Məhkəmə qərarları › İş №1(076)-225/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-225/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-225/2023 28.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs «Tik-Tok» sosial şəbəkəsinə daxil olan zaman Zərərçəkmiş şəxs hesabı onun qarşısına çıxmış, daha sonra Zərərçəkmiş şəxs paylaşdığı videolara və açdığı canlı yayımlara baxmağa başlamış, 23 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs adından «Tik-Tok» sosial şəbəkəsində «_AYŞƏN_» və «@qara_gozlum_99@» adlı səhifə açmış və həmin səhifəyə Zərərçəkmiş şəxs öz səhifəsində olan videoları yükləyib üzərinə təhqiredici sözlər yazaraq videoları paylaşmaqla internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə Zərərçəkmiş şəxs təhqir etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, Zərərçəkmiş şəxs ilə ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən 23 aprel 2023-cü il tarixdə «Tik-Tok» sosial şəbəkəsində Zərərçəkmiş şəxs tiktok hesabı onun qarşısına çıxmış və o, Zərərçəkmiş şəxs səhifəsinə girib paylaşdığı videolara və açdığı canlı yayımlara baxmağa başlamış, bundan sonra o, Zərərçəkmiş şəxs adından «Tik-Tok» sosial şəbəkəsində «_AYŞƏN_» və «@qara_gozlum99@» adlı səhifə açmışdır. O, açdığı həmin eyniadlı səhifəyə Zərərçəkmiş şəxs öz səhifəsində olan videoları yükləmiş və videoların üzərinə təhqiredici, əxlaqsız sözlər yazıb həmin videoları paylaşmışdır. Zərərçəkmiş şəxs bundan xəbəri olmasa da Ayşən canlı yayın açan zaman o, Ayşənə mesaj yazaraq Ayşənin adından açdığı eyniadlı səhifəyə girib baxmağını bildirmişdir. Zərərçəkmiş şəxs həmin səhifəyə girib baxdıqdan sonra «Tik Tok» sosial şəbəkəsinin mesaj bölməsində ona mesaj yazaraq nə üçün adından bu cür səhifə açıb özünə məxsus videoların üzərinə təhqiredici sözlər yazıb paylaşdığını ondan soruşmuşdur. O, da Ayşənə özündən razı olduğu üçün belə etdiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ondan polisə şikayət edəcəyini bildirmişdir. Qeyd etdi ki, onun Zərərçəkmiş şəxs adından Tik- Tok» sosial şəbəkəsində «_AYŞƏN_» və «@qara_gozlum99@» adlı səhifə açıb, açdığı həmin eyniadlı səhifəyə Zərərçəkmiş şəxs öz səhifəsində olan videoları yükləyib videoların üzərinə təhqiredici, əxlaqsız sözlər yazıb həmin videoları paylaşmağında məqsədi ondan ibarət olmuşdur ki, Zərərçəkmiş şəxs canlı yayımına girən zaman açdığı canlı yayımda Ayşənə mesaj yazan hər kəslə kobud danışması və Ayşənin özündən razı olmağından əsəbləşdiyi üçün belə bir addım atmışdır. Onun məqsədi Zərərçəkmiş şəxs sosial şəbəkədə təhqir etmək olmuşdur. O, Zərərçəkmiş şəxs xəbəri olmadan özünə məxsus həmin videoların üzərində təhqiredici sözlər yazaraq paylaşandan sonra Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir. Ümumiyyətlə onun həmin videoları paylaşmaqda niyyəti Zərərçəkmiş şəxs sosial şəbəkədə təhqir etməkdən ibarət olmuşdur. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etməyə cəhd edir. Odur ki, ona məhkəmədən daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Tik-Tok» sosial şəbəkəsində AYŞƏN adı ilə qeydiyyatdan keçib videolar paylaşıb, canlı yayım açmışdır. Həmin sosial şəbəkədə o, canlı yayım açaraq oyun oynayıb pul qazanmışdır. 23 aprel 2023-cü il tarixdə «Tik-Tok» sosial şəbəkəsində canlı yayım açarkən bir nəfər şəxs səhifəsinə girməyini ona təklif etmişdir. O, da həmin şəxsin istifadə etdiyi «_AYŞƏN_» və «@qara_gozlum_99@» adlı səhifəyə girmiş və ona məxsus olan videoların həmin səhifədə paylaşıldığını, videoların üzərində əxlaqsız sözlər yazıldığını görmüşdür. Daha sonra o, məsələni aydınlaşdırmaq üçün həmin şəxsə takip istəyi atmış və mesaj bölməsində onunla danışmağa başlamışdır. Həmin şəxsdən niyə onun videolarını paylaşıb üzərində əxlaqsız sözlər yazdığını soruşmuşdur. Həmin şəxs isə ondan xoşu gəldiyini və onunla cinsi əlaqədə olmağı təklif etmişdir. O, həmin şəxsin dediyi sözlərlə razılaşmayaraq buna etiraz etmiş və həmin şəxsin kim olmasını, nəyə görə bu cür hərəkət etdiyini soruşmuşdur. Həmin şəxs ona özü barədə heç bir məlumat verməmişdir. O, da 24 aprel 2023-cü il tarixdə həmin məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat vermiş və daha sonra Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şəxsin «Tik-Tok sosial şəbəkəsində paylaşdığı video görüntüləri və mesaj mətnlərini polis şöbəsinə təqdim etmişdir. «Tik-Tok» sosial şəbəkəsində olan profilindən özünə məxsus videoları götürüb üzərində əxlaqsız sözlər yazaraq paylaşan şəxsi tanımamışdır. Onun heç bir kəslə, heç bir zaman ədavət və ya düşmənçiliyi olmamışdır. Həmin şəxslə cinsi əlaqədə olacağı təqdirdə ona məxsus video görüntüləri siləcəyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanuna müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı Zərərçəkmiş şəxs «Tik-Tok» sosial şəbəkəsində AYŞƏN adı ilə qeydiyyatdan keçib videolar paylaşıb, canlı yayım açmışdır. Həmin sosial şəbəkədə bacısı Ayşən canlı yayım açaraq oyun oynayıb pul qazanmışdır. 23 aprel 2023cü il tarixdə «Tik-Tok» sosial şəbəkəsində canlı yayım açarkən bir nəfər şəxs bacısı Ayşənin səhifəsinə girməyini bacısına təklif etmişdir. Bacısı da həmin şəxsin istifadə etdiyi «_AYŞƏN_» və «@qara_gozlum_99@» adlı səhifəyə girmiş və özünə məxsus olan videoların həmin səhifədə paylaşıldığını, videoların üzərində əxlaqsız sözlər yazıldığını görmüşdür. Daha sonra bacısı Ayşən məsələni aydınlaşdırmaq üçün həmin şəxsə takip istəyi atmış və mesaj bölməsində danışmağa başlamışdır. Həmin şəxsdən niyə videolarını paylaşıb üzərində əxlaqsız sözlər yazdığını soruşmuşdur. Həmin şəxs isə bacısından xoşu gəldiyini və cinsi əlaqədə olmağı təklif etmişdir. Bacısı həmin şəxsin dediyi sözlərlə razılaşmayaraq buna etiraz etmiş və həmin şəxsin kim olmasını, niyə görə bu cür hərəkət etdiyini soruşmuşdur. Həmin şəxs bacısına özü barədə heç bir məlumat verməmişdir. Bacısı da 24 aprel 2023-cü il tarixdə həmin məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat vermiş və daha sonra Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şəxsin «Tik-Tok» sosial şəbəkəsində paylaşdığı video görüntüləri və mesaj mətnlərini polis şöbəsinə təqdim etmişdir. Baş vermiş hadisədən sonra bütün olanları bacısı Zərərçəkmiş şəxs ona danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Təxminən 23 aprel 2023-cü il tarixdə «Tik- Tok» sosial şəbəkəsində Zərərçəkmiş şəxs tiktok hesabı qardaşı Təqsirləndirilən şəxs qarşısına çıxmış və qardaşı Ayşən adlı şəxsin səhifəsinə girib Ayşənin paylaşdığı videolara və açdığı canlı yayımlara baxmağa başlamışdır. Bundan sonra qardaşı Nəriman Zərərçəkmiş şəxs adından «Tik-Tok» sosial şəbəkəsində «_AYŞƏN_» və «@qara_gozlum99@» adlı səhifə açmışdır. Qardaşı açdığı həmin eyniadlı səhifə Zərərçəkmiş şəxs öz səhifəsində olan videoları yükləmiş və videoların üzərinə təhqiredici, əxlaqsız sözlər yazıb həmin videoları paylaşmışdır. Zərərçəkmiş şəxs bundan xəbəri olmasa da Ayşən canlı yayın açan zaman qardaşı Nəriman Ayşənə mesaj yazaraq Ayşənin adından açdığı eyniadlı səhifəyə girib baxmağını bildirmişdir. Zərərçəkmiş şəxs həmin səhifəyə girib baxdıqdan sofira «Tik Tok» sosial şəbəkəsinin mesaj bölməsində qardaşına mesaj yazaraq nə üçün adından bu cür səhifə açıb videoların üzərinə təhqiredici sözlər yazıb paylaşdığını soruşmuşdur. Nəriman da Ayşənə özündən razı olduğu üçün belə etdiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs qardaşı Nərimandan polisə şikayət edəcəyini bildirmişdir. Baş vermiş hadisədən sonra bütün olanları qardaşı Təqsirləndirilən şəxs ona danışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 320.1 və 66.5-ci maddələri ilə 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 04 avqust 2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Yeniabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 148-1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə baş vermiş hadisənin səbəblərini, eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ünvanda müsbət xarakterizə olunmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər və islah işləri cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, bununla yanaşı təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 9 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 54 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 9 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 54 (əlli dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar