Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-226/2024 23.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamallədin qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin yay ayında istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonu, Çaparlı kəndinin ərazisində yerləşən kənd qəbirstanlığında yabanı halda bitmiş çətənə (kannabis) kollarının yarpaqlarından toplayaraq qurutduğu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in İ siyahısının İ bəndi, həmçinin "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı evdə saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis X8 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 19 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyindən Şəmkir rayonu, Çaparlı kəndində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis X8 bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əlində olan ağ rəngli üzərində "AZZA" sözləri yazılmış kağız qutunun içərisində qara rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 445 qram, xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Əvvəllər narkotik vasitə və psixotrop vasitələrdən istifadə etmiş, tutulduğu günədək narkotik vasitənin marixuana növündən istifadə etmişdir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dəfələrlə məhkum olunmuş, 2023-cü ilin yay ayında yaşadığı Şəmkir rayonu, Çaparlı kəndinin yaxınlığında yerləşən qəbirstanlığın kənarında olan bir ədəd çətənə kolu aşkar etmiş, həmin koldan özü istifadə etmək üçün yığıb marixuanaya bənzər kütlədən istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə o, Şəmkir rayonu, Çaparlı kəndində fərdi yaşayış evinə gedərkən yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayıb narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamağında şübhəli oduğunu bildirib Şəmkir rayon polis X8 bölməsinə getməsini bildirmişlər. O, həmin vaxt onlara heç bir etiraz etməmiş, polis əməkdaşları onu Şəmkir rayon PŞ-nin Kür PB-nǝ gətirmişlər. Kür PB-də ona təhqiqatçı tərəfindən müdafiəçi təyin edilmiş, sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə olub-olmaması soruşularaq üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, o, əlində olan ağ rəngli üzərində "AZZA" sözləri yazılmış kağız qutunun içərisində qara sellofan torbaya bükülmüş olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Sellofan torba polis əməkdaşı tərəfindən açılan zaman içərisindən marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə elekton tərəzidə çəkilən zaman kütlə büküldüyü sellofanla birlikdə 450 qram kütlə təşkil etmiş, təqdim etdiyi kütlə ekspertiza üçün zərfə qoyularaq qablaşdırılmış, bundan sonra polis əməkdaşı onun üzərində şəxsi axtarış aparılmış, lakin taqdim etdiyi kütlədən başqa hər hansı bir narkotik vasitə və onun prekursorları, eləcə də dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və başqa iştirakçılar kimi o da imza etmişdir. O, əvvəllər narkotik vasitənin marixuana və heroin növündən istifadə etmiş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, 5-6 ildir ki, narkotik vasitənin marixuana növündən istifadə etmişdir. O, narkotik vasitədən heç kimə verməmiş və satmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir Rayon Polis X8 Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kiçik leytenantı rütbəsi daşıyır. Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 19 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Şəmkir RPŞ-nin Kür PB-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra isə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi Şəmkir rayon polis şöbəsinin Kür PB-nin polis sahə nəfərləri, polis baş serjantları Şahid2, Şahid3 Mərifət oğlu və Şahid4 ibarət olmuş, bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə polis bölməsinin xidməti avtomobilinə əyləşib Şəmkir rayonu, Çaparlı kəndi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir rayonu, Çaparlı kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Şəmkir rayon polis şöbəsinin Kür PB-də üzərində axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinin Kür PB-nin inzibati binasına gəlmiş, sonradan məlumatı olmuş ki, Şəmkir RPŞnin Kür PB-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmiş. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafia etməsini istəmiş, Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan ağ rəngli kağız qutunun içərisində qara sellofan torbaya bükülmüş narkotik vasitəni təqdim edərək həmin bükümdə narkotik vasitǝyǝ bənzər kütlə olduğunu bildirmiş, həmin sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində marixuanaya bənzər bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitə olan marixuananı Şəmkir rayonu, Çaparlı kəndində yerləşən qəbirstanlıqda yabanı halda bitmiş tərkibində narkotik vasitə olan kollardan yığaraq qurutduğunu bildirmiş, həmin kütlə elektron tərəzidə çəkilən zaman sellofanla birlikdə 450 qram olması müəyyən olunmuş, həmin büküm kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Ənvər Əkbərov tərəfindən zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2, Şahid3 Mərifət oğlu və X3 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması haqqında” 19 iyun 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ Kür PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əlində olan ağ rəngli üzərində “AZZA” sözləri yazılmış kağız qutunun içərisində qara rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 445 qram, xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 20 iyun 2024-cü il tarixli 16/710 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə qara sellofan torbada” yazı və imzaları olan sellofan paketdəki təmiz çəkisi 445 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2024-cü il tarixli 1128 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 445 qram narkotik vasitə olan qurudulmuş marixuananın qalığı 444,92 qram marixuana, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş videoçəkilişin 1 ədəd DVD diski və təqsirləndirilən şəxs qismində dindiriləndən zaman video çəkilişin yazıldığı 01 ədəd DVD diski iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. 25 iyun 2021-ci il tarixli, 1128 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 01 il 06 ay azadıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 03 ay müddətində azadıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 il 06 ay azadıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəki rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 il 06 ay azadıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-205/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsi tutma haqqında” 19 iyun 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 21 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-83/2024 saylı qərarı ilə 03 ay həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin məhkumluğu ödənilmiş olsa da yenidən eyni cinayəti törətməsi onun kriminal meylliliyinin davam etməsini göstərir. Məhkəmə həmin halı təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Digər tərəfdən təqsirləndirilən şəxsin narkotik vasitəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsi və saxlaması onun əməlinin ictimai təhlükəliliyinin dərəcəsinin yüksək olduğunu göstərir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədləri baxımından qeyrimümkün hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal hesab edib, qeyd edilən yüngülləşdirən halı nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzasını nisbətən aşağı həddə təyin etməyi məqbul sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı 19 iyun 2024-cü il tarixdən hesablanmalı, məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi barədə ekspert rəyi nəzərə alınmaqla cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis İdarəsində saxlanılan 444.92 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə hər saatı üçün 6 manat olmaqla 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş təmiz qalıq çəkisi 444,92 qram olan narkotik maddə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-226/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-226/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver