Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-224/2024 19.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2003-cü il tarixdə doğulmuş Vilayət və xx.xx.2006-cı il tarixdə doğulmuş Banu adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 manat, cəmi 260,00 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-2441/2019 saylı, xx.xx.2019cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmediyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-476/2021 saylı, xx.xx.2021-ci il tarixli və 3(076)- 794/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8-10 gün olmaqla Ümumilikdə 18 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək 10270,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2002-ci ildə faktiki olaraq el adəti ilə evlənmiş, xx.xx.2006-cı il tarixdə isə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2003-cü il tarixdə Vilayət və xx.xx.2006-cı il tarixdə Banu adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət onunla münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də 2019-cu ildə ayrılmışlar, uşaqlar Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs nikahın ləğv edilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2441/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən 10 iyun 2019-cu il tarixdən başlayaraq ondan hər ay hər biri üçün 130,00 manat olmaqla ümumilikdə iki uşaq üçün 260,00 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi üzrə xx.xx.2019cu il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsində başlanılmış, icraat zamanı ona təyin olunmuş alimenti maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 31 may 2023-cü il tarixdə ona Şəmkir rayon icra və probasiya şöbəsinə dəvət olunaraq, izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə o, Şəmkir Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, yaranmış aliment borcunu ödəyə bilməmişdir. İnzibati qaydada həbs olunduqdan sonra da, icra məmuru tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, maddi imkanı olmadığına görə yenə də aliment üzrə yaranmış borcu ödəyə bilməmişdir. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdən başlayaraq cinayət təqibinin başlanılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 10400,00 manat aliment borcundan icra dövründə cəmi 130,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 10270,00 manat aliment borcu qalmışdır. Hazırda rayon ərazisində fərdi qaydada fəhlə işləyir, aylıq gəliri 300,00-350,00 manat təşkil edir. Həmin vəsaiti özünün gündəlik zəruri tələbatları üçün xərcləyir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2002-ci ildə faktiki olaraq el adəti ilə evlənmiş, xx.xx.2006-cı il tarixdə isə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2003-cü il tarixdə Vilayət və xx.xx.2006-cı il tarixdə Banu adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət onunla münasibətləri yaxşı olsada sonradan münasibətləri pozulmuşdur. Bundan sonra ayrılaraq uşaqları ilə birlikdə valideynlərinin yanına getmişdir. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən də, nikah qeydinin ləğv edilməsi və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmidir. Şəmkir rayon məhkəməsinin 2(076)-2441/2019 saylı, 28 oktyabr 2019cu il tarixli qətnaməsinə əsasən 10 iyun 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər bir üçün 130,00 manat olmaqla ümumilikdə iki uşaq üçün 260,00 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsində başlanılmış, icraat zamanı borclu Təqsirləndirilən şəxs təyin olunmuş alimenti ödəməmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 31 may 2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs Şəmkir rayon icra və probasiya şöbəsinə dəvət olunaraq, izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, yaranmış aliment borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-2441/2019 saylı 28 oktyabr 2019-cu il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmış, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq bundan müsbət nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıqlar edilsə də, sonuncu aliment üzrə yaranmış borcun ödənilməsi üçün təşəbbüs göstərməmişdir. Borclu Təqsirləndirilən şəxs qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdən başlayaraq cinayət təqibinin başlanılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 10400,00 manat aliment borcundan icra dövründə cəmi 130,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 10270,00 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu Təqsirləndirilən şəxs fərdi qaydada fəhlə kimi işləyərək kifayət qədər qazanc əldə etməsinə baxmayaraq o, aliment üzrə yaranmış borcunun ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Qeyd olunan aliment borcunun Təqsirləndirilən şəxs alınaraq onun xeyrinə ödənilməsi üçün qaunamüvafiq tədbirlər görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2441/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 10 iyun 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər bir üçün 130,00 manat olmaqla ümumilikdə iki uşaq üçün 260,00 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi üzrə xx.xx.2019-cu il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsində başlanılmış, icraat zamanı borclu Təqsirləndirilən şəxs təyin olunmuş alimenti ödəməmiş, eləcədə sonuncuda tələbin yönəldilə biləcəyi gəlirlər aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq aliment borcunu ödəməmişdir. Şəmkir rayon məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 31 may 2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs Şəmkir rayon icra və probasiya şöbəsinə dəvət olunaraq, izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, yaranmış aliment borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin 2(076)-2441/2019 saylı 28 oktyabr 2019-cu il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırmış, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq bundan müsbət nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıqlar edilsə də, sonuncu aliment üzrə yaranmış borcun ödənilməsi üçün təşəbbüs göstərməmişdir. Beləliklə borclu Təqsirləndirilən şəxs qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdən başlayaraq cinayət təqibinin başlanılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 10400,00 manat aliment borcundan icra dövründə cəmi 130,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 10270,00 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu Təqsirləndirilən şəxs hal-hazırda fərdi qaydada fəhlə kimi işləyərək kifayət qədər qazanc əldə etməsinə baxmayaraq yaranmış aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini bir daha göstərmişdir. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2441/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2003-cü il tarixdə doğulmuş Vilayət və xx.xx.2006-cı il tarixdə doğulmuş Banu adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 130,00 manat, cəmi 260,00 manat məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi müvafiq olaraq, xx.xx.2019-cu il tarixdə Şəmkir rаyоn icrа və prоbаsiyа şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 3(076)-476/2021 saylı, xx.xx.2021-ci il tarixli və 3(076)-794/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 8-10 gün olmaqla ümumilikdə 18 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək 10270,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2441/2019 saylı, xx.xx.20219-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Şəmkir Rayon Məhkəməsinin 8(076)-118/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il,xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli bildiriş və xəbərdarlıq məktublarından görünür ki, icra orqanı Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş X2 X1 Filialının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyata alınmışdır. Azərbaycan Rеspublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2006-cı tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və ya həmin məhkəmə aktının icrasına maneçilik törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Rеspublikаsı CM-nin 59-cu mаddəsinə əsаsən cəzаsını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictmai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində zərərçəkmiş şəxsin kifayət qədər yüksək məbləğdə maddi zərərə məruz qalması, onun mənəvi və psixi iztirablar keçirməsinə səbəb olması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 8-ci, 41-ci, 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunması mümkün deyildir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-224/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-224/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver