Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-221/2024 26.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi X3 oölunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs hüquqi varisi Şahid, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeniabad kəndində qeydiyyatda olan, hazırda Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 15 aprel 2024-cü il tarixdə təxminən saat 21:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən küçən 401-ci kilometrliyində “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi Opel Astra markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı istiqamətində hərəkət etdirərkən avtomobilin ön sağ hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncuya sağ alın təpə nahiyyəsinin əzilmiş yarası, sağ qulaq seyvanının, sağ almacıq gicgah nahiyyəsinin hematoması, sağ maksilyar sinusun lateral divarının və sağ almacıq qövsünün yerini dəyişməyən sınıqları, baş beyinin sağ ənsə payında subaraxnoidal, sağ alın, təpə, gicgah, ənsə paylarında subdural qanama, TH4, TH7, TH8, TH9, L2-L5 fəqərə cismilərində komresion sınıqlar, sol diz oynağının ön səthinin şişkinlik fonunda qançırı, sol incik sümüyünün proksimal ucunun sınığı ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Opel Astra markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan sürücülük vəsiqəsi var. xx.xx.2024cü il tarixdə Şəmkir rayon mərkəzi xəstəxanasının qarşısında yerləşən Aptekdən çıxdıqdan sonra Şəmkir rayonu Kür qəsəbəsinə getmək üçün qeyd edilən avtomobilin sükanı arxasına keçib idarə edərək Bakı-Qazax-Gürcüstan sərəhəddi yoluna çıxmış, üzü Bakı istiqamətində hərəkətə başlamış, 50 km/saat sürətlə təxminən 600-700 metr məsafə qət etdikdən sonra Bakı istiqamətindəki yolun sağ kənarına yaxın qəflətən idarə etdiyi avtomobilin sağ yan güzgüsünə nəyinsə dəyib yerə yıxılmasını hiss etmiş, avtomobili saxlayıb geriyə qayıdan zaman avtomobilin sağ yan güzgüsü ilə piyada kişini vurduğumu görmüş və dərhal təcili tibbi yardıma zəng etmiş, TTY gəldikdən sonar piyadanı Şəmkir MRX-na aparıb lazımı köməkliyi göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi Şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs ilə birgə Bakı şəhərində olarkən yaşadıqları Gədəbəy rayonuna qayıtmaq üçün Bak-Qazax marşrutu üzrə işləyən avtobusa əyləşmiş, bundan sonra avtobus Qazax istiqamətində hərəkətə başlamışdır. Təxminən saat 21:30 radələrində Şəmkir şəhərində avtobusdan düşəndən sonra ilk öncə özü Qazax istiqamətindən Bakı istiqamətinə keçmiş, bu zaman arxadan səs eşidərək geri boylananda Bakı istiqamətində hərəkətdə olan qara rəngli Opel Astra markalı avtomobilin əri Zərərçəkmiş şəxs vurduğunu və Seymurun yerə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra TTY avtomaşını gələrərk xəsarət almış Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs uzun müddətdir ki, qara ciyər xəstəsidir, hadisə baş verən günü də Bakı şəhərindən həyat yoldaşının müalicəsi ilə bağlı xəstəxanadan gəlmiş, Şəmkir şəhərində qeyd edilən hadisə baş vermişdir. Hazırda həyat yoldaşı Zərərçəkmiş şəxs uzun çəkən xəstəlikdən sonra xx.xx.2024-cü il tarixdə insulindən asılı şəkərli diabet səbəbi ilə ölmüşdür. Qeyd edilən hadisədən sonra həyat yoldaşı Seymur özü də təqsirləndirilən şəxsi bağışlamış, sadəcə cinayət işi məhkəmədə baxılan ərəfədə o vəfat etdiyindən bu barədə ərizəni məhkəməyə təqdim edə bilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi, hazırda təqsirləndirilən şəxslə barışdığını, onlara vurulmuş maddi və mənəvi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim edərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqında 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 401-ci km-liyində baş vermişdir. Hadisə gecə vaxtı baş vermişdir, yol asfalt beton örtüklü olmaqla quru, hamar və düz profilidir, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxildir. Yol işqlandırılmışdır. Yol 2 hərəkət zolağından ibarətdir, Hərəkət zolaqlarını bir-birindən bütöv düz xət ayırır. Piyadanın vurulduğu yerdə piyada keçidi yoxdur. Yolun Bakı istiqamətindəki hərəkət zolağının kənarında Bravo market, Qazax istiqamətindəki hərəkət zolağının kənarında isə sərnişin dayanacağı vardır. Yolun ümumi hərəkət hissəsinin eni 18,1 metrdir. Hadisə yerində 2.1 “Baş yol” sürət həddinin 60 km saat olmasını göstərən yol nişanları vardır. Sürücü Təqsirləndirilən şəxs piyadanın vurulduğu yeri göstərdi həmin yer kriminalistik metrə ilə ölçüldü və müəyyən olundu ki, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri istiqamətində hərəkət etdirən zaman yolun soldan sağa doğru keçən piyadanı Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 2 metr məsafədə avtomobilin sağ yan hissəsi ilə (sağ yan güzgü) vurmuşdur.Piyada yolun solundan vurulana qədər 16,1 metr məsafə qət etmişdir. Piyadanın vurulduğu yerin yaxınlığında asfalt üzərində piyada dan tökülən qan izləri vardır. Sürücü piyadanın avtomobilə dəyib yerə yıxılmasını qeyd etmişdir. Piyadanın vurulması nəticəsində Opel Astra markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsü bütövlüklə sınmışdır, avtomobilin sağ ön hissəsində aralanma vardır. Hadisə yerində tormoz izi qalmamışdır. Cinayət işinin materiallarında olan 15 aprel 2024-cü il tarixli, 437 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan, BDYPİ Tovuz RQİ TBŞ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 016-675 nömrəli məktubdan görünür ki, “X1 Reystri”-nə əsasən Təqsirləndirilən şəxs adına xx.xx.2015-ci tarixdən xx.xx.2025-ci il tarixədək AE-319185 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Şəmkir rayon şöbəsi ekspertinin 16 aprel 2024-cü il tarixli 346 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sağ alın təpə nahiyyəsinin əzilmiş yarası, sağ qulaq seyvanının, sağ almacıq gicgah nahiyyəsinin hematoması, sağ maksilyar sinusun lateral divanının və sağ almacıq qövsünün yerini dəyişməyən sınıqları , baş beyinin sağ ənsə payında subaraxnoidal, sağ alın, təpə, gicgah, ənsə paylarında subdural qanama, TH4, TH7, TH8, TH9, L2-L5 fəqərə cisimlərində kompresion sınıqlar, sol diz oynağının ön səthinin şişkinlik fonunda qançırı, sol incik sümüyünün proksimal ucunun sınığı KÜT əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 15 aprel 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 8/1172 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Opel Astra markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtombilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işin materiallarında olan Gədəbəy RİH Başçısının Nərimankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ İİ seriyalı 154767 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə insulindən asılı şəkərli diabet koma səbəbi ilə ölmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi Opel Astra markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bəndə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə, saat 21:30 radələrində idarə etdiyi Opel Astra markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini təqsirli olaraq törətmişdir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışaraq onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, ağır xəsarət almış zərərçəkmiş şəxsin hüquqi varisi ilə (hadisədən sonra insulindən asılı şəkərli diabet koma səbəbi ilə xx.xx.2024-cü il tarixdə ölmüşdür) barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxsin ölüm haqqında şəhadətnaməsindən görünür ki, cinayət işin məhkəməyə daxil olduqdan və məhkəmə hazırlıq iclası (xx.xx.2024) keçirildikdən sonra Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə insulindən asılı şəkərli diabet koma səbəbi ilə ölmüş, məhkəmə qərarıı ilə arvadı Şahid zərərçəkmiş şəxsin hüquqi varisi qismində işə cəlb edilmişdir. Bundan sonra zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışmış və onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 85 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, “Opel Astra” markalı, **-EL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin faktiki sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1-1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra, ərazi aidiyyəti üzrə Şəmkir rayon X4 X6 göndərilsin. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri məhkəmə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, “Opel Astra” markalı, **-EL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin faktiki sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-221/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-221/2024
26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver