Məhkəmə qərarları › İş №1(076)-230/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-230/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-230/2023 19.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində DİMÜŞ-nin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə, saat 13 radələrində Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Mərkəzi Bazarın arxa hissəsində, arvadı Şahid1 barəsində dayısı oğlu Zərərçəkmiş şəxs əxlaqsız ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə onun sol ayaq və sol böyrünə kustar üsulla hazırlanmış, deşicı-kəsici xassəyə malik ümumi təyinatlı soyuq silah edilməyən turist bıçağı ilə qəsdən vuraraq, qarının sol yan səthinin və bel nahiyyəsinin sol yarısının daxilə keçməyən deşilmiş kəsilmiş yaraları (cəmi iki ədəd) və sol budun yuxarı üçdə birinin bayır səthinin, aşağı üçdə birinin ön səthinin deşilmiş-kəsilmiş yaraları (cəmi iki ədəd) ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi əməklə məşğul olur. Barəsində soruşulan Zərərçəkmiş şəxs onun dayısı oğludur. Münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən bir ay əvvəl o, Elşanın onun ailəsi barədə əxlaqsız sözlər deməsini eşitmişdir. Həmin vaxtları o, Elşana söz göndərərək onunla görüşəcəyini bildirmişdir. Həmin vaxtı o, Elşan tez-tez qardaşıgilə gedib gəldiyini bilmişdir. Ona görə də o, qardaşına Elşanı onlara gəlməyə qoymamağı demişdir. Məqsədi isə Elşanı orada gördüyü zaman hər hansı xəsarət yetirməməsi olmuşdur. Həmin vaxtdan sonra o, Elşani görməmişdir. 09 aprel 2023-cü il tarixdə o, arvadı Şirinnazla birlikdə Şirinnazın Şəmkir rayonunda olan qohumlarına qonaq getmək üçün özünə məxsus avtomobillə evdən çıxmışdır. Avtomobildə onun azyaşlı uşaqlarıda olmuşdur. Şəmkir şəhərinə çatdıqda onlar Şəmkir bazarına gedərək oradan bir qədər meyvə tərəvəz alaraq qonaq getdiyi yerə aparmağı düşünmüşlər. Uşaqları avtomobildə qoyaraq arvadı ilə birlikdə bazarın içərisində gəzdiyi zaman Elşanm arvadı Rasimə ilə qardaşı Vasilinin Şəmkir bazarında olmasını görmüşdür. O, Rasiməgillə qarşılaşdığı zaman Rasimə ona yaxınlaşaraq onlara gələcəyini və onunla söhbət edəcəyini bildirmişdir. O isə Elşanı bağışlamayacağmı bildirmişdir. Bu zaman Vasili telefonu çıxardığı zaman 0, Vasilinin əlindən tutaraq səsini yazıb yazmadığını soruşmuşdur. Həmin vaxtı onlar artıq bazarın arxa tərəfində olmuşlar. Vasili o, əlindən tutduğunda qışqıraraq “get ailən barədə söz çıxardan adamın başını kəs” demişdir. Daha sonra isə qışqıraraq “vur məni vur məni” deməyə başlamışdır. Daha sonra qardaşı Elşana zəng edərək “Tural bizi öldürür tez gəl” demişdir. O, Rasiməgildən uzaqlaşıb getmək istədiyində Elşan qışqıra-qışqıra həmin yerə gəlmiş və onun ünvanına nalayiq sözlər deməyə başlamışdır. Onun yanına çatan kimi yaxasından tutaraq onun ailəsi barədə əxlaqsız sözlər deyərək həmin sözü çıxardan şəxsin başını kəsməsini demişdir. O, Elşanla dartışdığında onun əynində olan paltarı cırılmışdır. Elşan ondan əl çəkmədiyindən, Elşanı özündən kənaraşdırmaq məqsədi ilə cibində olan balaca meyvə doğrayan cib bıçağını çıxardaraq Elşanın ayağına tərəf fırlamışdır. Məqsədi Elşanın ayağından zərərsiz yerlərindən vuraraq özündən kənarlaşdırmaq olmuşdur. Elşana tərəf iki bıçaq fırladığı yadında qalmışdır. Lakin hansı nahiyyəsindən neçə dəfə dəyməsini bilməmişdir. Bu zaman Elşanın qardaşı Vasili qışqıraraq Elşanın yaralandığını bildirmişdir. Həmin vaxtı paltarı cırılmış və Elşan özünü saxlaya bilməyərək yerə yıxılmışdır. Elşan ondan aralanan kimi o, arvadı ilə birlikdə tez oradan uzaqlaşaraq avtomobilinə tərəf getmişdir. Avtomolinə oturduqdan sonra Şəmkir rayon polis şöbəsinə gəlmiş və baş vermiş hadisə barədə polisə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs yalnız özündən kənarlaşdırmaq üçün bıçaqla vurmuşdur. Onun törətdiyi əməldən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmaq istəməsini və himayəsində iki uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Əvvəllər münasibəti yaxşı olmuşdur, lakin son 8 il olar ki, münasibətləri olmamışdır. Təxminən dörd ay əvvəl Arzu adlı uzaq qohumu ona zəng edərək Turalın arvadının bədənində kəpənək şəkli olmasını bildirmişdir. O, Arzudan bunu haradan bilməsini soruşduqda Arzu ona bu barədə Gəncədə çox adamın məlumatının olduğunu bildirmişdir. O da eşitdiklərini zəng edərək Turalın Bakıda yaşayan bacısı Vüsaləyə bildirmişdir. Vüsalədə belə bir şeyin olmadığını, deyilənlərin şayiə olduğunu bildirmişdir. O da bundan sonra Vüsaləyə heç nə deməmişdir. Bundan sonra da bir dəfə Vüsalə ilə danışdığı zaman Vüsalə ona Turalın bu söhbətlərə görə onu vuracağını demişdir. O da Vüsaləyə Turalın onu vura bilməyəcəyini demişdir. 09 aprel 2023-cü il tarixdə saat 12 radələrində o, arvadı Rasimə, qardaşı Vasili ilə birlikdə Şəmkir rayonunda yaşayan arvadının qohumunun evinə getmək üçün evdən çıxmışdır. Onlar birinci qonaq getdiyi evə meyvə tərəvəz almaq üçün Şəmkir bazarına gəlmişlər. O, avtomobildə oturmuş, qardaşı ilə arvadı isə bazara girmişlər. Bir qədər sonra qardaşı Vasili ona zəng edərək Turalın bazarda onları gördüyünü və onlarla mübahisə etdiyini bildirmişdir. O, tez avtomobildən düşdükdə bazarın arxa tərəfində Turalın arvadı Rasimənin yaxasından tutaraq silkələdiyini görmüşdür. O, tez yaxınlaşdıqda Turalla mübahisəsi yaranmışdır. Həmin vaxtı Turalın arvadı Şirində yanında olmuşdur. Bu zaman Tural bir anlıq getmək üçün çevrilmiş, bir iki addım atdıqdan sonra geri qayıdıb onun üzərinə gəlmişdir. Bu dəfə onlar artıq tutaşmışlar. Onları aralamaq istədikdə Tural arvadı Rasiməni itələyərək yerə yıxmışdır. Onlar ikisidə bir birinə vurduğunda ətrafda olan şəxslərdən kimsə ondan qan axdığını bildirmişdir. Ondan qan axdığını gördükdə Tural tez arvadının əlindən tutaraq oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, ailə üzvləri ilə birlikdə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişdir. Orada ikisi sol ayağında, ikisi isə sol böyründə olamaqla dörd xəsarəti olmasını bilmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, Tural onu arvadının bədənində kəpənək şəkli olmasını dediyinə görə vurmuşdur, lakin həmin sözü o, kimlərdənsə eşitmişdir. Hazırda onunla təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamışdır, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə ərinin bibisi oğludur. Uzun illərdi ki, Turalın ailəsi ilə münasibətləri olmamışdır. Turalın ailəsində olan problemlərinə görə onların münasibətləri və get gəli olmamışdır. Bir müddət olar ki, onun əri Elşanın Turalın bacısı Vüsalə ilə telefonla danışdığını eşitmişdir. Onların telefon söhbətlərindən o, təxminən Elşanın Vüsalə ilə Turalın arvadı barədə danışdıqlarını bilmişdir. Ona maraqlı olmadığından Elşanın nə barədə danışdığını maraqlanmamışdır. Lakin Elşana onlara baş qoşmamağı demişdir. Bu söhbətlərdən sonra o, Tural Elşanə söz göndərərək Elşanı vuracağını dediyini eşitmişdir. 09 apel 2023-cü il tarixdə saat 11 radələrində onlar yəni Elşan və qaynı Vasili ilə birlikdə Vaslinin idarə etdiyi avtomobillə birlikdə Şəmkir rayonunda yaşayan qohumu Həvayətin evinə qonaq gedirlərmiş. Şəmkir rayonuna çatdığında bazarlıq etmək üçün Şəmkir şəhərində yerləşən bazara getmişlər. Elşan avtomobildə oturmuş, Vasili ilə o isə birlikdə bazara getmişlər. Bazarın meyvə tərəvəz satılan hissəsində olduğu zaman qəfildən Tural və arvadı Şirinnaz ilə qarşılaşmışlar. O, tez Valisiliyə Turalgil onları görüncə bazardan çıxmağı demişdir. Onlar çıxmaq istədikdə bazarın arxa tərəfində Tural gələrək Vasilini tutmuş və “sizi deşik deşik edəcəm” demişdir. O, Vasili ilə Turalı aralamaq istəsə də mümkün olmamışdır. Mübahisə yarandığından Vasilidə Elşana zəng edərək Turalın burada olması barədə məlumat vermişdir. Elşan yaxında olduğundan tez həmin yerə gəlmiş, Tural Elşanı və Vasilinin yaxasından tutmuşdur. Həmin anda Tural Vasilini buraxaraq üzərində nəsə axtarmağa başlamışdır. O, Turala mane olmaq istədikdə Tural onu itəliyərək orada olan quyu kimi yerə yıxmışdır. O, ayağa qalxmaq istədikdə yerə qan tökülməsini və Turalın əlində bıçaq olmasmı görmüşdür. Turalı saçından tutaraq kənara çəkmişdir. Elşan isə həmin vaxtı artıq yerə yıxılmışdır. Tural Elşandan qan axmasını görərək arvadının qolundan tutaraq oradan qaçıb getmişdir. O, tez başında olan şalı açaraq Elşanın böyründən qan axan yerini bağlamış və tez Vasilinin avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada onlara məlum olmuşdur ki, hadisə zamanı Tural Elşana iki sol ayaq nahiyyəsinə, ikisi isə sol böyür nahiyyəsinə olmaqla dörd bıçaq zərbəsi vurmuşdur. Tural Elşanı onun arvadı barədə dediyi söz görə vurmuşdur, lakin həmin sözləri Elşan özü deməmiş, kimlərdənsə eşitmişdir. Hadisə bazarın arxa tərəfində baş verdiyindən orada çox adam olmamış, kənarda olanlar isə yaxın gəlməmişdir. Hadisə qısa zaman ərzində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun böyük qardaşı, Təqsirləndirilən şəxs isə bibisi oğludur. Uzun illər əvvəl Turalın ailəsində arvadına görə problemlər olduğundan o onlarla danışmır, heç bir münasibətidə yoxdur. Təxminən bir ay əvvəl qardaşı Elşan ona Tural onlara gələcəyi halda qapını açmamağı demişdir. O səbəbi ilə maraqlandıqda Elşan Turalın arvadı barədə söz eşitdiyini, bu barədə digər bibisi qızı Vüsaləyə dediyini, Vüsalənin də onun dediklərini Turala dediyini bildirmişdir. O maraqlı olmadığı üçün onlarla maraqlanmamışdır. 09 aprel 2023-cü il tarixdə səhər saatlarında o Elşangilə getmişdir. Həmin vaxtı o icarəyə götürdüyü “Hundayi” markalı avtomobili olmuşdur. Qardaşı arvadı Rasimə onun avtomobili ilə Şəmkir rayonunda yaşayan qohumlarına gedib baş çəkib qayıtmağı demişdir. O, onlara heç bir etiraz etməmişdir. Qardaşı Elşan və arvadı Rasimə ilə birlikdə Şəmkir rayonuna gəlmişlər. Şəmkir rayonunda bazara meyvə almaq üçün düşdükdə Elşan avtomobildə dayanmış, onunla Rasimə isə bazara girmişlər. Bazarın içi ilə gedərkən Rasimə ona Tural və arvadı Şirinnaz Şəmkir bazarında olduğunu və tez bazardan çıxıb getməyi demişdir. O Rasimə ilə razılaşıb bazardan çıxmaq stədiyərək bazarın arxa hissəsindən çıxdıqda Tural onları görüb ona yaxınlaşıb və onu tutaraq Elşanin dediyi sözə görə onlara irad bildirdikdə Rasimə onu dartıb aparmaq istədikdə Tural onu buraxmamış, o da telefonunu götürüb Elşana zəng edərək Turalın burada olmasını bildirmişdir. Elşan tez həmin yerə gəlmiş, Tural Elşanın yaxasından turaraq Elşanla mübahisə etməyə başlamışdır. Hər ikisi bir birinə vurmağa başlamışdır. O Rasimə ilə onları aralamaq istəsələr də mümkün olmamışdır. Tural onu kənara itələmiş, Rasiməni isə itələyərək yerə yıxmışdır. Bu zaman o Turalın əlindəki bıçağın tiyə hissəsini görmüşdür. Həmin anda da Tural Elşənin sol böyründən bir neçə dəfə vurmuşdur. Bıçaq Elşana dəyən kimi Elşan müvazinəti itirib yerə yıxılan kimi olmuş, O Elşanin böyründən qan axmasını görmüşdür. Tural Elşanın böyründən qan axmasını görərək tez arvadını da götürüb oradan qaçıb getmişdir. Daha sonra orada olan şəxslər təcili yardımı gözləməməyi, tez Elşanı xəstəxanaya aparmağı bildirmişlər. Onlarda tez onun idarə etdiyi avtomobillə Elşani təcili Şəmkir rayon xəstəxanasına aparmışlar. Orada həkimlər Elşana yardım göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2006cı ildə Gəncə şəhər sakini Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Onların birgə nikahından iki övladı dünyaya gəlmişdir. Ailəli olduğu zaman aralarında müəyyən problemlər olsa da, hər hansı ciddi problemləri olmamışdır. Təxminən bir ay əvvəl böyük baldızı Lamiyə onlara gələrək onunla söhbəti olduğunu bildirmişdir. Ona soyunmağı və bədəninə baxacanı demişdir. O, ilk əvvəl nə olmasını başa düşməmişdir. Nə məsələ olmasını soruşduqda Lamiyə ona əri Turalın qohumlarının onun bədənində, yəni cinsiyyət orqanında döymə kəpənək şəklinin olmasını demələrini bildirmişdir. O da Lamiyəyə belə bir şeyin olmadığını demiş və soyunaraq bədənini Lamiyəyə göstərmişdir. Lamiyyədə onun bədənində belə bir döymənin olmamasını görmüşdür. Bundan sonra olan söhbətləri Lamiyyə əri Turala bildirmişdir. Daha sonra o, Turalın belə söhbətlərə qarışmasını istəmədiyindən özü birinci həmin söhbətləri çıxaran Elşanın arvadı Rasiməyə zəng edərək Elşanı onun barəsində müəyyən əxlaqsız sözlər çıxarmasını bildirmiş və ona etiraz etmişdir. O, Rasimə ilə danışdığı zaman Tural telefonu əlindən götürmüş və Elşanla danışaraq həmin söhbəti ortaya çıxarmağı demişdir. Elşan isə Turala heç bir ad verməmişdir, Tural da həmin söhbətin axırına çıxacağını bildirmişdir. 09 aprel 2023-cü il tarixdə saat təxminən 11 radələrində əri Turalla birlikdə Şəmkir rayonuna qohumu qardaşının qayananasıgilə qonaq getmişlər. Onlar getməzdən əvvəl Şəmkir bazarına bir qəsd meyvə almaq üçün getmişlər. Bazarda gəzdikləri zaman bazarda Elşanın arvadı Rasiməni və qardaşı Vasilin orada olmasını görmüşlər. Tural Rasiməni gördükdə onun əlindən tutaraq bazardan çıxmağı demişdir. Onlar bazardan çıxan zaman Rasimə arxalarınca gələrək ona nəsə demək istəmişdir. O, nə demək istədiyini soruşduqda Rasimə axşam onlara gələcəyini, arada olan narazılıq barədə söhbət edəcəyini bildirmişdir. Bu zaman Vasiliy Turala “məni vur məni vur” deməyə başlamışdır. Daha sonra isə Elşana zəng edərək “Tural bizi öldürür tez gəl” demişdir. Elşan həmin yerə gələrək Turalı kənara itələmişdir. Yer kələ kötür olduğunda Tural yerə yıxılmış və Elşan Turalı vurmağa başlamışdır. Rasimə Turalın saçından tutub çəkdikdə özüdə orada olan çökəkliyə yıxılmışdır. Orada aralıda kənar bir neçə nəfər olmuşdur. Həmin şəxslərdə köməyə gəlməmişlər. Bazarda olan bir yaşlı arvad, Rasimə və o, birlikdə Turalla Elşanı aralamış, həmin vaxtıda o, Turalın əlinə baxdıqda əlinin kəsilməsini görmüşdür. Turalın əynində olan paltar cırıldığından Tural əyinində olan koftasını çıxaraq əlini dolamış və dərhalda gəldiyi avtomobilə əylərəşək Şəmkir rayon polis şöbəsinə getmişdir. Şəmkir rayon polis şöbəsinə gəldiyi zaman Tural ona Elşanı bıçaqla vurduğunu bildirmişdir. Lakin o, Turalın Elşanı necə vurmasını görməmişdir. Daha sonra isə o, həmin vaxtı Tural üzərində olan bıçaqla Elşanı vuraraq dörd yerindən xəsarət yetirdiyini bilmişdir. Elşan özü də bir neçə gün Şəmkir mərkəzi xəstəxanasında qaldıqdan sonra evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə dayısı oğludur, Zərərçəkmiş şəxsla son vaxtlara kimi problemi olmamışdır. Lakin yaxın münasibətləri də olmamışdır. 2023-cü ilin mart ayının əvvəllərində o Bakı şəhərində bacısı Vüsaləgildə olduğu zaman Elşan Vüsaləyə zəng edərək Turalın arvadı Şirinnaz barədə danışmış və Turalın arvadının cinsiyyət orqanında kəpənək şəkli olmasını demişdir. Onlar ondan bu barədə haradan bildiyini soruşduqda Gəncə şəhərində çox adamın bu barədə danışdığını demişdit. Bundan sonra o Gəncə şəhərinə qayıtdığında Tural gilə getmiş və Şirinnaza soyunmasını, bədəninə baxacağını bildirmişdir. Şirinnaz nə baş verməsini soruşduqda o, Elşanın dediyini ona bildirmişdir. Bundan sonra Şirinnaz soyunmuş və onun bədəninə baxan zaman hər hansı döymə şəkil olmadığını görmüşdür. Bundan sonra Şirinnaz Turala bu barədə demişdir. Turalda daha sonra onun yanına gələrək söz söhbət barədə ondan şoruşmuş, o da Turala Elşanın dedikləri barədə danışmışdır. Tural isə Elşanla görüşüb bu barədə söhbət edəcəyini, arada gəzən söz söhbətə aydınlıq gətirəcəyini bildirmişdir. Bundan sonra bu barədə hər hansı söz eşitməmiş, Elşanı görməmişdir. 09 aprel 2023-cü il tarixdə günorta saatlarında evdə olduğu zaman Tural ona zəng edərək “vurdum” demişdir. O ondan nə baş verməsini soruşduqda, Tural Şəmkir rayonunda mərkəzi bazarın arxasında Elşanla qarşılaşdığını, aralarında mübahisə yarandığını və Elşanı bıçaqla vurduğunu, hazırda isə polis şöbəsinə getdiyini bildirmişdir. O bundan sonra Şirinnazla danışdığında, Şirinnaz Şəmkir mərkəzi bazarının arxasında təsadüfən Elşan və arvadı ilə qarşılaşdıqlarını, Elşanla Turalın arasında mübahisə yarandığını və Turalın bıçaqla Elşanı vuraraq xəsarət yetirdiyini bildirmişdir. Onun başqa bir məlumatı yoxdur. Məhkəmə zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. 09 aprel 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi Şəmkir şəhəri 20 yanvar küçəsində yerləşən mərkəzi bazarın arxa tərəfinə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, götürülmüş bir ədəd bıçaq qara rəngli dəmir və dəstək və tiyədən ibarətdir. Bıçağın ümumi uzunluğu 15 sm-dir, tiyəsi qara rəngli metaldan ibarətdir. Tiyənin üzərində müəyyən qədər rəngi getmişdir. Bıçağı üzərində hər hansı qan ləkəsi yoxdur. Tiyənin arxa tərəfi küt, ön tərəfi isə kəsici-deşici xassəyə malikdir. Tiyənin kəsici hissəsi itilənmişdir. Bıçaq açılıb bağlanan cib bıçağıdır. Tiyə və dəstəyin üzərində adi gözlə görünən hər hansı deformasiya izləri müşahidə edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçağa baxış keçirilərkən «Samsung» markalı fotoaparatla fotoşəkillər çəkilərək protokola əlavə edildi. Bundan sonra həmin bıçaq bir ədəd zərfə qablaşdırılaraq götürüldü. Protokol ucadan oxundu, düzgün tərtib edilmişdir, tərtib edilərkən iştirakçılar tərəfindən heç bir şikayət, təklif və ya qeyd daxil olmadı, odur ki, protokolun doğruluğu imzalarla təsdiq edildi. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 11 aprel 2023-cü il tarixli 349 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərqarının sol yan səthinin və bel nahiyyəsinin sol yarısının daxilə keçməyən deşilmişkəsilmiş yaraları (cəmi iki ədəd) və sol budun yuxarı üçdə birinin bayır səthinin, aşağı üçdə birinin ön səthinin deşilmiş kəsilmiş yaraları (cəmi iki ədəd) deşici kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişlər, yetirilmə müddətləri 09 aprel 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrı ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 11 aprel 2023-cü il tarixli 350 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərsağ əlin İİ barmağının orta falanqasının ovuc səthinin kəsilmiş yarası kəsici alətlə, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti 09 aprel 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrı ayrılıqda, həmdə birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Şəmkir RPŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasının qarşısını almaq üçün xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası DİN-nin BİKİ-də “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz rayonu Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış cə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 30-cu küçə də yaşayır və onun barəsində küçə üçlüyünə heç bir şikayət daxil olmayıb. İşdə olan 20 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı 20 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyi yerin müəyyən edilməsi məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs Şəmkir şəhəri 20 yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi bazarının arxa hissəsini göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 25 gün vaxtından əvvəl şərti azad edilib, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 31 may 2023-cü il tarixli 16/537 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddə ilə ona ittiham elan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan 12 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Tbilisi küçəsi, bina 46/27, mənzil 3 arvadı və 2 nəfər uşaqları ilə birgə yaşayır və onun barəsində Gəncə şəhər 12 nömrəli Xidmət sahəsinin rəhbərliyinə sakinlər tərəfindən heç bir şikayət daxil olamamışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında xx.xx.2012-ci iltarixdə 21 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan AZ-İİ 359512 saylı, AZ-İİ 977437 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Musa və xx.xx.2012-ci il təvəllüdlü Dəniz adlı uşaqları doğulmuşdur. İşdə olan 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 53.1.4cü maddəsinə əsasən dayandırılmışdır. İşdə olan 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilir. İşdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar onun Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yerin müəyyən edilməsi məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs Şəmkir şəhəri 20 yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi bazarının arxa hissəsini göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İşdə olan 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyətlər olduğundan onların arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstyərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bununla da Təqsirləndirilən şəxs Şəmkir mərkəzi bazarının arxa tərəfində aralarında yaranmış şəxsi münasibətlər nəticəsində Zərərçəkmiş şəxs bıçqla vuraraq xəsarət yetirməsi müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, cəza təyin edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməməsini və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsinin onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmaq istəməsini bildirməsini, yaşayış yeri üzrə müsbəxt xarakterizə olunmasını şəxsiyyətini müsbəxt xarakterizə edə hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailəsini dolandıran yeganə şəxs olmasını, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 53 (əlli üç) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməli, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş bir ədəd kustar üsulu ilə hazırlanmış bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektrоn nəzаrət vаsitəsini gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək bаrədə əvvəlcədən məlumаtlаndırmаq vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş bir ədəd kustar üsulu ilə hazırlanmış bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 53 (əlli üç) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım görsətməsinə görə Müdafiəçi ödənilməsi üçü dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı: Kod:805670: VÖEN:**********: Müxbir hesabı: **********944: S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN:**********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hökmdən bu müddət ərzində аpelyаsiyа prоtesti və yа şikаyəti verilməzsə, həmin müddətin bаşа çаtdığı vаxtdаn sоnrаkı gün bu hökm qаnuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar