Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-224/2025 04.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir şəhəri, Əzizbəyov küçəsi, ev-2 qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Gəncə şəhərində yerləşən “Xan bağı” istirahət parkından tapdığı 2 (iki) ədəd bükümün içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İİ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı ilə müəyyən edilən, psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, o, 19 fevral 2025-ci il tarixdə saat 18:40 radələrində Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun 380-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin stasionar postunun qarşısında içərisində sərnişin qismində əyləşdiyi Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Şahid6 idarə etdiyi VAZ 21015 markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 tərəfindən üstü yoxlanılan zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı “Klassik” markalı siqaret qutusunun içərisində saxladığı 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri, 0,280 qram və 1,130 qram, ümumi təmiz çəkisi 1,410 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. O, təxminən 10-15 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzacəkmə müəssəsindən azad olunaraq 5 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Şahid6 tanıyır. 19 fevral 2025-ci il tarixdə o, ailəsini ziyarət etmək üçün Şəmkir rayonuna gəlmişdir. Həmin gün Gəncə şəhərinə getmək üçün Şəmkir şəhəri 20 Yanvar küçəsinə taksi fəaliyyəti ilə məşğul olan Şahid6 məxsus VAZ 21015 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Gəncə şəhərinə yola düşmüşdür. Gəncə şəhərində taksi sürücüsünə onu gözləməsini və 5-10 dəqiqəyə gələcəyini demişdir. İşi bitdikdən sonra o, taksi sürücüsünün yanına gedib onu Şəmkir rayonuna aparmasını bildirmişdir. O, taksiyə əyləşib Şəmkir rayonu istiqamətində hərəkətə başlamışdır. Saat 18:40 radələrində Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun 380-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin stasionar postunun qarşısında polis əməkdaşları Məharətin idarə etdiyi avtomobili saxlatmışlar. Polis əməkdaşları ona metamfetamin vurub, daha sonra onu təhdid edərək metamfetaminin ona məxsus olmasını video yazı ilə deməsini bildirmişlər. Daha sonra video yazı apararaq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib üstünü yoxlayacaqlarını bildirmişlər. O məcbur olub video yazı aparılan zaman 19 fevral 2025-ci tarixdə Gəncə şəhəri “Xan bağı” adlanan ərazidən narkotik vasitəni tapdığını bildirərək əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı “Klassik” markalı siqaret qutusunun içərisində olan 2 (iki) ədəd ağ rəngli şəffaf polietilen bükümü cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üstündən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamin elektron tərəzidə çəkilmiş, büküm ilə birlikdə 0,27 qram, 1,15 qram olmaqla ümumilikdə 1,44 qram təşkil etmişdir. Sonra isə təqdim etdiyi büküm zərfdə qablaşdırılmış və üzəri möhürləndikdən sonra iştirakçılarla birlikdə imza etmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predment aşkar olunmamışdır. Tədqiqat aparıldıqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,410 qram olmuşdur. Hazırda narkotik vasitə istifadə etməsi ilə özünü təqsirli bilir, lakin üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Himayəsində azyaşlı uşaq olmasını, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təqaüdü almasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin CA üzrə əməliyyat müvəkili vəzifəsində polis kiçik-leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 fevral 2025-ci il tarixdə Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edildikdən sonra onun tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi, onun iştirakı ilə CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı X3, Şəmkir RPŞnin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 və Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı-Qazax-Gürcüstan magistral yolunun 380-ci klometrində dövlət yol polisinin stansionar postunun qarşısında hərəkətdə olduğu Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olmaqla Şəmkir şəhərində yaşayan Şahid6 idarə etdiyi “ VAZ 21015 “ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə tərəflərindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin Kür PBnin sahə rəisi polis baş serjantı X3 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən tütün məlumatı olan siqaret qutusunda saxladığı 02 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 0,27 qram və 1,15 qram olmaqla ümumilikdə 1,44 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzəridən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamini Gəncə şəhərində Xan bağı adlanan ərazidən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanmağa başlanmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində 01 ədəd “Katel“ markalı mobil telefon aşkar edilmişdir. Daha sonra iş üçün əhəmiyyət kəsb etdiyi üçün psixotrop maddə və mobil telefon tərəflərindən götürülmüş, zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra “ VAZ 21015 “ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid6 üstü və idarə etdiyi avtomobil yoxlanılmışdır. İş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Üst və yoxlama prosesi və avtomobillə baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminliyə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etmişlər. Sonradan ona Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, müdafiəçi ilə təmin edildiyi və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparıldığı, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilmədiyi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin CA üzrə əməliyyat müvəkili vəzifəsində polis kiçik-leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 fevral 2025-ci il tarixdə Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi, onun iştirakı ilə, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı X1, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 və Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 19:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı-Qazax- Gürcüstan magistral yolunun 380-ci klometrində dövlət yol polisinin stasionar postunun qarşısında hərəkətdə olduğu Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olmaqla Şəmkir şəhərində adsız küçədə yaşayan Şahid6 idarə etdiyi “ VAZ 21015 “ markalı **-MS- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə tərəflərindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi polis baş serjantı X3 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən tütün məmulatı olan siqaret qutusunda saxladığı 2 ( iki ) ədəd ağ rəngli sellofon bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 0,27 qram və 1,15 qram olmaqla ümumilikdə 1,44 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamini Gəncə şəhərində Xan bağı adlanan ərazidən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanmağa başlanmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində 1 ( bir ) ədəd “ Katel “ markalı mobil telefon aşkar edilmişdir. Daha sonra iş üçün əhəmiyyət kəsb etdiyi üçün psixotrop maddə və mobil telefon tərəflərindən götürülmüş zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra “VAZ 21015“ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid6 üstü və idarə etdiyi avtomobil yoxlanılmış, iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Üst və yoxlama prosesi və avtomobilə baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminliyə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Əli Eminliyə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, o, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin polis nəfəri vəzifəsində polis serjantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 fevral 2025-ci il tarixdə Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edildikdən sonra CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi, onun iştiraki ilə, CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid2 Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı X1, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı-Qazax-Gürcüstan magistral yolunun 380-ci klometrliyinndə dövlət yol polisinin stasionar postunun qarşısında hərəkətdə olduğu Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olmaqla Şəmkir şəhərində yaşayan Şahid6 idarə etdiyi“ VAZ 21015 “ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ilə birlikdə tərəflərindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi polis baş serjantı X3 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən tütün məmulatı olan siqaret qutusunda saxladığı 02 ədəd ağ rəngli sellefon bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 0,27 qram və 1,15 qram olmaqla ümumilikdə 1,44 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamini Gəncə şəhərində Xan bağı adlanan ərazidən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanmağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində 01 ədəd “ Katel “ markalı mobil telefon aşkar edilmişdir. Daha sonra iş üçün əhəmiyyət kəsb etdiyi üçün psixotrop maddə və mobil telefon tərəflərindən götürülmüş zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra “VAZ 21015 “ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid6 üstü və idarə etdiyi avtomobil yoxlanılmış iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Üst və yoxlama prosesi və avtomobilə baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞnin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminliyə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Əli Eminliyə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin sahə polis nəfəri vəzifəsində polsi baş serjantı rütməsi ilə xidmət edir. Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 fevral 2025-ci il tarixdə Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə CA üzrə əməliyyat müvəkkili polis kiçikleytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edildikdən sonra CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi, onun iştiraki ilə, Şəmkir RPŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı X3 və Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradıldı. Həmin tarixdə, saat 19:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı-Qazax-Gürcüstan magistral yolunun 380-ci klometrində dövlət yol polisinin stasionar postunun qarşısında hərəkətdə olduğu Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olmaqla Şəmkir şəhərində yaşayan Şahid6 idarə etdiyi “ VAZ 21015 “ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ilə birlikdə tərəflərindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi polis baş serjantı X3 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən tütün məlumatı olan siqaret qutusunda saxladığı 02 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 0,27 qram və 1,15 qram olmaqla ümumilikdə 1,44 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamini Gəncə şəhərində Xan bağı adlanan ərazidən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanmağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində 1 ( bir ) ədəd “ Katel “ markalı mobil telefon aşkar edilmişdir. Daha sonra iş üçün əhəmiyyət kəsb etdiyi üçün psixotrop maddə və mobil telefon tərəflərindən götürülmüş zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra “VAZ 21015 “ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid6 üstü və idarə etdiyi avtomobil yoxlanılmış iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Üst və yoxlama prosesi və avtomobilə baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞnin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminliyə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Əli Eminliyə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. . Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin sahə polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 19 fevral 2025-ci il tarixdə Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edildikdən sonra CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi, onun iştirakı ilə, Şəmkir RPŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 və Şəmkir RPŞ-nin Kür PB-nin polis nəfəri, polis serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:10 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı-Qazax-Gürcüstan magistral yolunun 380-ci klometrində dövlət yol polisinin stasionar postunun qarşısında hərəkətdə olduğu Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olmaqla Şəmkir şəhərində yaşayan Şahid6 idarə etdiyi “ VAZ 21015 “ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə tərəflərindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər, onun tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşuldu və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən tütün məlumatı olan siqaret qutusunda saxladığı 02 ədəd ağ rəngli sellefon bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 0,27 qram və 1,15 qram olmaqla ümumilikdə 1,44 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzəridən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamini Gəncə şəhərində Xan bağı adlanan ərazidən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanmağa başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində 01 ədəd “ Katel “ markalı mobil telefon aşkar edilmişdir. Daha sonra iş üçün əhəmiyyət kəsb etdiyi üçün psixotrop maddə və mobil telefon tərəflərindən götürülmüş zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra“ VAZ 21015“ markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid6 üstü və idarə etdiyi avtomobil yoxlanılmış iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmen aşkar edilməmişdir. Üst və yoxlama prosesi və avtomobilə baxış bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminliyə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Əli Eminliyə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o, Şəmkir şəhərində yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. **-MS-*** dövlət qeydiyyat nişanlı, VAZ-21015 markalı avtomobil ona məxsusdur və onu sürücülük vəsiqəsi ilə idarə edir. Həmin avtomobillə Şəmkir rayonu, ərazisində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində olan zaman əvvəlcədən qiyabi olaraq tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşıb pul müqabilində Gəncə şəhərinə gedib-gəlməyi təklif etmiş, o da razılaşmışdır. Təqsirləndirilən şəxs Gəncə şəhərinə düşürmüş, ona işlərinin olmasını və qurtardıqdan sonra xəbər verəcəyini demişdir. Təxminən yarım saat sonra ona xəbər etmiş və onu “Xan” bağının yaxınlığından götürmüşdür. Onlar birlikdə Şəmkir rayonuna qayıdan zaman Şəmkir rayonu ərazisində olan DYP postunun qarşısında polis əməkdaşları onları saxlamışlar. Onlara Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onun üstünü yoxlayacaqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlayacaqlarını bildirib üzərində qanunla qadağan edilmiş narkotik vasitə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitə olduğunu bildirib əynində olan gödəkçənin cibindən siqaret qutusunu çıxartmışdır. Siqaret qutusunun içərisindən 2 ədəd sellofan bükümdə olan sonradan adını bildiyi metamfetamin yəni patını təqdim etmişdir. Təqsirləndirilən şəxs metamfetamini haradan əldə etməsini polis əməkdaşı soruşduqda Gəncə şəhərində yerləşən “ Xan “ bağının yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. O, iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra onun üzərinə və avtomobilinə baxış keçirtmişlər. Lakin qanunla qadağan olunmuş psixotrop və narkotik maddələr aşkar edilməmişdir. Bundan sonra video çəkiliş aparıldıqdan sonra onları Şəmkir RPŞ-nin Kür PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamini haradan əldə etməsi barədə onun üstü yoxlanan zamanı Gəncə şəhəri Xan bağlı adlanan ərazidən tapdığı barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üstü yoxlanan zamanı şahidi olmuşdur ki, psixotrop maddə metamfetamin aşkar olunub və həmin maddəni istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs narkotik və psixotrop maddəni istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması barədə” 19 fevral 2025-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun 380-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin stasionar postunda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı “Klassik” markalı siqaret qutusunun içərisində 02 ədəd ağ rəngli şəffaf polietilen torbacığın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,280 qram və 1,130 qram, ümumi təmiz çəkisi 1,410 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini təqdim etmiş, həmin psixotrop maddə hesab olunan metamfetaminə baxış keçirilərək qablaşdırılmış, video çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 20 fevral 2025-ci il tarixli, 16/165 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə “ yazı və imzalar olan kağız paketdəki 02 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,130 qram, 0,280 qram ümumi təmiz çəkisi 1,410 qram olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” in siyahısına (1-ci siyahı ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 22 aprel 2025-ci il tarixli, 638 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəmkir rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 1(076)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu 3 ay müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şəmkir rayonunun ərazi hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması qərara alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(076)-65/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 1(076)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 il 10 ay 4 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 11 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 5 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 28 avqust 2024-cü il tarixdə 5 saylı cəzaçəkmə müəssisəsindən 5 saylı MTCM-nə daxil olmuşdur. 17 fevral 2025-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar olaraq müəssisənin yerləşdiyi inzibati ərazidə olan 1 nömrəli Gəncə şəhər xəstəxanasına müayinə və müalicə olunması üçün müəssisəni tərk edərək getməsinə icazə verilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 5 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 389/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixə Təqsirləndirilən şəxs 04 ay 06 gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzası qalmışdır. Şəmkir RİHB Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı bir azyaşlı uşağı var. Şəmkir Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanmışdır, o, qeyd olunan vaxtdan hal-hazıradək həbsdədir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 500 manat (Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü) təqaüd müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. O, təxminən 10-15 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzacəkmə müəssəsindən azad olunaraq 5 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisəsində cəza çəkir. Şahid6 tanıyır. 19 fevral 2025-ci il tarixdə o, ailəsini ziyarət etmək üçün Şəmkir rayonuna gəlmişdir. Həmin gün Gəncə şəhərinə getmək üçün Şəmkir şəhəri 20 Yanvar küçəsinə taksi fəaliyyəti ilə məşğul olan Şahid6 məxsus VAZ 21015 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Gəncə şəhərinə yola düşmüşdür. Gəncə şəhərində “Xan bağı” adlanan əraziyə çatdıqda o, taksi sürücüsünə onu gözləməsini və 5-10 dəqiqəyə gələcəyini demişdir. O, taksidən düşüb “ Xan bağını “ gəzən zamanı yerdən 2 (iki) ədəd ağ rəngli şəffaf polietilen torbacığı tapmışdır. Həmin torbacığı açıb içinə baxan zamanı psixotrop maddə hesab olunan metamfetamin olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün istifadə etmək üçün torbacıqları “Klassik” markalı siqaretin içərisinə qoyduqdan sonra siqaret qutusunu əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Bundan sonra o, taksi sürücüsünün yanına gedib onu Şəmkir rayonuna aparmasını bildirmişdir. O, taksiyə əyləşib Şəmkir rayonu istiqamətində hərəkətə başlamışdır. Saat 18:40 radələrində Bakı- Qazax-Gürcüstan avtomagistral yolunun 380-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsinin stasionar postunun qarşısında polis əməkdaşları Məharətin idarə etdiyi avtomobili saxlatmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirib üstünü yoxlayacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl ona hüquqlarını izah etdikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorlar, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyini bildirmişlər. O, da 19 fevral 2025-ci tarixdə Gəncə şəhəri “Xan bağı” adlanan ərazidən tapdığı patını əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı “Klassik” markalı siqaret qutusunun içərisində olan 2 (iki) ədəd ağ rəngli şəffaf polietilen bükümü cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üstünü yoxladıqdan sonra üzərindən 1 ədəd “ Katel “ markalı mobil telefon aşkar edilmişdir. Üstündən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamin elektron tərəzidə çəkilmiş, büküm ilə birlikdə 0,27 qram, 1,15 qram olmaqla ümumilikdə 1,44 qram təşkil etmişdir. Sonra isə təqdim etdiyi büküm zərfdə qablaşdırılmış və üzəri möhürləndikdən sonra iştirakçılarla birlikdə imza etmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predment aşkar olunmamışdır. Tədqiqat aparıldıqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,410 qram olmuşdur. Onun üzərindən aşkar edilmiş psixotrop maddə hesab olunan metamfetamini 19 fevral 2025-ci il tarixdə Gəncə şəhərində yerləşən “Xan bağı“ adlanan ərazinin yaxınlığından tapmışdır. Məharət adlı şəxsin onun üzərində psixotrop maddə hesab olunan metamfetamin olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini, üzərində aşkar olunan psixotrop maddəni polis əməkdaşları tərəfindən ona verildiyini göstərsə də şahid ifadələri, ekspertiza rəyləri, iş üzrə digər sübutlarla X. Aslanovun CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübut olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə kimi qiymətləndirir və əsaslı hesab etmir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinə əsasən Məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə şəxslərə tətbiq oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair hissədə qeyd edir ki, iş materiallarından və “Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcə əlillik təyin edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinə əsasən məcburi müalicə müalicə tətbiq olunmamalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş cəzanın çəkilməmiş qalan 04 ay 06 gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanmalı, o, narkoloji kabinetdə qeydiyyatda alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 1,310 qram metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə xərci-aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30,4 manat ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 12 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardım görə cəmi 132 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş cəzanın çəkilməmiş qalan 04 (dörd) ay 06 (altı) günlük hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 1,310 qram metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına- Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi 12 saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-224/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-224/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver