Məhkəmə qərarları › İş №1(076)-218/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-218/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-218/2025 12.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, barəsində şikayət olunan şəxs X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında olan şikayət ərizəsində göstərmişdir ki, X7 onu onların hərbi hissənin və ordu korpusunun rəhbərliyi ilə hədələyərək onun işgüzar nüfuzuna xələl gətirəcəyini və hərbi hissə komandanlığı və ordu korpusu komandanlığı yanında nüfuzdan salacağını bildirmişdir. O, Silahlı Qüvvələrin Baş kliniki Hospitalında müayinədə olduğu zaman aralarında olan mülki məsələyə görə Şəmkir rayon 20 yanvar küçəsində yerləşən hərbi hissənin nəzarıt buraxılış məntəqəsinə yaxınlaşmış orda qarşısına çıxan hər hansı ondan aşağı və ya yuxarı vəzifəli şəxslərə onun barəsində həqiqətə uyğun olmayan formada böhtan ataraq və təhqir edərək onun qəsdən borcu vermədiyini, guya Cənab Generalın adından istifadə edib kafedə yeyib içdiyini və piyan olub sonuncunun pulunu vermədiyini iddia edərək, onun işgüzar nüfuzunu ləkələyərək xələl gətirmiş, zabit şərəfini alçaldıb və xidməti yerində təhqir və böhtan xarakrerli məlumat verildiyi üçün rəhbərlik tərəfindən ağır cəzalandırılmağı barədə qərar qəbul olunub. Beləki, aralarında olan mülki məsələyə yəni borca görə sahibkar X7 mülki prosessual qaydada məhkəməyə müraicət etməli və iddia ərizəsi verərək pulunu tələb etməli idi. Buna baxmayaraq sahibkar X7 onu xidməti vəzifələrinin icrasını yerinə yetirdiyi xidmət yerində qəsdən nüfuzdan salmaq, şərəf və ləyaqətini alçaldmaq üçün rəhbərliyə yalan yəni böhtan və təhqir xarakterli məlumatlar yayıb. X7 ona qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz,) hüquqlarını pozmaqla və böhtan və təhqir xarakterli məlumatları yadığı üçün ona mənəvi sarsıntı və iztirab verib. X7 onu şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini, onun barəsində qanunamüvafiq hökm çıxarılmasını, onun həmin iş üzrə xüsusi ittihamçı kimi tanınmasını xahiş edir. Məhkəmə iclası zamanı X7 şikayətin dəlillərini qəbul etmədiyini bildirdi. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməlidir. Belə ki, iş üzrə məhkəmə hazırlıq iclası 28 aprel 2025-ci il tarixə saat 15:00-a təyin edilmiş, bu barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və barəsində şikayət verilmiş X5 bildiriş göndərilmişdir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 heç bir üzürlü səbəb göstərmədən 28 aprel 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasını gəlməmiş, bu səbəbdən məhkəmənin hazırlıq içlası təxirə salınaraq 05 may 2025-ci il tarixə saat 15:00-a təyin edilmiş və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 bildiriş göndərilmişdir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 heç bir üzürlü səbəb göstərmədən 05 may 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasını gəlməmiş, bu səbəbdən məhkəmənin hazırlıq içlası təxirə salınaraq 12 may 2025-ci il tarixə saat 15:35-ə təyin edilmiş və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 yenidən bildiriş göndərilmişdir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 heç bir üzürlü səbəb göstərmədən 12 may 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasını gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayəti əsasında X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar