Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-235/2024 09.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Abşeron Rayonu, Qobu Qəsəbə Ə/D, Qobu Qəsəbəsi, X11, Ev 41 -də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə arvadı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncuya verdiyi telefon nömrəsinə zəng etməklə Abşeron rayonu, Digah kəndi, Bülbül küçəsində yaşayan Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlayıb onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkən övladı X1 azadlıqdan məhrumetmə ilə bağlı cəzasının bir hissəsini çəkməkdən azad olunaraq əfv sərəncamında olan şəxslərin siyahısına əlavə edilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin binasının və Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən “Araz” marketin içərisindəki “E-manat” ödəmə terminalı vasitəsilə arvadı Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-7387-2764-3631 nömrəli bank kartına ümumilikdə 1720 (bir min yeddi yüz iyirmi) manat məbləğində pulu ödətdirməklə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyəti ilə arvadı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncuya verdiyi telefon nömrəsinə zəng etməklə Şəmkir rayonu, Qaracəmirli kənd sakini Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxlayıb onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkən övladı X3 azadlıqdan məhrumetmə ilə bağlı cəzasının bir hissəsini çəkməkdən azad olunaraq əfv sərəncamında olan şəxslərin siyahısına əlavə edilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “Oba” marketin içərisindəki “E-manat” ödəmə terminalı vasitəsilə arvadı Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-7387-2764-3631 nömrəli bank kartına ümumilikdə 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində pulu ödətdirməklə Zərərçəkmiş şəxs1 əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il cəza almışdır. 2018-ci ilin sentyabr ayının 7-dən 17-saylı cəzaçəkmə müəssəsində cəza çəkən X2 və X4 tanıyır. Həmin şəxslərin onunla birlikdə 17-saylı cəzaçəkmə müəssəsində cəza çəkirdilər. Şahid2 barəsində edilən şikayətlə tanışdır. Belə ki, o, Şahid2 ilə 2021-ci ildə ailə həyatı qurmuşdur. 2022-ci ilin oktyabr ayında yoldaşı ilə əlaqə saxlayıb danışan zaman ona Tərlan Şahkərəmov ev nömrəsini verib ki, Tərlanın anasına özünü əfv komissiyasının üzvi kimi təqdim edib onun övladını əfv siyahasına sala biləcəyini deməyini bildirmişdir. Günay Tərlanın anası ilə danışdıqdan sonra Tərlanın əfv edilməsi adı ilə ümumilikdə 1720-manat pul almışdır. Aldığı puldan 1520 manatı 3-dəfəyə ona göndərmişdir. Yerdə qalan 200 manat pulu isə Şahid2 şəxsi ehtiyacları üçün xərcləmişdir. 2022-ci ildə dekabr ayında o, Günaya zəng edərək pula ehtiyacı olduğunu Tərlan Şahkərəmova etdikləri hərəkəti Şəhriyara da etməyini bildirmişdir. X8 validleylərindən ümumilikdə əfv komissiyası adından 3376 manat pul almışdır. Aldığı puldan 2200 manatını ona yerdə qalan 1276 manatı isə şəxsi ehtiyacları üçün istifadə etmişdir. Şahid2 barəsində şikayət edildikdən sonra Tərlan Şahkərəmovun valideyinlərinə 1720 manat, Şəhriyar Rzayevin valideyinlərinə isə o pulu tam ödəyib. O, etdiyi əməldən peşmandır. Həmin şəxslərin telefon nömrələrini həmin şəxslər özləri ona təqdim etmişlər. O, Şahid2 vasitəsi ilə aldığı pulları türmədə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin şəxslərin etdiyi əməldən xəbərləri olmayıb. O, etdiyi əməldən səmimi peşmandır. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı etdiyi əməllərindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır, onlara dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı şikayətləri və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Qaracəmirli kəndində ailə üzviləri ilə birlikdə yaşayır. O, Şəmkir rayonu, Qaracəmirli kənd tibb məntəqəsində tibb bacısı işləyir. X7 onun oğludur. Şahid1 onun gəlinidir. Onun oğlu Şəhriyar 2019-cu il tarixdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulmuşdur. Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 saylı cəza çəkmə müəssəsində cəza çəkir. 2022-ci ilin dekabr ayında Şəmkir rayonu, Qaracəmirli kəndində yaşadıqları evdə olan zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tanımadığı şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək özünü əfv komissiyasının üzvü Gülnarə kimi təqdim edib oğlu Şəhriyar Rzayevin cəzasının 8 noyabr zəfər bayramı ilə əlaqədar bir ilinin üzərindən götürüləcəyini və 876 manat dövlət rüsumu ödənilməli olduğunu bildirmişdir. O, həmin vaxt onunla telefonda danışanda onun dediklərinə inanmışdır. O, ona kart hesabının nömrəsini vermişdir. O, da 27 dekabr 2022-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “Oba” marketdə olan e-manat ödəmə terminalı vasitəsilə həmin şəxsin verdiyi hesaba ümumilikdə 876 manat pul köçürmüşdür. Daha sonra həmin şəxs təkrar onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb həmin işin həll edilməsi üçün əlavə olaraq 1500 manat pul ödənişi etdikdən sonra oğlu Rövşən Rzayevin əfv siyahısına adı salınacağını bildirmişdir. O, da təkrar olaraq eyni marketdən milli ön terminalı vasitəsilə Gülnarə kimi tanıdığı həmin qadının ona verdiyi hesab nömrəsinə 1500 (bir min beş yüz) manat pul köçürmüşdür. Mobil telefonla Gülnarə kimi tanıdığı həmin qadınla danışan zaman ona oğlunun 2023-cü ilin mart ayında əfv siyahısına düşəcəyini bildirmişdir. O, 2023-cü ilin mart ayında həmin şəxslə telefonla əlaqə saxlayıb işin nə vəziyyətdə olduğunu soruşduqda həmin şəxs oğlunun işinin həll olduğunu, oğlunun işinin birinci növbədə həll olunması üçün şirinlik kimi 1000 (bir min) manat pul verməli olduğumu demişdir. O, bundan sonra yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “Oba” market adlı marketin qarşısında yerləşən elektron ödəmə terminalı vasitəsilə 03 mart 2023-cü il tarixdə Gülnarə kimi tanıdığı qadının ona dediyi bank hesabı kartına 1000 (bir min) manat məbləğində pul göndərmişdir. Bundan sonra isə Gülnarə adlı həmin qadınla dəfələrlə əlaqə saxlayaraq oğlunun işinin nə yerdə olduğunu soruşduqda hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək tezliklə işin həll olacağını demişdir. Lakin hazırkı tarixədək olan vaxt ərzində onların işləri həll olmamışdır. Gülnarə kimi tanıdığı həmin qadın onu aldadaraq pulunu ələ keçirmişdir. Gülnarə kimi özünü təqdim edən qadını onun oğlunun adının 8 noyabr Zəfər bayramı münasibətilə əfv siyahısına saldıracağı, oğlunun adının təkrar əfv siyahısına salınması və 2023-cü ilin mart ayında əfv siyahısına ilk sıralarda salınması və şirinlik verməli olduğu adı ilə aldadaraq ümumilikdə ona məxsus 3376 manat məbləğində pulunu ələ keçirmişdir. Gülnarə adlı qadına pulları Gülnarənin ona dediyi bank hesabı kartına göndərmişdir. Gülnarənin ona dediyi 4169 7387 2764 3631 saylı bank hesabına müxtəlif vaxtlarda 27 dekabr 2022-ci il tarixdə 876 manat, 29 dekabr 2022-ci il tarixdə 1500 manat və 03 mart 2023-cü il tarixdə 1000 manat pulu elektron ödəmə terminalı vasitəsilə göndərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Digah kəndi Bülbül küçəsində ailə üzviləri ilə birlikdə yaşayır. Həyat yoldaşı 1993-cü ildə vəfat edib. Dörd övladı var. O, Mehdiabad qəsəbəsində yerləşən Əsgülüm restoranında qabyuyan xadimə işləyir. Onun heç kimlə ədavəti və düşmənçiliyi yoxdur. Şəmkir RPŞ-də aparılan araşdırma ilə bağlı onu demiş ki, onunla birlikdə yaşayan kiçik oğlu Tərlan təxminən 5 il bundan əvvəl cinayət məcəlləsinin 181.3-cü naddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hal-hazırda oğlu cəzasını Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssəsində çəkir. O, oğlunu vaxtından əvvəl cəzaçəkmə müəssəsindən çıxartmaq üçün əfv komsiyasına müraciət etmişdir. Lakin ondan bir nəticə olmadığı üçün 2022-ci ilin oktyabr ayında oğlu Tərlanın cəzasının yarısını çəkib qutardığı üçün vaxtından əvvəl türmədən çıxartmaqdan ötrü cənab Prezidentə və Ədliyyə Nazirliyinə çoxsaylı məktublar ünvanlamışdır. 2022-ci ilin oktyabr ayında məktubları ünvanladıqdan 10 gün sonra onun telefonuna ***-***-**-** mobil nömrəsindən zəng gəlmişdir. Özünü ona əfv komisiyasının üzvi kimi təqdim edən və adını Gülnarə olduğunu deyən xanım oğlunu türmədən çıxartmaqla müraciət etdiyimi bildirmişdir. O, da buna çox sevinmişdir. Gülnarə ona şəhid ailəsi kimi müraciətinə baxıldığını deyib o, da oğlu Tərlanın həyat yoldaşının, uşağının və onun şəxsiyyət vəsiqələrinin sürətini, nikah haqqında şəhadətnamənin surətini ona göndərməyini və ondan oğlunu türmədən vaxtından əvvəl çıxarmağın üçün ilkin olaraq 920 manat pul lazım olduğunu bildirmişdir. O. da bununla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Gülnarənin ona bildirdiyini 4169-7387-2764-3631 nömrəli Kapital Banka aid olan plastik kart hesabına 920 manat pulu Bakı şəhəri, Yasamal rayonu,H.Zərdabı küçəsində onkoloji xəstəxananın içərisində olan “E manat” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Sonra isə ona yenidən xx.xx.2022-ci il tarixdə yenidən zəng edərək əlavə olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. O, da bununla razılaşmış və Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən “Araz” marketinin içərisində olan “E manat” ödəmə terminalı vasitəsi Gülnarənin ona göndərdiyi plastik karta 500 manat mədaxil etmişdir. ona tezlikdə oğlunun işinin həl edəcəyini bildirmişdir. Ona yenidən zəng edərək əlavə olaraq 300 manat pul lazım olduğunu bildirmişdir. O, da yenidən razılaşaraq 300 manat pulu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabı küçəsində onkoloji xəstəxananın içərisində olan “E manat” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Pulu göndərdikdən sonra onunla əlaqə saxlayıb işin hansı vəziyyətdə olduğunu soruşduqda ona sənədlərin hazırlandığını və 2022-ci ilin dekabr ayının 10-da oğlumun azadlığa çıxacağını bildirmişdir. 2022-ci ilin dekabr ayının 10-da Glünarəyə zəng edib oğlunun azadlığa nə səbəbə çıxmadığını soruşduqda ona müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, da məcbur qalıb yuxarı instansiyalara müraciət etmişdir. Müraciət etdikdən sonra özünü Gülnarə kimi təqdim edən xanımın əslində Şahid2 olduğu müəyyən olunmuş və ona dəymiş 1720 manat ziyan ödənmişdir. Onun hal-hazırda heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu azad edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Paşa qızı tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş səxslərə vurmuş olduğu 5096 (beş min doxsan altı) manat pulun 25 faizini yəni, 1275 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, onların barışmasını və dəymiş ziyanın qanunla müəyyən olunmuş miqdarda faizini dövlət büdcəsinə ödəməsini əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2–ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM–nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189–1.2–1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.2.1 və 178.2.2-ci maddələri ilə verilmiş ittihamın həcmi 5096 manatdır. Azərbaycan Respublikası CM–nin 73–1.2–ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi (5096 m x 25:100) 1274 manat təşkil edir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 12 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 72 (yetmiş iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci mаddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclasında zalında həbsdən azad edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 12 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 72 (yetmiş iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-235/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-235/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver