Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-234/2025 21.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı ilə, xx xxxx 1994-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, M.V.Vidadi küçəsi ev 55 A-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlləri törətmişdir. Belə ki, o, 25 aprel 2025-ci il tarixdə Sabirabad rayonu, M.V.Vidadi küçəsində yolun kənarında tapdığı 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Kür qəsəbəsi M.Hüseynzadə küçəsinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdə, saat 18:40-da Şəmkir rayonu, Kür qəsəbəsi M.Hüseynzadə küçəsinə yerləşən H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin qarşısında saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı “ Keno” markalı siqaret qutusunun içərisində saxladığı 1 ədəd kibrit qutusunun içərəsində ümumi təmiz çəkisi 8,17 qram xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 1-2 ay olarki, narkotik vasitə hesab olunan marixuanadan istifadə edir. 25 aprel 2025-ci il tarixdə saat yaşadığı Sabirabad rayonundan çıxıb rayon ərazisində yerləşən çayxanaya saat 14 radələrində getmişdir. Çayxanadan çıxıb saat 17 radələrində yaşadığı ünvana gedərkən yolun kənarında yerdə 1 ədəd kibrit qutusunu görmüşdür. Həmin kibrit qutusu onda maraq kəsb etdiyi üçün onu yerdən götürmüş və içərisini açan zamanı nəşə kimi tanıdığı marixuana olduğunu aşkar etmişdir. O, mariuxana istifadəcisi olduğu üçün kibrit qutusunu bağlayıb üzərinə “Keno” yazılmış siqaret qutusunun içərisinə qoyduqdan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra o, yaşadığı ünvana getmişdir. 26 aprel 2025-ci il tarixdə o, işləmək üçün Şəmkir rayonu Kür qəsəbəsində yaşayan qayınatası Xanlar gilə getməyə qərara gəlmişdir. Saat 14 radələrində o, yaşadığı ünvanı tərk edib ilkin olaraq taksi ilə Padar adlanan əraziyə gəldikdən Şəmkir rayonu Kür qəsəbəsinə gələn mikroavtobusa əyləşib yola düşmüşdür. Saat 18 radələrində Şəmkir rayonu Kür qəsəbəsinə çatıb. Şəmkir rayonu Kür qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin qarşısında piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib üstünü yoxlacaqlarını bildirmişlər. Üstünü yoxlamamışdan əvvəl ona hüquqlarımı izah etdikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorlar, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyini bildirmişlər. O, da 25 aprel 2025-ci il tarixdə Sabirabad rayonu, M.V.Vidadi küçəsində yolunun kənarında yolun kənarından tapdığı üzərinə “ Keno “ yazılmış siqaret qutusunun içərisində kibrit qutusunu əynində olan qara rəngli şalvarın sağ yan cibinə cibimdən çığardıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üstünü yoxladıqdan sonra üzərindən heç bir əşya və ya predment aşkar edilməmişdir. Üstündən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş qutu ilə birlikdə 11,55 qram təşkil eləmişdir. Sonra isə təqdim etdiyi büküm zərfdə qablaşdırılmış və üzəri möhürləndikdən sonra iştirakçılarla birlikdə imza etmişdir. Sonra isə üzərinə baxış keçirilmiş və üzərindən 1 ədəd İnfinix adlı mobil telefon alışqan, mobil telefon üçün adabter aşkar olunmuşdur. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar isə ona geri qaytarılmışdır. Bundan sonra onu Şəmkir RPŞ-nə gətirmişlər və baş təhqiqatçı polis mayoru Asəf Musayev hüquq və vəzifələrini izah etdikdən sonra ona dövlət hesabına Şəmkir rayon Vəkil Burosunun vəkili X7 təqdim olunmuşdur. Müdafiəçi X7 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predment aşkar olunmamışdır. Tədqiqat aparıldıqdan sonra ona məlum olmuş ki, üzərindən aşkar olunmuş marixuananın təmiz çəkisi 8,17 qramdır. O, əvvəllər narkotik vasitə satmamışdır.Onun üzərindən aşkar edilmiş marixuananı satmaq məqsədi olmayıb, o təxminən 2-3 ay olarki narkotik vasitə hesab olunan mariuxanadan istifadə etdiyi üçün üzərimdə saxlamışdır.Narkotik vasitəni 25 aprel 2025-ci il tarixdə Sabirabad rayonu, M.V.Vidadi küçəsində hərəkətdə olarkən yolun kənarından tapmışdır.Ona qarşı Şəmkir RPŞ-də heç bir zorakılıq olmamışdır. Hazırda əməlindən peşmandır, himayəsində iki nəfər azlaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin CA üzrə əməliyyat müvəkili vəzifəsində polis kiçik-leytenantı rütbəsi ilə xidmət edir. Sabirabad rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 26 aprel 2025-ci il tarixdə Sabirabad rayon M.V.Vidadi küçəsi ev 55A-da qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən həmçinin rəhbərliyim ilə, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi polis leytenantı Şahid2, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfərləri, polis baş serjantları X3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır.Həmin tarixdə, saat 18:40 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir şəhəri Kür qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin yaxınlığında saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduqlarını bildirib onların üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri polis baş serjantı Şahid4 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşuldu və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibində saxladığı üzərinə “ Keno “ yazılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd kibrit qutusunu təqdim etmiş və kibrit qutusunun içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər, Təqsirləndirilən şəxs həmin marixuananı, 25 aprel 2025-ci il tarixdə yaşadığı Sabirabad rayonu, M.V.Vidadi küçəsindən tapdığını, öz istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə onun tərəfindən elektron tərəzi ilə çəkilmiş kağız bükümlərlə birlikdə 11,55 qram təşkil etmiş və bundan sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üstündən 1 (bir) ədəd İnfinix markalı mobil telefon aşkar edilmişdir. Üstündən aşkar edilmiş İnfinix markalı mobil telefon sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra isə üst və yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞnin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs baş təhqiqatçı Asəf Musayevə təqdim etmişlər. Sonradan ona məlum olmuş ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin sahə rəisi vəzifəsində polis leytenantı rütbəsi ilə xidmət edir. Sabirabad rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 26 aprel 2025-ci il tarixdə Sabirabad rayon M.V.Vidadi küçəsi ev 55A-da qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir rayon PŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Şəmkir rayon PŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən həmçinin onun rəhbərliyi və iştiraki ilə, onun, Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfərləri, polis baş serjantları X3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. . Həmin tarixdə, saat 18:40 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir şəhəri Kür qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin yaxınlığında saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduqlarını bildirib onların üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri polis baş serjantı Şahid4 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşuldu və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibində saxladığı üzərinə “Keno“ yazılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd kibrit qutusunu təqdim etmiş və kibrit qutusunun içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər, Təqsirləndirilən şəxs həmin marixuananı, 25 aprel 2025-ci il tarixdə yaşadığı Sabirabad rayonu, M.V.Vidadi küçəsindən tapdığını, öz istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə onun tərəfindən elektron tərəzi ilə çəkilmiş kağız bükümlərlə birlikdə 11,55 qram təşkil etmiş və bundan sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üstündən 1 (bir) ədəd İnfinix markalı mobil telefon aşkar edilmişdir. Üstündən aşkar edilmiş İnfinix markalı mobil telefon sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra isə üst və yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞnin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs baş təhqiqatçı Asəf Musayevə təqdim etmişlər. Sonradan ona məlum olmuş ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin sahə polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. Sabirabad rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 26 aprel 2025-ci il tarixdə Sabirabad rayon M.V.Vidadi küçəsi ev 55A-da qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir rayon PŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Şəmkir rayon PŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən həmçinin onun rəhbərliyi və iştiraki ilə, onun, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi polis leytenantı Şahid2 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:40 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir şəhəri Kür qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin yaxınlığında saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduqlarını bildirib onların üzərində yoxlama aparılacağını bildirmişlər, həmin vaxt Şəmkir RPŞ-nin Kür PB-nin sahə polis nəfəri polis baş serjantı Şahid4 tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşuldu və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibində saxladığı üzərinə “Keno“ yazılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd kibrit qutusunu təqdim etmiş və kibrit qutusunun içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər, Təqsirləndirilən şəxs həmin marixuananı, 25 aprel 2025-ci il tarixdə yaşadığı Sabirabad rayonu, M.V.Vidadi küçəsindən tapdığını, öz istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə onun tərəfindən elektron tərəzi ilə çəkilmiş kağız bükümlərlə birlikdə 11,55 qram təşkil etmiş və bundan sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üstündən 1 (bir) ədəd İnfinix markalı mobil telefon aşkar edilmişdir. Üstündən aşkar edilmiş İnfinix markalı mobil telefon sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra isə üst və yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs baş təhqiqatçı Asəf Musayevə təqdim etmişlər. Sonradan ona məlum olmuş ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin sahə polis nəfəri vəzifəsində polis baş serjantı rütbəsi ilə xidmət edir. Sabirabad rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 26 aprel 2025-ci il tarixdə Sabirabad rayon M.V.Vidadi küçəsi ev 55A-da qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir rayon PŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Şəmkir rayon PŞ-nin Kür PB-nin CA üzrə əməliyyat müvəkkili polis kiçik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən həmçinin onun rəhbərliyi və iştiraki ilə, onun, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi polis leytenantı Şahid2 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:40 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Şəmkir şəhəri Kür qəsəbəsi M.Hüseynzadə küçəsində yerləşən H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin yaxınlığında saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduqlarını bildirib onların üzərində yoxlama aparılacağını bildirdik, həmin vaxt onun tərəfindən videogörüntü çəkilmişdir. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşuldu və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibində saxladığı üzərinə “Keno” yazılmış siqaret qutusunun içərisində olan 1 (bir) ədəd kibrit qutusunu təqdim etmiş və kibrit qutusunun içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər, Təqsirləndirilən şəxs həmin marixuananı, 25 aprel 2025-ci il tarixdə yaşadığı Sabirabad rayonu, M.V.Vidadi küçəsindən tapdığını, öz istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə onun tərəfindən elektron tərəzi ilə çəkilmiş kağız bükümlərlə birlikdə 11,55 qram təşkil etmiş və bundan sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üstündən 1 (bir) ədəd İnfinix markalı mobil telefon aşkar edilmişdir. Üstündən aşkar edilmiş İnfinix markalı mobil telefon sonra zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra isə üst və yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayevə təqdim edilmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs baş təhqiqatçı Asəf Musayevə təqdim etmişlər. Sonradan ona məlum olmuş ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Asəf Musayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 26 aprel 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Kür qəsəbəsi, M.Hüseynzadə küçəsində H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmış və onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. “Təqdim edilmiş əşyaya baxış keçirilməsi barədə” 26 aprel 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 26 aprel 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Asəf Musayev tərəfindən Şəmkir rayon Polis şöbəsinin Kür PB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış 01 (bir) ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs olaraq tutulmuşdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 27 aprel 2025–ci il tarixli 16/386 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 8,17 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış, ekspert tədqiqatına sərf etdikdən sonra qalıq qalmış, təmiz çəkisi 8,13 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 01 may 2025–ci il tarixli, 704 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 28 aprel 2025-ci il tarixli 298 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Sabirabad RMX-nin Poliklinika Şöbəsinin xx.xx.2025–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sabirabad RMX-nin Poliklinika Şöbəsində “Narkoloji, dəri-zöhrəvi və psixiatrik kabinetdə dispanser qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. məhkum olunmamışdır. Sabirabad RİHB-nın Sabirabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığından 12 noyabr 2021-ci il tarixdə Probasiya İdarəsinin qeydiyyatdan çıxarılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci ildə anadan olmuş Hüseyn və xx.xx.2018-ci ildə anadan olmuş Elnarə adlı iki nəfər azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahılar”ın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,17 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iki nəfər azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2025–ci il tarixdən, 28 aprel 2025–ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı,cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Şəmkir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,13 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 30, 40 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 17 (on yeddi) saata görə 187 (bir yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2025–ci il tarixdən, 28 aprel 2025–ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonunun hüdudlarını tərk etməmək, Sabirabad şəhərində yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8,13 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD- R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 17 (on yeddi) saata görə 187 (bir yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-234/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-234/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver