Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-220/2025 13.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, X3, katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəx-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1991–ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir.. Belə ki, o, 23 sentyabr 2024-сü il tarixdə saat 17:10 radələrində B1, B, C1, C kateqoriyalı, BC 091829 seriya nömrəli, xx.xx.2032-ci il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi əsasında idarə etdiyi AD №218201 seriya nömrəli şəhadətnamə ilə X1 adına olmaqla faktiki olaraq xx.xx.2023-cü il tarixli, reyeestr nömrəsi 52396 olan etibarnamə əsasında faktiki olaraq özünə məxsus Mercedes Benz 811 YÜK markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən qəbiristanlığın qarşısından Şəmkir rayonu, Mahmudlu kəndi istiqamətinə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması barədə tələbini pozaraq qarşı əks hərəkət zolağına çıxmış və qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi QAZ-33021 markalı, **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası, qapalı kəllə-beyin travması, çənə sümüyünün sınığı, subaraxnoidal hematoma, baş beyin toxumasının ocaqlı əzilməsi, sol dirsək nahiyəsinin, hər iki diz oynağının ön səthinin əzilmiş yaraları, sol dirsək sümüyünün açıq sınığı, sağ diz sümüyünün və sağ incik sümüyünün aşağı üçdə birinin yerini dəyişmiş sınıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu, Mahmudlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Mahir Muradxanov ilə arasında heç bir ədavət və düşmənçiliyi yoxdur. Ona məxsus “Mercedes Benz 811” markalı, **-FD- *** dövlət qeydiyyat nişanlı yük avtomobilli vardır. Onun sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:10 radələrində idarə etdiyi özünə məxsus “Mercedes Benz 811” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilli ilə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndindən Şəmkir rayonu Mahmudlu kəndi istiqmətində hərəkətdə olmuşdur. O, Şəmkir rayonu, Zəyəm qəsəbə qəbiristanlığının qarşısında hərəkətdə olarkən Şəmkir rayonu, Zəyəm qəsəbəsindən üzü Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndi istiqamətində hərəkətdə olan “Qazel” maraklı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına doğru hərəkət etməsini görmüşdür. Həmin vaxt o, tormoz vermiş və avtomobili toqquşmadan yayındırmaq üçün həmin avtomobilin hərəkət zolağına çıxmışdır. Nəticədə isə həmin avtomobilin hərəkət zolağında onun idarə etdiyi avtomobilin qabaq sol tərəfi sonradan adının Zərərçəkmiş şəxs olmasını bildiyi şəxsin idarə etdiyi “Qazel” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfinə dəyərək toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə o, Zərərçəkmiş şəxs və onun maşınında olan sərnişin Şahid2 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Daha sonra o, təcili yardım xidmətinə zəng etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və onun avtomobilində sərnişin olan Şahid2 xəstəxanaya aparmışlar. O, isə hadisə yerində qalmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, hadisədən əvvəl spirlti içki qəbul etməmişdir. O, ümumiyyətlə spirtli içki qəbul etmir. O, hadisə zamanı avtomobili saatda təxminən 60 km sürətlə idarə etmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili isə təxminən 20-30 metr məsafədən görmüşdür. Hadisə zamanı avtombilində ondan başqa sərnişin Şahid1 olmuşdur. Hazırda zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun Qazel markalı, **-CC-*** dövlət qeydiyat nişanlı yük avtomobili vardır. O, həmin avtomobili etibarnamə ilə idarə edir. Lakin etibarnamənin vaxtı bitmişdir. Onun sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat təxmnən 17:10 radələrində avtomobili ilə Şəmkir rayon, Zəyəm qəbiristanlığının qarşısında hərəkətdə olmuşdur. Həmin vaxt o, Zəyəm qəsəbəsindən karyer adlanan ərazi istiqamətində hərəkət etmişdir. O, hərəkət edən zaman döngədə olarkən Mercedes Benz 811 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin üstünə gəlməsini görmüşdür. O, toqquşmamaq üçün idarə etdiyi avtomobili yolun sağ tərəfinə çəkməyə çalışmışdır. Lakin toqquşmanın qarşısını ala bilməmişdir. X6 811 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi onun idarə etdiyi avtomobilin sol qabaq tərəfinə dəymişdir. Həmin vaxt onun avtomobilində həmkəndlisi Şahid2 olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində onların hər ikisi müxtəlif dərəcələri bədən xəsarətləri almışdırlar. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə zamanı o, avtomobilini təxminən 30 km saat sürətlə idarə etmişdir. O, Mercedes Benz 811 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili son anda görmüşdür. Ona görə də, nə qədər avtomobilini yolun sağ tərəfinə çəkməyə çalışsa da, yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Həmçinin hadisə zamanı o, sərxoş olmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Belə ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir, bu səbəbdəndə onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:10 radələrində dostu Zərərçəkmiş şəxs ilə snuncuya məxsus idarə etdiyi “Qazel” maraklı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu, Zəyəm qəsəbəsindən Şəmkir rayonu, Zəyəm-cırdaxan kəndi istiqamətində hərəkət etmişlər. Həmin vaxt onlar Zəyəm qəbirstanlığının yaxınlığındakı döngədə olarkən qarşı tərəfdə hərəkətdə olan sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin idarə etdiyi “Mercedes Benz 811” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qəfildən onların hərəkət zolağına çıxmış, həmin avtomobilin qabaq sol tərəfi Mahirin idarə etdiyi avtomobilin qabaq sol tərəfinə dəymiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə zamanı o və Mahir müxtəlif bədən xəsarətləri almışlar. Daha sonra onlar Şəmkir RMX-na müraciət etmişlər və orada onlara tibbi yardım göstərilmişdir. Həmçinin Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisədən əvvəl spirlti içki qəbul etməmişdir və ümumiyyətlə spirtli içki qəbul etmir. O, maşında olan zaman Mahirdən spirtli içki qoxusu gəlmişdir və o, Mahirin sərxoş olmasını görmüşdür. Lakin Mahirin harada spirtli içki qəbul etməsini bilmir. Hadisə zamanı avtomobildə ondan və sürücü Zərərçəkmiş şəxs başqa heç kim olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Mahmudlu kəndinddə ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onunla aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:10 radələrində dostu Təqsirləndirilən şəxs ilə sonuncuya məxsus idarə etdiyi “Mercedes Benz 811” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilli ilə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndindən Şəmkir rayonu Mahmudlu kəndi istiqmətində hərəkət etmişlər. Onlar Şəmkir rayonu, Zəyəm qəsəbə qəbiristanlığının qarşısında hərəkətdə olarkən Şəmkir rayonu, Zəyəm qəsəbəsindən üzü Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndi istiqmətində hərəkətdə olan “Qazel” maraklı, **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların hərəkət zolağına doğru hərəkət etməsini görmüşlər. Həmin vaxt Orxan tormoz vermiş və avtomobili toqquşmadan yayındırmaq üçün sonradan adının Zərərçəkmiş şəxs olmasını öyrəndiyi şəxsin idarə etdiyi “Qazel” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmışdır. Nəticədə isə “Qazel” markalı avtomobilin hərəkət zolağında onların içərisində olduqları “Mercedes Benz 811” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin qabaq sol tərəfi həmin “Qazel” markalı avtomobilin qabaq sol tərəfinə dəyərək toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə Zərərçəkmiş şəxs və Şahid2 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Daha sonra Orxan təcili yardım xidmətinə zəng etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və onun avtomobilində sərnişin olan Şahid2 xəstəxanaya aparmışlar. Sonra o da, xəstəxaya getmişdir. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisəsən əvvəl spirlti içki qəbul etməmişdir. Hadisə zamanı o, xəsarət almamışdır. Hadisə zamanı avtomobildə ondan başqa sürücü Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Yol-nəqliyyat hadisi yerinə baxış keçirilməsi haqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sixemi çəxilərək və bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 23 sentyabr 2024-cü il tarixli sərxoşluğun yolnalılmasına dair alkotester qəbizindən görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 5 səyyar ASAN xitmət tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək “BC” kateqoriyalı, BC091829 saylı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 04 oktyabr 2024-cü il tarixli 987 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Murad oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər– sol qaş nahiyəsinin əzilmiş yarası, qapalı kəllə-beyin travması, çənə sümüyüün sınığı, subaraxnoidal hematoma, baş beyin toxumasının ocaqlı əzilməsi, sol dirsək nahiyəsinin, hər iki diz oynağının ön səthinin əzilmiş yaraları, sol dirsək sümüyünün açıq sınığı, sağ diz sümüyünün və sağ incik sümüyünün aşağı üçdə birinin yerini dəyişmiş sınıqları, KÜT əşyaların təsrindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 23 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 27 dekabr 2024-cü il tarixli 8/2972 nömrəli rəyindən görünür ki, 1.2. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 811 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. Təhqiqat tərəfindən göstərilən şəraitdə QAZ-33021 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi şəraitində onun hrəkətlərində “Yol hərəkəti haqqlnda” Azərbaycan Respubliası Qnunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci banədinin tələblərinə uyğunsuzluq olmuşdur. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB-nın Mahmudlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs Murad oğlunun notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 17:10 radələrində idarə etdiyi Mercedes Benz 811 YÜK markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Məhkəmə istintaqında sübuta yetirildi ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, ağır və az ağır xəsarət almış zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 128 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilsə də, məhkəmə hesab edir ki, həmin mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.3–cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsaəsn təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, 13 avqust 2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərər çəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənildiyindən mülki iddiadan imtina etdiyini və ərizəsinin nəzərə alınaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Şəmkir Rayon Prokurorluğuna göndərilməlidir. İş üzrə maddi sübut olan “QAZ-33021” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz-811” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarından müəyyən edildi ki, Şəmkir rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 17 saat vaxt sərf etmişdir. Ona görə də, 140 (bir yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 344-347, 356, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 198 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. İş üzrə maddi sübut olan “QAZ-33021” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz-811” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-220/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-220/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver