Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-224/2023 15.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi X5, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Səməd Vurğun kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qadağan edilmiş vaxtda, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə qanunsuz balıq tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.6 və 2.5.18-ci hissələrinin tələblərini pozaraq, hər ilin yanvarın 1-dən aprelin 1-nə kimi balıq ovuna icazə verilən vaxtdan kənar, qadağan edilmiş vaxtda, yəni 28 aprel 2023-cü il tarixdə saat 08 radələrində Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarına gələrək orada özü ilə gətirdiyi “Veterok” markalı mühərriklə təchiz edilmiş özü-üzən nəqliyyat vasitəsi olan 01 ədəd rezin qayıqdan, 01 ədəd yanacaq qabı, 01 ədəd hava üfürən, 02 ədəd avardan, 01 ədəd rezin kombinezondan, balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə sayılan 01 ədəd elektrik cərəyanını artıran cihazdan, 01 ədəd akkumlyatordan və 01 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsindən istifadə edərək 29 ədəd hər biri 33 manat olmaqla 957 manat dəyərində şamayı, 03 ədəd hər biri 22 manat olmaqla 66 manat məbləğində çəki və 05 ədəd hər biri 11 manat olmaqla 55 manat dəyərində dabanbalığı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1078 (bir min yetmiş səkkiz) manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 11 radələrində Su NPİ-nin Şəmkir XPM-nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan “Veterok” markalı mühərriklə təchiz edilmiş özü-üzən nəqliyyat vasitəsi olan 01 ədəd rezin qayıq, 01 ədəd yanacaq qabı, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, 01 ədəd hava üfürən, 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd akkumlyator, 01 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi, 29 ədəd şamayı, 03 ədəd çəki və 05 ədəd dabanbalığı balıqlarını aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 28 aprel 2023-cü il tarixdə balıq tutmaq məqsədi ilə saat 08 radələrində Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarının sahilinə gəlmiş, orada özünə məxsus «Veterok» markalı mühərriklə təchiz edilmiş 1 ədəd rezin qayığı hava ilə doldurduqdan sonra, 1 ədəd yanacaq qabından, 2 ədəd avardan, 1 ədəd rezin kombinezondan istifadə edərək su anbarına girdikdən sonra sahildən aralanıb özü ilə götrdüyü 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd «Domça» adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə suya elektrik cərəyanı verib balıq tutmağa başlamışdır. Həmin gün saat 11 radələrinədək çoxlu sayda müxtəlif növ balıq tutub sahilə çıxarkən Su NPİ-nin Şəmkir XPM-nin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ona məxsus olan «Veterok» markalı mühərriklə təchiz edilmiş 1 ədəd rezin qayığı, 1 ədəd yanacaq qabını, 2 ədəd avarları, 1 ədəd rezin kombinezonu, 1 ədəd havaüfürəni, 1 ədəd akkumulyatoru, 1 ədəd elektrik cərəyanını artıran cihazı, 1 ədəd «Domça» adlandırılan balıqovlama vasitəsini və həmin balıqovlama vasitələrindən istifadə etməklə Şəmkir su anbarından tutduğu balıqları götürmüşlər. Polis əməkdaşları ondan götürülmüş balıqovlama vasitələrinə və tutduğu balıqlara baxış keçirərkən məlum olmuşdur ki, tutuduğu balıqların 29 ədədi şamayı, 3 ədədi çəki, 5 ədədi isə dabanbalığı balıqlarıdır. Bundan sonra polis əməkdaşları bu barədə protokol tərtib etmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Şahid6 adına verilmiş kvotada onun adı briqada üzvü kimi keçir. Şahid6 bu ilin aprel ayının birindən balıqların kür tökməsi ilə əlaqədar balıq tutmağı onlara qadağan etmişdir. 28 aprel 2023-cü il tarixdə Mübarizdən xəlvəti balıq tutmuş və Mübarizin xəbəri olmamışdır. Elektrik cərəyanından istifadə etməklə balıq tutmanın asan başa gəldiyi üçün istifadə etmişdir. Şəmkir rayon polis şöbəsindən X14 idarəsinə daxil olmuş materiala əlavə edilmiş video çəklişdə əks olunan şəxslərdən əlində domça adlandırılan balıqovlama vasitəsi olan şəxs özüdür, avar çəkən isə həmkəndlisi Şahid2dur. Həmin video görüntünü sonradan adını bildiyi Şahin adlı şəxs mobil telefonu ilə çəkmişdir. Balıq tutmaqda ona heç kim köməklik etməmiş, balıqları özü tək tutmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində həmkəndlisi Məhərrəmlə birlikdə Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Kür çayına yenicə daxil olmuşlar, həmin vaxt Şahin yanında tanımadığı şəxslə birlikdə qayıqla onlara yaxınlaşaraq mobil telefonu ilə onları çəkməyə başlamışdır. Belə vəziyyətdə heç bir balıq tuta bilməmişlər. Şahin balıq tutmaqla bağlı suallar verməyə başladıqda onun suallarını cavablandırmamış və sahil istiqamətində hərəkət etməyə başlamışdır. Sonra Şahindən uzaqlaşıb sahilə çıxmışlar. Şahinin getməsini gözləmişlər, Şahin və onun yanında olan tanımadığı şəxs onları sudan çıxdıqlarını gördükdən sonra onlar da sahil istiqamətində hərəkət etməyə başlamışlar. Sahilə çıxarkən Məhərrəmə demişdir ki, gözləyək həmin şəxslər getdikdən sonra suya girərik. Lakin, Məhərrəm onların çəkiliş apardıqları üçün suya girməyəcəyini bildirmişdir. Sahilə çıxdıqdan sonra Məhərrəm ondan aralanıb getmişdir. Bir müddət gözləmiş, lakin onları çəkən şəxslərin getmədiklərini görüb bütün balıqovlama vasitələrini götürüb həmin ərazidən uzaqlaşmış və Bayramlı kəndi istiqamətində Şəmkir su anbarının sahilinə gəlib saat 08 radələrində su anbarına daxil olmuşdür. Həmin gün saat 11 radələrində balıq tutub sahilə çıxarkən Su NPİ-nin Şəmkir XPM-nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlamışlar. Hazırda əməlindən səmimi peşmandır, vurulmuş maddi ziyanı ödəmişdir. Arvadının vəfat etməsini və himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, ailədə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 iddia tələbinin dəlillərinə uyğun ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarında qanunsuz balıq tutmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6-ci hissəsinin tələblərini pozmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 1 ədəd yanacaq qabı, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, 1 ədəd havaüfürən, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi və 29 ədəd şamayı, 5 ədəd dabanbalığı, 3 ədəd çəki balıqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində Su NPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.6-ci hissəsinə əsasən qadağan edilmiş vaxtda sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə əsasən hesablanır. 29 ədəd şamayı balığının qanunsuz tutulması ilə vurulan ziyan 1 ədəd şamayı balığı 33,00 manat, 33,00 manat x 29 ədəd= 957,00 manat 5 ədəd dabanbalığı balığının qanunsuz tutulması ilə vurulan ziyan 1 ədəd dabanbalığı balığı 11,00 manat , 11,00 manat x 5 ədəd= 55,00 manat 3 ədəd çəki balığının qanunsuz tutulması ilə vurulan ziyan 1 ədəd çəki balığı 22,00 manat, 22,00 manat x 3 ədəd= 66,00 manat. Balıq ehtiyatlarına vurulan ziyan 1078 (min yetmiş səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı X13 Sərvətlər İdarəsi “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və didigər su bioresurslarının sənaye ovu Qaydaları”nın 1-ci bəndinin 1.9.6-cı hissəsinə və Azərbaycan Respublikası Prezientinin xx.xx.2016-cı il tarixli 962 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”yə əsasən vətəndaş Təqsirləndirilən şəxs barəsində 1078,00 manat məbləğində iddia qaldırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə məktub ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulmuş ziyanın tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığı bildirilmiş, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona balıq tutmağı təklif etmiş, həmin təklifi qəbul etmiş və birlikdə Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Kür çayına getmişlər. Həmin vaxt Vüqara məxsus olan rezin qayıqdan istifadə edib çaya girdikdən sonra sahildən aralanıb balıq tutmaq istəyərkən 2 nəfər tanımadığı şəxslərin rezin qayıqla onlara tərəf gəldiyini görmüşlər. Həmin şəxslərdən biri özünü Mais kimi təqdim etmiş sonradan adını bildiyi Şahin adlı şəxs onlardan kim olduqlarını, nə üçün elektrik cərəyanını artıran cihazdan istifadə etməklə balıq tutduqlarını soruşmuş və Şahin mobil telefonunu Vüqara uzadaraq Mübariz müəllimlə danışmasını tələb etsə də, sonra nədənsə telefonu geri çəkərək danışmağa imkan verməmişdir. Vüqar özünü onlara təqdim etsə də öz adını bildirməmişdir. Vüqar həmin şəxsə balıq tutmaq istədiklərini inkar etdikdə Şahin telefonunu çıxarıb onları çəkməyə başlamış və onlardan polisə şikayət edəcəyini bildirmişdir. Onlar bunu görüb sahil istiqamətində hərəkət etməyə başlamışlar. Həmin şəxslər sudan çıxdıqlarını görüb onlar da sahil istiqamətində hərəkət etməyə başlamışlar. Sahilə çıxarkən Vüqar ona demişdir ki, gözləyək həmin şəxslər getdikdən sonra yenidən suya girək. Lakin, Şahinin onları çəkdiyini deyib suya girməyəcəyini bildirmişdir. Həmin vaxt Vüqar ona birlikdə Şəmkir su anbarından balıq tutmağı təklif etmişdir. Lakin, etiraz etmiş və sahilə çıxdıqdan sonra Vüqardan aralanıb getmişdir. Sonradan eşitmişdir ki, Vüqar Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarına girib balıq tutmuş və həmin tarixdə saat 11 radələrində sahilə çıxarkən Su NPİ-nin Şəmkir XPM-nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, təqdim edilmiş video çəkilişdə əks olunun şəxslərdən əlində domça adlandırılan balıqovlama vasitəsi olan şəxs Vüqar, avar çəkən isə özüdür. 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Kür çayına girdikdən sonra hər hansı növdə və sayda balıq tutmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 28 aprel 2023-cü il tarixdə səhər saat 06 radələrində balıq tutmaq məqsədi ilə Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Kür çayının sahilinə gəlmiş, təxminən saat 07 radələrində tilovla balıq tutarkən sahildən 2 nəfər tanımadığı şəxslərin mühərriklə təchiz edilmiş rezin qayıqla çaya girməsini görmüşdür. Qayıq bir müddət hərəkət etdikdən sonra çayın axarı olmayan hissəsində dayanmış, qayıqda olan şəxslərin elektrik cərəyanı artıran cihazdan istifadə etməklə balıq tutmalarını düşünmüşdür. Həmin vaxt yaxınlığında tilovla balıq tutan tanımadığı şəxsə həmin rezin qayığı göstərib onların elektrik cərəyanı artıran cihazdan istifadə etməklə balıq tutmalarını bildirmiş və ondan xahiş etmişdir ki, öz qayığı ilə onu həmin şəxslərin yanına aparsın. Qayığa mindikdən sonra həmin şəxslər istiqamətində hərəkət etməyə başlamış və onlara çatdıqda düşündüyü kimi qayıqda 2 nəfərin olmasını, onların birinin avar çəkməsini, digərinin isə əlində olan domça adlandırılan balıqovlama vasitəsini suya sallamasını görmüşdür. Onlardan nə üçün elektrik cərəyanı artıran cihazdan istifadə etməklə balıq tutmaq istəmələrini soruşaraq öz iradını bildirdikdə həmin şəxslərdən əlində domça adlandırılan balıqovlama vasitəsi olan, adının sonradan Vüqar olduğunu bildirən şəxs əvvəl tokla balıq tutmalarını inkar etsə də sonradan «əcəb edirəm» deyə cavab vermişdir. Telefonunu çıxarıb baş verən hadisənin video çəkilişini aparmağa başlamış və onlardan şikayət edəcəyini, dərhal sudan çıxmalarını tələb etmişdir. Bundan sonra həmin şəxslərin sahil istiqamətində hərəkət etməyə başladıqlarını görüb o da sahilə yaxınlaşmışdır. Həmin şəxslər sahilə çıxdıqdan sonra naməlum istiqamətdə getmişlər. Dərhal baş vermiş hadisə barədə DİN-in «102 » zəng xidmət mərkəzinə müraciət edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs və Şahid2 olduğu qayığa yaxınlaşdıqda qayıqlarına baxmış, lakin, ovlanmış hər hansı növ balıq olmasını görməmişdir. Həmin şəxslər çaya girən kimi onlara yaxınlaşdığından onlar onun onlara yaxınlaşdığını görüb balıq tutmağa imkan tapmamışlar. Onlardan sudan çıxmalarını tələb etdiyindən və çəkiliş apardığından onlar dərhal ov alətlərini qayığa yığıb sahilə çıxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Su NPİ-nin Şəmkir XPM-nin rəisi vəzifəsində xidmət edir. 28 aprel 2023-cü il tarixdə X14 idarəsinin Şəmkir xətt polis məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 11 radələrində Şəmkir rayonu Bayramlı kəndi istiqamətində Şəmkir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs “Veterok” markalı mühərriklə təchiz edilmiş 01 ədəd rezin qayıq, 01 ədəd yanacaq qabı, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, 01 ədəd havaüfürən, 01 ədəd elektrik cərəyanım artıran cihaz, 01 ədəd akkumlyator, 01 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi, 29 ədəd şamayı, 03 ədəd çəki və 05 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 29 ədəd şamayı, 03 ədəd çəki və 05 ədəd dabanbalığı balıqlarını 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd akkumlyator, 01 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi ilə Şəmkir rayonu Bayramlı kəndi istiqamətində Şəmkir su anbarından tutmuşdur. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. 28 aprel 2023-cü il tarixdə saat 11 radələrində Su NPl-nin Şəmkir XPM-nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarında qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılmış və həmin vaxt o tək olmuşdur. Lakin, sonradan onlara məlum olmuşdur ki, Həsənov X6 anbarına daxil olmamışdan qabaq həmkəndlisi Şahid2 ilə birlikdə Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Kür çayında balıq tutmağa cəhd etmiş, lakin onları başqa şəxslərin görməsini və telefonla çəkməsini görüb sudan çıxmışlar. Şəmkir Su anbarına balıq tutmaq üçün gedərkən Şahid2 onunla getməmişdir. Bu barədə sonradan Təqsirləndirilən şəxs soruşduqda o, baş verənləri təsdiq etmiş və sonradan tək balıq tumaq məqsədi ilə Şəmkir su anbarına getdiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ifadələrində Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, sənaye üsulu ilə balıq tutmaqla qazanc əldə edir. Balıq ovu ilə məşğul olmaq üçün ona Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X2 Xidməti tərəfindən Yenikənd və Şəmkir su anbarlarında balıqovlama biletləri verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X2 Xidməti tərəfindən verilmiş 55 nömrəli balıqovlama biletində Təqsirləndirilən şəxs adı briqada (manqa) üzvlərinin sırasında balıqçı kimi keçsə də 28 aprel 2023-cü il tarixdə onun Təqsirləndirilən şəxs Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarında elektrik cərəyanını artıran cihazdan istifadə etməklə qanunsuz balıq tutması barədə heç bir məlumatı olmamışdır. Bu barədə Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra məlumat əldə etmiş və ondan bu barədə soruşduqda o qanunsuz balıq tutmasını təsdiq etmişdir. Lakin, balıq tutmaq üçün su anbarına girməmişdən öncə Təqsirləndirilən şəxs ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs balıq tutmaqda istifadə etdiyi balıqovlama vasitələrinin heç biri ona məxsus deyil. Həmin balıqovlama vasitələrinin kimə məxsus olmasını bilmir. Ona verilmiş balıqovlama biletlərinə əsasən balıqçılar yalnız axçalı balıq torları və venter torlarından istifadə etməklə balıq tuturlar. Təqsirləndirilən şəxs Kür çayına kiminlə daxil olub balıq tutmaq istəməsini bilməmişdir. Bu barədə Vüqar özü də ona heç bir söz deməmişdir. Sonradan o, 28 aprel 2023-cüu il tarixdə yalnız Şəmkir su anbarına daxil olub balıq tutmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd rezin qayıq, 01 ədəd yanacaq qabı, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, 01 ədəd hava üfürən, 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd akkumlyator, 01 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi, 29 ədəd şamayı, 03 ədəd çəki və 05 ədəd dabanbalığı balıqları xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınmışdır. Balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixdə müvafiq qaydaya əsasən "xxxx" MMC-yə və balıqovlama vasitələrinin saxlanılması X14 İdarəsinin Şəmkir XPM-nin rəisi Şahid3 təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs qanunsuz tutduğu balıqlara və balıqovlama vasitələrinə baxış aparılmasını özündə əks etdirən 1 ədəd diskə baxış keçirilməklə nəticələri protokolla rəsmiləşdirilmişdir. Baxış zamanı müəyyən edilən xüsusatlarla baxış protokolunda qeyd edilmiş xüsusatlar eynilik təşkil etmişdir. xx.xx.2023-cü il tarxli 048283 saylı qaimə-fakturadan görünür ki, 14.00 (on dörd) manat dəyərində qiymətləndirilmiş 29 ədəd şamayı, 03 ədəd çəki və 05 ədəd dabanbalığı balıqları "xxxx" MMC–nin mühasibi X4 təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-341/2023 nömrəli məktubundan görünür ki, Şahid6 xx.xx.2022-ci ərizəsinə müvafiq olaraq X2 Xidməti tərəfindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 688 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2023-cü il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü” ilə Yenikənd su anbarı üçün müəyyən edilmiş kvota çərçivəsində 0.4 ton çapaq, 0.4 ton çəki, 0.4 ton külmə, 0.3 ton daban balıqlarının sənaye ovuna kvota ayrılmış və xx.xx.2023-cü il tarixli 55 nömrəli balıqovlama bileti verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və ya digər su bioresurslarının ovunun Qaydaları”-nın 5-ci bəndinə müvafiq olaraq Şahid6 tərəfindən təqdim edilmiş balıqçıların siyahısında və ona verilmiş xx.xx.2023-cü il tarixli 55 nömrəli balıqovlama biletində briqada (manqa) üzvləri sırasında Təqsirləndirilən şəxs adı balıqçı kimi keçir. Respublika Psixiatriya Xəstəxanası X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmayıb. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulmuş ziyan tamamilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş “Kapital Bank"ın ASC-nin qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1078 manat pul ödəməklə balıq ehtiyatlarına vurduğu ziyanı ödəmişdir. İşdə olan Şəmkir RİHB Kür qəsəbəsi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Şəmkir RİHB Kür qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 336 saylı arayışdan, ölüm haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs üç azyaşlı uşağı ilə birgə Şəmkir rayonu, Kür qəsəbəsi, S.Vurğun kəndində yaşayır. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İşdə olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi və şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs arvadının vəfat etməsini və himayəsində üç nəfər azyaşlı uşağına tək başına baxmasını, ailədə qazanc gətirən yeganə şəxs olmasını və onun tərəfindən vurulmuş maddi ziyanı tam olaraq dövlət büdcəsinə ödənilməsini və ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 256.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, yüngül cəza növü olan islah işləri cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı saxlanması üçün "xxxx" MMC–nin mühasibi X4 təhvil verilmiş və təhvil verilərkən 14.00 (on dörd) manat dəyərində qiymətləndirilmiş 29 ədəd şamay, 03 ədəd çəki və 05 ədəd dabanbalığı balıqlarının dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti Dövlət büdcəsinə keçirilməlidir. Həmçinin mülki iddia ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurduğu 1078 manat məbləğində ziyanın məhkəmə istintaqı dövründə tam ödəməsi, ona qarşı şikayət və tələbin olmaması nəzərə alınmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanla bağlı” iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 07 (yeddi) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və təhqiqat zamanı saxlanması üçün Azərbaycan Respublikası DİN-nin X14 İdarəsinin Şəmkir XPM-nin rəisi Şahid3 təhvil verilmiş, 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd yanacaq qabı, 01 ədəd rezin qayıq, 02 ədəd avar, 01 ədəd rezin kombinezon, 01 ədəd hava üfürən, 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd akkumulyator, 01 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi istifadəyə yararsız olduğu üçün hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İbtidai istintaq zamanı saxlanması üçün "xxxx" MMC–nin mühasibi X4 təhvil verilmiş və təhvil verilərkən 14.00 (on dörd) manat dəyərində qiymətləndirilmiş 29 ədəd şamay, 03 ədəd çəki və 05 ədəd dabanbalığı balıqları dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti Dövlət büdcəsinə keçirilsin. Mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut olan baxış keçirilməsi video görüntülərin qeydə alındığı 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 84 (səksən dörd) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-224/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-224/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver