Məhkəmə qərarları › İş №1(076)-23/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-23/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-23/2025 26.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X8, təqsirləndirilən şəxslərin müdafiəçiləri- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndələri-Zərərçəkmiş şəxs, X10, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1976-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, orta təhsilli, işsiz, evli, Şəmkir rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə xx xxxxx 1986-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərar ilə CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62–ci maddəsini tətbiq etməklə ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hazırda cəza çəkən, Şəmkir rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 2019-cü ilin payız aylarından 2022-ci ilin payız aylarınadək olan müddət ərzində, dəqiq məlum olmayan tarixdə və vaxtda həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 2,73 hektar (X=563820: Y=4518111) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib-becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs2 2019-cü ilin payız aylarından 2022-ci ilin payız aylarınadək olan müddət ərzində, dəqiq məlum olmayan tarixdə və vaxtda həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə, bundan başqa 2022-ci ilin payız aylarından 2024-cü il aprel ayınadək Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 2,73 hektar (X=563820: Y=4518111) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkibbecərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdu. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2019-cu ilin payız aylarından ailə üzvlərini dolandırmaq üçün həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə fonduna məxsus torpaq sahəsini heç bir sənədləşdirmə aparmadan 2,73 hektar torpaq sahəsini zəbt edərək buğda əkməyə başlamışlar. Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinin mərhum sədri Aydın Xəlilov ona zəbt etdiyi torpaq sahəsi ilə bağlı bələdiyyə ilə şifahı müqavilə bağlamağını təklif etmişdir. X24 razılaşmış, əkdikləri buğda sahəsinə görə Təqsirləndirilən şəxs2 Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinə 210 manat dövlət rüsumu keçirmişdir. 2020-ci ildə X27 rayon Ələsgərli kənd bələdiyyəsinin sədri vəzifəsindən çıxmış və həmin ildə ölmüşdür. 2020-ci ildə Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinin yeni sədri Bəxtiyar Məsimov seçilmişdir. O isə təxminən 1 il işlədikdən sonra onun yerinə Zərərçəkmiş şəxs seçilmişdir. Onlar qeyd edilən vaxtdan əkin işləri aparmağa davam etmiş, 14 sentyabr 2022-ci il tarixdə Daşınmaz əmlakın işçiləri tərəfindən baxış keçirilərək X=563820: Y=4518111 koordinatlarında olan 2,73 hektar torpap sahəsindən istifadə etdikləri müəyyən olunmuşdur. 2022-ci ilin payız aylarndan o, qeyd edilən torpaq sahəsində əkin işləri aparmamışdır. O, torpaq sahəsini Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu qeyd edilən torpaq sahəsində əkin işləri aparmağa davam etmişdir. Etdiyi əməldən peşmandır. Hazırda bələdiyyə mülkiyyətində olan torpaq sahəsini könüllü olaraq bələdiyyə mülkiyyətinə qaytarmış, dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbi yoxdur və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2019-cu ilin payız aylarından başqlayaraq ailə üzvlərini dolandırmaq üçün həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə fonduna məxsus torpaq sahəsini heç bir sənədləşdirmə aparmadan 2,73 hektar torpaq sahəsini zəbt edərək buğda əkməyə başlamışlar. Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinin mərhum sədri Aydın Xəlilov ona zəbt etdiyi torpaq sahəsi ilə bağlı bələdiyyə ilə şifahı müqavilə bağlamağını təklif etmişdir. Onlar da Aydın Xəlilovla razılaşmış, əkdikləri buğda sahəsinə görə o, Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinə 210 manat dövlət rüsumu keçirmişdir. 2020-ci ildə X27 rayon Ələsgərli kənd bələdiyyəsinin sədri vəzifəsindən çıxmış və sonra ölmüşdür. 2020ci ildə Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinin yeni sədri Bəxtiyar Məsimov, təxminən 1 ildən sonra isə Zərərçəkmiş şəxs seçilmişdir. Onlar qeyd edilən vaxtdan əkin işləri aparmağa davam etmişlər. 14 sentyabr 2022-ci il tarixdə Daşınmaz əmlakın işçiləri tərəfindən baxış keçirilərək X=563820: Y=4518111 koordinatlarında olan 2,73 hektar torpaq sahəsindən istifadə etdikləri müəyyən olunmuşdur. Bundan sonra qeyd edilən torpaq sahəsində Təqsirləndirilən şəxs1 əkin aparmamışdır. O, da həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi ilə əlaqədar olaraq Şəmkir rayon Ələsgərli Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs dəfələrlə müraciət etsə də Zərərçəkmiş şəxs razılıq verməmişdir və ondan bir sot torpaq sahəsi dövlət rüsumu üçün 3 manat pul istəmişdir. O, Zərərçəkmiş şəxslə razılaşmadan hər hansı razılıq olmadan həmin torpaq sahəsində 2024-cü ilin aprel ayınadək qeyd olunan torpaq sahəsini əkib becərmişdir. Əməlindən peşmandır. Hazırda bələdiyyə mülkiyyətində olan torpaq sahəsini könüllü olaraq bələdiyyə mülkiyyətinə qaytarmış, dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir şikayət və tələbi yoxdur. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs olan Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 26 may 2022-ci il tarixdən etibarən Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin sədri işləyir. Şəmkir rayonu, Ələsgərli kəndinin bir qrup sakinləri tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qanunsuz olaraq zəbt edilərək istifadə edilmişdir. O, bununla əlaqədar olaraq Şəmkir rayonu, Ələsgərli kənd sakinlərindən öz qanunsuz əməllərini dayandırmağı tələb etmişdir. Lakin heç kim ona qulaq asmamışdır. O, 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə müraciət edərək Şəmkir rayonu, Ələsgərli kənd sakinləri X5, X18, X19, X1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X13, X21, X7 və X16 tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. 14 sentyabr 2022-ci il tarixdə onun iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Onun tərəfindən göstərilən qeyd etdiyi şəxslər tərəfindən zəbt edilən ərazilərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları Şahid3, Şahid1 və Şahid2 onun iştirakı ilə baxış keçirmişlər. O, onlara bələdiyyə ərazisinin xəritəsini təqdim etmiş, həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X9 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələrinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748), Təqsirləndirilən şəxs2 1.20 hektar (X=567669: Y=4515007), X13 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), X21 0.75 hektar (X=566829: Y=4520211) və X16 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əməkdaşları tərəfindən hüquqlarının pozulması halları müvafiq qaydada sənədləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları tərəfindən baxış keçirilən zaman X17 və X13 həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Lakin həmin şəxslər torpaq sahələrini qanunsuz olaraq zəbt etməyə əkin işləri aparmağa davam edirlər. Həmin şəxslərin barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə(şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), Təqsirləndirilən şəxs2u Cahan oğlu 1.20 hektar (X=567669: Y=4515007), X13 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), X21 0.75 hektar (X=566829: Y=4520211) və X16 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə qanunsuz olaraq zəbt edilmiş torpaq sahələri Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaq sahələri olmaqla örüş otlaq təyinatlı torpaq sahələridir. Təqsirləndirilən şəxslər zəbt etdikləri 2,73 hektar torpaq sahəsini bələdiyə mülkiyyətinə qaytararaq dəymiş ziyanı qismən ödəmişlər, onlardan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanini qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi torpaq müfəttişi vəzifəsində işləyir. Onların işləri Şəmkir rayonu ərazisində qanunsuz tikililərə nəzarət etmək və bu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verməkdən ibarətdir. Şəmkir rayonu, Ələsgərli bələdiyyəsi 31 avqust 2022-ci il tarixli 22 nömrəli məktubla müraciət edərək Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsinin X5, X18, X13, X1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X13, X21, X7 və X16 tərəfindən özbaşına və qeyri qanuni olaraq əkib zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət araşdırılaraq 14 sentyabr 2022-ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Ələsgərli bələdiyyəsi tərəfindən göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X9 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), Təqsirləndirilən şəxs2 1.20 hektar (X=567669: Y=4515007), X13 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), X21 0.75 hektar (X=566829: Y=4520211) və X16 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Onlar tərəfindən müvafiq yoxlama işi aparılarkən həmin torpaq sahələrində əkin işləri aparılan zaman heç bir sənədləşmə işinin aparılmadığı həmin sahələrin Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Onlar həmin yerin müvafiq qaydada şəkillərini çəkərək akt tərtib etmişlər. Baxış keçirilən zaman X17 və X13 həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Daha sonra isə onlar tərəfindən toplanmış material aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilmiş, rəhbərlik vasitəsilə qanuni tədbir görülməsi üçün DİN-ə göndərilmişdir. Adları yuxarıda qeyd edilən şəxslərin qanunsuz olaraq zəbt etdiyi və əkin işləri apardıqları torpaq sahələrinin mülkiyyət hüququ Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahələrinin üzərində nəzarətin həyata keçirilməsi, alqı-satqısı, həmçinin istifadəsinə icazə verilməsi Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin nəzarətindədir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq zəbt edərək üzərində tikinti apardığı torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 tərəfindən zəbt olunan torpaq sahəsinin Ələsgərli kənd bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfat təyinatlı örüş sahəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ƏMDX-nin Qazax ərazi şöbəsinin işçiləri tərəfindən Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin müraciəti əsasında Şəmkir rayonu, Ələsgərli kəndində monitorinq keçirilmiş, monitorinq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 (şərikli) tərəfindən 2.73 ha (x=563820: y=4518111) kənd təsərrüfatı təyinatlı örüş, torpaq sahəsində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işlərin aparılması faktı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmünun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli qərararın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində həmin CM–in 62–ci maddəsini tətbiq etməklə ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2024-cü il tarixdən çəkməyə başlamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü Fərid adlı bir nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2015-ci il təvəllüdlü Günəş adlı bir nəfər azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Ələsgərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Ələsgərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına becərməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişlər. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallar, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət hüququnu pozmasını isə həmin Məcəllənin 61–ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun biri azyaşlı və biri yetkinlik yaşına çatmayan olmaqla himayəsində azyaşlı uşağının olmasını, səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsini, dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallar, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət hüququnu pozmasını isə həmin Məcəllənin 61–ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq onlara təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılamsı cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza ona Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü (Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı) ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk emktməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, hökmün icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X12 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 həyata keçirmişdir. Məhkəmə müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatları nəzərdən keçirərək hesab edir ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X12 hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat və Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla X14 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyn edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü (Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı) ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X14 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar