Məhkəmə qərarları › İş №1(076)-234/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-234/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-234/2023 21.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X9 və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Səməd Vurğun kəndində qeydiyyatda olan və yaşayan, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X14 zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, X14 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində X5 arasında sonuncunun qeyri-rəsmi münasibətdə olduğu Şahid ilə münasibətdə olmasına görə yaranmış mübahisə zamanı Rafiq Abbasov yumruqla Zərərçəkmiş şəxs vuraraq ona sağ qaşüstü nahiyyənin əzilmiş yarası və sol gözaltı nahiyyənin dəri altı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə normal münasibətləri olmuşdur. O, Şəmkir rayonu, Kür qəsəbəsində yataqxanada yaşayan Şahid ilə aralarında 9 ildir ki ərarvad münasibətləri olmüş və onların 2 övladları vardır. xx.xx.2023-cü il tarixdə o, Şəmkir rayonu, Kür qəsəbəsində Dürdanə ilə birgə yaşadıqları evə gələn zaman Niyaməddinin həmin evdən çıxaraq qaçmasını görmüşdür. Bundan sonra Niyaməddinin arxasınca gedərək binaların arasında onu tutub həmin evə nə məqsədlə gəlməsini aydınlaşdırmaq üçün avtomobilinə gedib kənarda söhbət etməklərini təklif etmişdir. Niyaməddin isə onunla razılaşmayaraq qəfildən ona tərəf yumuruq atmış, lakin yumruq ona dəyməmişdir. Bundan sonra o da, yumruqla bir neçə dəfə Niyaməddinin baş və sifət nahiyyəsindən vurmuş və Niyaməddin yerə yıxılmışdır. Daha sonra isə o, Şəmkir rayonu, Səməd Vurğun kəndində yaşadığı evə getmişdir. O, X2 qısqanclıq zəmnində sifət nahiyyəsindən yumruqla vuraraq ona xəsarətlər yetirmişdir. Bundan əlavə X14 məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi X10 tanıyır və normal münasibətləri olmuşdur. Təxminən bir ildir ki, onun Şəmkir rayonu, Kür qəsəbəsində yataqxanada yaşayan Şahid ilə aralarında qeyri rəsmi münasibətlər vardır. Ondan əvvəl isə Rafiq adlı şəxsin Dürdanə ilə qeyri rəsmi münasibətləri olmuş, sonradan isə onlar ayrılmışlar. xx.xx.2023-cü il tarixdə o, Şəmkir rayonu, Kür qəsəbəsində çayxanada olan zaman Dürdanə mobil telefonla ona zəng edərək yaşadığı evin giriş qapısını düzəltmək üçün onu evinə dəvət etmişdir. O, yataqxanada Dürdanə yaşayan evə gedərək evin giriş qapısını təmir etmişdir. Daha sonra isə yataqxandan çıxan zaman yolda Rafiq ilə rastlaşmışdır. Bu zaman Rafiq onun Dürdanə yaşayan evə getməyini aydınlaşdırmaq üçün onun avtomobili ilə gedib kənarda söhbət etməklərini bildirmişdir. O, isə Rafiq ilə razılaşmamışdır. Bu zaman Rafiq qəfildən yumruqla onun sifət nahiyyəsindən vurmuş və o, huşunu itirərək yerə yıxılmışdır. Onun sifət nahiyyəsində olan xəsarətləri Rafiq Abbasov yumruqla qəsdən vuraraq yetirmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək, X15 ilə barışdığını, dəymiş ziyanı tam olaraq ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, X9 barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflərin xahişi ilə məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsində göstərilmişdir ki, qeyd edilən ünvanda yaşayır, X10 tanıyır və 9 ildir ki, onların aralarında qeyri-rəsmi ər-arvad münasibətləri olmuş və onların 2 uşaqları vardır. Zərərçəkmiş şəxs da tanyır, o ayna-qapı ustasıdır. Niyaməddinlə aralarında yaxşı münasibətlər vardır. xx.xx.2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsində yataqxanada evinin giriş qapısını təmir etmək üçün mobil telefonla Niyaməddinə zəng edərək onu yaşadığı evə dəvət etmişdir. Niyaməddin onun yaşadığı evə gələrək evin giriş qapısını təmir etmişdir. Daha sonra isə Niyaməddin evdən çıxıb gedərkən binanın qarşısında Rafiq Abbasov ilə qarşılaşmışlar. Bu zaman Niyaməddin Rafiqi görüb qaçmış, Rafiq isə Niyaməddinin arxasınca qaçmışdır. O, yaşadığı evə keçmiş, daha sonra bayırdan Rafiq ilə Niyaməddinin mübahisə etməsi səslərini eşidərək DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Niyaməddin ilə Rafiq arasında mübahisə olması və Rafiqin Niyaməddini döyərək ona xəsarət yetirməsi ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən yer Şəmkir rayonu, Kür qəsəbəsi olması müəyyən edilmişdir. Baxış zamanı X1 Rafiq Qafar oğlu tərəfindən döyüldüyü yeri əyani olaraq göstərmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb ekspertinin 18 iyul 2023-cü il tarixli 818 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ qaşüstü nahiyyənin əzilmiş yarası və sol gözaltı nahiyyənin dəri altı hematoması küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 17 iyul 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X14 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. Şəmkir Rayon İHB-nın Şəmkir rayonu Kür qəsəbə İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X9 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Şəmkir Rayon İHB-nın Şəmkir rayonu Kür qəsəbə İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 454 nömrəli arayışdan görünür ki, X3 rayonu, S.Vurğun kəndində qeydiyyatda olmaqla yaşayır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X3 Rayon Məhkəsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 256.2.2-ci maddəsi ilə təqsirli bilinib qazancın 5 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 28-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, təqsirləndirilən şəxs X9 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, X14 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində X5 arasında sonuncunun qeyri-rəsmi münasibətdə olduğu Şahid ilə münasibətdə olmasına görə yaranmış mübahisə zamanı Rafiq Abbasov yumruqla Zərərçəkmiş şəxs vuraraq ona sağ qaşüstü nahiyyənin əzilmiş yarası və sol gözaltı nahiyyənin dəri altı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, təqsirləndirilən şəxs X14 məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, X14 əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X14 cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxs X14 barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə baxışı zamanı X11 dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 36 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. X11 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi **********3800465263, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar