Məhkəmə qərarları › İş №1(076)-23/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-23/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-23/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş "xxxx" ASC–nin nümayəndəsi Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986–cı il tarixdə Şəmkir rayonunun Atabəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, “Azərişıq ASC”–nin Qərb RETSİ–nin X10 elektrik montyoru işləyən, Şəmkir rayonu, Atabəy kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 189–1.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs elektrik enerjisi təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən elektrik şəbəkələrinə qanunsuz qoşularaq bu resursların xeyli miqdarda ziyan vurmaqla talanmasının qarşısının alınmaması cinayət əməlini törətmişdir. Belə ki, o, 18 avqust 2015–ci il tarixli K–15/2010 nömrəli əmrlə "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin X10 10 kv–luq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsinə təyin edilərək Ağlavaşlı və Qılıncbəyli kəndləri üzrə xidməti fəaliyyətini həyata keçirdiyi xx.xx.2022–ci il tarixə kimi olan dövrdə elektrik enerjisi təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi olaraq “Azərişıq ASC”–nin Qərb RETSİ–nin rayon elektrik şəbəkələrində çalışan nəzarətçi mühəndisin vəzifə Təlimatı»nın 4, 5, 7, 11, 29 və 38–ci bəndlərinə əsasən hər abonentin transformator məntəqəsinə bağlantısını və informasiyanın bazaya işlənməsini təmin etməli, xətlərdə və TM–lərdə quraşdırılmış balans sayğaclarının oxunmasına və düzgün işləməsinə, abonent kabellərinin vəziyyətinə nəzarət etməli, əhali sektorunda sayğacların vaxtında və operativ oxunmasını təmin etməli, şəbəkəyə qanunsuz qoşulma hallarını aşkarlamalı və bu barədə aparıcı mühəndisi məlumatlandırmalı olduğu halda Təlimatın qeyd edilən tələblərini pozaraq işinə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən 2022–ci ilin yanvar ayından başlayaraq müxtəlif vaxtlarda abonentlərin elektrik şəbəkələrinə qanunsuz qoşularaq bu resursların talanmasının qarşısını almaması nəticəsində "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022–ci il tarixli, 028560 nömrəli və xx.xx.2022–ci il tarixli, 249398 nömrəli aktlara əsasən abonent kodu **********00134 olan Şahid1 tərəfindən 1005.17 (min beş manat on yeddi qəpik) manat, xx.xx.2022–ci il tarixli, 028683 nömrəli akta əsasən abonent kodu **********00254 olan X23 tərəfindən 843.13 (səkkiz yüz qırx üç manat on üç qəpik) manat, xx.xx.2022–ci il tarixli, 028686 nömrəli akta əsasən abonent kodu **********00104 olan Şahid6 tərəfindən 732 (yeddi yüz otuz iki) manat, xx.xx.2022–ci il tarixli, 264285 nömrəli akta əsasən abonent kodu **********00038 olan X13 tərəfindən 670.32 (altı yüz yetmiş manat otuz iki qəpik) manat, xx.xx.2022–ci il tarixli, 264286 nömrəli akta əsasən abonent kodu **********00160 olan X14 tərəfindən 1218.48 (min iki yüz on səkkiz manat qırx səkkiz qəpik) manat, xx.xx.2022–ci il tarixli, 249399 nömrəli akta əsasən abonent kodu **********00312 olan Şahid7 tərəfindən 822.89 (səkkiz yüz iyiyrmi iki manat səksən doqquz qəpik) manat, xx.xx.2022–ci il tarixli, 249696 nömrəli akta əsasən abonent kodu **********00254 olan Şahid9 tərəfindən 1531,95 (min beş yüz otuz bir manat doxsan beş qəpik) manat, xx.xx.2022–ci il tarixli, 264289 nömrəli akta əsasən abonent kodu **********00503 olan X28 tərəfindən 682.76 (altı yüz səksən iki manat yetmiş altı qəpik) manat, xx.xx.2022–ci il tarixli, 264290 nömrəli akta əsasən abonent kodu **********00215 olan X24 tərəfindən 668.21 (altı yüz altmış səkkiz manat iyirmi bir qəpik) manat, xx.xx.2022–ci il tarixli, 028685 nömrəli akta əsasən abonent kodu **********00112 olan X4 tərəfindən 1169 (bir yüz altmış doqquz) manat, xx.xx.2022–ci il tarixli, 028688 nömrəli akta əsasən abonent kodu **********00290 olan X8 tərəfindən 866 (səkkiz yüz altmış altı) manat və xx.xx.2022–ci il tarixli, 264301 nömrəli akta əsasən abonent kodu **********00363 olan X19 tərəfindən 232.42 (iki yüz otuz iki manat qırx iki qəpik) manat olmaqla, cəmi "xxxx" ASC–yə 10.442.93 (on min dörd yüz qırx iki manat doxsan üç qəpik) manat məbləğində xeyli miqdarda ziyan vurulmasına şərait yaratmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189–1.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun nəzarətində olmuş, lakin 24 may 2022–ci il tarixdən nəzarətində olmayan Ağlavaşlı və Qılıncbəyli kəndlərində olan ayrı–ayrı abonentlərlə bağlı "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin əməkdaşları 25 may 2022–ci il və 01 iyul 2022–ci il tarixlərdə yoxlamalar həyata keçirərək aktlar və əsassız hesabatlar tərtib etmişlər. O, Ağlavaşlı və Qılıncbəyli kəndləri üzrə 24 may 2022–ci il tarixdən nəzarətçi mühəndis vəzifəsindən məcburən uzaqlaşdırıldıqdan sonra iyun və iyul ayları ərzində həmin kəndlərdə nəzarətçi mühəndis vəzifəsi vakant olmuş, yəni 2022–ci il avqust ayına qədər olan müddət ərzində X10 10 kv–luq Subartezian Ağlavaşlı və Qılıncbəyli hava xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsinə heç kəs təyin edilməmişdir. O, vəzifədən uzaqlaşdırıldığı üçün məcburən 29 may 2022–ci il tarixdən istifadəsində olan Ağlavaşlı və Qılıncbəyli kənd sakinlərinin abonentlərinin uçot və kodlarını daşıya bilən planşet və terminal vasitələri ondan alınmışdır. Lakin, 2022–ci ilin iyun ayında X26 tərəfindən bütün abonentlərin sayğaclarının baxışı və hesab bildirişinin verilməsi təmin edilməsinə baxmayaraq, qüsurlar aşkar olunmamışdır. "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin əməkdaşları tərəfindən qərəzli şəkildə Ağlavaşlı və Qılıncbəyli kəndlərində olan ayrı–ayrı abonentlər barəsində çoxsaylı aktlar tərtib edərək hesabat sənədləri vermişlər. Bundan əlavə, abonent kodu **********00503 olan X15 istifadəsində olan elektrik enerjisi sayğacı ilə bağlı hesabat sənədi tərtib edilsə də, həmin abonent tərəfindən elektrik enerjisi sayğacından kənar xətdən istifadə edilməsi ilə bağlı 682,76 manat məbləğində hesabat sənədi tərtib edilməsi haqsızlıq olmuşdur. Aktın tərtib edildiyi xx.xx.2022–ci il tarixdə o, həmin ərazidə işçi kimi fəaliyyət göstərməmişdir. Bundan əlavə, abonent kodu **********00104 olan Şahid6 tərəfindən elektrik enerjisindən qeyri– qanuni istifadə edilməmiş, sadəcə olaraq 10 may 2022–ci il tarixdə kənddə güclü külək baş verməsi nəticəsində sayğacın giriş kabelinin 1–ci fazasının giriş yuvasından məftil qırılaraq yerə düşmüşdür. Şahid6 tərəfindən giriş kabeli çəpəki vəziyyətdə qırılmış hissəyə birbaşa yerləşdirilmişdir. Nəticədə abonent həmin ay 60 manata yaxın sərfiyyat işlətmişdir. Şahid6 yazılmış xx.xx.2022–ci il tarixli akt əsasında hesablanmış 732 manat dəyərin yarısı müraciətinə Energetika Nazirliyi tərəfindən silinmiş və yerdə qalan borc isə Şahid6 tərəfindən tam olaraq ödənmişdir. Bundan əlavə, abonə kodu **********00312 olan Şahid7 istifasində olan elektrik enerjisi sayğacını təxminən 08 aprel 2022–ci il tarixdə dəyişərək yeni tipli sayğacla əvəz etmişdir. 05 may 2022–ci il tarixdə həmin abonentə 8,50 manat məbləğində enerji sərfiyyatı bildirişi təqdim etmişdir. Həmin abonentin istifadəsində olan elektrik enerjisi sayğacının alt hissəsində olan məftilin qırılması barədə məlumatlı olmuşdur. Abonent bu barədə ona təxminən 10 iyun 2022–ci il tarixdə mobil telefonla zəng edərək məlumat vermişdir. O, həmin abonentə “mən həmin ərazidə işləmirəm, get, idarə rəhbərliyinə məlumat ver” –deyə bildirmişdir. Həmin abonentə təxminən 822,89 manat məbləğində hesabat sənədi təqdim edilmişdir. Abunə kodu **********00167 olan elektrik enerjisi sayğacının faktiki istifadəçisi X16r. Həmin abonent tərəfindən ona 20 manat, 10 manat və 30 manat məbləğlərində pul vəsaitləri verilmiş, həmin pul vəsaitləri enerji sərfiyyatı məqsədilə onun tərəfindən ödənilmiş, lakin müvafiq ödəniş çekləri vətəndaşa təqdim edilməmişdir. Səbəb isə həmin ödənişləri elektron aparat vasitəsilə həyata keçirməsi olmuşdur. Həmin abonentin 291 manat məbləğində enerjinin borcunun olması barədə məlumatlı olmamışdır. "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin əməkdaşları tərəfindən abonent kodu **********00134 olan Şahid1, abonent kodu **********00254 olan X23, abonent kodu **********00104 olan Şahid6, abonent kodu **********00038 olan X13, abonent kodu **********00160 olan X14, abonent kodu **********00312 olan Şahid7, abonent kodu **********00254 olan Şahid9, abonent kodu **********00503 olan X28, abonent kodu **********00215 olan X24, abonent kodu **********00112 olan X4, abonent kodu **********00290 olan X8 və abonent kodu **********00363 olan X9 aktlar və hesabat sənədləri yazılarkən o, "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin X10 nəzarətçi mühəndisi vəzifəsində işləməmiş, həmin ərazilərə baxmaq onun səlahiyyətində olmamışdır. Buna görə də sözügedən talamaların onun öz xidməti vəzifəsinə vicdansız və laqeyd yanaşmağı ilə bağlı olması ilə razılaşmır. Bu səbəbdən hazırda özünü təqsirli hesab etmir. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, "xxxx" ASC–nin Hüquq İdarəsinin Regionlarla X46 X21 və Satışı İdarəsi üzrə aparıcı hüquqşünası vəzifəsində işləyir. Əsas səlahiyyəti elektrik enerjisi itkisinin talanmasının qarşısının alınması ilə bağlı hüquqi proseslərdə iştirak etmək, "xxxx" ASC–nin hüquqlarının və qanuni mənafeyinin xeyrinə məhkəmə qaydasında iddia qaldırmaq, Cəmiyyətə dəymiş zərərlə bağlı ziyanın ödətdirilməsində yaxından iştirak etmək, Cəmiyyətin struktur bölmələrinin əməkdaşlarının xidməti fəaliyyətləri ilə bağlı pozulmuş hüquq və vəzifələrinin bərpası və müdafiəsi ilə əlaqədar müxtəlif instansiyalı hüquq mühafizə orqanlarında iştirak etmək və digər hüquq və vəzifələrin yerinə yetirilməsi daxildir. Qeyd edir ki, 18 avqust 2015–ci il tarixli K–15/2010 nömrəli əmrlə "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin X10 10 kv–luq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs, öz xidməti fəaliyyətini düzgün icra etməyərək elektrik enerjisinin talanmasına biganə yanaşmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində öz xidməti vəzifələrini düzgün icra etmədiyi üçün 29 may 2022–ci il tarixdən rəsmi əmrlə “Azərişıq ASC”–nin X12 Paylayıcı Şəbəkə sahəsi üzrə elektrik montyoru vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs öz xidməti vəzifəsinə vicdansız yanaşması və xidməti mövqeyindən sui–istifadə edərək ayrı–ayrı abonentlərin elektrik enerjisini talamalarına şərait yaratmış, sayğac sxeminə müdaxilə və ya sayğac sxemindən kənar xətləri və bağlantısı düz olmayan abonentləri mövcud olmuşdur. Nəticə etibarı ilə, "xxxx" ASC–nin Satışa Nəzarət Departamentinin əməkdaşları tərəfindən xx.xx.2022–ci il tarixdə Ağlavaşlı və Qılıncbəyli kəndlərində keçirilmiş təkrar yoxlama zamanı 11 ədəd qüsur aktı tərtib edilmişdir. Bundan əlavə, “Azərişıq ASC”–nin Qərb RETSİ–nin əməkdaşları tərəfindən 2022–ci il iyul ayının əvvəllərində Şəmkir rayonunun kəndləri və qəsəbələri üzrə, o cümlədən, Ağlavaşlı və Qılıncbəyli kəndləri üzrə yoxlamalar aparılmışdır. Həmin yoxlamalar əsasında ilk olaraq, Ağlavaşlı və Qılıncbəyli hava xətləri üzrə qeyri–balansın yaranması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş qüsurlar üzrə müvafiq aktlar tərtib edilmişdir. Həmin qüsurların əksəriyyəti sayğacın üst “A” möhüründə kənar müdaxilə izlərinin olması, sayğacın alt qapaq möhürünün yerində olmaması, sayğacdan kənar xətdən istifadə edilməklə elektrik enerjisinin talanması, sərfiyat göstəricisinin real vəziyyətə uyğun olaraq komputer bazasına işlənməməsi və digər qüsurlar daxil olmuşdur. Həmin qüsurlar üzrə aktlar tərtib edilmiş və daha sonra hesabat sənədləri verilmişdir. Beləliklə, həmin ərazi üzrə nəzarətçi mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs öz xidməti vəzifəsini icra etməmiş, nəzarət etdiyi kəndlərdə elektrik enerjisinin talanmasına bilavasitə şərait yaratmış, nəticədə həmin ərazidə qeyri–balans yaranmış, yəni alınmış enerji ilə satılmış enerji arasında ciddi fərqlər yaranmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində xidməti ərazisində baş vermiş və aşkar etdiyi qüsurlarla bağlı X10 rəhbərliyinə vaxtlı– vaxtında xidməti məlumat verilməsini təmin etməmişdir. Bu, Təqsirləndirilən şəxs öz xidməti vəzifəsinə laqeyd münasibətinin bariz nümunəsidir. Belə ki, Təqsirləndirilən şəxs X10 10 kv–luq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsində işlədiyi müddət ərzində onun tərəfindən aşkar edilmiş qüsurları vaxtlı–vaxtında rəsmi xidməti məlumatla X10 rəhbərliyinə məruzə etməli olduğu xidməti vəzifəsinə laqeyd münasibət göstərməklə öz vəzifəsini yerinə yetirməmiş, nəticədə şəbəkəyə onun səhlənkarlığı ucbatından xeyli miqdarda, yəni maddi 10.442.93 manat ziyan vurulmuşdur. Vurulmuş 10.442.93 manat maddi ziyanın 4.984.16 manat hissəsi ödənilsə də, qalan 5.458.77 manatı ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və tələbi dəymiş ziyanın tam şəkildə ödənilməsindən ibarətdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, “Azərişıq ASC”–nin Qərb RETSİ–nin X10 Satış şöbəsinin rəisi vəzifəsində işləyir. 18 avqust 2015–ci il tarixli K–15/2010 nömrəli əmrlə "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin X10 10 kv–luq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində öz xidməti vəzifəsini düzgün icra etməmişdir. Təqsirləndirilən şəxs nəzarətçi mühəndis vəzifəsində işlədiyi Ağlavaşlı və Qılıncbəyli kəndlərində qeyri–qanuni fəaliyyətlə məşğul olmaqla öz vəzifəsindən sui–istifadə etmiş, həmçinin, səlahiyyətli nümayəndə olaraq abonentlər tərəfindən elektrik enerjisinin talanmasına şərait yaratmışdır. "xxxx" ASC–nin Satışa Nəzarət Departamentinin əməkdaşları tərəfindən xx.xx.2022–ci il tarixdə Ağlavaşlı və Qılıncbəyli kəndlərində keçirilmiş təkrar yoxlama zamanı 11 ədəd qüsur aktı tərtib edilmişdir. Həmin ərazi üzrə nəzarətçi mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs öz xidməti vəzifəsini icra etməyərək nəzarət etdiyi kəndlərdə elektrik enerjisinin talanmasına bilavasitə şərait yaratmış və nəticə etibarı ilə həmin ərazidə qeyri–balans yaranmış, yəni alınmış enerji ilə satılmış enerji arasında ciddi fərqlər yaranmışdır. Həmçinin, 01 iyul 2022–ci il tarixdə "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin X33 əməkdaşları tərəfindən həmin ərazilərdə təkrar yoxlama zamanı aşkar edilmiş qüsurlar üzrə 34 akt tərtib edilmişdir. Həmin qüsurların yaranmasına səbəb olan şəxs bilavasitə Təqsirləndirilən şəxs olmuşdur. Şəmkir rayonu, Qılıncbəyli kənd sakini abonə kodu **********00134 olan X20 barəsində 2 dəfə akt tərtib edilərək 25 aprel 2022–ci il tarixdə və 04 iyul 2022–ci il tarixdə ümumilikdə, 1013 manat dəyərində hesabat verilmiş, həmin hesabat sənədində abonentin istifadəsində olan elektrik sayğacının “A” möhüründə, yəni dövlət möhüründə müdaxilə izləri aşkar edilməsi faktı qeyd edilmişdir. Həmin 2 ədəd aktdan 1–cisi "xxxx" ASC–nin Nəzarət Departamenti tərəfindən tərtib edilmiş NDM № 028560 nömrəli aktdır və akt elektrik sayğacının “A” möhüründə, yəni dövlət möhüründə müdaxilə izləri aşkar edilməsi faktına görə tərtib edilmişdir. 2–ci akt "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin Sayğacquraşdırma və X27 əməkdaşları tərəfindən tərtib edilmişdir. Hesabat üzrə itirilmiş enerjinin bərpası üzrə 116 manat məbləğində pul vəsaiti müəyyən edilmişdir. X2 tərəfindən itirilmiş enerjinin bərpası üzrə ödənilməli olan pul vəsaitləri tam olaraq ödənilmişdir. X1 istifadəsində olan elektrik sayğacının A” möhüründə, yəni dövlət möhüründə müdaxilə izlərinin aşkar edilməsinə şərait yaradan və bu barədə vaxtında məlumat verməyən şəxs məhz Təqsirləndirilən şəxs özü olmuşdur. Həmçinin, Şəmkir rayonu, Ağlavaşlı kənd sakini abunə kodu **********00312 olan Şahid7 barəsində 01 iyul 2022–ci il tarixdə akt tərtib edilərək 04 iyul 2022–ci il tarixli hesabat sənədi üzrə sayğac sxemindən kənar xəttdən istifadə etdiyinə görə 822 manat məbləğində itirilmiş enerjinin bərpası üzrə pul vəsaiti hesablanmışdır. Həmin pul vəsaitinin 600 manat dəyərində olan hissəsi abonent tərəfindən ödənilmişdir. Sayğac sxemindən kənar xəttdən istifadə edilməsi halının müəyyən edilərək vaxtında aşkar edilməklə X10 rəhbərliyinə məlumat vermək vəzifəsi Təqsirləndirilən şəxs əsas vəzifələrindən biri olsa da, tamah və ya sair maraq ucbatından öz vəzifəsini yerinə yetirməmişdir. Bundan əlavə, Şəmkir rayonu, Ağlavaşlı kənd sakini abonə kodu **********00038 olan X17 barəsində 01 iyul 2022–ci il tarixdə akt tərtib edilərək 04 iyul 2022–ci il tarixli hesabat sənədi üzrə sayğac sxemindən kənar xəttdən istifadə etdiyinə görə 670 manat məbləğində itirilmiş enerjinin bərpası üzrə pul vəsaiti hesablanmışdır. Həmin pul vəsaitinin 350 manat dəyərində olan hissəsi abonent tərəfindən ödənilmişdir. Eyni qaydada, sayğac sxemindən kənar xəttdən istifadə edilməsi halının müəyyən edilərək vaxtında aşkar edilməklə X10 rəhbərliyinə məlumat vermək vəzifəsi Təqsirləndirilən şəxs əsas vəzifələrindən biri olsa da, tamah və ya sair maraq ucbatından öz vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa, Şəmkir rayonu, Ağlavaşlı kənd sakini abonə kodu **********00160 olan X14 barəsində 14 dekabr 2020–ci il tarixdə akt tərtib edilərək 698 manat məbləğində hesabat sənədi üzrə itirilmiş enerjinin bərpası ilə bağlı vəsait hesablanmışdır. 14 dekabr 2020–ci il tarixli Rİ № 201596 nömrəli abonentin sayğac sxemindən kənar xəttdən istifadə etdiyinə görə 468 manat, 08 may 2021–ci il tarixdə eyni qüsura görə tərtib edilmiş Rİ № 214594 nömrəli akta əsasən 231 manat, 25 fevral 2022–ci il tarixdə eyni qüsura görə tərtib edilmiş Rİ № 249516 nömrəli akta əsasən 145 manat və 01 iyul 2022–ci il tarixdə eyni qüsura görə tərtib edilmiş Rİ № 264286 nömrəli akta əsasən 360 manat məbləğində itirilmiş enerjinin bərpasına görə hesabat verilmişdir. Qeyd edilən aktlar "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin və X10 əməkdaşları tərəfindən tərtib edilmişdir. Təqsirləndirilən şəxs yaranmış eyni qüsurlarla bağlı öz xidməti fəaliyyətini icra edərək həmin qüsurları aradan qaldırmaq yerinə, buna şərait yaratmış və nəticədə, elektrik enerjisinin talanması həyata keçirilmişdir. Bundan əlavə, Şəmkir rayonu, Ağlavaşlı kənd sakini abunə kodu **********00503 olan X28 barəsində 04 iyul 2022–ci il tarixli hesabat sənədi üzrə 682 manat hesabat verilmişdir. Abonentə 01 iyul 2022–ci il tarixdə sayğacdan kənar xətdən istifadə etdiyinə görə qüsur aktı tərtib edilmişdir. Baxmayaraq ki, həmin abonentə Satışa Nəzarət Departamentinin əməkdaşları tərəfindən 10 aprel 2021–ci il tarixdə akt tərtib edilmiş və həmin abonentə təkrar göstərici vurulmuşdur. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs öz xidməti vəzifəsini layiqincə yerinə yetirməmiş və yaranmış qüsuru aradan qaldırmamışdır. Abonə kodu **********00503 olan X28 tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin, Şəmkir rayonu, Ağlavaşlı kənd sakini abonə kodu **********00215 olan X24 barəsində 04 iyul 2022–ci il tarixli hesabat sənədi üzrə 668 manat hesabat verilmişdir. X3 tərəfindən sayğac sxemindən kənar xəttdən istifadə edilmişdir. 668 manat məbləğində pul vəsaitinin yalnız 300 manat olan hissəsi ödənilmişdir. Sayğac sxemindən kənar xəttdən istifadə edilməsi halının müəyyən edilərək vaxtında aşkar edilməklə X10 rəhbərliyinə məlumat vermək vəzifəsi Təqsirləndirilən şəxs əsas vəzifələrindən biri olsa da, o, tamah və ya sair maraq ucbatından öz vəzifəsini yerinə yetirməmişdir. Şəmkir rayonu, Qılıncbəyli kənd sakini abonə kodu **********00254 olan Şahid9 tərəfindən sayğac sxemindən kənar xəttdən istifadə etdiyinə görə, "xxxx" ASC–nin Satışa Nəzarət Departamentinin əməkdaşları tərəfindən 02 iyun 2022–ci il tarixdə NDM № 028847 nömrəli akt tərtib edilmişdir. Dəfələrlə həmin abonentə eyni qüsura görə akt tərtib edilməsinə baxmayaraq, yəni 11 iyun 2018–ci il, 16 iyul 2021–ci il tarixdə, 26 iyul 2021–ci il tarixdə, 24 sentyabr 2021–ci il tarixlərdə həmin abonent barəsində dəfələrlə aktlar tərtib edilməsinə baxmayaraq, abonent elektrik enerjisindən sayğacdan kənar istifadə etməkdə davam etmişdir. Həmçinin, Şahid9 barəsində müxtəlif vaxtlarda yazılan aktlar əsasında toplam 1.531,95 manat dəyərində itirilmiş enerjinin bərpasına görə, hesabat verilmişdir. Abonet tərəfindən 1.531,95 manat pul vəsaitinin 219 manat hissəsi ödənilmişdir. Nəticə etibarı ilə, sayğac sxemindən kənar xəttdən istifadə edilməsi halının müəyyən edilərək vaxtında aşkar edilməklə X10 rəhbərliyinə məlumat vermək vəzifəsi Təqsirləndirilən şəxs əsas vəzifələrindən biri olsa da, o, öz vəzifəsini yerinə yetirməmişdir. Həmçinin, Şəmkir rayonu, Ağlavaşlı kənd sakini abonə kodu **********00104 olan Şahid6 barəsində 25 may 2022–ci il tarixdə hesabat sənədi tərtib edilərək 732 manat dəyərində hesabat verilmiş, 25 may 2022–ci il tarixdə “Azərişıq ASC”–nin Satışa Nəzarət Departamentinin əməkdaşları tərəfindən NDM № 028686 nömrəli akt tərtib edilərək sayğac sxemindən kənar xəttdən istifadə edilməsi aşkar edilmişdir. Şahid6 tərəfindən 732 manat məbləğində pul vəsaitinin 500 manat hissəsi ödənilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən qüsuru, yəni sayğac sxemindən kənar xətdən istifadə edilməsi faktını vaxtında aşkar edərək tədbir görülməsini təmin etməli olduğu halda, bu barədə heç bir tədbir görməmiş və ya məlumat verməmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 13 avqust 2020–ci il tarixdən “Azərişıq ASC”–nin Qərb RETSİ Sayğacquraşdırma və X27 müdiri vəzifəsində işləyir. "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin X10 10 kv– luq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs nəzarətçi mühəndis olaraq tanımış və aralarında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs işlədiyi ərazi üzrə, yəni 6–10 kv–luq balans hesabatlarda itkilərin buraxıla bilən itkidən artıq olduğu, yəni, qeyri–balansın normadan çox olduğu aylar, rüblər və illik hesabatlarda müşahidə olunmuşdur. Bu isə mövcud ərazidə enerji talanması halları, yəni sayğac sxeminə müdaxilə və ya sayğac sxemindən kənar xətləri və bağlantısı düz olmayan abonentlərin mövcudluğunun olması deməkdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs xidmət ərazisində baş vermiş qüsurların aktlaşdırılması, yəni rəsmiləşidirilməsi ilə bağlı hərəkətsizlik etmiş, öz xidməti vəzifəsini icra edərək vaxtında qüsurları aşkar etməli və aktlaşdırmalı olduğu halda, səhlənkarlıq hallarına yol verərək elektrik enerjisinin talanmasına şərait yaratmışdır. Nəticə etibarı ilə, Təqsirləndirilən şəxs xidməti ərazisində elektrik enerjisinin talanması ilə bağlı faktlar özü tərəfindən deyil, digər qurum və idarənin əməkdaşları tərəfindən aşkar edilərək rəsmiləşdirilmişdir. Bir sözlə “Azərişıq ASC”–nin Qərb RETSİ Sayğacquraşdırma və uçota nəzarət sektoru tərəfindən Təqsirləndirilən şəxs işlədiyi xidməti ərazidə sayğacdan kənar xətlər, sayğaca müdaxilə halları, sayğac göstəricisinin təhrif olunması halları, alt qapaq möhürlərinin və dövlət möhürlərinin, yəni zavod möhürünün pozulması halları, işləməyən sayğaclar aktlaşdırılaraq qüsurlar aradan qaldırılmışdır. “Azərişıq ASC”–nin Qərb RETSİ Sayğacquraşdırma və X27 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs işlədiyi xidməti ərazidə enerjisi pozuntuları ilə bağlı qüsur aktlarının tərtib edilməsində bilavasitə iştirak etməsə də, həmin aktları rəhbəri olduğu Sayğacquraşdırma və X27 əməkdaşları tərəfindən tərtib edilmişdir. Bu barədə tərtib edilmiş aktların bir hissəsi “Azərişıq ASC”–nin Qərb RETSİ Sayğacquraşdırma və X27 əməkdaşları tərəfindən, digər hissəsi isə “Azərişıq ASC”–nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmişdir. Həmin aktlar “Azərişıq ASC”–nin rəhbərliyi tərəfindən rayon prokurorluğuna təqdim edilmişdir. Həmin aktlara uyğun olaraq tərtib edilmiş müvafiq hesabat sənədləri, yəni icra vərəqələri və digər zəruri sənədlər də eyni qaydada rayon prokurorluğuna təqdim edilmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018–ci il tarixdən “Azərişıq ASC”–nin Qərb RETSİ–nin Sayğacquraşdırma və X27 texniki vəzifəsində işləyir. Əsas vəzifə səlahiyyətlərindən biri “Elektrik enerjisinin istifadə qaydaları”nın müvafiq bəndlərinin pozulması halında aktın tərtib edilməsidir. Bu səlahiyyətinə müvafiq olaraq onun tərəfindən və Qərb RETSİ–nin əməkdaşlarının iştirakı ilə “Azərişıq ASC”–nin Qərb RETSİ–nin rəhbərliyinin göstərişinə uyğun olaraq Qərb RETSİ–nin tabeliyində olan 09 rayonun ərazisində növbəti yoxlamalar həyata keçirmişlər. Həmin yoxlamaların keçirildiyi rayonlardan biri də X10 xidməti ərazisi olmuşdur. X10 tabeliyində olan kəndlər üzrə Çinarlı qəsəbəsi, Yeni–Həyat, Əliyaqublu, Keçili, Qədimqala, Könüllü, Ələsgərli kəndlərində, o cümlədən, Ağlavaşlı və Qılıncbəyli kəndlərində yoxlamaları həyata keçirmişlər. Həmin yoxlamalar əsasında ilk olaraq, Ağlavaşlı və Qılıncbəyli hava xətləri üzrə qeyri–balansın yaranması müəyyən edilmişdir. Onların əsas fəaliyyətindən biri də həmin kəndlər üzrə qeyri–balansın aradan qaldırılması olmuşdur. Bu məqsədlə onun, Qərb RETSİ–nin əməkdaşları Mahir Qurbanov, Nəvayi Alıyev və Elvin Qorçuyevin iştirakı ilə müvafiq yoxlamalar həyata keçirilmiş və aktlar tərtib edilmişdir. Həmin yoxlamalar Qılıncbəyli və Ağlavaşlı kəndləri üzrə ayrı–ayrılıqda qrup şəklində 01 iyul 2022–ci il tarixdən başlamış və həmin aktların tərtib edilməsində Təqsirləndirilən şəxs iştirak etməmiş, bu sahədə onlara müvafiq köməyi göstərməmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş “Azərişıq ASC”–nin Qərb RETSİ–nin Sayğacların Quraşdırılması və X33 texniki X25 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, abunə kodu **********00104 olan elektrik enerjisi sayğcından istifadə etmiş, onun istifadəsində olan elektrik enerjisi sayğacı ilə bağlı problemin yaranmasının əsas səbəbkarı məhz X10 10 kv–luq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs özü olmuşdur. Təqsirləndirilən şəxs öz xidməti vəzifəsini icra etməmiş və xidməti vəzifəsinə laqeyd münasibət göstərərək onun qeyri–qanuni elektrik enerjisindən istifadə etməsinə bilavasitə şərait yaratmışdır. 2022–ci il may ayının sonlarında X10 əməkdaşları gələrək ona 732 manat dəyərində hesabat sənədi tərtib etmişlər. O, yerindəcə 500 manat məbləğində pul vəsaitini ödəmişdir. O, heç bir zaman elektrik enerjisindən qeyri–qanuni istifadə etməmişdir. Sadəcə olaraq, Faiq öz xidməti mövqeyindən sui–istifadə edərək ona cərimə yazmış və sonradan 732 manat məbləğində hesabat sənədi üzrə itirilmiş enerjinin dəyərinin hesablanmasına rəvac vermişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Ağlavaşlı kəndində elektrik enerjisinin satışı üzrə nəzarətçi mühəndis vəzifəsində işləmiş, işıq sayğacının üzərinin yazılması və ödəniləcək məbləğin müəyyən edilərək onlara təqdim edilməsi prosesini həyata keçirmişdir. 2022–ci il aprel ayından başlayaraq onun istifadəsində olan abunə kodu **********00312 olan elektrik enerjisi sayğacının alt hissəsində olan məftil qırılmışdır. O, bununla bağlı kürəkəninə müraciət etmiş və kürəkəni naqili sayğaca birləşdirib işığı bərpa etmişdir. Nəticədə 2022–ci il aprel ayından 2022–ci il iyul ayının əvvəllərinə qədər olan müddət ərzində elektrik enerjisindən həmin qaydada istifadə etmişdir. xx.xx.2022–ci il tarixdə "xxxx" ASC–nin əməkdaşları gələrək sayğaca kənar xətlə müdaxilə olunduğunu bildirərək akt tərtib etmiş və 822.89 manat cərimə yazmışlar. O, həmin cəriməni tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs onun elektrik şəbəkəsinə qeyri–qanuni qoşularaq elektrik enerjisini talamağına heç bir reaksiya göstərməmiş, lakin bunun qarşılığında ondan pul vəsaiti almamış və ya tələb etməmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, abunə kodu **********00254 olan elektrik enerjisi sayğacı onun istifadəsindədir. Lakin o, sayğacdan istifadə edərkən elektrik enerjisinin talanmasını həyata keçirməmiş və sayğacdan kənar xətdən istifadə etməmişdir. Buna baxmayaraq, istifadəsində olan elektrik enerjisi sayğacı ilə bağlı "xxxx" ASC–nin Satışa Nəzarət Departamentinin əməkdaşları tərəfindən 02 iyun 2022–ci il tarixdə NDM № 028847 nömrəli akt tərtib edilmiş, 11 iyun 2018–ci il tarixdə, 16 iyul 2021–ci il tarixdə, 26 iyul 2021–ci il tarixdə və 24 sentyabr 2021– ci il tarixdə onun barəsində dəfələrlə aktlar tərtib edilməsinə baxmayaraq, o, həmin aktlarla razı olmamışdır. İstifadəsində olan elektrik enerjisi sayğacı ilə bağlı müxtəlif vaxtlarda yazılan aktlar əsasında toplam 1.531,95 manat dəyərində itirilmiş enerjinin bərpasına görə hesabat sənədi verilmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, yaşadığı ünvanda abunə kodu **********00503 olan elektrik enerjisi sayğcı əri X15 adına olmuş, onun yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən qeyri–qanuni istifadə edilməsi doğru olmuşdur. Belə ki, təxminən 18 iyun 2022–ci il tarixdə onun evində usta işləyən zaman qaynaqçı tərəfindən sayğacdan kənar xətdən istifadə edilmişdir. Bu zaman “Azərişıq ASC”–nin X10 əməkdaşları tərəfindən sayğacdan kənar xətdən istifadəyə müdaxilə edilməsi əsas gətirilərək həmin hal aktlaşdırılmışdır. Bundan sonra onun fərdi yaşayış evində istifadəsində olan elektrik enerjisi sayğacından kənar xətdən istifadə edilməsi ilə bağlı 682,76 manat məbləğində hesabat sənədi tərtib edilmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022–ci ilin iyun ayında idarə etdiyi traktorun dəmirini svarkalamaq üçün işıq dirəyinə kənar xətlə müdaxilə etmişdir. Çünki svarka aparatı istifadə edən zaman işıq pulu çox yazmışdır. O, işıq dirəyinə müdaxilə edərək kənar xətdən istifadə etmişdir. Həmin günün axşamı "xxxx" ASC–nin əməkdaşları onun yaşadığı evə gələrək işıq dirəyinə müdaxilə edərək kənar xətdən istifadə etdiyi üçün akt tərtib edərək ona 850 manat cərimə yazmışlar. Təxminən 4–5 gün sonra, yəni 01 iyul 2022–ci il tarixdə "xxxx" ASC–nin əməkdaşları yenidən onun yaşadığı evə gələrək sayğacı söküb yenisi ilə əvəz etmişlər. Daha sonra "xxxx" ASC–nin əməkdaşları sayğacın alt qapaq möhürünə müdaxilə olunduğunu bildirərək ona 116.17 manat yenidən cərimə yazmışlar. O, hər iki cəriməni tam olaraq ödəmişdir. Lakin işıq dirəyinə kənar xətlə müdaxilə edərək işıqdan istifadə etməsi ilə bağlı Təqsirləndirilən şəxs heç bir əlaqəsi və məlumatı olmamışdır. Məhkəmə baxışı iclası zamanı "xxxx" ASC–nin nümayəndəsi Zərərçəkmiş şəxs vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayır və evində "xxxx" ASC–yə məxsus elektrik sayğacından istifadə edir. Dəqiq xatırlamadığı tarixdə "xxxx" ASC–nin tanımadığı 3 nəfər əməkdaşı onun evinə gələrək elektrik enerjisindən istifadə etməsinə görə borcunu ödəməsini tələb etmiş, o da borcundan 300 manat ödəmişdir. Həmin vaxt ona sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı heç bir söz deməmişlər. O isə güman etmişdir ki, tələb olunan pul onun elektrik enerjisindən istifadə etməsinə görə yığılan borcudur. Çünki əvvəllər də imkanı olmadığından işıq pulunu ödəyə bilməmiş və bəzi vaxtlarda borcu yığılmışdır. Bundan başqa qeyd edir ki, təxminən 2020–ci il tarixdə evində qaynaq işləri gördürmək istəmiş və bununla bağlı Təqsirləndirilən şəxs müraciət edərək, hansı qanuni yolla sayğacdan kənar istifadə etməyin mümkün olmasını soruşmuşdur. Faiq isə bunun mümkün olmayacağını bildirmişdir. Bununla belə ibtidai istintaq zamanı verdiyi ifadəsini və nəyə əsasən elə ifadə verməsini dəqiq xatırlamır. Məhkəmə baxışı iclası zamanı "xxxx" ASC–nin nümayəndəsi Zərərçəkmiş şəxs vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır və evində "xxxx" ASC–yə məxsus elektrik sayğacından istifadə edir. Lakin o, işi ilə əlaqədar hər gün səhər evdən çıxmış, yalnız axşamlar qayıtmışdır. Evində isə bir ədəd lampa yanmışdır. Nəticə etibarlı ilə gündəlik işıq pulu 1–2 manat arası yazmışdır. Özü poçt şöbəsinə gedə bilmədiyindən işıq pulunu ödəmək üçün Təqsirləndirilən şəxs vermişdir. Lakin faiq işıq pulunu ödədiyini desə də, ona hər hansı ödəniş qəbzi təqdim etməmişdir. Bəzi vaxtlarda isə Faiq ondan pulun əvəzinə həyətində olan toyuq–cücə almış və satıb onun işıq pulunu ödəyəcəyini demişdir. Sonradan məlum olmuşdur ki, ona 2.000 manat cərimə hesablanmışdır. Himayəsində olan qızı onkoloji xəstə olduğundan "xxxx" ASC–nin nümayəndəsi Zərərçəkmiş şəxs həmin cərimənin 700 manat hissəsini silmişdir. Məhkəmə baxışı iclası zamanı Müdafiəçi1 vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, “Azərişıq ASC”–nin Qərb RETSİ–nin X10 Satış şöbəsinin aparıcı mühəndisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs işlədiyi ərazidə 3 ədəd pozuntu olmuş, sonradan pozuntularla bağlı müvafiq aktlar tərtib edilmişdir. Əvvəllər planşet Faiqdə olmuş və onun həmin ərazilərdə sayğacdan kənar xətdən istifadə olunması barədə məlumatı olmamışdır. Lakin Faiq işdən çıxdıqdan sonra planşeti təhvil vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə–mühasibatlıq ekspertizasının 05 noyabr 2022–ci il tarixli, 9/7942 nömrəli rəyindən görünür ki, “Azərişıq ASC”–nin Qərb X21 və Satışı İdarəsi tərəfindən 22 avqust 2022–ci il tarixli 01/429 nömrəli məktubla və 20 oktyabr 2022–ci il tarixli 1/629 nömrəli məktubla rayon prokurorluğuna ünvanlanmış aktlar və hesabat sənədləri düzgün və əsaslıdır. Ekspertizaya təqdim edilmiş cinayət işində olan sənədlər, o cümlədən, “Azərişıq ASC”–nin Qərb X21 və Satışı İdarəsi tərəfindən 22 avqust 2022–ci il tarixli 01/429 nömrəli məktubla və 20 oktyabr 2022–ci il tarixli 1/629 nömrəli məktubla rayon prokurorluğuna ünvanlanmış aktlar və hesabat sənədləri ciddi mühasibat uçot sənədləri hesab edilir. "xxxx" ASC–yə vurulmuş maddi ziyan ekspertizaya təqdim edilmiş cinayət işində olan aktlar və hesabat sənədləri ilə təsdiq edilir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Tədqiqat zamanı iş materiallarında olan 22 avqust 2022–ci il tarixli və 20 oktyabr 2022–ci il tarixli ümumiləşdirilmiş aktlar, abunə haqqında məlumatlar və s. sənədlərə əsasən Təqsirləndirilən şəxs Şəmkir EŞ–də nəzarətçi mühəndis vəzifəsində işlədiyi dövr ərzində, yəni xx.xx.2021 –ci il tarixdən xx.xx.2022–ci il tarixə kimi olan müddətdə "xxxx" ASC–yə vurduğu ziyan məbləği cəmi 28131.74 (iyirmi səkkiz min bir yüz otuz bir manat yetmiş dörd qəpik) manat məbləğində müəyyən edilir. Maddi ziyanın vurulması prosesinin "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin X10 10 kv–luq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs işlədiyi müddət daxilində baş verməsi müəyyən edilmişdir.Qeyd edilmişdir ki, abonentlər və nəzarətçi mühəndis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005–ci il tarixli №18 saylı qərarına əsasən tərtib edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” tələbləri pozulmuşdur. "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsinin X10 10 kv–luq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs elektrik enerjisinin talanmasına şərait yaratması və ya talaması ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında öz əksini tapmış itirilmiş enerjinin bərpası məqsədilə tərtib edilmiş hesabat sənədləri və aktlarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə–mühasibatlıq ekspertizasının 24 noyabr 2022–ci il tarixli, 9/8193 nömrəli rəyindən görünür ki, "xxxx" ASC–nin Qərb X21 və Satışı İdarəsi tərəfindən təqdim edilmiş zavod nömrəsi 05116950, tipi “VİKO–T 5100” olan üç fazalı elektrik sayğacının hazırda işlək vəziyyətdə olmaması nəzərə alınmaqla, zədələnməmişdən əvvəlki vəziyyətdə istifadə olunması nəzərə alınmaqla, orta bazar dəyəri 141,00 manat müəyyən edilir. Həmin sayğacın sındırılması nəticəsində dəymiş ziyanın məbləği 141 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan xx.xx.2022–ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 10 kv–luq Qılıncbəyli h/x–dən qidalanan transformator məntəqələrinə baxış keçirilmiş. baxış zamanı zavod nömrəsi 05116950, tipi “VİKO–T 5100” olan elektrik sayğacının şüşəsinin sındırılması aşkar edilmişdir. Əldə edilmiş videoçəkilişdən bəlli olur ki, həmin sayğacı Təqsirləndirilən şəxs küt alətlə, yəni kuvaltla qəsdən vurub sındırmışdır. Cinayət işinin materiallarında olan “Azərişıq ASC”–nin 18 avqust 2015–ci il tarixli, K– 15–2010 nömrəli əmrdən çıxarışının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015–ci il tarixdən “Azərişıq ASC”–nin Qərb RETSİ–nin X12 nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan “Azərişıq ASC”–nin 22 iyun 2022–ci il tarixli, K/22– 02429 nömrəli əmrdən çıxarışının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022– ci il tarixdən “Azərişıq ASC”–nin Qərb RETSİ–nin X10 Paylayıcı Şəbəkə sahəsində Şəmkir şəhər Şəbəkə sahəsi üzrə elektrik montyoru vəzifəsinə keçirilmişdir. Cinayət işinin materiallarında olan 24 may 2022–ci il tarixli 028973 saylı aktdan görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən ünvanda yoxlama zamanı Şahid11 adına qeyd edilmiş sayğacın dövriyyədən kənarlaşdırılması faktı aşkarlanmış, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 25 may 2022–ci il tarixli satış sahəsi üzrə tələblərdən görünür ki, Şahid11 825,16 manat cərimə hesablanmışdır. Cinayət işinin materiallarında olan 25 may 2022–ci il tarixli 028686 saylı aktdan görünür ki, Şəmkir rayonu, Q.İsmayılov kəndində yerləşən ünvanda yoxlama zamanı Şahid6 adına qeyd edilmiş sayğaca kənar xətt daxil olması faktı aşkarlanmış, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 25 may 2022–ci il tarixli satıç sahəsi üzrə tələblərdən görünür ki, Şahid6 732 manat cərimə hesablanmışdır. Cinayət işinin materiallarında olan 24 may 2022–ci il tarixli 028686 saylı aktdan görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən ünvanda yoxlama zamanı Şahid1 adına qeyd edilmiş sayğaca kənar xətt daxil olması faktı aşkarlanmış, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 25 may 2022–ci il tarixli satış sahəsi üzrə tələblərdən görünür ki, Şahid1 889 manat cərimə hesablanmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdehlər “Azərişıq ASC”–yə və “Azərişıq ASC”–nin Şəmkir Rayon Elektrik Şəbəkəsinə qarşı “əmrin ləğvi və əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Cinayət işinin materiallarında olan işə davamiyyəti jurnalından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək tabelə imza etməmiş, xx.xx.2022–ci il tarixdə iş yerini dəyişməsi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir rayon X18 X22 poliklinikasının xx.xx.2022– ci il tarixli, 316 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Atabəy kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və “Azərişıq ASC”–nin Qərb RETSİ–nin X10 Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş 21 sentyabr 2022–ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs vəzifə təlimatının tələblərini kobud şəkildə dəfələrlə pozaraq şəbəkə rəhbərliyinin və kollektivin hörmətini qazana bilməmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018–ci il təvəllüdlü Akif və xx.xx.2020–ci il təvəllüdlü Mədinə adlı uşaqları vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadə ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri isə yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs elektrik enerjisi təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən elektrik şəbəkələrinə qanunsuz qoşularaq bu resursların xeyli miqdarda ziyan vurmaqla talanmasının qarşısının alınmaması cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189–1.3–cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189–1.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189–1.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, mülkiyyət əleyhinə olan, elektrik enerjisinin talanmasında ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189–1.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1–ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 150 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC–yə 10.442.93 manat maddi ziyan vurulmuş, həmin ziyanın 4.984.16 manat hissəsi ödənilsə də, qalan 5.458.77 manatı ödənilməmişdir. Lakin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356 və 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189–1.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3.200 (üç min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC–yə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar