs sağ yanağından və boynunun ön səthindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, rəfiqəsi Zərərçəkmiş şəxs Rövşanə Ələkbərovadan aralaşdırmışdır. Rövşanə Ələkbərova və Təqsirləndirilən şəxs isə hadisənin baş verdiyi yerdən getmişlər. Daha sonra rəfiqəsi Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Şahid1 verilən sualları cavablandırarkən, 16 aprel 2024-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs ilə X3 və Təqsirləndirilən şəxs aralarında dava-dalaş hadisəsi baş verərəkən yanlarında başqa şəxslərin olmamasını bildirmişdir. Cinayət işinin materiallarında olan 16 aprel 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkil çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 16 aprel 2024–cü il tarixli, 343 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sağ yanağın, boyunun ön səthinin kəsilmiş səthi yaraları İTİ kənarlı əşyanın, sol almacıq və sağ kürək nahiyəsinin, sol bazunun orta üçdə birinin arxa səthinin qançırları, üst dodağın selikli hissəsinə qansızma, sol əlin 5-ci barmağının dırnaq sədəfinin travmatik qopması isə KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 16 aprel 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol əlin 5-ci barmağının dırnaq sədəfinin travmatik qopması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ yanağın, boyunun ön səthinin kəsilmiş səthi yaraları, sol almacıq və sağ kürək nahiyəsinin, sol bazunun orta üçdə birinin arxa səthinin qançırları, üst dodağın selikli hissəsinə qansızma isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü ildə anadan olmuş Məhəmməd və 2016-cı ildə anadan olmuş Hüseyn adlı iki nəfər azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, 16 aprel 2024-cü il tarixdə, saat 02:30 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun onun barəsində əxlaqsızlıq etməsi barədə ümumi tanışları arasında məlumat yayması səbəbindən şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı ünvanda ondan qisas almaq niyyətilə sonuncunun bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə əl və ayaq zərbələri ilə qəsdən vuraraq ona sol almacıq və sağ kürək nahiyəsinin, sol bazunun orta üçdə birinin arxa səthinin qançırları, üst dodağın selikli hissəsinin qansızması ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən və sol əlin 5-ci barmağının dırnaq sədəfinin travmatik qopması ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 42 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-217/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-217/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver