Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-235/2023 28.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonunun İrmaşlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində yerləşən evdə ucadan danışaraq ailə üzvlərinin narahatçılığına səbəb olması və həmin vaxt evdə olan bacısının övladının dərslərini hazırlamasına maneə yaratmasına görə bacısı Zərərçəkmiş şəxs ona irad bildirməsi səbəbindən sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan dırnaq tutan alət ilə Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə onun sifət nahiyəsinə qəsdən vuraraq alt çənənin sağ bucağının kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Onun Zərərçəkmiş şəxs ilə münasibəti normal olmuşdur. 12 fevral 2023-cü il tarixdə o, yaşadığı evə gəlmiş, əsəbi olduğu üçün anası Şahid ilə mübahisə etməyə başlamış, bu zaman bacısı ona qışqırmamağını, uşağa dərs öyrətdiyini demiş, o, da əsəbi olduğu üçün qeyri-ixtiyari olaraq bacısının üzərinə gedib “onun qarışmamasını” deyib bacısına qışqırmışdır. O, özünü cilovlaya bilməyib bacısının başından dartıb aşağı salmış, əlində olan dırnaq tutanla bacısının üzündən xəsarət yetirmişdir. Bundan sonra bacısının üzündən qan axdığını görüb bacısını buraxmışdır. Bacısı bundan sonra DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. O, davadan sonra sakitləşmək üçün kəndin mərkəzinə getmiş, həmin aləti də oraya atmış, həmin dava zamanı yanlaırnda anası Zəhra olmuş, dava təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt onda bıçaq olmamış, o, bacısına bıçaqla xəsarət yetirməmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, Namiqlə bir evdə yaşayır, onların arasında olan münasibətləri daima olaraq normal olmuşdur. 12 fevral 2023-cü il tarixdə saat 20 radələrində o, yaşadığı Şəmkir rayonu, İrmaşlı kəndində oğluna dərslərini etməsi üçün köməklik edən zaman qardaşı Namiq yaşadıqları evə daxil olmuş, anası Şahid üstünə qışqırmağa başlamışdır. O, bu zaman Namiqə irad bildirərək uşağa dərs başa saldığını, qışqırmamasını demişdir. O, bunu dedikdən sonra Namiq onun üstünə gəlmiş, onunla mübahisə etməyə başlamış, o, Namiqə ona qışqırmamasını, mübahisəni sonlandırmasını demiş, bu zaman Namiq onun başını aşağı salaraq əlində olan nə isə alətlə onun üzünə xəsarət yetirmişdir. O, Namiqin əlindən çıxdıqdan sonra üzündən qan axdığını görmüş, bu səbəbdən də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Hadisə zamanı orada anası Şahid olmuş, dava isə təxminən 5 dəqiqə davam etmiş, qardaşı ona görmədiyi alətlə xəsarət yetirmiş, o, qorxduğu, həm də əsəbi olduğu üçün DİN-nin 102 zəng xidmətinə müraciət edən zaman qardaşının ona bıçaqla xəsarət yetirdiyini demiş, qardaşının əlində həmin vaxt bıçaq olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 138 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- alt çənənin sağ bucağının kəsilmiş yarası İTİ kənarlı əşya ilə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddəti 12 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)-286/2022 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1 ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1 ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-235/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-235/2023
28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver