Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-217/2025 23.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, küçə-33, ev-3 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 08 radalarinda Şəmkir rayonu, Düyərli kəndi, 1-ci küçə adlanan ərazidə tanışı Şahid3 Şəmkır Rrayon Məhkəməsinin 2(076)-357-2023 saylı mülki iş üzrə 16 may 2023-cü il tarixli qərarına əsasən sonuncuya verilmiş övladı X1 idarə etdiyi VAZ 21074 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib Şahid3 yaşadığı Gəncə şəhərinə aparmaqlarına mane olan sonuncunun keçmiş qaynanası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncudan qısas almaq niyyətilə əlləri və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona sol diz oynağının ön səthinin əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 onun qohumudur. 09 oktyabr 2024-cü il tarixdə Kəmalə ona oğlu Turxanın keçmiş qaynanasında olmasını deyərək onu gətirməsinə kömək etməsini ondan xahiş etmişdir. O da, razılaşmışdır. 10 oktyabr 2024-cü il tarixdə saat 08 radələrində Kəmalə ilə razılaşdıqları kimi etibarnamə əsasında ona məxsus olan “VAZ-2107” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu, Düyərli kəndinə gəlmişlər. Kəmalə keçmiş qaynanasının həmin vaxt nəvələrini məktəbə aparmasını bilmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra Kəmalə qaynanasını göstərmiş, qaynanası Asya adlı əvvəlcədən tanımadığı qadın iki nəvəsini məktəbə aparırmış, bir əli ilə də, Kəmalənin oğlu Turxanın əlindən tutmuşdur. Onlar maşının arxa qapısı tərəfə çatdıqda maşın hərəkətdə ola-ola Kəmalə maşının qapısını açmış və Turxanın əlindən tutub maşına tərəf çəkmişdir. Həmin vaxt Asya Turxanın əlini buraxmamış və Kəmalənin saçından tutub yerə tərəf dartdmışdır. Həmin vaxt maşın hərəkətdə olmuş və Asya əlini buraxmadığı üçün onun idarə etdiyi maşın onu sürütləmişdir. Daha sonra Kəmalə və Turxan maşından yerə yıxılmış, o isə maşını saxlamışdır. Həmin vaxt isə Kəmalə və Asya əlbə-yaxa olmuş, bir-birilərinin saçlarını dartmışdırlar. O, maşından yerə düşmüş və Kəmalənin saçını Asyanın əlindən almışdır. Daha sonra o, bir neçə dəfə təpik və yumruqla Asyanın bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Bundan sonra avtomobilə əyləşmiş və avtomobili geriyə sürərək küçədən çıxmış, Kəmalə də, Turxanı götürüb maşına minmişdir. O maşını Gəncə şəhəri istiqamətində sürmüş, yolda isə avtomobilin mühərriki xarab olmuşdur. Daha sonra isə polis əməkdaşları onları saxlamış, uşağı isə nənəsinə vermişlər. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Sonradan əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmışdır. Odur ki, məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid3 onun keçmiş gəlinidir. X3 2018-ci ildə Şahid3 ilə ailə həyatı qurmuşdur. Onların Turxan və Mələk adlı iki övladları vardır. Onlar 2022-ci ildə boşanmışlar. Onların boşanmalarına səbəb aralarında baş vermiş narazılıqlar olmuşdur. Onlar boşanandan sonra Kəmalə az yaşlı qızı Mələyi və oğlu Turxanı götürüb Gəncə şəhərinə köçmüşdür. Onlar boşanan zaman məhkəmə uşaqları anaları Kəmaləyə vermişdir. Aradan təxminən 6 ay keçdikdən sonra oğlu Sərxan uşaqları ilə görüşən zaman oğlu Turxanın xəstə olmasını gördükdə onu anası Kəmalənin yanına getməsinə icazə verməmiş və onu öz evlərinə gətirmiş və Turxanı mülaicə etmişlər. Kəmalə sonradan dəfələrlə Turxanı zor yolu ilə aparmağa çalışmışdır. O, Kəmaləyə oğlu Turxanla görüşməsinə icazə versə də, Kəmalə gizlin yolla Turxanla görüşməyə cəhd edərək onu aparmaq istəmişdir. xx.xx.2024-cü il tarixdə o, səhər saatlarında nəvəsi Turxanı və digər oğlu Səxavətin iki azyaşlı uşaqları Ayxanı və Nurxanı məktəbə apardığı vaxt tanımadığı ağ rəngli maşın onların yanına gəlmiş və asta-asta irəliləməyə başlamışdır. Həmin vaxt Kəmalə maşının arxa sol qapısını açıb oğlu Turxanı maşına dartışdırmışdır. Lakin Turxanın bir əli onun əlində olduğuna görə Kəmalə Turxanı götürə bilməmişdir. Sonradan adının Sədi olmasını öyrəndiyi sürücü maşını saxlamış və maşından əlini uzadaraq onun paltarının arxa nahiyəsindən tutataq maşını sürməyə davam etmişdir və onu yerdə təxminən bir neçə metr sürütləmişdir. Daha sonra Sədi maşını saxlamış və maşından düşərək onun yanına gəlmiş və təpik və sillə ilə bir neçə dəfə onun bel nahiyəsindən vurmuşdur. Turxan onun əlindən çıxıb evlərinə tərəf qaçan zaman sürücü Turxanın arxası ilə qaçmış və onu tutaraq maşına qoymüş və yüksək sürətlə oradan uzaqlaşmışdır. Səslərinə qonşular gəlmişdir. O da, onlardan birinin telefonu ilə 102 xidmətinə məlumat vermişdir. Baş vermiş hadisə zamanı orada o, Sədi, Kəmalə, Turxan, Ayxan və Nurxan olmuşdur. Səs-küyədə heç kim gəlməmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir, o, Sədiylə barışmışdır, sonuncudan şikayəti və tələbi yoxdur, məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 oktyabr 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 10 oktyabr 2024-cü il tarixli, 1011 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sağ said nahiyəsinin orta üçdə birinin bayır səthinin , sağ diz oynağının sıyrıqları, sol diz oynağının ön səthinin əzilmiş yarası və sağ baldırın yuxarı üdçə birinin ön səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 10 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol diz oynağının ön səthinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sağ said nahiyəsinin orta üçdə birinin bayır səthinin , sağ diz oynağının sıyrıqları və sağ baldırın yuxarı üdçə birinin ön səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi, həmin əməldə onun təqsirli olması sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs notariyal qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 7 saat üçün nəzərdə tutulan 77 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 77 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ**********7037693263, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(076)-217/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-217/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver