Məhkəmə qərarları › İş №1(076)-223/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-223/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-223/2023 15.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski 01B ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus lizing şirkətindən Bakı şəhər sakini X1 tərəfindən aylıq kreditlə icarəyə götürülmüş “KHAZAR LX” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobillərin alqı-satqısı portalı olan internet səhifəsinə yerləşdirib özününkü kimi təqdim edərək həmin avtomobili internet səhifəsində görüb bəyənmiş Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşən “Beynəlxalq“ avtovağzal kompleksində görüşərək aralarında olan razılaşmaya əsasən avtomobili ümumilikdə 14250 (on dörd min iki yüz əlli) manat olmaqla ilkin ödəniş olaraq 7000 manat məbləğində nəğd pul almış, qalan pulu isə gündə 23 manat olmaqla özünə məxsus bank kartı hesabına ödəməsinə dair razılıq əldə etdikdən sonra Zərərçəkmiş şəxs məxsus şəxsiyyətini təsdiq edən sənədi və sürücülük vəsiqəsini avtomobilin onun adına sənədləşdirilməsi adı ilə almış və “KHAZAR LX” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs vermiş, Zərərçəkmiş şəxs Şəmkir rayonunun ərazisindən iki dəfə olmaqla, ümumilikdə 46 manat məbləğində pulu ona məxsus bank kartı hesabına ödəməsinə baxmayaq o, öz vədinə əməl etməyərək avtomobili Zərərçəkmiş şəxs adına sənədləşdirmədiyi üçün sonuncu həmin avtomobili iki gün idarə etdikdən sonra Qazax rayonu ərazisində Qazax RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və avtomobilin əsl sahibinin müraciəti əsasında axtarışda olduğunu bildirərək cərimə meydançasına yerləşdirilmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs 7046 (yeddi min qırx altı) manat məbləğində əmlakını aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işələmir, fərdi işlə məşğul olub ailəsini dolandırır. O, “KHAZAR LX” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin sentyabr ayının 18-də Bakı şəhəri, Patandart qəsəbəsində yerləşən “Azər Maaş “ MMC-dən ilkin 3000 manat olmaqla 24 aylıq və hər ay üçün 375 manat pul ödəyəcəyi şərti ilə almış, həmin avtomobili sentyabr ayından noyabr ayınadək özü istifadə etmiş və hər ay aylıq 375 manat pulu ödəmişdir. Həmin avtomobili icarəyə vermək fikrinə gəlmiş, 09 dekabr 2022-ci il tarixdə özünə məxsus “KHAZAR LX” markalı avtomobili avtomobillərin alqı-satıqı portalı olan “Tap.az” internet saytına yerləşdirmiş, həmin gün Şəmkir rayon sakini Xəyal adlı şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə onun intrenet saytına yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edib ona məxsus avtomobil haqqında məlumat almış və o, Xəyal adlı şəxsə internet saytına yerlədirdiyi kimi ilkin olaraq 7000 manat 21 ay, günü 25 manat olmaqla icarəyə verə biləcəyini bildirmişdir. Xəyal həmin vaxt yaxın vaxtlarda Bakı şəhərinə gələcəklərini bildirmiş, xx.xx.2022-ci il tarixdə Xəyal onun istifadəsində olan yuxarıda qeyd etdiyi mobil nömrəsinə zəng edib dostu Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhərində olduqlarını və onunla görüşmək istədiklərini bildirmiş, o, Xəyala telefonda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən avtovağzala gələcəyini və orada yerləşən “Naxçıvan” kafesində görüşəcəyini demişdir. Çatanda Xəyal və onunla birlikdə gələn dostu Zərərçəkmiş şəxsla görüşmüş, həmin vaxt idarə etdiyi “KHAZAR LX” markalı, ağ rəngli avtomobillə gəlmiş və onlara həmin avtomobilə baxmalarını bildirmiş, onların yanına tək gəlmiş, yanında heç kim olmamış, onlara avtomobili icarəyə vermək üçün ilkin olaraq 7000 maanat pul alacağını, 21 ay müddətində hər ay olaraq günü 25 manat olmaqla icarəyə verəcəyini demişdir. Lakin avtomobilin təkərləri və qidalandırıcısı zəif olduğu üçün 7000 manat ilkin ödənişlə Xəyal və onun dostu Rövşənlə razılaşmış, onlara avtomobili 21 aylıq olaraq və hər gün üçün 23 manat ödəyəcəkləri barədə razılaşmış, o, Zərərçəkmiş şəxs avtomobili icarəyə verən zaman “KHAZAR LX” markalı avtomobilin bankı ödənilmədiyini və avtomobil axtarışda olduğunu gizlətmişdir. Onlar razılaşdıqdan sonra Zərərçəkmiş şəxs ona Xəyalın yanında 7000 manat pul vermiş, Rövşən və Xəyal ona avtomobilin sənədləri barədə soruşanda Rövşənin şəxsiyyətini təsdiq edən sənədi və sürücülük vəsiqəsini alıb onlara həmin günün səhəri sənədləri qaydasına salacağını bildirmiş, Rövşəndən Xəyalın yanında 7000 manat pulu aldıqdan sonra “KHAZAR LX” markalı avtomobili ona təhvil vermiş və çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Rövşən avtomobilin birinci günü ödənişi olan 23 manat pulu “Milli Ön” terminal vasitəsi ilə istifadəsində olan “Leo Bank”-a məxsus plastik kartına göndərmiş, Zərərçəkmiş şəxs eyni qaydada istifadəsində olan “Leo Bank”-a məxsus plastik kartına 23 manat pulu xx.xx.2022-ci tarixdə göndərmiş və o, həmin pulları kartdan çıxarmayıb kartda saxlamış, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib telefonda Qazax RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən idarə etdiyi “KHAZAR LX” markalı avtomobili saxladıqlarını və həmin avtomobilin 3 ay cəriməsi olduğunu bildirmişdir. Avtomobili Qazax RPŞ-nin cərimə meydançasına aparacaqlarını ona demiş, o, bacardığı qədər həmin avtomobilin cərimə meydançasına aparılmaması üçün çalışmasına baxmayaraq, avtomobili cərimə meydançasına aparmışlar. O, Zərərçəkmiş şəxs özün bilən kimi həll etməsini ona demiş, həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə Qazax RPŞ-nin DYPB-nin serjantı Şahid1 mobil nömrəsinə zəng edərək nə üçün avtomobili cərimə meydançasına apardıqlarıını bildirmiş, sonuncu ona “Vhatsap” sosial şəbəkəsində avtomobilin cəriməsi olduğu üçün aparmaları barədə məlumat vermiş, xx.xx.2022-ci il Zərərçəkmiş şəxsla telefon əlaqəsi saxlayaraq avtomobili Qazax RPŞ-nin cərimə meydançasından çıxaracağını və Bakı şəhərinə gətirib təhvil ona verməsini bildirmiş, sonra onun Zərərçəkmiş şəxsla telefon əlaqəsi olmamış və telefonu söndürmüş, o, Rövşən İbahimova qarşı etdiyi əməlindən peşmandır. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatdadır və hazırda həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs Bakı şəhər sakini kimi tanımışdır. Bir müddət idi ki, o, özünə avtomobil almaq üçün sosial şəbəklərdə avtomobil axtarmışdır. 10 dekabr 2022ci il tarixdə o, sosial şəbəkədə “AZSAMAND” markalı avtomobilin satışını görüb elanda verilən 051- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlamışdır. Həmin şəxs özünü Tofiq kimi təqdim edib avtomobili sata biləcəyini, kredit yolu ilə verə biləcəyini demiş, onunla razılaşmışdır. O, Tofiqlə görüşmək üçün 11 dekabr 2022-ci il tarixdə dostu Şahid5la birlikdə Bakı şəhərinə getmiş, o, Tofiqlə Bakı şəhərində yerləşən “Beynəlxalq” avtovağzala görüşmüş, orada “AZSAMAND” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmışdir. O, Tofiqlə 14250 manata avtomobili almağa razılaşmış, avtomobilin pulunun 7000 manatı nəğd şəkildə qalan hissəsini isə günü 23 manat olmaqla onun hesabına göndərməsi şərti ilə razılaşmışdır. Təqsirləndirilən şəxs sənədləşdirmə üçün ondan sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini götürüb müqavilə hazırlayacağı barədə ona söz vermişdir. O, sənədləri ona vermiş, bir müddət sonra Tofiq onun mobil telefonuna zəng edib sənədləşdirmənin səhərə qalmasını, həmin günün səhəri gələn zaman sənədləşdirmə aparacaqlarını ona bildirmişdir. Tofiqlə razılaşıb “AZSAMAND” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna yola düşmüş, 12 dekabr 2022-ci il tarixdə o, Şəmkir şəhərində yerləşən “Sərxan” marketdə yerləşən “e manat” aparatı ilə Tofiqə məxsus “LEO BANKA” məxsus 4098 5844 6505 8988 nömrəli plastik karta 23 manat pul ödəniş etmiş, sonra Bakı şəhərinə getmiş, Bakı şəhərinə gedən zaman Qaradağ rayonu, ərazisində yerləşən “Nəvai” postunda onun idarə etdiyi avtomobili polis əməkdaşları saxlamış, Tofiqin mobil nömrəsinə zəng edib bu barədə ona məlumat verdikdən sonra Tofiq təqdim edib onun avtomobilini buraxdırmış, idarə etdiyi avtomobillə Bakı şəhərində yerləşən “Beynəlxalq” avtovağzala gedib Tofiqə zəng edib ondan sənədlərini istəmişdir. Təqsirləndirilən şəxs ona Salyan şəhərində olmasını, səhər gələn zaman verəcəyini bildirmişdir. Onunla razılaşıb Şəmkir rayonuna yola düşmüş, 13 dekabr 2022-ci il tarixdə o, Şəmkir şəhərində yerləşən “Pit Stop” dayanacaqdan yenidən Tofiqin hesabına 23 manat pul köçürmüş, 15 dekabr 2022-ci il tarixdə o, idarə etdiyi avtomobillə Qazax rayonunda olan zaman polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlamış, polis əməkdaşları ona avtomobilin cəriməsinin olması barədə məlumat vermişdir. bu barədə Tofiqə zəng edib məlumat verdikdə Tofiq polis əməkdaşları ilə danışmış, lakin polis əməkdaşları onun idarə etdiyi avtomobili cərimə meydançasına aparmışlar. Polis əməkdaşları tərəfindən ona avtomobili təhvil verilməsi barədə akt vermişlər. Bu barədə Tofiqə zəng edib dedikdə Tofiq ona avtomobili çıxaracağını demiş, sonradan Tofiq onun mobil telefonuna zəng edib avtomobilin sənədlərində problemlərin olmasını və ona “CHEHROLET CRUSER” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil verəcəyini yalandan vəd vermişdir. Oda onunla razılaşmışdır. 19 dekabr 2022-ci il tarixdə o, Bakı şəhərinə getmiş, Bakı şəhərində olan zaman o, Tofiqə məxsus mobil nömrələrə zəng etmiş, lakin Təqsirləndirilən şəxs mobil nömrələrinə zəng çatmamış, sonradan Təqsirləndirilən şəxs mobil telefonunu koda saldığı üçün onunla əlaqə saxlaya bilməmişdir. Bu barədə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Tofiqin barəsində Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət etmişdir. O, avtomobilə yeni təkərlər almışdır. Hazırda Təqsirləndirilən şəxs xərclədiyi pulları da ona geri qaytarmışdır və ona 7516 manat pul ödəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş səxs vurmuş olduğu 7046 (yeddi min qırx altı) manat pulun 25 faizini yəni, 1762 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, onların barışmasını və dəymiş ziyanın qanunla müəyyən olunmuş miqdarda faizini dövlət büdcəsinə ödəməsini əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2–ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM–nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189–1.2–1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.2.4-cü maddəsi ilə verilmiş ittihamın həcmi 7046 manatdır. Azərbaycan Respublikası CM–nin 73–1.2–ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi (7046 m x 25:100) 1761.50 manat təşkil edir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar