Məhkəmə qərarları › İş №1(076)-220/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-220/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-220/2023 16.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə saat 23 radələrində qardaşı X16 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan və insanların gur toplaşdığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində “Ovçular” adlı kafedə Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan ətrafda olan şəxslərin 15-20 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq onu boğaz nahiyəsindən tutub boğmuş, kafedə olan stulu silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 stulla baş nahiyəsindən vuraraq ona başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş və Zərərçəkmiş şəxs2 faktiki sahibliyində olan 25 (iyirmi beş) manat dəyərində bir ədəd stulu zədələmiş, X16 isə Zərərçəkmiş şəxs2 yumruqla bir neçə dəfə bədən nahiyəsindən vuraraq və silah qismində istifadə edərək pivə bakalı ilə Zərərçəkmiş şəxs2 ağız nahiyəsindən vuraraq ona alt çənədə soldan İİ dişin travmatik düşməsi kimi sağlaırdığa yüngül zərər vuran xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs2 faktiki sahibliyində olan 5 (beş) manat dəyərində bir ədəd pivə bakalını məhv etməklə və pivə aparatını zədələyərək 170 manat zərər vurmaqla bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, iki il olarki Rusiya Federasiyasında yaşayır. O, Zərərçəkmiş şəxs2 ilə eyni kənddə yaşadıqları üçün uşaqlıqlarından bir-birini tanıyırlar. Taleh hadisə baş verən vaxtdan iki-üç ay əvvəl başlayaraq Şəmkir rayonu, Seyfəli kəndində yerləşən Ovçular adlı kafeni işlətmişdir. Taleh kafeni işlətdiyi vaxtdan o, təxminən üç-dörd dəfə həmin kafeyə gedib yeyib içmişdir. O, 25 may 2021-ci il tarixdə saat təxminən 13-14 radələrində həmin kafedə olan zaman Taleh ondan borc olaraq 500 manat pul istəmiş, o, kafenin icarə haqqını verə bilmədiyini demiş, O, Talehlə razışlaşıb ona 500 manat pul vermiş, Taleh həmin pulun yarısını axşam qaytaracağını, qalan hissəsinin qarşılığında isə ona sabahsı günü gilas verəcəyini demişdir. O, əvvəlki illərdə Talehdən gilas aldığı üçün onunla razılaşmış, o, həmin vaxt çay içib söhbət etmişdir. O, bundan sonra öz yaşadığı evə getmiş, həmin günü axşam saat təxminən 19-20 radələrində pulunu almaq üçün Talehin işlətdiyi kafeyə getmişdir. O, həmin kafeyə getdikdən sonra Talehdən pulunu geri istəmişdir. Taleh və qardaşı Qara həmin yerdə olmuş, Taleh ona onunla puldan kart oynamağı təklif etmişdir. O, Talehə polisin gəlib tutacağını, onlara problem yaranacağını demiş, Taleh ona narahat olma polis mənlikdi demiş, bundan sonra Taleh, Qara və o, həmçinin bir nəfər tanımadığı adını bilmədiyi şəxs birlikdə kart oynamağa başlamışlar. Onlar təxminən yarım saat kart oynamışlar. Onlar kart oynayan zaman piyvə içmişlər. O, həmin vaxt təxminən iki bakal piyvə içmiş, Taleh və Qara ondan əvvəl içki içmişlər. Onlar demək olar ki sərxoş vəziyyətdə olmuşlar. Onlar oyun oynadıqları vaxt Taleh söyüşlə danışmağa başlamış, Taleh söyüş söyən zaman ondan söyüş söyməməyini tələb etmiş, həmin vaxt Taleh heç bir səbəb olmadan bakalı götürüb ona atmış, o, kənara çəkildiyi üçün bakal divara dəyib qırılmışdır. Taleh bundan sonra mətbəxə gedib mətbəxdən bıçaq götürüb gəlmiş, o, bıçağı götürüb gələn zaman Anar gəlmiş, Anar içəri girdikdə Taleh onun üzərinə hücum çəkmişdir. Anar Talehin əlindəki bıçağı almağa çalışanda Taleh əlindəki bıçaqla onun sifət nahiyəsinə xəsarət yetirmiş, Taleh onların əlindən çıxıb onun üzərinə hücum edib bıçaqla onu vurmaq istədikdə Talehin əlinin qarşısını almışdır. Həmin vaxt bıçaq onun sol qol nahiyəsini kəsmişdir. O, bu zaman Talehi yumruqla sifət nahiyəsindən vurmuş, Taleh arxaya doğru getmiş, Taleh daha sonra mətbəxə gedib mətbəxdən əlindən tava ilə çıxmışdır. Taleh əlində tava ilə çıxdıqdan sonra tavanı onlar olan tərəfə atmışdır. Həmin vaxt tava qapıya dəyib öz üzərinə qayıdıb Talehin özünə dəymiş, Taleh mətbəxə gedib bu dəfə əlində şiş ilə geri qayıtmışdır. Taleh şişlə onların üzərlərinə hücum çəkdikdə onu qardaşı Qara, Talehin işçisi olan qız və oğlan Talehi tutub saxlamışlar. O, həmin vaxt oradan uzaqlaşmaq istədikləri üçün həyəcanlı halda telefonu stolun üzərindən götürmüş, o, həmin telefonun qardaşı Anarın telefonu olduğunu düşündüyü üçün götürmüş, onlar kafedən çıxıb evə getmişlər. Onlar evə getdikdən sonra telefonu evdə stolun üstə qoymuşdur. O, sabahsı gün həmin telefonun Qaranın telefonu olduğunu bilmiş, qardaşı Anarla birlikdə həmin telefonu aparıb Anarın bacısı Xalidəyə vermişlər. Mübahisə zamanı həmin yerdə Vüsal, Aynur, qardaşı Anar, Taleh və Qara həmin yerdə olmuşdur. Həmin vaxt təxminən 5-10 dəqiqə dava-dalaş davam etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmiş və onların ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Hinayəsində iki nəfər azyaşlı uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 11 aprel 2021-ci il tarixdən başlayaraq Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən Sakit adlı şəxsə məxsus “Ovçular” adlı kafeni həmin şəxsin oğlu Sabitdən şifahi razılıq əsasında icarəyə götürüb kafe kimi işlətməyə başlamışdır. O, 25 may 2021-ci il tarixdə işçiləri Vüsal və Aynurla birlikdə kafedə olub kafeni işlətmişdir. O, 25 may 2021-ci il tarixdə həmin kafedə işdə olan zaman təxminən saat 19 radələrində əvvəlcədən tanıdığı X16 və Təqsirləndirilən şəxs kafeyə gəlmişlər. Onlar hər biri təxminən 3-4 bakal pivə içmişdir. Onlar bir-birlərini tanıdıqları üçün onlara nisyə olaraq pivə və s yeməklər vermiş və onlar daha sonra hesabı ödəmişlər. Onlar saat 19 radələrində pivə içən zaman sərxoş olduqları üçün onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. O, onların sözlərini qəbul etməmiş və onlarla sözlü mübahisəsi olduğu üçün onlardan çıxıb getmələrini tələb etmişdir. Onlar həmin vaxt çıxıb getmişlər. Daha sonra kafedə bir qədər divanda uzanıb yatıb istirahət etmiş, təxminən saat 22 radələrində əvvəlcə qardaşı Qara kafeyə gəlmiş, Qara gəldikdən təxminən 2-3 dəqiqə sonra saat 22 radələrində Anar və Elvin təkrar kafeyə gəlmişlər. Onlar gəldikdən sonra kafedə zalda oturub hər biri təxminən 4-5 bakal pivə içmişlər. Onlar təxminən saat 22:30 radələrində puldan kartla qumar oynamağa başlamışlar. O, təxminən saat 23:10 radələrində onlarla birlikdə kart oynamağa başlamış, təxminən 10-15 dəqiqə kart oynadıqdan sonra Elvin Qaradan 50 manat borca pul istəmiş, Elvin Qaradan borc istəyən zaman Qaraya pul verməməsini demişdir. X24 50 manat borca pul vermiş, bir qədər oynadıqdan sonra Elvinə həmin pulu sabah qaytarmayan şəxsin barəsində nalayiq ifadə işlətmiş, Elvin isə bu zaman onun ünvanına nalayiq ifadə işlətmişdir. Qara Elvinə niyə həmin sözə reaksiya verdiyini deyərək Elvinə “bəlkə sənin pulu qaytarmaq fikrin yoxdu” demiş, Elvin onların ünvanlarına nalayiq ifadə işlədərək qardaşı Qaranı yumruqla sifət nahiyəsindən vurub divana yıxmışdır. Daha sonra isə divanda Qaranın baş nahiyəsinə yumruq zərbələri vurmağa davam etmiş, O, Elvini qardaşının üzərindən kənara itələyərək yumruqla onu baş nahiyəsindən vurmuş, qardaşı Qara və Anar onu tutub kənara çəkərək ayırmışlar. Elvin yerdən qalxıb stolun üstündən Qaraya məxsus mobil telefonu götürmüş, Elvin həmin vaxt kafedən çölə çıxmışdır. Elvini adlarını xatırlamadığı adamlar kafedən çölə çıxaran zaman Anar onu aralayaraq pivə bakalı ilə ağız nahiyəsindən vurmuş və onun qabaq dişi sınmışdır. Daha sonra Qara və Anar onu kafedə küncə sıxaraq saxlamışlar, Anar isə onu sıxıb saxlayaraq bədəninin müxtəlif hissələrinə əli ilə zərbə endirmişdir. Təxminən bir-iki dəqiqə sonra Elvin geri qayıtmış, Elvin stulu götürüb stulla onun baş nahiyəsindən vurmuşdur. Həmin vaxt qardaşı Qara, işçiləri Vüsal və Aynurə onu tutaraq kafedən çölə çıxarmışlar. O, bundan sonra polisə zəng etmiş, onlar onun polisə zəng etdiyini bildikləri üçün həmin yerdən uzaqlaşmışlar. Hadisə baş verən zaman Elvin və Anar ona məxsus obyektdə olan iki ədəd bakalları sındırmışlar. Onlar ona pivə aparatına münasibətdə 170 manat ziyan vurmuşlar. O, həmin aparatı sabahsı gün təmir etdirmişdir. X16 və X13 ilə onların aralarında mübahisə zamanı Vüsal, Aynur və qardaşı Qara həmin yerdə olmuşdur. Həmçinin kafedə olan müştərilər Şahid2 və Babaş İsmayılov onları ayırmışlar. Təxminən 20-25 dəqiqə dava- dalaş davam etmiş və həmin yerdə çoxlu adamlar olmuş lakin onların adlarını xatırlamamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs məhkmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Anar və Elvin adlı şəxsləri tanıyır və onlarla münasibətləri əvvəldə və hazırda da yaxşıdır. Taleh 11 aprel 2021-ci il tarixdən başlayaraq Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən Sakit adlı şəxsə məxsus “Ovçular” adlı kafeni həmin şəxsin oğlu Sabitdən şifahi razılıq əsasında icarəyə götürüb kafe kimi işlətməyə başlamışdır. O, 25 may 2021-ci il tarixdə saat 21 radələrində Talehin işlətdiyi həmin kafeyə getmişdir. Həmin vaxt onlardan başqa Vüsal və Aynurda kafedə olmuşdur. O, 25 may 2021-ci il tarixdə həmin kafedə olan zaman təxminən saat 21 radələrində əvvəlcədən tanıdığı Anar və Elvin kafeyə gəlib pivə içmişlər. Onlar təxminən yarım saat oturub çıxıb getmişlər. O, onlar getdikdən sonra təxminən 3-4 bakal pivə içmişdir. Təxminən yarım saat sonra Anar və Elvin birlikdə kafeyə geri qayıtmışlar. Onlar geri qayıtdıqdan sonra kafedə zalda oturub kartla qumar oynamağa .başlamışlar. O, Taleh, Elvin və Anarla kartla puldan qumar oynamağa başlamışdır. Təxminən yarım saat oynadıqdan sonra Elvin uduzmuş, lakin onun konkret olaraq nə qədər uduzduğunu bilməmişdir. Elvin pulu qurtardığı üçün ondan borca pul verməyini istəmiş, Taleh ona Elvinə pul verməməyini demişdir. O, Elvinə 50 manat borca pul vermişdir. Onlar bir qədər oynadıqdan sonra Taleh Elvinə həmin pulu sabah geri qaytarmayan şəxs barədə nalayiq ifadə işlətmiş, Elvin Talehə qarşılıq verərək həmin söyüşü Talehə ünvanlayaraq söyüş söymüşdür. O, Elvindən hansı səbəbə söyüş söydüyünü soruşub, ondan pulu qaytarmaq fikri olub-olmadığını soruşmuşdur. Elvin içkili olduğu üçün onun boğazından tutub onu boğmağa başlamışdır. Həmin vaxt Talehdə Elvinə hücum etmişdir. X18 vurub-vurmadığını görməmiş, yerdən qalxdıqdan sonra Talehi tutub kənara çəkmişdir. O, Anarla Talehi tutub dartan zaman Elvin stolla Talehin başından vurmuşdur. Talehi divara sıxıb saxlayan zaman Talehin ağzının üstündən pivə bakalı dəydiyini görmüş, lakin arxası Elvinlə Anara doğru olduğu üçün Talehi onlardan hansının vurduğunu hiss etməmişdir. O, Aynur, Vüsal və Xəyal birlikdə Talehi tutub saxlamış və Elvinlə Anar çıxıb getmişlər. Onlar getdikdən sonra təcili tibbi yardıma və polisə məlumat verilmiş, həmin yerə polis və təcili tibbi yardım avtomobili gəlmişdir. Onlar Talehə tibbi yardım etmiş və Talehi polis apardıqdan sonra evə gəlmişdir. O, evə gəldikdən sonra telefonunu tapa bilmədiyi üçün polisə müraciət etmiş, polisə müraciət etdikdən sonra sabahsı gün onun telefonunu Elvin və Anar birlikdə bacısı Xalidənin evinə aparıb ona vermişlər. X16 və Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verən zaman mübahisə 10-15 dəqiqə davam etmiş, həmin yerdə Vüsal, Aynur, Xəyal, Anar, Elvin və qardaşı Taleh olmuşdur. Hadisə zamanı Talehin əlində bıçaq olmamışdır. Taleh bıçaqla onları vurmamışdır. Elvin stulla Talehin baş nahiyəsinə zərbə endirmişdir. Talehi tutub saxlayan zaman onun ağzının üzərinə bakalla zərbə endirilmişdir. Lakin arxası Elvinə tərəf olduğundan bakalla kimin vurduğunu bilməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu Seyfəli kəndində yerləşən Taleh adlı şəxsin işlətdiyi “Ovçular” adlı kafedə 2021-ci ilin may ayında ofisiant kimi işləmişdir. 2021-ci ilin may ayında kafedə işdə olan zaman axşam tərəfi Taleh, Anar, Elvin və Qara kafenin arxa tərəfində olan otaqda oturub çay içirmişlər, onların qumar oynamaları onun yadında deyil. Kafedə başqa yeyib içənlərdə olmuşdur. O müştərilərə qulluq edərkən birdən içəri tərəfdən səs-küy gəlmişdir, çöldə yeyib-içən camaatın səs-küyü eşidərək qaçışdığını gördüyü üçün o, müştərilərdən yeyib-içdiklərinin pulunu yığmış, bu səbəbdən içəri keçə bilməmişdir. O müştərilərdən pulları yığdıqdan sonra hamı dağılışmış, o içəri keçmişdir. Kafedə işləyən Aynur Talehin başından qan axdığı üçün təcili tibbi yardıma zəng etmiş və ona telefonu vermişdir ki, yolu başa salsın. O təcili yardımla danışmış və yolu başa salmış, Talehin başı qanadığından su və dəsmal gətirib onun başına qoymuş, sonra təcili yardım gəlmiş və Talehi aparmışdır. O kafenin içərisinə girdikdə Talehin divanda oturduğunu başından qan axdığını görmüşdür. O, Aynurdan soruşduqda ona Anarla dalaşdıqlarını demişdir. Kafedə mahnı oxunduğu üçün o əvvəl davanın səs-küyünü eşidə bilməmiş, o kafenin sağ tərəfində olmuş, Talehgil isə kafenin üst tərəfində otaqda oturmuşlar, ancaq qab-qacaq qırıldığı zaman onların səsini eşitmiş, səsharay 2-3 dəqiqə davam etmişdir. O davanın hansı səbəbdən baş veməsini bilməmiş və davanı görməmişdir, o kafeyə daxil olanda Anarla Elvin artıq getmişdir. Heç kim qalmadığı üçün onlarda həmin axşam evlərinə getmişlər. Səhər tezdən kafenin otağına təmizləmək üçün girəndə görmüşdür ki, bakal və bəzi qab-qacaqlar sınıb. Hazırki cinayət işi ilə bağlı əvvəllər məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Afisər qızı ibtidai istintaq dövründə vermiş ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Taleh adlı şəxsi təxminən iki-üç ay olar ki tanımışdır. Taleh 11 aprel 2021-ci il tarixdən başlayaraq Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən Sakit adlı şəxsə məxsus “Ovçular” adlı kafeni həmin şəxsin oğlu Sabitdən şifahi razılıq əsasında icarəyə götürüb kafe kimi işlətməyə başlamışdır. O, həmin kafe işləməyə başlayan vaxtdan təxminən bir həftə sonra həmin kafedə işləməyə başlamışdır. Elvin və Anar adlı şəxsləri həmin kafedə işləyən zaman tanımış, onlar bir neçə dəfə həmin kafeyə gəlib kafedə narazılıqlar yaratmışlar. O, 25 may 2021-ci il tarixdə Vüsal və Talehlə birlikdə kafedə olub kafeni işlətmişdir. 25 may 2021ci il tarixdə həmin kafedə işdə olan zaman təxminən saat 21 radələrində əvvəlcədən tanıdığı X16 və X2 gəlmişlər. Onlar hər biri təxminən 3-4 bakal pivə içmişlər. Onlar yeyib-içdikdən sonra hesabı istəmişlər. O, Vüsaldan hesabı soruşduqda Vüsal hesabın 10 manat etdiyini demiş, həmin hesabı Anar və Elvinə dedikdə hər ikisi narazılıq edərək hesabın çox olduğunu demişlər. O, bundan sonra onların hesabı ödəyib-ödəmədiklərini bilməmişdir. Onlar bundan sonra çıxıb getmişlər. Təxminən yarım saat sonra Anar və Elvin birlikdə təkrar geri qayıtmışlar. Onlar geri qayıtdıqdan sonra birlikdə təkrar içəridə oturub yeyib-içməyə başlamışlar. Onlar həmin vaxt Anar, Elvin, Qara və Taleh birlikdə kart oynamışlar. Onlar təxminən bir saat kart oynamış, Qara, Taleh və Elvinin aralarında pul üstündə mübahisə yarandığını eşitmişdir. O, həmin vaxt mətbəxdə olmuş, səs-küy yarandığını eşitdikdə içəri daxil olmuşdur. O, içəri daxil olduqda Elvin və Anarın Talehi tutub yumruqla vurduğunu görmüşdür. Qara Talehi tutub onlardan ayırmağa çalışmış, həmçinin Vüsal və Xəyal kömək edib onları ayırmağa çalışmışdır. Lakin Elvin və Anar Talehi birlikdə vurmağa davam etmişlər. Elvin dəmir stolu götürüb Talehin başından vurmuş, Anar da Talehi bakalla sifətindən vurmuşdur. Onlar həmin vaxtı Talehi əllərinə nə keçsə onunla vurmağa çalışmışlar. O, onlara kömək edib ayırmağa çalışmış, qışqıraraq 102-yə zəng edirəm demişdir. Onlar bunu eşitdikdən sonra Talehdən ayrılmışlar. O, Talehin qan içində olduğunu gördüyü üçün təcili tibbi yardıma məlumat vermiş və təcili tibbi yardım avtomobili gəlmişdir. Talehi xəstəxanaya aparmışlar. Qara da Talehlə birlikdə getmişdir. Həmin şəxslər arasında dava-dalaş təxminən 20-25 dəqiqədən artıq davam etmişdir. Həmin vaxt həmin yerdə Xəyal, Qara, Taleh, Elvin, Anar və başqa adını bilmədiyi şəxslər olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Talehi əvvəlcə stolla vurmuş, daha sonra isə Anar bakalla Talehin sifətindən vurmuşdur. Onlar Talehi bakal, stol və əllərinə nə keçsə onunla vuraraq döymüşlər. O, Xəyal və Qara onları bir-birindən çətinliklə ayırmışlar. Talehin başı və ağzı qan içində olmuş, onun dişi sınmış və başı çapılmış halda olmuşdur. Hadisə zamanı Talehin əlində bıçaq olmamış, Taleh Anar və Elvini vurmağa imkan tapa bilməmişdir. O, ümumiyyətlə kafedə işləyən zaman qorxduğu üçün bıçaqları həmişə gizlətmişdir. Taleh Elvini və ya Anarı vurmağa imkan tapa bilməmiş, Elvin və Anar birlikdə Talehi döymüşlər. Hazırki cinayət işi ilə bağlı əvvəllər məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ibtidai istintaq dövründə vermiş ifadəsini təqdiq edərək göstərmişdir ki, o, Talehi 5 il olar ki tanıyır. Onunla hər hansı ədavəti və düşmənçiliyi yoxudur. Təqsirləndirilən şəxs və X1 kimi tanıyır, onlarla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. X12 rayonu Seyfəli kəndində “Ovçular” adlı kafe işlətmişdir. O 25 may 2021-ci il tarixdə saat təxminən 22 radələrində həmin kafeyə getmişdir. O həmin kafeyə Talehin qardaşı Qara ilə birlikdə getmişdir. Onlar təxminən birlikdə bir saatdan artıq həmin kafedə oturub pivə içmişlər. Onlar həmin kafedə olan zaman saat təxminən 23 radələrində Elvin və Anar birlikdə həmin kafeyə gəlmişlər. O həmin vaxt kafenin çölündə oturmuşdur. O kafeyə daxil olduqda Elvin, Anar, Qara və Taleh həmin yerdə puldan kart oynamışlar. Onlar təxminən 20-30 dəqiqə həmin kafedə oturub kart oynadıqdan sonra Elvinlə Talehin arasında pul üstündə mübahisə yarandığını eşitmişdir. Həmin vaxt onlar bir-birlərinin ünvanına nalayiq ifadə işlətmişlər, bir-birini söyməyə başlamışlar. Bu zaman Taleh stolun üzərində olan bakalı Elvinə atmışdır. Həmin vaxt Elvin kənara çəkildiyi üçün bakal Elvinə dəyməmişdir. Həmin vaxt, bakal divara dəyib sınmışdır. Həmin vaxt Elvin Qaranın yaxasından tutub onu vurmağa başlamış, Elvin Qaranı vuran zaman Taleh Elvini vurub yıxmışdır. Hamı Talehi tutub aralayıb arxaya doğru çəkmişdir. Onlar Talehi çəkən zaman Elvin ayağa qalxıb stolu götürüb həmin stolla Talehin başından zərbə endirmişdir. Bu zaman Qara və o Talehi ayırmağa çalışmışlar. O gah Talehi, gah Qaranı, gah Elvini tutub kənara çəkmişdir. Həmin vaxt Taleh tavanı götürüb Elvingilə atdıqda tava taxtaya dəyib yerə düşmüş, həmin vaxt Qara ilə o ayırmağa çalışmışdır. Lakin Anar və Elvin Talehi yumruq sillə və sair ilə vururmuşlar. O isə onu ayırmağa çalışırmış, həmin vaxt kafenin işçisi Aynurda ona kömək edib onları ayırmağa çalışmışdır. Lakin onlar bacara bilməmişlər. Təxminən 15 -20 dəqiqə bəlkədə daha çox dalaşdıqdan sonra onları ayıra bilmişlər. Həmin şəxslər arasında dava dalaş təxminən 20 dəqiqədən artıq davam etmişdir. Həmin vaxt həmin yerdə o, Aynur, Qara, Taleh, Elvin, Anar və başqa adını bilmədiyi şəxslər olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs Talehi əvvəlcə stolla vurmuş, daha sonra isə onları ayırmağa çalışan zaman Anar və Elvin Talehi yumruqla və əllərinə nə keçsə onunla vurmağa davam etmişlər. Aynur, o və Qara onları bir-birindən çətinliklə ayırmışlar. Həmin vaxt Talehin başı və ağzı qan içində olmuş və dişi sınmış, həmçinin başı çapılmışdır. Hadisə zamanı Talehin əlində bıçaq olmamışdır. Taleh Anar və Elvini vurmağa imkan tapa bilməmişdir. Həmin vaxt Taleh Elvini və ya Anarı vurmağa imkan tapa bilməmiş, onlar ikisi birlikdə Talehi döymüşlər. Talehin əlində hadisə zamanı bıçaq olmamışdır. O, yalnız dava başlayan zaman Elvinə bakal atmışdır. Daha sonra isə tavanı Elvingilə atmış, lakin bakal və tava Anara və Elvinə dəyməmişdir. Məhkəməyədək ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 Elgin oğlu ölkə ərazisində olmadığı üçün ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə tərəflər heç bir etiraz etməmişdir. Həmin ifadədən görünür ki, Şahid3 Elgin oğlu ibtidai istintaq dövründə bildirmişdir ki, o fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. O Talehi uşaqlığından tanıyır, onun atası Elginlə orta məktəbdə bir sinifdə təhsil alıb. Elvin və Anarı təxminən iki il olar ki tanıyır. Onun onlarla normal münasibəti olmuşdur. Taleh Şəmkir rayonu Seyfəli kəndində “Ovçular” adlı kafe işlətdiyini bilir. O 25 may 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Talehin işlətdiyi kafenin yaxınlığında yerləşən sahələrində lobya suvarırmış. O həmin vaxt bərk səs küy gəldiyini eşitmiş, o bu səbəbdən Talehin işlətdiyi kafeyə getmişdir. O həmin kafeyə çatan zaman həmin yerdə çoxlu adamlar olduğunu görmüşdür. Həmin yerə təcili tibbi yardım avtomobili gəlmişdir. Həmin vaxt Talehi təcili tibbi yardım avtomobili ilə apardıqlarını görmüşdür. O həmin yerdəki adamlardan nə baş verdiyini soruşduqda onlar Talehin dalaşdığını başının yarıldığını demişlər. Bundan başqa baş vermiş hadisə barədə hər hansı məlumatı olmamışdır. O dava dalaş olan zaman həmin yerdə olmamış, həmin dava-dalaşın səs-küyünə həmin yerə gedən zaman artıq dava başa çatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X22 məhkəmə-tibbi ekspertizasının 11 iyun 2021-ci il tarixli, 663 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X7 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ qaşüstü nahiyənin və sağ saidin üçdə birinin arxa səthinin səthi kəsilmiş yaraları kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 25 may 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X22 məhkəmə-tibbi ekspertizasının 11 iyun 2021-ci il tarixli, 662 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol saidin aşağı üçdə birinin bayır səthinin səthi deşilmiş kəsilmiş yarası deşicikəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 25 may 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X22 məhkəmə-tibbi ekspertizasının 11 iyun 2021-ci il tarixli, 662 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, 26 may 2021-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində yerləşən “Ovçular” adlı ərazidə yerləşən hadisənin baş verdiyi kafeyə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs2 təqdim etdiyi sınmış halda olan iki ədəd pivə bakalı və bir ədəd stul sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı hadisə yerinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış zamanı götürülmüş sınmış halda olan iki ədəd pivə bakalı və bir ədəd stul iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmədə dindirmə” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə X7 ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı X3 Taleh Səlim oğlunun üzünə qarşı ifadə verərək 25 may 2021-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində “Ovçular” adlı kafedə aralarında baş vermiş dava zamanı Zərərçəkmiş şəxs2 onu bıçaqla vuraraq onun qaş nahiyəsinə xəsarət yetirdiyini demiş, Zərərçəkmiş şəxs2 törətmiş olduğu əməli qismən etiraf edərək X16 ilə aralarında münaqişə olduğunu, münaqişə zamanı onu yumruqla vurduğunu, ona piyvə bakalı və tava atdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmədə dindirmə” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə X7 ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs1 X7 üzünə qarşı ifadə verərək 25 may 2021-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində “Ovçular” adlı kafedə aralarında baş vermiş dava zamanı A.Əliyevin Zərərçəkmiş şəxs2 pivə bakalı ilə ağız nahiyəsindən vuraraq xəsarət yetirdiyini demiş, Anar Əliyev törətmiş olduğu əməli qismən etiraf edərək Zərərçəkmiş şəxs2 ilə aralarında münaqişə olduğunu, lakin münaqişə zamanı pivə bakalı ilə onu vurmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmədə dindirmə” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verərək 25 may 2021-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində “Ovçular” adlı kafedə aralarında baş vermiş dava zamanı Təqsirləndirilən şəxs onu stulla baş nahiyəsindən vuraraq xəsarət yetirdiyini demiş, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli qismən etiraf edərək Zərərçəkmiş şəxs2 ilə aralarında münaqişə olduğunu və münaqişə zamanı Zərərçəkmiş şəxs2 yumruqla vurduğunu, lakin stulla vurmadığını bildirmiş, həmçinin münaqişə zamanı Zərərçəkmiş şəxs2 onu bıçaqla vuraraq sağlamlığına xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmədə dindirmə” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verərək 25 may 2021-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində “Ovçular” adlı kafedə aralarında baş vermiş dava zamanı Təqsirləndirilən şəxs onu yumruqla vuraraq və boğaz nahiyəsindən sıxıb boğaraq, Zərərçəkmiş şəxs2 stulla baş nahiyəsindən vuraraq xəsarət yetirdiyini demiş, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli qismən etiraf edərək Zərərçəkmiş şəxs2 ilə aralarında münaqişə olduğunu və münaqişə zamanı Zərərçəkmiş şəxs2 yumruqla vurduğunu, lakin stulla vurmadığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 03 avqust 2021-ci il tarixli, 154 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, 25 may 2021-ci il tarixə iki ədəd 0,5 litr ölçülü pivə bakallarının bir ədədinin orta bazar qiyməyti 05 (beş) manat olmaqla iki ədədi 10 (on) manat dəyərində və sındırılmış bir ədəd dəmir materialdan hazırlanmış stulun bir ədədinin orta bazar qiyməti 25 (iyirmi beş) manat dəyərində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 11 sentyabr 2021-ci il tarixli Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin ölkəyə “Giriş-Çıxış” barədə məlumat cədvəli ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 iyul 2021-ci il tarixdə Rusiya Federasiyasına getmişdir. Cinayət işinin 136-137-ci vərəqlərində olan cinayət işinin materiallarından başqa cinnayət işinin ayrılması haqqında 11 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 166-167-ci vərəqlərində olan cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 171-172-ci vərəqlərində olan cinayət işinin təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 175-176-cı vərəqlərində olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 179-180-ci vərəqlərində olan cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 184-cü vərəqində olan axtarışda olmuş şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli prtokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhər hava limanından Gəncə şəhər Beynəlxalq hava limanına uçuş edib gələn zaman, Gəncə şəhər hava limanında XPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və Şəmkir RPŞ-nə gətirilərk adiyyəti üzrə MSY-yə təfil verilmişdir. Cinayət işinin 185-186-ci vərəqlərində olan cinayət işinin təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 240-243-cü vərəqlərində olan Şəmkir rayon məhkəməsinin 02 iyul 2023-cü il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 30 iyun 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 226-230-cu vərəqlərində olan Şəmkir Rayon Rəhkəməsinin 1(076)- 14/2022 saylı, 16 iyun 2022-ci il tarixli hökmdən görünür ki, təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-486/2022 saylı, 30 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X7 barəsində Şəmkir Rayon Məhkəməsinin 2(076)-14/2022 saylı, 16 iyun 2022-ci il tarixli hökmü dəyişdirilərək, X7 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş və həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənləri nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, üzləşdirmədə dindirmə istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədlərlə sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsinə baxmayaraq, ziddiyətli ifadə versə də, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlərin və barəsində təyin olunmuş məhkəmə tibbi ekspertizasının rəyi, üzləşdirmədə dindirmə istintaq hərəkətlərinin protokolları və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayır. Məhkəmə təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin 119-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 133-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmuş, ona dəymiş maddi ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmuş, ona dəymiş maddi ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş nikah və doğum haqda şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla yetkinlik yaşına çatmayan iki uşağı vardır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və vurulmuş zərəri ödəyərək ondan şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətinin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlinin törədilməsindən uzun müddət keçməsini və bu müddət ərzində onun tərəfindən hər hansı bir qanuna zidd əməlin törədilməməsini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, vurulmuş zərəri ödəyərək zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası aşağı həddə təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə onun şərti məhkum edilməsi yolu ilə cəzanın məqsədinə nail olmaq mümkündür və bu yanaşma ədalət və hümanizm prinsiplərinin tələblərinə uyğundur. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Kontitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, ona sınaq müddəti təyin edilməli və başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş hadisənin baş verdiyi “Ovçular” adlı kafeyə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 təqdim etdiyi sınmış halda olan iki ədəd pivə bakalı və bir ədəd stul istifadəyə yararsız olduğundan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti dövründə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini tərk etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkən tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş hadisənin baş verdiyi “Ovçular” adlı kafesinə baxış keçirilərkən Zərərçəkmiş şəxs2 təqdim etdiyi sınmış halda olan iki ədəd pivə bakalı və bir ədəd stul istifadəyə yararsız olduğundan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı: Kod: 805670: VÖEN: **********: Müxbir hesab: **********944: S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar