Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-223/2024 09.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evin qarşısında qaynı X7 ilə aralarında anası və dayısı ilə birlikdə yaşayan övladı X6 xəbərsiz olaraq yaşadığı evə gətirməsi səbəbindən baş vermiş şəxsi münasibətlər zəminində baş vermiş sözlə mübahisə zamanı fiziki cəhətdən ondan güclü olan Rəsul Hüseynli əl və ayaq zərbələri ilə döyərək ona sağ gözaltı nahiyənin sıyrıqları, sağ gicgah və sağ çənə bucağı nahiyəsinin yumşaq toxumlarının şişkinlik və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən və sağ gözətrafı yumşaq toxumların hematoması, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək yerə yıxmış, bundan sonra isə ayağı büdrəyib onun üzərinə yıxılarkən, qorxudaraq özündən kənarda saxlamaq məqsədilə Təqsirləndirilən şəxs əlində saxladığı dəstəyinin uzunlğu 84 mm, tiyəsinin uzunluğu 65 mm, orta hissədən eni 7 mm, qalınlığı 1,6 mm olan soyuq silah hesab edilməyən turist bıçağı ehtiyyatsızlıqdan Rəsul Hüseynlinin qarın nahiyəsinə batmış, nəticədə qarının ön divarının sol qabırğa altı nahiyədə daxilə keçən dalağı və mədəaltı vəzin quyruq hissəsini zədələyən, kəskin qanitirməyə səbəb olmuş bir ədəd deşilmişkəsilmiş yarası xəsarəti ilə müşayiət olunan və insan həyat üçün təhlükəli olan ağır xəsarət yetirilməsinə səbəb olmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs Rəsul Hüseynlinin sağlamlığına ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, Samkir rayonu, Qaracamirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, Yusuf adlı Gürcüstan Respublikasında yaşayan Türkiyəli iş adamına maxsus TİR markalı, LL. 195 LX Gürcüstan nömrə nişanlı yük avtomobili ilə sürücülük edir. Ailəlidir. Afis (12 yaş) və Yusif (5 yaş) adlı övladları var. X8 İlham ilə 2011-ci ilin aprel ayının 23 tarixində ailə quraraq evlənmişlər, 2019-cu il tarixdə Şəmkir rayon məhkəməsinin qərarı ilə oğlu Afis ona, Yusif isə Şəlaləyə verilmişdir. Buna baxmayaraq sonradan barışıq olmuş və onlar birlikdə yaşamağa davam etmişlər. Onlar əvvəllər işi ilə bağlı Bakı şəhərində yaşamışlar. Sonradan Şəmkir rayonuna gəlmişlər. Şəlalə ilə aralarında sonuncu dəfə 2023-cü ilin oktyabr ayının 17-də Şəlalənin bacısı İlahənin azyaşlı övladının ad günü məclisinə Bakı şəhərindən Şəmkir rayonuna gəlməsinə görə yaranmışdır. Həmin vaxtdan onlar danışmırlar. Oğlu Afis onunla qalır, anasının yanına gedib-gəlir. Yusif isə anası Şəlalə ilə Şəmkir rayonu, Qapanlı kəndində yerləşən ata evinda qalır. Oğlunun onunla görüşməsinə imkan vermirlər və telefonla belə danışmağa qoymurlar. Həmin vaxtdan o, oğlu Yusifi görməmişdir. X1 qardaşıdır. 15 mart 2024-cü il tarixdə saat 19 radələrində oğlu Afis ilə kəndə ət almağa getmiş, Şəlalənin atası evinin olduğu küçənin qarşısında keçən vaxt kiçik oğlu Yusifin təkbaşına mağazanın yanında dayandığını görüb avtomobili saxlayaraq Yusif ilə görüşmüşdür. O Yusifi özü ilə götürmüş və evə gələndə yolda qaynı Rəsula zəng edib Yusifin onunla olduğunu bildirmiş, özü ilə evə aparacağını demişdir. Rəsul ona "sən evə deyibsənmi?" sualını vermişdir. O, Rəsula uşağı mağazanın yanından götürdüyünü, Yusifin onunla olduğunu bildirmiş və sonra gətirəcəyini demişdir. Yusifin evdə qalan oyuncaqlarını seçib götürmüş və istədiyi şeyləri alması üçün mağazaya aparmış, daha sonra isə saçını kəsdirmək üçün bərbərə getmişlər. Saçı kəsildikdən sonra onlar yenidən evə qayıtmışlar. Saat təxminən 22 radələrində Rəsul ona zəng edərək aqressiv formada "uşağı niyə gətirmədin" sualını vermişdir. O Rəsula Yusifin qardaşı ilə oynadığını, bir-iki əşya daha alacağını və onlarda qalsın, sabah gətirəcəyini bildirmişdir. Rəsul ona "yox, ola bilməz, uşağı bu dəqiqə gətirməlisən" demişdir. O, uşağı gətirməyəcəyini bildirmiş və Rəsul ona "özüm gəlib uşağı götürəcəm deyəndə Rəsula "kim gəlir gəlsin uşağı götürə bilməz, bizdə qalacaq, sabah uşağa ǝyin-baş alıb özüm verəcəm" deyə cavab vermişdir. Bu telefon danışığı qurtardıqdan sonra heç 5 dəqiqə keçməmiş küçədən avtomobil siqnalının səsi gəlmiş, eyni vaxta Rəsul ona mobil telefonla zəng etmişdir. O, telefona cavab verəndə Rəsul "çölə çıx" demişdir. O, çölə çıxıb Rəsula yaxınlaşmış və əl verib görüşüb, evə dəvət etmişdir. Rəsul evə girməyə ehtiyac yoxdu demiş və uşağı gətirməyini tələb etmişdir. O, Rəsula "sən get, mən sabah gətirəcəm" demişdir. Rəsul isə "mən uşağı aparmalıyam, sən sabah gəlib götürə bilərsən" demişdir. Rəsuldan nə üçün prinsip elədiyini soruşmuş və kənara çəkilmişdir. Rəsulun hərəkətindən hiss etmişdir ki, özünü tarazlayır, solaxay olduğuna görə sol əlini aşağıda arxasında saxlayır. O, Rəsula yaxınlaşaraq düz etmədiyini, sabah uşağı gətirəcəyini deyəndə Rəsul sol əli ilə sağ gözündən vurmuşdur. Həmin vaxtı arxaya çəkilmiş və Rəsulun ondan bədəncə böyük olmasına görə cibində olan kiçik bıçağı çıxarıb Rəsulu onu vurmaması üçün qorxutmaq məqsədi ilə qabağa tutmuşdur. Rəsul üstünə gəlmiş və onu vurmaq istəyəndə ayağı boşa keçib üstünə yıxılmışdır. Onlar birlikdə yerə yıxılmışlar. Rəsul da onun üstünə yıxılmışdır. O, bıçağı bağlamaq istədikdə bıçağın uc hissəsi baş barmağımın alt hissəsinə batmışdır. O, əlindən bıçağı çəkib çıxaranda Rəsul bunu görmüş və qorxub arxaya çəkilərək, "problem yaratmayın" deyib qışqırmışdır. O, Rəsula "maşınına min burdan get sözlərini dedikdən sonra Rəsul gəldiyi nömrasini xatirlamadığı "VAZ 2107" markalı avtomobilina minib getmişdir. Anası Mənzər çölə çıxmışdır. Mübahisə zamanı bıçaq qatlanaraq sağ əlinin işarat barmağını kasmişdir. Əlinin qanını yuyanda bıçaqda olan qan da yuyub cibinə qoymuşdur. Evdə olan bint ilə yaralarını sarmışdır. Sonra bilmişdir ki, mübahisa zamanı Rəsul üstünə yıxılanda bıçaq Rəsulun qarnına batıb. Onun Rəsulu bıçaqla vurmaq niyyəti olmamışdır. Mübahisə zamanı Rəsulu qorxutmaq üçün bıçağı çıxarmış, Rəsul onun üstünə gəlib onu vurmaq istədikdə əli boşa keçmiş və üstünə yıxılanda bıçaq Rəsulun qarnına batmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X7 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Şəmkir rayonu, Qapanlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun bacısı Şəlalənin əridir. Təxminən 5-6 aydır ailədə olan narazılıqlara görə Şəlalə kiçik oğlu Yusif ilə birlikdə onlarda qalır. Şəlalənin böyük oğlu Afis isə Ehtiramla birlikda yaşayır. 15 mart 2024-cü il tarixdə saat 16-17 radələrində Ehtiram ona zang edǝrǝk bacısı oğlu Yusifi götürdüyünü yarım saata, bir saata gətirəcəyini demişdir. O, etiraz etməmiş və aparmasını, vaxtı gətirməsini bildirmişdir. Təxminən 5-6 saatdan sonra o, Ehtirama zang edib uşağı gətirməsini demişdir. O, uşağı gətirməyəcəyini bildirmişdir. O, Ehtirama uşağı gəlib özünün aparacağımı demişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Sonra o, tək başına Ehtiramın yaşadığı evə getmiş və zəng edib Ehtiramı çölə çağırmışdır. Ehtiramla küçədə görüşmüşlər və uşağı gətirməsini demişdir. Ehtiram uşağı verməyəciyini dediyinə görə aralarında mübahisə yaranmış və o, əsəbidən bir dəfə yumruqla Ehtiramın üz nahiyəsindən vurmuşdur. Ehtiram da onu bir dəfə vurmuşdur. Sonra o, Ehtiramı vurmaq istədikdə ayağı boşa keçmiş və Ehtiramı üstünə düşmüşdür. Mübahisə zamanı Ehtiramın anası Mənzər gəlmişdir. O, Ehtiramın əlində balaca cib bıçağını görmüş və belə şey etməməsini demişdir. Sonra o, oradan avtomobilə oturub evə getmişdir. Evdə olanda o, özünü pis hiss etmiş va onu Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada həkim ona baxdıqda bilmişdir ki, mübahisə zamanı Ehtiramın əlində olan bıçaq onun qarnına batıb. Lakin, hal-hazırda zərər çəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Ona görədə Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 4(076)-47/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması İAMAS yoxlama sistemində yoxlanılmış, məhkumluğu müəyyən edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 4(076)-53/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 382 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizasına və adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən nəticəyə gəlir ki, onun bədən səthində aşkar edilmiş xəsarət-qarının ön divarının sol qabırğa altı nahiyədə daxilə keçən dalağı və mədəaltı vəzin quyruq hissəsini zədələyən, kəskin qan itirməyə səbəb olmuş bir ədədə deşilmiş-kəsilmiş yarası deşicikəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, qararının təsvir hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 16 mart 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə ballistik ekspertizasının 16/653 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bışaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən Cinayət Məcəlləsinin 131.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs X7 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərəri ödəmişdir və hazırda onunla barışıbdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən törətmiş şəxslə bаrışmışdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 131.2-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-223/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-223/2024
09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver