Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-228/2023 25.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun X14 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X14 üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Şəmkir rayon Ələsgərli Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Əli oğlunun, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, XX.XX.1957-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin payız aylarından 2022-ci ilin payız aylarınadək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 2,85 hektar (X=565316: Y=4517721) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib-becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. O, fərdi əməklə və kənd təsərrüfatı ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. O, 1994-cü il tarixdən ailə üzviləri ilə birlikdə Şəmkir rayonu, Ələsgərli kəndində yaşayır. Ona 1998-ci ilin aprel ayında dövlət tərəfindən Şəmkir rayonu, Ələsgərli kəndi ərazisində 89937,03 kvadrat metr pay torpaq sahəsi verilmiş, verilmiş torpaq sahəsini hazırkı tarixədək istifadə edir. Həmin torpaq sahəsindən 16674,36 kvadratmetr torpaq sahəsi və 13785,38 kvadratmetr torpaq sahəsi onun əsas torpaq sahəsindən uzaqda olduğu üçün 1999-cu il tarixdə həmin dövrdə bələdiyyə sədri olan mərhum Nəbiyev Alxan ilə şifahi şəkildə ona verilmiş qeyd etdiyi torpaq sahəsi ilə hazırda istifadə etdiyi X=565372: Y=4517748 kordinatında yerləşən, 2.85 hektar torpaq sahəsini dəyişmək haqqında razılaşmışdır. Mərhum Alxan həmin vaxt razılaşmış, qeyd etdiyi torpaq sahəsini hazırkı tarixədək istifadə etmişdir. Ona verilmiş qeyd etdiyi 16674,36 kvadratmetr torpaq sahəsi və 13785,38 kvadratmetr torpaq sahəsi isə bələdiyyə tərəfindən otlaq sahəsi kimi hazırkı tarixədək istifadə edilir. O, həmin torpaq sahəsini təxminən 20 ildən artıq müddətdirki istifadə edir. O, bundan sonra Bələdiyyə ilə hər hansı müqavilə bağlamamışdır. O, Şəmkir rayonu, Ələsgərli kəndi ərazisində 2,85 hektar torpaq sahəsini hazırkı bələdiyyə sədri olan Zərərçəkmiş şəxs razılığı olmadan əkib-becərmiş, ona Musa və bələdiyyənin digər işçiləri tərəfindən həmin torpaq sahəsini istifadə etməməyi haqqında hər hansı xəbərdarlıq edilməmişdir. O, həmin ərazidə 2021-ci ilin payız aylarında buğda əkmiş, o, 2022-ci ilin yay aylarında həmin ərazidə biçin edərək 3,5 ton buğda əldə etmişdir. O, həmin məhsulu özü istifadə etmiş, 2022-ci ilin payız aylarında isə təkrar həmin sahədə buğda əkmiş, həmin sahədə əkdiyi buğdanı 2023-cü ilin yayında biçmək, məhsul əldə etmək üçün əkmiş, dolanışığı çətin olduğu üçün həmin torpaq sahəsini qanunsuz olaraq əkib becərib ailəsinin dolanışığını təmin etməyə çalışmışdır. Onun həmin torpaq sahəsinə münasibətdə heç bir sənədi olmamış, həmin torpaq sahəsini 1999-cu il tarixdən hazırkı tarixədək mərhum Alxan Nəbiyevin şifahi razılığı ilə istifadə etmişdir. Alxan Nəbiyev təxminən dörd-beş il əvvəl vəfat etmişdir. O, vəfat etdikdən sonra isə həmin torpaq sahəsi barədə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə hər hansı müraciət etməmiş, hər hansı müqavilə bağlamamışdır. Hazırda həmin torpaq sahəsini Bələdiyyənin sahibliyinə və istifadəsinə qaytarmışdır. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bələdiyyəyə məxsus torpaq sahələrini artıq Bələdiyyənin istifadəsinə və sahibliyinə qaytardığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Şəmkir rayon Ələsgərli Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Əli oğlu ifadəsində göstərdi ki, o, 26 may 2022-ci il tarixdən etibarən Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin sədri işləyir. Şəmkir rayonu, Ələsgərli kəndinin bir qrup sakinləri tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qanunsuz olaraq zəbt edilərək istifadə edilmişdir. O, bununla əlaqədar olaraq Şəmkir rayonu, Ələsgərli kənd sakinlərindən öz qanunsuz əməllərini dayandırmağı tələb etmişdir. Lakin heç kim ona qulaq asmamışdır. O, 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə müraciət edərək Şəmkir rayonu, Ələsgərli kənd sakinləri Təqsirləndirilən şəxs Sayəddin oğlu, X24, Təqsirləndirilən şəxs, X2, X25, X12, X9, X26, X10 və X19 tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. 14 sentyabr 2022-ci il tarixdə onun iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Onun tərəfindən göstərilən qeyd etdiyi şəxslər tərəfindən zəbt edilən ərazilərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları Şahid3, Şahid1 və Şahid2 onun iştirakı ilə baxış keçirmişlər. O, onlara bələdiyyə ərazisinin xəritəsini təqdim etmiş, həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X15 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələrinin X25 və X12 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), Təqsirləndirilən şəxs Sayəddin oğlu 2,85 ha (X=565316: Y=4517721), X3 0,98 ha (X=565372: Y=4517748), X25 1.20 hektar (X=567669: Y=4515007), X9 1,46 hektar (X=567804: Y=4515062), X10 4,2 hektar (X=567624: Y=4518208), X26 0.75 hektar (X^566829: Y=4520211) və X19 1.61 hektar (X=566437:Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əməkdaşları tərəfindən hüquqlarının pozulması halları müvafiq qaydada sənədləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları tərəfindən baxış keçirilən zaman X20 və Təqsirləndirilən şəxs həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Lakin həmin şəxslər torpaq sahələrini qanunsuz olaraq zəbt etməyə əkin işləri aparmağa davam edirlər. Həmin şəxslərin barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. X25 və X12 birlikdə(şərikli) 2,73 (X=563820: Y = 4518111), Təqsirləndirilən şəxs Sayəddin oğlu 2,85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748), X21 1.20 hektar (X=567669: Y=4515007), X9 1,46 hektar (X=567804: Y=4515062), X10 4,2 hektar (X=567624: Y=4518208), X26 0.75 hektar (X=566829: Y=4520211) və X19 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə qanunsuz olaraq zəbt edilmiş torpaq sahələri Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaq sahələri olmaqla örüş otlaq təyinatlı torpaq sahələridir. Hazırda Təqsirləndirilən şəxs qeyd olunan 2,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bələdiyyənin sahibliyinə və istifadəsinə geri qaytarmışdır. Zərər çəkmiş şəxs Şəmkir rayon Ələsgərli Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Əli oğlu həmçinin məhkəməyə məktub təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 2,85 ha torpaq sahəsi məhkəmə baxışı zamanı bələdiyyəyə təhvil verildiyini, həmin torpaq sahəsinin bələdiyyənin istifadəsində olmasının, onların şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax Ərazi X17 edilməsi və İstifadəsinə nəzarət sektorunun məsləhətçisi torpaq müfəttişi vəzifəsində işləyir. Onların işləri Şəmkir rayonu ərazisində qanunsuz tikililərə nəzarət etmək və bu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verməkdən ibarətdir. Şəmkir rayonu, Ələsgərli bələdiyyəsi 31 avqust 2022-ci il tarixli 22 nömrəli məktubla müraciət edərək Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsinin Təqsirləndirilən şəxs Sayəddin oğlu, X24, X4, X25, X12, X9, X26, X10 və X19 tərəfindən özbaşına və qeyri qanuni olaraq əkib zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət araşdırılaraq 14 sentyabr 2022-ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Ələsgərli bələdiyyəsi tərəfindən göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X15 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri X25 və X12 birlikdə (şərikli) 2,73 (X=563820: Y=4518111), Təqsirləndirilən şəxs Sayəddin oğlu 2,85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748), X25 1.20 hektar (X=567669: Y=4515007), X9 1,46 hektar (X=567804: Y=4515062), X10 4,2 hektar (X=567624: Y=4518208), X26 0.75 hektar (X=566829: Y=4520211) və X19 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Onlar tərəfindən müvafiq yoxlama işi aparılarkən həmin torpaq sahələrində əkin işləri aparılan zaman heç bir sənədləşmə işinin aparılmadığı həmin sahələrin Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Onlar həmin yerin müvafiq qaydada şəkillərini çəkərək akt tərtib etmişlər. Baxış keçirilən zaman X20 və Təqsirləndirilən şəxs həmin ərazidə əkin işləri apardıqları qeyd edilmiş ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Daha sonra isə onlar tərəfindən toplanmış material aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilmiş, rəhbərlik vasitəsilə qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Adları yuxarıda qeyd edilən şəxslərin qanunsuz olaraq zəbt etdiyi və əkin işləri apardıqları torpaq sahələrinin mülkiyyət hüququ Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahələrinin üzərində nəzarətin həyata keçirilməsi, alqı-satqısı, həmçinin istifadəsinə icazə verilməsi Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin nəzarətindədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma parılmışdır. Ələsgərli bələdiyyəsi tərəfindən göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə X15 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasın baxış zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri X25 və X12 birlikdə - şərikli) 2.73 (X:563820: Y-4518111), Təqsirləndirilən şəxs Sayəddin oğlu 2.85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748) X25 1.20 hektar (X=5567669: Y=45150007 X9 1.46 hektar (X=567624: Y=4518208), X26 0,75 hektar (X=566829: Y=4520211) və X19 1:61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüf təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Onlar müvafiq yoxlama işi apararkən həmin torpaq sahələrində əkin işləri aparılan zaman heç bir sənədləşmə işlərinin aparılmadığı, həmin sahələrin Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olması müəyən olunmuşdur. Bundan sonra onlar həmin yerin müvafiq qaydada şəkillərini çələrək akt tərtib etmişlər. Baxış keçirilən zaman X20 və Təqsirləndirilən şəxs həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Daha sonra onlar tərəfindən toplanmış material aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılası üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilmiş, rəhbərlik vasitəsilə qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmi göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi X17 edilməsi və istifadəsinə nəzarət sektorunun baş məsləhətçisi torpaq müfəttişi vəzifəsində işləyir. Onların işləri Şəmkir rayonu ərazisində qanunsuz tikililərə nəzarət etmək və bu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verməkdən ibarətdir. Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin 31 avqust 2022-ci il tarixli, 22 nömrəli məktubla müraciət edərək Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsinin Təqsirləndirilən şəxs, X24, Təqsirləndirilən şəxs, X1, X25, X13, X9, X26, X10 və X19 tərəfindən özbaşına və qeyri qanuni olaraq əkib zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət onlar tərəfindən araşdırılaraq 14 sentyabr 2022-ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştrakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Ələsgərli bələdiyyəsi tərəfindən göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer qurluşu xəritəsinə və X15 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri X25 və X12 birlikdə - şərikli) 2.73 (X:563820: Y- 4518111), Təqsirləndirilən şəxs Sayəddin oğlu 2.85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748) X25 1.20 hektar (X=5567669: Y=45150007 X9 1.46 hektar (X=567624: Y=4518208), X26 0,75 hektar (X=566829: Y=4520211) və X19 1:61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüf təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Onlar müvafiq yoxlama işi apararkən həmin torpaq sahələrində əkin işləri aparılan zaman heç bir sənədləşmə işinin aparılmadığı həmin sahələrin Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olması müəyən olunmuşdur. Bundan sonra onlar həmin yerin müvafiq qaydada şəkillərini çələrək akt tərtib etmişlər, baxış keçirilən zaman X20 və Təqsirləndirilən şəxs həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Daha sonra tərəflərindən toplanmış material aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılası üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilmiş, rəhbərlik vasitəsilə qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmi göndərilmişdir. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonu Ələsgərli kəndi ərazisində yerləşir. Şəmkir rayonu Ələsgərli Kəndində yerləşən Şəmkir rayon Ələsgərli kənd Bələdiyyəsinə məxsus 2,85 ha torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək torpaq sahəsində əkin işləri aparılmışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Şəmkir rayon Ələsgərli Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs Əli oğlu tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 2,85 ha torpaq sahəsi məhkəmə baxışı zamanı bələdiyyəyə təhvil verilmiş, həmin torpaq sahəsinin bələdiyyənin istifadəsindədir, onların şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il taricli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahəsini Şəmkir rayonu X11 sahibliyinə və istifadəsinə qaytarmışdır. (Şəmkir rayon X11 məktubu) Məhkəmə hesab edir ki, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi əsası ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin Şəmkir rayon X11 mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsinin yenidən X11 sahibliyinə və istifadəsinə qaytarılması onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “seçilmiş başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Göstərdiyi 12 saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan bu müddətdə şikayət və ya protest verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-228/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-228/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver