Məhkəmə qərarları › İş №1(076)-232/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-232/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-232/2023 23.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 02 ədəd bükümdə narkotik vasitə olan heroini, 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı və 02 ədəd bükümdə psixotrop maddə olan metanfetamini üzərində saxlamaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində yerləşən “Emin“ şadlıq evi ilə üzbəüz olan parka daşımış, 28 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhər Polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində yerləşən “Emin“ şadlıq evi ilə üzbəüz olan parkda saxlanılaraq polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən üzərində “Davidoff’ yazısı olan siqaret qutusunun içərisindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,612 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi çəkisi 0,598 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metanfetamin və 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 2,355 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisindən keçən dəmiryolu relslərinin yaxınlığında yabanı halda bitmiş çətənə (kannabis) bitkisinin yarpaqlarından toplayaraq qurutduğu, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 1 ədəd polietilen torbanın içərisinə yığaraq üzərində saxlamaqla yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə daşımış, 04 may 2023-cü il tarixdə saat 19 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şəmkir rayonu, Dəllər qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı 1 ədəd polietilen torbanın içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda 380 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən hadisədən 5 (beş) il artıq müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, 2022-ci ilin sentyabr ayında Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisindən keçən dəmiryol reyslərinin yaxınlığında tərkibində narkotik vasitə olan bitkini görüb həmin bitkini yolaraq sellofan paçetə yığmış və gətirib Dəllər qəsəbəsi ərazisində yerləşən uçuq binada gizlətmişdir. 2022-ci ilin dekabr ayında Bakı şəhərinə getmiş və orada işləməyə başlamışdır. 2023-cü ilin aprel ayının 17-də Bakı şəhərindən Şəmkir rayonuna qayıtmış, Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən dəmiryol relslərinin yaxınlığındakı uçuq binada sellofan bükümdə narkotik vasitə gizlətdiyi yadına düşmüşdür. O, 04 may 2023-cü il tarixdə saat 19 radələrində qeyd etdiyi yerə gedib narkotik vasitəni götürmüş və kimsə görməsin deyə qolunun alt hissəsində gizlətmiş, həmin gün o, yaşadığı evə gedən zaman Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik gəzdirməsində şübhəli olduğunü bildirib onlarla bilrikdə Şəmkir rayon pollis şöbəsinə getməli olduğunü demişlər, Şəmkir rayon polis şöbəsində müdafıçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra video görüntü vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini bildirmişlər. O, əlində olan 01 ədəd sellofan bükümdə marixuanaya bənzər kütləni çıxarıb masaya qoymuş, onun təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümə baxış keçirildikdə həmin 01 ədəd bükümün içərisində marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, bundan sonra 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə marixuanaya bənzər kütlə bükümlə birlikdə ilkin çəkisi 380 qram olduğu müəyyən edilmişdir. Qeyd edilən 01 ədəd büküm ekepertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlələr özünə məxsusdur. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələrdən başqa narkotik maddənin olub-olmaması ondan soruşulmuş və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən başqa heç bir narkotik vasitə olmadığını bildirmiş və proses iştirakçılarına baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının, əlavələrinin və ya digər təkliflərinin olub-olmaması soruşulmuş, proses iştirakçıları tərəfindən hər hansı bir əlavə daxil edilməmiş, bununlada onun üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisindən keçən Bakı-Quba yolunun 42-ci kilometrliyində yerləşən “Emin “şadlıq sarayı ilə üzbə-üz parkın ərazisində olan zaman narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq PB-nə dəvət edilmiş, özləri ilə polis əməkdaşarı PBnə gətirilmiş, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, həmin vaxt hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürsounun vəkili X2 təqdim olunmuş, daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, polis əməkdaşları üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu 1 ədəd boz rəngli kibrit qutusunun, 04 ədəd şəffaf rəngli sellofan bükümlərin, 01 ədəd ağ rəngli boru formalı qatlanmış kağız parçasının olduğu müəyyən olunmuş, həmin kibrit qutusu açılan zaman içərisində qurudulmuş marixuana, 04 ədəd şəffaf rəngli sellofan bükümlərdən iki ədədinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olduğu müəyyən olunmuş, sorğu zamanı üzərindən aşkar olunmuş 01 ədəd ağ rəngli boru formalı qatlanmış kağız parçası ilə narkotik vasitə olan “patı” istifadə etdiyini, kibrit qutusunun içərisində olan bitki kütləsinin narkotik vasitə olan marixuana, 02 ədəd şəffaf rəngli seloffan bükümlərdəki ağ rəngli kristall şəkilli maddələrin şüşə patı, digər iki ədəd şəffaf rəngli sellofan bükümlərdəki qəhvəyi rəngli maddələrin kakos olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitələri həmin gün Bakı şəhəri 20 yanvar metrostansiya ərazisində 100 manata aldığnı və şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd şəffaf rəngli sellofan bükümlərdəki ağ rəngli kristal şəkilli maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf sellofan ilə çəkisinin 0,79 qram, 02 ədəd şəffaf sellofan bükümlərdəki qəhvəyi rəngli maddələr tərəziyə qoylub çəkilən zaman həmin maddəllərin ikisidə şəfaf sellofan ilə birlikdə çəkisi 0,78 qram, 01 ədəd kibrit qutusunun içərisindəki qurudulmuş narkotik vasitə olan marixuananın çəksi kibrit qutusu ilə birlikdə 4,79 qram olduğu müəyyən olunmuş və həmin maddələr, bitki kütləsi ekspertizaya göndərilməsi üçün xüsusi qayadada qablaşdırılaraq üzəri möhürlə möhürlənmişdir. Eyni zamanda, o, narkotik vasitənin marixuana, şüşə patı və kakos növündən mütamadi olaraq istifadə etmiş və alqı-satqısı ilə məşğul olmamış, üzərində saxladığı narkotik vasitə olan marixuananın ailə üzvilərinin heç birinin onun üzərində olması barədə heç bir məlumatı olmamışdır. 02 ədəd şəffaf rəngli sellofan bükümlərdəki ağ rəngli kristal formalı metanfetmini, 02 ədəd şəffaf sellofan bükümlərdəki qəhvəyi rəngli heroini və 01 ədəd kitbrit qutusunun içərisindəki qurudulmuş narkotik vasitə olan marixuananı Bakı şəhəri 20 yanvar metrostansiya ərazisində tanımadığı şəxsdən 100 manata satın almışdır. Aldığı narkotik vasitələr onun üzərindən aşkar olunmuşdur və heç kimə satmamışdır. Onun narkotik vasitələri satmaq niyəti olmayıb. Odur ki, törətdiyi əməlin narkomaniya xəstəliyinə düçar olması ilə bağlı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən, Şəmkir şəhəri, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 04 may 2023-cü il tarixdə ona Şəmkir şəhəri, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Şəmkir RPŞ-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, bundan sonra isə əməliyyat qrupu yaradılmış, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmış, bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə polis şöbəsinin xidməti avtomobilinə əyləşib Şəmkir şəhəri, Dəllər qəsəbəsi istiqamətinə hərəkətə başlamış, Şəmkir şəhəri, Dəllər qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yanına yaxınlaşaraq polis əməkdaşı olduqlarını deyib özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamasında və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla bölməyə getməsini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və avtomobilə əyləşib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Müşfiq Şahmuradov tərəfindən oraya çağırılmış vəkil Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkoik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan ağ rəngli torbanı təqdim etmiş və həmin torbanın içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş, bundan sonra şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı Müşfiq Şahmuradov tərəfindən protokol tərtib edilmiş, o, öz növbəsində həmin protokolu imzalamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşı Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2033-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raport vasitəsi ilə bölmə rəhbərlyinə mərzuə edildikdən sonra əməliyyat qrupu təşkil edilmiş və qrupun daxilinə oda əlavə edilmişdir. Həmin gün saat 20 radələrində Sumqayıt şəhəri, H.Z Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində yerləşən “Emin “ şadlıq evi ilə üzbəüz parkda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitələrin saxlamasında şübhəli olduğunu bildirib özləri ilə Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə getməyi bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara etiraz etmiyib onlarla birlikdə PB-nə getmiş, PB-nin xidməti otaqlarının birində təhqiqatçı Mətləb Abbasov həmin şəxsə özünü təqdim edib Təqsirləndirilən şəxs özlərini təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində narkotik vasitə və onun prekursorları varsa təqdim etməsi bildirilmişdir, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən cins şalvarın sağ yan cibində saxlamış olduğu “Davidoff” yazısı olan siqaret qutusunu təqdim etmiş, siqaret qutusunun içərisinə baxış keçirilən zaman orada bir ədəd kibrit qutusunun və dörd ədəd şəffaf bükümlərin olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla müəyyən edilmiş qaydada qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd şəffaf bükümdə narkotik vasitə heroin, digər 02 ədədə bükümdə psixotrop maddə metanfetamin olduğu aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmiş, PB-nə gətirilən zaman heç bir təzyiqə məruz qalmadığnı özü bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşı Şahid5 ifadəsində Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri, narkotik vasitənin əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə vətəndaşların sorğusu, soraqlaşma, saxlandığı zaman üzərində şəxsi axtarış keçirilməsindən ötrü əməliyyat qrupu yaradılması və qrupun tərkibinin Şəmkir RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ibarət olması qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan bir ədəd ağ rəngli sellofan torbanı təqdim edir. Sellofan torbanın içərisinə baxış keçirilən zaman narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman özü əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamış olduğu 01 ədəd boz rəngli “Davidoff” markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içərisində 01 ədəd kibrit qutusunun, 04 ədəd şəffaf sellofan bükümlərin, 01 ədəd ağ rəngli boru formalı qatlanmış kağız parçasının olduğu müəyyən edildi. Həmin kibrit qutusu açılan zaman içərisində yaşıl rəngli spesifik iyə malik qurudulmuş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin, 04 ədəd şəffaf selofan bükümlərdən iki ədədinin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin, digər iki ədəd şəffaf sellofan bükümlərin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilərək götürülmüşdür. “Şübhəli şəxsin dindirilməsi haqqında” 04 may 2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli protokollardan, “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 06 may 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onun üzərindən aşkar edilib götürülən narkotik vasitələr-qurudulmuş marixuana, heroin və metamfetaminin öz şəxs istifadəsi üçün öz üzərində saxladığını demiş, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 05 may 2023-cü il tarixli 16/478 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “X1 təqdim etdiyi sellofanın içərisində narkotik olan marixuanaya bənzər kütlə” yazılar və imzalar olan polietilen torbadakı, digər 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi 380 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli 06/312 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edililərək götürülmüş 01 ədəd kibrit qutusunun içərisində spesifik iyi olan marixuanaya bənzər kütlə....” yazılar və imzalar olan zərfdə 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 2,355 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli 06/1219 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ”Təqsirləndirilən şəxs-imza, iki -imza tərtib etdi: M.Abbasov -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri-0,334 qram,-0,278 qram, ümumi təmiz çəkisi-0,612 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkoik vasitə-heroindir. 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri-0,288 qram, - 0,310 qram, ümumi təmiz çəkisi-0,598 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 2237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatrorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd polietilen torbada təmiz çəkisi 379,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi 0,612 qram narkotik vasitə heroin, 2,355 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 0,598 qram psixotrop maddə metamfetamin təmiz çəkisi bu sahə üzrə ekspert tərəfindən müəyyən edilmiş və məhkəmə-kimyəvi ekspertin rəyində göstərilən kimi təmiz çəkisi ayrı-ayrılıqda 379.8 qram və 2.335 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,512 qr çəkidə narkotik vasitə olan heroin, 0,498 qr çəkidə psixotrop maddə metanfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması və cinayət təqibi üzrə icraat başa çatanadək Şəmkir Rayon Polis Şöbəsində və Sumqayıt Şəhər Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Müşfiq Şahmurdov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk və xx.xx.2023-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis mayoru Mətləb Abbasov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk maddi sübut kimi tanınmışdır. 05 may 2023-cü il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenant Müşviq Şahmuradov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 11-12-ci vərəqlərində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-77-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 98-99-cu vərəqlərində olan cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrədə davam etdirilmişdir. 01 mart 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenant X6 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 192-ci vərəqində olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytinantı Şahid5 Sumqayıt ŞPİ-nin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 142-8421-1223 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrinin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Tümen Vil. AC. Məhk. KOL. xx.xx.2002-ci il tarixdə, Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin “A, B, Q” bəndinin, 105-ci maddəsinin 2-ci hissəsinin “J, K” bəndinin 69-cu maddəsinin 3-cü hissəsi ilə 09 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilib, Tümen şəhər Lenin Rayon Məhkəməsinin Rusiya Federasiyasının CM-nin 30ci maddəsinin 1-ci hissəsinin 228-1-ci maddəsinin 3-cü hissəsinin Q bəndi ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB-nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəsinin 02 may 2023-cü il tarixli 267 saylı arayışından, doğum haqda şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbəsində qaynanası, arvadı və 2019-cu il təvəllüdlü qızı ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB-nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Şəmkir RİHB-nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 0,5 qram olması, külli miqdarın yuxarı həddinin 2 qram, İİ siyahısının 65-ci bəndində psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının 0,15 qram, külli miqdarın yuxarı həddinin 2 qram olması göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ və İİ siyahıları, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci və 2-ci bəndləri ilə müəyyən edilən, dövriyyəsi qadağan olunmuş 02 ədəd bükümdə narkotik vasitə olan heroini, 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı və 02 ədəd bükümdə psixotrop maddə olan metanfetamini üzərində saxlamaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 42-ci kilometrliyində yerləşən “Emin“ şadlıq evi ilə üzbəüz olan parka daşımış, 28 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhər Polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı- Quba yolunun 42-ci kilometrliyində yerləşən “Emin“ şadlıq evi ilə üzbəüz olan parkda saxlanılaraq polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən üzərində “Davidoff’ yazısı olan siqaret qutusunun içərisindən 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,612 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi çəkisi 0,598 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metanfetamin və 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 2,355 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisindən keçən dəmiryolu relslərinin yaxınlığında yabanı halda bitmiş çətənə (kannabis) bitkisinin yarpaqlarından toplayaraq qurutduğu “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 1 ədəd polietilen torbanın içərisinə yığaraq üzərində saxlamaqla yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evinə daşımış, 04 may 2023-cü il tarixdə saat 19 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Şəmkir rayonu, Dəllər qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı 1 ədəd polietilen torbanın içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda 380 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu hər iki əməl üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqı aparılmışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsini zəruri hesab edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan etmiş və elan edilmiş ittihamı təsdiq edən ən əsas sübut kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilkin ifadəsi, şahid ifadələri, şəxsi axtarış aparılması barədə protokolları, maddi sübutlar, digər istintaq materiallarına əsaslanmışdır. Lakin məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Quliyev X5 Elçin Qasım oğlu və Şahid5 ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə onlara əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, ibtidai istintaq dövründə və məhkəmə istintaqında verdiyi ifadələrində ondan aşkar olunaraq götürülmüş həmin narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olmamasını, yalnız özü istifadə etməsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Eyni zamanda Sumqayıt ŞPİnin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytinantı Şahid5 Sumqayıt ŞPİ-nin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 142-8421-1223 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrinin satışı ilə məşğul olması barədə hər hansı məlumatın əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, ittihamın əsasını təşkil edən ibtidai istintaq zamanı verilmiş ifadələrlə məhkəmə istintaqı zamanı verilmiş ifadələr arasında ziddiyyət mövcud deyil. Üstəlik təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs birmənalı olaraq həm ibtidai araşdırma zamanı ilkin izahatında, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə satmadığını bildirmişdir. Hazırki iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs kiminləsə narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, narkotik vasitənin satışından mənfəət əldə etməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdə narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın, heroinin və metamfetaminin ümumi miqdarı həmin maddələrin şəxsi istehlak miqdarından bir az artıq, bükümlərin sayının isə çox olmaması, ayrı-ayrılıqda çəkisi isə şəxsi istehlak miqdarına yaxın olmuşdur. Bu isə təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsinin inandırıcılığına dəlalət edir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan qurudulmuş marixuana, heroin və metamfetamini satış məqsədi ilə əldə edərək saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın, heroini və metamfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hall himayəsində bir azyaşlı uşağının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün bir günü azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmalı və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 04 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalırır. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 379.8 qr narkotik vasitə olan qurudulmuş marixuana, Sumqayıt Şəhər Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2.335 qr narkotik vasitə olan qurudulmuş marixuana, 0,512 qr çəkidə narkotik vasitə olan heroin, 0,498 qr çəkidə psixotrop maddə metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci aparılmış ekspertiza təhqiqatlarının dəyəri 196,40 (bir yüz doxsan altı manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, onun hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün bir günü azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 196,40 (bir yüz doxsan altı manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 379.8 qr narkotik vasitə olan qurudulmuş marixuana, Sumqayıt Şəhər Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2.335 qr narkotik vasitə olan qurudulmuş marixuana, 0,512 qr çəkidə narkotik vasitə olan heroin, 0,498 qr çəkidə psixotrop maddə metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar