Məhkəmə qərarları › İş №1(076)-229/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-229/2025

15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-229/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçiov oğlunun iştirakı ilə, xx.xx.1996-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şəmkir şəhəri, M. Əhmədov küç ev-48 ünvanda qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Belə ki, 07 avqust 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan, xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətləri səbəbindən 30 iyul 2023-cü il tarixdə qeyri-rəsmi ailə qurmuş, bundan sonra 03 avqust 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək olan müddətdə birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında mütəmadi olaraq öz gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs razılığı əsasında onun cinsiyyət orqanına daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulması və 29 iyul 2024-cü il tarixdə qız uşağı dünyaya gətirməsi ilə nəticələnən onunla təbii yolla cinsi əlaqədə olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. O, ailə üzvləri ilə Şəmkir şəhəri 28 May küçəsində yaşayır, ailəlidir, 1 övladı var. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Nigar onunla qonşuluqda yaşamışdır. Zərərçəkmiş şəxs atası təxminən 12 il bundan əvvəl rəhmətə getmişdir. Nigar isə anası və nənəsi ilə birlikdə yaşamışdır. Nigar ilə onun arasında sevgi münasibəti təxminən 2023-cü ilin yanvar ayından yaranmağa başlamışdır. Zərərçəkmiş şəxs anası isə 2023-cü ilin yay aylarında rəhmətə getmişdir. Rəhmətə getdikdən sonra Nigar ortalıqda qalmasın deyə 30 iyul 2023-cü il tarixdə onun razılığı ilə onu yaşadığı ünvana gətirmişdir. Evə gətirdikdən sonra təxminən 03 avqust 2023-cü il tarixdə Nigarla yaşadığı fərdi yaşayış evinin yataq otağında cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olduqdan sonra Nigarla ər-arvad münasibətində yaşamağa davam etmişlər. xx.xx.2024-cü il tarixdə isə Şəmkir RMX-na həyat yoldaşını müayinəyə apardıqda ona məlum olmuşdur ki, həyat yoldaşı hamilədir. xx.xx.2024-cü il tarixdə isə qız övladı dünyaya gəlmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs 30 iyul 2023-cü il tarixdə yaşadığı ünvana gətirdikdən sonra onun razılığı ilə 03 avqust 2023- cü il tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında cinsi əlaqədə olmuşdur.O, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zamanı ona qarşı zor tətbiq etməmişdir. Nigarla cinsi əlaqədə olan zamanı onun 16 yaşı tamam olmaması barədə məlumatı olmuşdur. Hazırda Nigarla bir ailə kimi yaşayırlar, ikinci övladları doğulacaq. Qeyd edilənlərə əsasən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi ev 70-də ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Elməddin onunla qonşuluqda yaşamışdır. Elməddinlə onun arasında sevgi münasibətləri 2023-cü ilin yanvar ayından yaranmağa başlamışdır. Onun anası 2023-cü ilin yay aylarında rəhmətə getmişdir. O, həmin müddətdə nənəsigildə qalmışdır. 2023-cü ilin iyul ayında Elməddin onunla evlənmək istəyini bildirmiş və o, da Elməddinlə razılaşmışdır. 30 iyul 2023-cü il tarixdə öz razılığı ilə Elməddinin yaşadığı ünvana gəlmişdir. Evə gəldikdən sonra 03 avqust 2023-cü il tarixdə Elməddin onun razılığı ilə yaşadıqları fərdi yaşayış evinin yataq otağında onunla təbii yolla cinsi əlaqədə olmuş və həmin vaxt onun bakirəliyi pozulmuşdur. Cinsi əlaqədə olduqdan sonra o, Elməddinlə ər-arvad münasibətində yaşamağa davam etmişdir və həmin vaxtdan da mütəmadi olaraq ər-arvad kimi cinsi əlaqədə olmuşlar. xx.xx.2024-cü il tarixdə isə Şəmkir RMX həyat yoldaşı ilə müayinəyə getdikdə onlara məlum olmuşdur ki, o, hamilədir. xx.xx.2024-cü il tarixdə isə onların bir qız övladı dünyaya gəlmişdir. O, Elməddinlə öz könüllü razılığı ilə cinsi əlaqədə olmuşdur və Elməddin tərəfindən ona qarşı heç bir təzyiq və təsir olmamışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zamanı 16 yaşı tamam olmaması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun mərhum bacısının oğlu, Zərərçəkmiş şəxs isə onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs atası təxminən 12 il bundan əvvəl rəhmətə getmişdir. Nigar isə anası və nənəsi ilə birlikdə yaşamışdır.Təxminən 2023-cü ildə Nigar ilə bacısı oğlu arasında sevgi münasibət yaranmağa başlamışdır. Zərərçəkmiş şəxs anası isə 2023-cü ilin yay aylarında rəhmətə getmişdir. Rəhmətə getdikdən sonra Nigar ortalıqda qalmasın deyə 30 iyul 2023- cü il tarixdə Elməddin onun razılığı ilə onu yaşadığı ünvana gətirmişdir. Evə gətirdikdən Sonra Nigarla ər arvad münasibətində yaşamağa başlamışlar.xx.xx.2024-cü il tarixdə isə bacısı oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaqda məqsədi Nigar onların qız övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs anası və atası rəhmətə getdikdən sonra yaşamaq üçün fərdi yaşayış evinin olmamasına, heç kimi olmadığına görə bacısı oğlu Elməddin Nigara sahib çıxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 87 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2025-ci il tarixli 5-76-1/2-02D-78/2025 nömrəli Şəmkir şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində, Şəmkir şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. xx.xx.2025-ci il tarixli 5-76-1/2-02D-78/2025 nömrəli Şəmkir şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində, Şəmkir şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. 28 mart 2025-ci il tarixli, 227 saylı rəyin Məhkəmə vǝ Patoloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsindən əldə edilmiş rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. xx.xx.2025-ci il tarixdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X8 ASM Şəhər Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs Şəmkir Rayon Qadın Məsləhətxanasında qeydə alınıb və 12 həftəlik hamiləlik müəyyən edilmişdir. 01 aprel 2025-ci il tarixli, 231 saylı rəyin Məhkəmə vǝ Patoloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsindən əldə edilmiş rəyin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs MTE vǝ PA birliyinin Şəmkir rayon şöbəsindən əldə edilmiş 01 aprel 2025-cü il  bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla arxa keçəcəkdə cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir xəsarət və dəyişiklik aşkar edilmədi. Zərərçəkmiş şəxs 29 iyul 2024-cü il tarixdə Şəmkir RMX-nın Doğum evində vaxtında, yetkin, diri qız uşağı doğmuşdur. 15 aprel 2025-cü il tarixli, 233 saylı “Məhkəmə Psixiatrık Ekspertiza mərkəzi” X8 tərəfindən verilmiş rəyinin nəticə hissəsində göstərilmişdir ki: İ. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). İİ. Yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən qarşısında qoyulmuş suallar aşağıdaklı kimi cavablandırılır: - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs səciyyələndirən əsas fərdi- psixi xüsusiyyətlərinə görə ekstragvertǝ daha yaxındır (psixi fəaliyyətin xarixi əlamə yönəlməsi). - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını və mahiyyətini anlaya bilərdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxsn hadisə şəraitini nəzərə alaraq ifadə verərkən iş üçün əhəmiyyətli olan halları düzgün qavraya bilər. O, özündən uydurmaya meyilli deyildir. - X2 davranışında aqressivlik əlamətləri müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona qarşı göstərilən davranışlar törədilərkən adı psixi-emosional halda olmuşdur. “Şübhəli şəxsi tutma haqqında” 27 mart 2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 29 mart 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin müvafiq olaraq məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi ifadələr, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə ortaq övladının doğulmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə ailə münasibətlərində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun azadlıqdan məhrum edilməsinin nə zərərçəkmiş şəxsin, nə də onların azyaşlı uşaqlarının mənafeyi və maddi təminatı baxımından məqsədəmüvafiq olmadığını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 14 saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar