Məhkəmə qərarları › İş №1(076)-23/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-23/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-23/2023 25.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olub xeyli miqdarda özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 01 may 2022-ci il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Kür qəsəbə sakini Zərərçəkmiş şəxs yaşadığı mənzilə açıq vəziyyətdə olan pəncərədən qanunsuz daxil olaraq yataq otağından sonuncuya məxsus bir ədəd 591 manat dəyərində, 583/585 əyarlı 4,62 qram çəkisi olan briliyant qaşlı qızıl üzüyü, bir ədəd pandora markalı 527 manat dəyərində, 585 əyarlı 6,2 qram çəkisi olan qızıl boyunbağı, bir ədəd reket toxunuşlu 850 manat dəyərində, 583 əyarlı 10 qram çəkisi olan qızıl boyunbağı, bir ədəd 510 manat dəyərində, 585 əyarlı 6 qram çəkisi olan olan qızıl boyunbağı, bir dəst 2415 manat dəyərində, 750 əyarlı İtaliya istehsalı olan 23 qram çəkidə briliyant qaşlı qızıl üzük və sırğanı, bir dəst 1260 manat dəyərində, 750 əyarlı İtaliya istehsalı olan 12 qram çəkidə sadə üzük və sırğanı, bir ədəd 3831 manat dəyərində, 583 əyarlı 51,09 qram çəkisi olan qızıl bilərziyini, bir ədəd 8500 manat dəyərində, 583 əyarlı 100 qram çəkisi olan qızıl boyunbağı, bir ədəd 1606 manat dəyərində, 750 əyarlı 15,3 qram çəkisi olan qızıl kitab formalı klonu, bir ədəd 9 manat dəyərində, 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüşü rəngli gümüş üzüyü, bir ədəd 2 manat dəyərində, 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüş üzüyü, bir ədəd 3 manat dəyərində, 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüş üzüyü, bir ədəd 10 manat dəyərində, üzərində bənövşəyi rəngdə qaşları olan dəmir əsaslı üzüyü, bir ədəd 2 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşları olan dəmir əsaslı üzüyü, bir ədəd 3 manat dəyərində üzərində bir ədəd qara rəngli, bir neçə ədəd rəngsiz, şəffaf qaşları olan dəmir əsaslı üzüyü, bir ədəd 6 manat dəyərində, 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüş klonu, bir cüt 6 manat dəyərində sarı rəngli mis əsaslı sırğanı, bir cüt 4 manat dəyərində üzərində qara rəngli və rəngsiz şəffaf qaşları olan dəmir əsaslı sırğanı, bir cüt 3 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşları olan mis əsaslı sırğanı, bir ədəd 5 manat dəyərində gümüşü rəngli mis əsaslı dörd ədəd tək sırğanı, bir dəst 39 manat dəyərində, 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüş sırğa cütü və üzüyü, bir dəst 5 manat dəyərində üzərində rəngsiz, şəffaf qaşları olan mis əsaslı sırğa cütü və üzüyü, bir dəst 5 manat dəyərində üzərində rəngsiz və şəffaf qaşları olan mis əsaslı sırğa cütü və üzüyü, bir dəst 6 manat dəyərində üzərində şəffaf qaşları olan mis əsaslı sırğa cütü və üzüyü, bir ədəd 4 manat dəyərində üzərində göy rəngli qaşlar olan mis əsaslı qolbağı, bir ədəd 4 manat dəyərində, 925 əyarlı şunur toxunuşlu gümüş qolbağını, bir ədəd 23 manat dəyərində üzərində şəffaf, rəngsiz qaşları olan gümüş klonlu boyunbağı, bir ədəd 8 manat dəyərində üzərində yaşıl rəngli və rəngsiz qaşları olan mis və dəmir əsaslı lonlu boyunbağı, sarı rəngli mis əsaslı dəyəri müəyyən edilə bilməyən bir cüt sırğanı, üzərində qaşları olan mis əsaslı dəyəri müəyyən edilə bilməyən bir cüt sırğanı, üzərində ağ və qara rəngli minalanmış qaşları olan dəmir əsaslı bir cüt sırğanı, üzərində şəffaf qaşlar olan dəmir əsaslı dəyəri müəyyən edilə bilməyən bir cüt sırğanı, bir ədəd sarı rəngli mis əsaslı dəyəri müəyyən edilə bilməyən sırğa tayını, bir ədəd sarı rəngli dəmir əsaslı qiyməti müəyyən olunamayan sırğa tayını və üzərində rəngsiz şəffaf qaşlar olan mis əsaslı dəyəri müəyyən edilə bilməyən bir cüt sırğanı oğurlayaraq Zərərçəkmiş şəxs ümumlikdə 20.237 (iyirmi min iki yüz otuz yeddi) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 01 may 2022-ci il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində gəzən zaman qəsəbə sakini Şahid1 yaşadığı evin işığının yanmadığını gördüyü üçün həmin evə daxil olub oğuluq etmək qərarına gəlmişdir. O, bir qədər ətrafa baxıb ətrafda heç kimin olmadığını görüb binanın blokunun girişində yerləşən beton panelin üzərinə çıxmış, evin qonaq otağının pəncərəsini geriyə itələmiş, bu zaman pəncərə bağlı olduğu üçün orada olan dəmir qaz borusunun üzərinə çıxıb digər pəncərələrə baxmaq üçün evin digər otaqları istiqamətində getmişdir. Bu zaman evin mətbəxinin pəncərəsinin açıq olduğunu görmüş, pəncərədən içəri mətbəxə daxil olmuşdur. O, evə daxil olmamışdan əvvəl pul götürmək niyyətində olduğu üçün birbaşa evin yataq otağını axtarmaq üçün həmin otağa daxil olmuş, alışqanın işığını yandırıb içəriyə baxmağa, pul axtarmağa başlamışdır. Bu zaman otaqda olan şkafın qapısının açıq olduğunu görmüş, şkafın üst hissəsində olan qutuları götürüb yerə qoymuşdur. O, yerdə həmin qutuları bir-bir axtarmış, bu zaman orada qızıl-zinyət əşyalarının olmasını gördüyü üçün həmin qızılları götürüb hamısını cibinə qoymuşdur. Evin içərisində çox ləngiməmək üçün evin başqa heç bir yerində axtarış aparmamış, birbaşa evin mətbəxinin pəncərəsindən çıxıb həmin üsulla geriyə qayıtmışdır. O, evin içərisindən çıxdıqdan sonra bir müddət polis tərəfindən tutulmaq ehtimalını düşünüb həmin qızıl-zinyət əşyaları ilə qəsəbədə yerləşən Yeganə şadlıq sarayının yaxınlığına getmişdir. O, həmin qızılları gizlətmək üçün yer axtarmış, bu zaman yerdə şüşə banka görüb həmin qızılları bankanın içərisinə qoymuşdur. Sonradan qızılları banka ilə birlikdə orada olan avtomobil qarajlarından birinin yanında yerləşən beton piltənin yan tərəfindən torpağı əli qazaraq bankada oraya qoymuşdur. Həmin qızılları oraya qoyan zaman özü ilə 1 ədəd qızıl kişi üzüyünü, 2 ədəd nazik qızıl boyunbağını satmaq üçün götürmüş, yenidən həmin qızıllar olan yerin üzərinə torpaq töküb səhərə qədər Kür qəsəbəsində gəzmişdir. Səhər saat 09 radələrində Kür qəsəbəsindən mikroavtobus ilə müalicə aldığı Gəncə şəhər Vərəm dispanserinə getmişdir. Həmin gün saat 13 radələrində Göygöl rayonunda yaşayan qardaşı Ruslanın yaşadığı evin qarşısna getmiş, Ruslan ilə birlikdə bir müddət yaşadığı evdə çay içdikdən sonra Ruslana onunla işinin olduğunu dediyi üçün onlar birlikdə evin qarşısına çıxmış, o, Ruslana 2014-cü ildə oğurluq edən zaman oğurladığı qızıllardan bir hissəsini saxladığını, həmin qızıllardan bir neçəsini satmaq istəsə də, əvvəllər oğurluqla məhkum olunduğu üçün problem yaşaya biləcəyini deyib, həmin qızılları Ruslanın satmasını istəmişdir. Ruslan isə ona etiraz etməmişdir. O, Ruslana 2 ədəd nazik qızıl boyunbağını və 1 ədəd kişi üzüyünü yaşadığı evin qarşısında vermişdir. Həmin günün axşamı Ruslana zəng edərək qızılları satıbsatmamasını soruşmuş, Ruslan isə ona qızılları sata bilmədiyini, itirdiyini demişdir. Bundan təxminən 3-4 gün sonra Ruslana zəng edərək 2014-cü ildə oğurladığı qızıllardan Kür qəsəbəsində yenə də olduğunu, həmin qızılları götürüb satmaq üçün onu Gəncə şəhərində yerləşən Vərəm dispanserindən götürməyini xahiş etmişdir. Ruslanda bundan təxminən 1 saat sonra dispanserin qarşısına gəlib ona zəng etmiş, o, da çıxıb Ruslanın idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar birlikdə Şəmkir rayonu, Kür qəsəbəsinə gəlmiş, o, avtomobili digər qardaşı Şəmsinin evindən təxminən 100 metr aralıda kənarda saxlatmış, sonradan qardaşı yaşadığı həyət evinə tərəf gedib, evin hasarından evin həyətində kiminsə olubolmamasına baxmışdır. Həyətdə heç kimin olmadığını gördükdən sonra yaxınlıqda yerləşən qızılları gizlətdiyi yerə getmiş, orada olan şüşə bankanı götürüb qardaşı Ruslanın avtomobilinin yanına gəlmişdir. Onlar birlikdə avtomobilə əyləşib Ruslanın yaşadığı Göygöl rayonunda yerləşən evə getmişlər. Orada Ruslana satması üçün 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qadın üzüyü, 1 ədəd nazik boyunbağı vermiş, özü ilə 1 ədəd reket adlanan qızıl qolbağını və reket adlanan qızıl boyunbağını, çox sayda xatırlamadığı qızıl olmayan bijuteriyaları götürüb Gəncə şəhər Vərəm dispanserinə qayıtmışdır. Ruslana həmin qızılları satmasını, pulunu isə sonra ondan götürəcəyini demişdir. Həmin günün səhərisi Ruslanla əlaqə saxlayıb Gəncə şəhəri Nizami prospektində yerləşən Bayraq Meydanı parkının yaxınlığında görüşmüş, bu zaman Ruslan ona sonuncu dəfə verdiyi 1 cüt qızıl sırğanı, 1 ədəd qızıl qadın üzüyünü və 1 ədəd nazik qızıl boyunbağını ümumilikdə 1.050 manata satdığını, lakin sonradan üzük ilə sırğanın üstü gümüş olduğu üçün qızılı satdığı adama 300 manat pul qaytardığını, yəni ümumilikdə 750 manat pul əldə etdiyini demişdir. Ruslan həmin puldan ona 535 manat pul vermişdir. Elə həmin yerdən qardaşı Ruslan yaşadığı evə, o da müalicə aldığı xəstəxanaya getmişdir. Həmin gündən bir neçə gün sonra Ruslan ona zəng edərək problem olduğunu, qızılın pulunu qaytarmalı olduğunu demişdir. O isə ona xəstəxananın yaxınlığına gəlməyini, qızıl boyunbağının olduğunu, həmin boyunbağını satıb problemləri həll edə biləcəyini demişdir. Bundan təxminən 1 saat sonra Ruslan ona zəng etmiş, o, Ruslanla Gəncə şəhəri Təbriz küçəsində, Xan arxının yaxınlığında görüşmüş, Ruslana qalın reket adlanan qızıl boyunbağını satması üçün vermişdir. Ruslan boyunbağını götürüb satdıqdan sonra əvvəlki qızılları satdığı şəxsin pulunu verib qalanın hissəsini isə ona gətirəcəyini demişdir. Həmin günün səhərisi Ruslan ona uzaqda olduğu üçün pulu gətirib verə bilməyəcəyini, plastik ödəniş kartı tapmağını, pulu həmin karta vuracağını, boyunbağını 2.610 manata satdığını, həmin puldan 1.000 manatını qızılları satdığı şəxsə problem olduğu üçün verəcəyini, qalan pulu isə ona göndərəcəyini demişdir. O da Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan qardaşı Şəmsinin yaşadığı evə getmiş, Şəmsiyə məxsus olan plastik bank kartını götürmüşdür. Bu zaman Şəmsiyə Ruslanın dərman almaq üçün 20 manat pul göndərəcəyi üçün kartın ona lazım olduğunu bildirmişdir. O, Ruslana zəng edib kart məlumatlarını demiş, Ruslan bundan bir qədər sonra ona zəng edərək 1.400 manat pul göndərdiyini bildirmişdir. O, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən bankomata getmiş, kartdan 1.400 manat pul çıxarıb sonradan həmin kartı qardaşı Şəmsiyə qaytarmışdır. Əldə etdiyi pulun bir hissəsini öz ehtiyaclarına xərcləmişdir. Sonradan müalicə aldığı xəstəxanaya getmiş, bir neçə gün sonra oraya polis əməkdaşları gələrək onu KÜR PB-nə gətirmişlər. Orada sənədləşmə işləri aparılaraq üzərində olan cinayət yolu ilə əldə olunmuş 1.270 manat pul sənədləşmə ilə ondan götürülmüşdür. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyandan bir qismini ödəsə də, ziyanı tam şəkildə ödəyə bilməmişdir. Bu səbəbdən də zərərçəkmiş şəxslə barışmağa nail olmamışdır. Bununla belə hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 01 may 2022-ci il tarixdə qaynının ailəsi, qayınanası, qayınatası və öz ailəsi ilə birlikdə Samux rayonuna əri Asifin babası evinə getmişlər. Onlar oraya getdiyi zaman o, evin digər pəncərələrini yoxlayaraq bağlamış, mətbəxdə yeni yemək bişirdiyindən evin içərisində iy olduğu üçün mətbəxtin pəncərəsini açıq qoyaraq evdən getmişlər. Evdən çıxdığı zaman qızılzinyət əşyalarını özü ilə götürməmişdir. Qızıl-zinyət əşyalarını yataq otağında paltar dolabının içərisində dördkünc qabın içərisində qoymuşdur. Bundan əlavə özünə məxsus olan bjuteriyaları da öz qablarının içərisində olmuşdur. 02 may 2022-ci il tarixdə günorta saatlarında onlar evə gəlmişlər. Evə gəldiyində evdə heç bir dəyişiklik olmamışdır. Həmin vaxtlar onun qızıllara ehtiyacı olmadığından qızıllara baxmamışdır. 05 may 2022-ci il tarixdə işə getdiyi zaman səhər saatlarında qızllarını taxmaq üçün baxdığında qızıl qablarının qoyduğu kimi olduğunu görmüşdür. O, qızıl qabının birini açdıqda bilərziklə boyunbağının yerində olmadığını görmüşdür. Digər qutuları da açıb baxdığında qızıllarının heç birinin yerində olmadığını görmüşdür. Bjuteriyalar olan qabları da açıb baxdıqda bjuteriyaların da olmadığını görmüşdür. Həmin vaxt o, nəsə yalnışlıq ola biləcəyini düşündüyündən tez əri Asifə zəng edərək məlumat vermişdir. Asif dərhal evə gəlmiş, bundan sonra onlar evdən başqa nəyinsə oğurlanmasını dəqiqləşdirmək üçün evdə şüşəli dolabın içərisində olan fincanın içərisindəki 300 manat pulun yerində olub-olmamasına baxmışlar. Lakin həmin pul yerində olmuşdur. Ailə üzvlərinin qızılları başqa yerə qoya biləcəyini düşünərək evin hər yerini axtarmışlar. Lakin qızılların və bjuteriyaların heç birini evdə tapa bilməmişlər. Bundan sonra onlar oğurluq barədə polisə məlumat vermiş və polis əməkdaşları gələrək müvafiq araşdırma aparmışlar. Həmin gündən iki gün sonra 07 may 2022-ci il tarixdə onlar pəncərədən baxdığı zaman həyətdə parıltılı əşya olmasını görmüş və baxdıqda həmin əşyanın ona məxsus bjuteriya olmasını görmüşlər. Bu barədə polisə məlumat verdikdən sonra polis əməkdaşları gəlib həmin bjuteriyanı onlardan götürmüşlər. Həmin vaxtdan bir neçə gün sonra evdən oğurluq edən şəxsin qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutularaq həbs olunmuşdur. Onların qızılların bir hissəsi və bjuteriyaların hamısı Turalın yatdığı Gəncə vərəm dispanserindən aşkar olunmuş, bir ədəd üzüyü isə Gəncədə olan qızıl mağazasından aşkar olunmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Tural onlardan oğurladığı qızılları qardaşı Ruslanın vasitəsi ilə satmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus bir ədəd 585 əyarlı 7 qram çəkisi olan briliyant qaşlı kişi üzüyü, bir ədəd pandora markalı 6.2 qramlıq 585 əyarlı qızıl boyunbağı, bir ədəd reket 10 qramlıq 583 əyarlı qızıl boyunbağı, bir ədəd 6 qramlıq 585 əyarlı qızıl boyunbağı, bir dəst 750 əyarlı İtaliya istehsalı olan 23 qram çəkidə briliyant qaşlı qızıl üzük və sırğa, bir dəst 750 əyarlı İtaliya istehsalı olan 12 qram çəkidə sadə üzük və sırğa, bir ədəd 583 əyarlı 51.3 qram çəkisi olan qızıl bilərzik, bir ədəd 583 əyarlı 100 qram çəkisi olan qızıl boyunbağı, bir ədəd 15.3 qram çəkisi olan 750 əyarlı qızıl kitab formalı klon, bundan başqa bir cüt qara rəngli bjuteriya sırğa, bir ədəd bjuteriyabənövşəyi qaşı olan bjuteriya üzük, bi ədəd yaşıl qaşlı klonu olan bjuteriya boyunbağı, bir dəst bjuteriya ağ qaşları olan üzük və sırğa, bir cüt qızılı rəngli bjuteriya sırğa, bir cüt üzüm formalı bjuteriya sırğa, bir ədəd ortasında tünd göy rəngli qaşı olan bjuteriya qolbağı, iki cüt müxtəli formaları olan bjuteriya sırğalar, iki cüt nöqtə bjuteriya sırğalar, bir cüt gül qaşlı bjuteriya sırğa, bir cüt ürək qaşlı bjuteriya sırğa, bir cüt versage markalı bjuteriya sırğa, bir ədəd səkkiz formalı sadə qaşlı bjuteriya üzük, bir ədəd qara paxlava qaşlı bjuteriya üzük, bir cüt qara və ağ qaşları bjuteriya sırğa, bir cüt xırda qaşları olan bjuteriya sırğa, bir dəst üzərində çoxlu sadə qaşları olan paxlava formalı üzük və sırğa, bir dəst üzərində çoxlu sadə qaşları olan uzunsof formalı üzük və sırğa, üç ədəd nazik formalı üzüklər, bir ədəd mələk şəkli olan klonlu gümüş boyunbağı, bir dəst ürək formalı gümüş üzük və sirğa, bir ədəd ürək formalı klonu olan gümüş boyunbağlı oğurlanmışdır. Hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməmişdir. Belə ki, ibtidai istintaq zamanı dəymiş ziyandan 7.839 manat ödənilsə də, qalan ziyan ödənilməmişdir. Bu səbəbdən hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır və o, vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Gəncə şəhərində yerləşən vərəm dispanserində müalicə almışdır. Hərdən isə onlara gələrək paltarlarını yumağa vermiş, özü də yuyunaraq vərəm dispanserinə geri qayıtmışdır. 2022-ci ilin may ayının əvvəllərində Tural ona zəng edərək müalicə aldığı vərəm dispanserinin qarşısına gəlməsini demişdir. O, icarə əsasında idarə etdiyi Mercedes markalı avtomobillə Turalın yanına getmişdir. Turalla görüşdüyündə Tural ona Şəmkir rayonuna qardaşı Şəmsinin evinə getməyi xahiş etmişdir. O, Turala heç bir etiraz etmədən Turalla birlikdə Şəmkir rayonu, Kür qəsəbəsinə qardaşı Şəmsinin yaşadığı evin qarşısına getmişdir. Şəmsinin evinin qarşısına çatdıqda Tural avtomobildən düşmüş, yol qapısından deyil, hasarın üstündən həyətə daxil olmuşdur. O da avtomobildən düşərək ətrafda gəzişmişdir. Bu zaman Tural ona zəng edərək avtomobildə oturduğunu bildirmişdir. O, geri qayıtdıqda Turalın avtomobildə olduğunu və əlində şəffaf banka olmasını görmüşdür. Bankanın içərisində dəqiq nəsə olması görünməmişdir. O, Turaldan nə olmasını soruşduqda Tural bankanın içərisində qızıl olmasını bildirmişdir. O, Turaldan nə qızıl olmasını soruşduqda, Tural ona həmin qızılın 2014-cü ildə oğurladığı qızıldan qalma olduğunu bildirmişdir. O, daha Turala heç bir söz deməmişdir. Birlikdə geri Gəncə şəhərinə qayıtmış, yolda dönər yedikdən sonra onun yaşadığı evə getmişlər. Onun yaşadığı evdə Tural bankadan bir ədəd kişi üzüyü, bir ədəd nazik boyunbağı və iki dəst sırğa verərək aparıb satmağı xahiş etmişdir. O, həmin gün gec olduğunu bildirdiyindən Tural onlarda qalmışdır. Səhəri gün arvadı Yeganə və qızı Məryəm ilə birlikdə həmin qızılları Göygöl rayonunda yerləşən Lombard qızıl mağazasına aparmışdır. Orada qızıl almadıqlarını bildirən Elçin adlı şəxs həmin qızılları Gəncə şəhərində Qatır Məmməd adlı yerdə Fuad adlı şəxsə sata biləcəyini demişdir. O, bundan sonra Gəncə şəhərinə Fuad adlı şəxsin yanına gəlmiş və Turalın verdiyi qızılları 740 manata satmışdır. O, evə gəldiyində Tural onlarda olmamışdır. Daha sonra Tural gəldiyində ondan pulu istəmiş, o da pulu itirdiyini bildirdikdə Tural əsəbi halda pulunu istəmiş, o da qızılları itirdiyini bildirmişdir. Tural bundan sonra onlardan çıxıb getmişdir. Təxminən iki gün sonra Tural yenidən onlara gələrək ona bir ədəd boyunbağı, bir ədəd üzük və bir dəst qızıl sırğa verərək satmağı və əldə olan pulu bölməyi təklif etmişdir. Bundan sonra o, yenidən Fuad adlı şəxsin yanına gələrək həmin qızılları 1.050 manata satmış və Turala zəng edərək olduğu yeri başa salmışdır. Tural onun yanına gəldiyində o, qızılı 750 manata satdığını bildirərək həmin pulu Turala vermişdir. Tural da həmin puldan 200 manatını ona geri qaytarmışdır. Bundan bir-iki gün sonra yenidən vərəm dispanserinin həyətində Turalla görüşdükdə Tural ona təxminən 100 qram çəkisi olan qızıl üzüyü verərək satmağı xahiş etmişdir. O həmin qızılı Turaldan götürdükdən sonra ailə üzvləri ilə birlikdə icarəyə götürdüyü avtomobillə Bakı şəhərinə getmişdir. Bakı şəhərində Neftçilər metrosunun yaxınlığında “Laçın” ticarət mərkəzində qızıl satılan dükanların birində həmin qızıl boyunbağını tanımadığı şəxsə satmışdır. Orada qızıl çəkildikdə 112 qram olmuşdur. Həmin şəxs ondan qızılın kimə məxsus olmasını və nəyə görə satmasını soruşduqda o, həmin qızılın özünə məxsus olduğunu və maddi vəziyyətinə görə satdığını demişdir. Bundan sonra şəxsiyyət vəsiqəsini təqdim edərək həmin qızıl boyunbağını 6.510 manata satmışdır. Bundan sonra Turalla danışaraq ona kart nömrəsi göndərməyi və həmin karta pulu vura biləcəyini demişdir. Tural da ona qardaşı Şəmsinin kart nömrəsini göndərmiş, o da 1.400 manat pulu həmin karta köçürtmüşdür. Özündə qalan 5.110 manat pula isə ilkin ödəniş 2.000 manat etməklə Opel markalı avtomobil almışdır. Geri qalan pulla isə borclarını ödəmişdir. Sonradan onu Kür polis bölməsinə dəvət etdiklərinə o, Turalın ona vermiş olduğu qızılları bir neçə gün əvvəl Kür qsəbəsindən oğurluq edərək əldə etdiyini bilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən beş mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayır. Atasıgil isə həmin binanın 4-cü mərtəbəsində, qardaşı isə onun yaşadığı evlə üzbəüz yaşamışlar. 01 may 2022-ci il tarixdə onlar bütün ailə üzvləri ilə birlikdə Samux rayonu, Eldar kəndində babası Camalın yaşadığı evinə qonaq getmişlər. Onlar bir gün orada qaldıqdan sonra 02 may 2022-ci il tarixdə Kür qəsəbəsinə qayıtmışlar. 05 may 2022-ci il tarixdə səhər saatlarında arvadı Türkan qızılı qoyduğu yerə baxdığında özünə məxsus qızıl-zinyət əşyalarının yerində olmadığını bildirmişdir. İlk əvvəl onlar qızılı başqa yerə qoyduğunu fikirləşdiyindən evi ətraflı olaraq axtarmışlar. Lakin qızılları heç bir yerdə tapa bilməmişlər. Həmin müddətdə evdə hər hansı dağıntı, sındırılma olmamışdır. Ona görə də onlar oğurluq olacağını düşünməmişlər. Qızıl olan yerin yaxınlığında olan dolabın içərisindəki 300 manat pul yerində olmuşdur. Lakin qızılları tapa bilməmişlər. Bundan sonra düşünmüşlər ki, kimsə evin balkonunun qapısını açaraq evə girərək qızılları oğurlamışdır. Ona görə də həmin tarixdə polisə oğurluq olması barədə müraciət etmişlər. Polis əməkdaşları gələrək baxış keçirmiş, müvafiq sənədləşmə aparmışlar. İki gün sonra isə qardaşı Aydın həyətdə parıldayan əşya olmasını görmüş və baxdıqda həmin əşyanın onlara məxsus olan bjuteriya sırğanın bir tayı olmasını görmüşlər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq edən şəxsin Kür qəsəbə sakini Təqsirləndirilən şəxs adlı şəxs olması müəyyən olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Son vaxtlar Turalın ağ ciyərlərində problem olduğundan Gəncə şəhərində yerləşən Vərəm əleyhinə disponserdə müalicə almışdır. 2022-ci ilin may ayının əvvəllərində qəsəbə sakini olan Şahid1 evindən oğurluq olmasını eşitmişdir. Həmin vaxt o, Turalla əlaqə saxlayaraq Turalın oğurluq edib-etmədiyini, baş vermiş oğurluqla hər hansı bir əlaqəsinin olub-olmamasını soruşmuşdur. Tural isə həmin oğurluqla heç bir əlaqəsinin olmadığını bildirmişdir. Lakin 2012-ci ilin may ayının 12-də onlar eşitmişlər ki, qəsəbə sakini olan Şahid1 evindən oğurluq hadisəsini Tural etmiş və evdən xeyli miqdarda qızıl-zinyət əşyaları oğurlayaraq Göygöl rayonunda yaşayan digər qardaşı Ruslanın vasitəsi ilə Gəncə şəhərində satmışdır. Sonradan polis əməkdaşları Gəncə şəhərində həmin dükanlardan birinə baxış keçirərkən bir ədəd Şahid1 məxsus üzüyü mağazadan aşkar edərək götürmüşlər. Həmçinin, Turalın müalicə aldığı Vərəm əleyhinə dispoaserin həyətində gizlətdiyi qızıl əşyaları da aşkar olunaraq götürülmüşdür. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş X3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təxminən 6 il olar ki, Gəncə şəhərində Nizami küçəsində Qatır Məmməd deyilən yerdə dükan icarəyə götürərək qızıl-zinyət əşyalarının alqısatqısı ilə məşğul olmuşdur. Satmaq üçün qızıl gətirən şəxslər olduqda o, həmin qızılı yoxlamış, daha sonra isə həmin şəxsin şəxsiyyət vəsiqəsini götürərək müəyyən qeydlər aparmış və bundan sonra qızılı qəbul etmişdir. Təqsirləndirilən şəxs və Şahid3 əvvəllər tanımamışdır. 04 aprel 2022-ci il tarixdə Gəncə şəhərində olduğu zaman Göygöl şəhərindən olan tanışı “Lombard”da işləyən Elçin adlı şəxs zəng edərək bir nəfər tanışının olduğunu, özünə məxsus qızılları satmaq istədiyini, özləri qızıl-zinyət əşyaları almadığından onun yanına göndərdiyini və həmin şəxsə köməklik etməyi xahiş etmişdir. O da Elçinə heç bir etiraz etməmişdir. Həmin gün saat təxminən 13 radələrində adının sonradan Ruslan olduğunu bildiyi şəxs ailəsi ilə birlikdə mağazaya daxil olmuş və onu Elçinin göndərdiyini bildirmişdir. O, həmin şəxsin gətirdiyi qızıllara baxaraq kimə məxsus olmasını soruşmuş, həmin şəxs qızılların ailəsinə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Rusan həmin günü bir cüt uşaq sırğası, bir ədəd quran klon, bir ədəd kişi üzüyü, bir ədəd boyunbağı gətirib həmin qızıl əşyalarının ailəsinə məxsus olmasını və ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, 583 əyarlı qızılları bir qramını 58 manata, 585 əyarlı qızılları isə 66 manata alacağını bildirmişdir. Ruslan onunla razılaşdıqdan sonra həmin qızılların hamısını bir yerdə çəkmiş və qızılların çəkisi 16.7 qram olmuşdur. Bundan sonra o, Ruslanın şəxsiyyət vəsiqəsini götürərək onun anket məlumatlarının qeydiyyatını aparmış və bundan sonra Ruslana 970 manat pul ödəmişdir, Ruslan pulu götürərək dükandan çıxıb getmişdir. Ruslandan aldığı qızıl əşyalarından bir ədəd kişi üzüyü salamat, yəni satış üçün yararlı olduğundan həmin üzüyü satmaq üçün vitrinə qoymuş, digər qızılların əzikləri olduğundan sabahı gün gündəlik olaraq lom qiymətinə satılan qızılları almaq üçün Bakı şəhərindən gələn qızıl alanlara satmışdır. Təxminən üç gün sonra Ruslan Mercedes markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobillə dükanın qarşısına gəlmiş və avtomobildən düşərək dükana daxil olmuşdur. Bir dəst, yəni bir cüt sırğa və bir ədəd üzük, eyni zamanda bir ədəd boyunbağı gətirərək həmin qızılları sataraq başqa bir qızıl almaq istədiyini bildirmişdir. Ruslan əvəllədə gəldiyindən, eyni zamanda Ruslanı tanışı Elçin ona xahiş etdiyindən o, Ruslana inanaraq həmin qızılları Ruslandan götürüb çəkdikdə 25.10 qram olmuş, həmin qızıllar 585 əyarlı olduğundan o, bir qramını 66 manatdan hesablayaraq 1.510 manat vermişdir. Həmin vaxtı işi çox olduğundan o, qızlları yoxlamamışdır. Lakin Ruslan dükandan çıxıb getdikdən sonra o, dəsti yoxladıqda üzərinin gümüş olduğunu görmüş və dostu Elçinin vasitəsi ilə Ruslanı yenidən dükana çağıraraq dəstinin üzərinin gümüş olduğunu bildirmiş və 420 manat qaytarmalı olduğunu demişdir. Ruslan heç bir etiraz etmədən 415 manat pul çıxardaraq ona vermişdir. Həmin vaxtdan sonra Ruslanı görməmişdir. O, qızılları aldıqdan təxminən bir neçə gün sonra Şəmkir Rayon Polis Şöbəsindən əməkdaşlar gələrək vitrinə qoyduğu və Ruslanın satdığı üzüyün oğurluq olduğunu bildirmişlər. Həmin vaxt Ruslan özü də gəlmişdir. Ruslanın özünün iştirakı ilə polis əməkdaşları vitrində olan bir ədəd qızıl kişi üzüyünü götürmüşlər. Digər qızllar barədə ondan soruşulduqda o, həmin qızlları lom qızıl kimi Bakı şəhərindən gələn qızıl alan şəxslərə satdığını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 05 may 2022-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən evə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 07 may 2022ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən evin yaxınlığına əlavə baxış keçirilmiş və həmin yerdən bir ədəd qızılı rəngli bjuteriya sırğa tayı götürülmüş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 13 may 2022ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Gəncə şəhəri, Nizami küçəsində yerləşən X3 işlətdiyi qızıl alqı-satqısı mağazasına baxış keçirilmiş, oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd qızıl üzük aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 13 may 2022ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Gəncə şəhərində yerləşən Vərəm Əleyhinə xəstəxanaya və xəstəxananın sanitar qovşağına baxış keçirilmiş, orada su bakının içərisindən Zərərçəkmiş şəxs məxsus bir ədəd qızıl qolbağı və müxtəlif bjuteriya əşyaları aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 avqust 2022-ci il tarixli 6/4159-9/5509 nömrəli rəylərindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinyət əşyalarının 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada - bir ədəd pandora markalı 6.2 qramlıq 585 əyarlı qızıl boyunbağı 527 manat, bir ədəd reket 10 qramlıq 583 əyarlı qızıl boyunbağı 850 manat, bir ədəd 6 qramlıq 585 əyarlı qızıl boyunbağı 510 manat, bir dəst 750 əyarlı İtaliya istehsalı olan 23 qram çəkidə briliyant qaşlı qızıl üzük və sırğa 2415 manat, bir dəst 750 əyarlı İtaliya istehsalı olan 12 qram çəkidə sadə üzük və sırğa 1260 manat, bir ədəd 583 əyarlı 100 qram çəkisi olan qızıl boyunbağı 8500 manat, bir ədəd 750 əyarlı 15.3 qram çəkisi olan qızıl kitab formalı klon 1606 manat, aparılmış fiziki kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş məmulatların 2022-ci ilin may ayına olan orta bazar qiyməti bir ədəd 583 əyarlı 51.09 qram çəkisi olan qızıl bilərzik 3831 manat, bir ədəd 583/585 əyarlı 4,62 qram çəkisi olan briliyant qaşlı qızıl üzük 591 manat, bir ədəd 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüşü rəngli gümüş üzük 9 manat, bir ədəd 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüş üzük 2 manat, bir ədəd 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüş üzük 3 manat, bir ədəd üzərində bənövşəyi rəngdə qaşları olan dəmir əsaslı üzük 10 manat, bir ədəd üzərində rəngsiz, şəffaf qaşları olan dəmir əsaslı üzük 2 manat, bir ədəd üzərində bir ədəd qara rəngli, bir neçə ədəd rəngsiz, şəffaf qaşları olan dəmir əsaslı üzük 3 manat, bir ədəd 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüş klon 6 manat, bir cüt sarı rəngli mis əsaslı sırğa 6 manat, bir cüt üzərində qara rəngli və rəngsiz şəffaf qaşları olan dəmir əsaslı sırğa 4 manat, bir cüt üzərində rəngsiz, şəffaf qaşları olan mis əsaslı sırğa 3 manat, bir ədəd gümüşü rəngli mis əsaslı dörd ədəd tək sırğa 5 manat dəyərində, bir dəst, 925 əyarlı üzərində rəngsiz, şəffaf qaşları olan gümüş sırğa cütü və üzük 39 manat, bir dəst üzərində rəngsiz, şəffaf qaşları olan mis əsaslı sırğa cütü və üzük 5 manat, bir dəst üzərində rəngsiz və şəffaf qaşları olan mis əsaslı sırğa cütü və üzük 5 manat, bir dəst üzərində şəffaf qaşları olan mis əsaslı sırğa cütü və üzük 6 manat, bir ədəd üzərində göy rəngli qaşlar olan mis əsaslı qolbağı 4 manat, bir ədəd 925 əyarlı şunur toxunuşlu gümüş qolbağı 4 manat, bir ədəd üzərində şəffaf, rəngsiz qaşları olan gümüş klonlu boyunbağı 23 manat, bir ədəd üzərində yaşıl rəngli və rəngsiz qaşları olan mis və dəmir əsaslı lonlu boyunbağı 8 manat müəyyən olunur, sarı rəngli mis əsaslı bir cüt sırğa qiyməti müəyyən olunmur, üzərində qaşları olan mis əsaslı bir cüt sırğa qiyməti müəyyən olunmur, üzərində ağ və qara rəngli minalanmış qaşları olan dəmir əsaslı bir cüt sırğa qiyməti müəyyən olunmur, üzərində şəffaf qaşlar olan dəmir əsaslı bir cüt sırğa qiyməti müəyyən olunmur, bir ədəd sarı rəngli mis əsaslı sırğa tayı qiyməti müəyyən olunmur, bir ədəd sarı rəngli dəmir əsaslı sırğa tayı qiymnəti müəyyən olunmur və üzərində rəngsiz şəffaf qaşlar olan mis əsaslı bir cüt sırğa qiyməti müəyyən olunmur, oğurlanmış əşyaların ümumi dəyəri isə 20.237 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 1(076)-20/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir rayon Kür qəsəbə MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olub xeyli miqdarda özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(076)-20/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, sınaq müddəti başa çatmamış yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən hazırda da məhkum olunmuş hesab olunur və onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaradır. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, cəzanı ağırlaşdırılan halların və cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin Təqsirləndirilən şəxs sınaq müddəti başa çatmamış yenidən qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən onun barəsində tətbiq edilmiş şərti məhkum etmənin ləğv edilməsini və həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini qismən birləşdirməklə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 71.5-ci maddəsinin tələbinə görə şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 1(076)-20/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il sınaq müddəti tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, o, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən isə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 13 may 2022-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 13 may 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 131.1.2-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan və 07 may 2022-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən evin yaxınlığına əlavə baxış keçirilərkən yerdən aşkar olunmuş bir ədəd qızılı rəngli bjuteriya sırğa tayının, 13 may 2022-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən X3 işlətdiyi “Hadı” qızıl-zinyət əşyalarının alqı-satqısı mağazasından götürülmüş bir ədəd qızıl üzüyün, 13 may 2022-ci il tarixdə Gəncə şəhəri Vərəm əleyhinə Xəstəxananın binasının içərisində götürülümüş bir ədəd qızıl qolbağı və müxtəlif bjuteriya əşyalarının qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 13 may 2022-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən X5 məxsus qızıl-zinyət əşyalarının alqı-satqısı dükanından qızıl-zinyət əşyalarının alqı-satqısı barədə qeyd dəftərindən çıxarılmış qeydlər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 120 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs 20.237 manat maddi ziyan vurulmuş, həmin ziyandan 7.839 manat ödənilsə də, qalan ziyan ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3cü maddəsi ilə 02 il sınaq müddəti tətbiq edilməklə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum edilməsinə dair şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab olunan və 07 may 2022-ci il tarixdə oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən evin yaxınlığına əlavə baxış keçirilərkən yerdən aşkar olunmuş bir ədəd qızılı rəngli bjuteriya sırğa tayının, 13 may 2022-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən X3 işlətdiyi “Hadı” qızıl-zinyət əşyalarının alqı-satqısı mağazasından götürülmüş bir ədəd qızıl üzüyün, 13 may 2022-ci il tarixdə Gəncə şəhəri Vərəm əleyhinə Xəstəxananın binasının içərisində götürülümüş bir ədəd qızıl qolbağı və müxtəlif bjuteriya əşyalarının qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, 13 may 2022-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən X5 məxsus qızıl-zinyət əşyalarının alqı-satqısı dükanından qızıl-zinyət əşyalarının alqı-satqısı barədə qeyd dəftərindən çıxarılmış qeydlər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar