Məhkəmə qərarları › İş №1(076)-235/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-235/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-235/2025 18.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2, xx.xx.1984-ci il tarixdə Şəmkir rayonda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayonu, Krazyolu yaşayış massivində, torpaq yolda "Qəhrəman Marketin"in yaxınlığında əvvəllər aralarında olan razılaşmaya əsasən ona məxsus əkin sahəsində işləmək və qum almaq üçün vermiş olduğu 50 (ǝlli) manat pulun 04 (dörd) manatına qum alıb, qalan 46 (qırx altı) manatını isə ələ keçirib söz verdiyi işləri görməməsi səbəbindən Gədəbəy rayonu, Arısu kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlə mübahisə zamanı ondan qisas almaq məqsədilə onu təpik zərbəsi ilə qəsdən vuraraq sol baldırın yuxarı üçdə birinin ön səthinin əzilmiş-sıyrılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir şəhəri, X2 küçəsi, ev 6 ünvanında ailə üzviləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi Şəmkir rayon ərazisində yerləşən özünə məxsus torpaq sahəsində əkinçilik təsərrüfatı ilə məşğul olur. Ailəlidir 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Gədəbəy rayonu, Arisu kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs əvvəllər ayrı-ayrı vaxtlarda ona məxsus torpaq sahəsində günǝmuzd işləmişdir. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, 2025-ci ilin fevral ayının ortalarında o, Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, ona özünə məxsus Şəmkir rayonu, Kraz Yolu yaşayış massivində "Qəhrəman Marketin yaxınlığında yerləşən torpaq sahəsində olan payızdan tökülmüş ağacların yarpaqlarını və orada olan daş parçalarını təmizləməyi bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Beləliklə də 2025-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs ona məxsus Şəmkir rayonu, Kraz Yolu yaşayış massivində yerləşən torpaq sahəsinə gələrək orada olan payızdan tökülmüş yarpaqları təmizləyib 2 gün işlədikdən sonra ona günəmuz işlədiyi  3 üçün ümumilikdə 30 (otuz) manat məbləğində pul vermişdir. Həmçinin həmin vaxt o, 50 (əlli) manat pulu nəğd olaraq Zərərçəkmiş şəxs verib ondan ona 4 (dörd) manatlıq iki kisə qum alıb gətirməsini xahiş etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs ona qum alıb gətirməməsini gördüyü üçün o, həmin torpaq sahəsinin ayaq hissəsindən giriş qapısının yanına gəlmişdir. Orada Zərərçəkmiş şəxs iki kisə qum alıb həmin qumu ona məxsus torpaq sahəsinə qoyub getməsini, lakin ona qum alması üçün verdiyi 50 (ǝlli) manat puldan qalan 46 (qırx altı) manatını ona qaytarmadan xəbərsiz getməsini görmüşdür. O, da mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs zəng edərək, ondan hara getməsini soruşan zaman Zərərçəkmiş şəxs ona yaşadığı ünvana getməsini demişdir. O, Zərərçəkmiş şəxs qalan 46 (qırx altı) manat pulunu istəmişdir. Zərərçəkmiş şəxs da ona 46 (qırx altı) manat pulunu verəcəyini deyib telefonu söndürmüşdür. Təxminən 2025-ci ilin fevral ayının sonlarında tanışı Şahid2 Sǝdayi oğlu ilə onun yaşadığı küçədə görüşən zaman o, Şahid2 Zərərçəkmiş şəxs ona məxsus əkin sahəsində gördüyü təmizlik işlərini yarımçıq qoyaraq getməsini bildirmişdir. 03 mart 2025-ci il tarixdə, saat 16:30 radələrində tanışı Şahid2 ona mobil telefon vasitəsi ilə zəng edərək Zərərçəkmiş şəxs Şəmkir rayonu, Kraz Yolu yaşayış massivində torpaq yolla getməsini demişdir. Həmin vaxt o, da özünə məxsus olan "Qazel" markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək, Şəmkir rayonu, Kraz Yolu yaşayış massivində torpaq yolda Zərərçəkmiş şəxs özünə məxsus yerǝkǝn traktoru ilə getməsini görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq ondan nə səbəbə ona məxsus həmin ərazidə yerləşən torpaq sahəsində işlərini davam etmək üçün gəlməməsini soruşan zaman Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün onunla aralarında mübahisələri baş vermişdir. Mübahisə zamanı o, əsəbi olduğu üçün Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsindən tutub onu traktordan yerə düşürərək, bir dəfə təpik zərbəsi ilə onun sol qılça nahiyəsindən vuraraq ona qəsdən xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslər barışmışdır, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Sǝdayi oğlu ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 3 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Lakin Gədəbəy rayonu, Arısu kənd sakini Zərərçəkmiş şəxs təxminən bir il müddətdir tanıyır. Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 2025-ci ilin fevral ayının sonlarında dostu Təqsirləndirilən şəxs ilə yaşadıqları küçədə görüşən zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Zərərçəkmiş şəxs ona məxsus Şəmkir rayon ərazisində yerləşən əkin sahəsində olan daşları təmizləyən zaman o, Zərərçəkmiş şəxs 50 (əlli) manat pulu nəğd olaraq verib ondan 4 (dörd) manatlıq iki kisə qum alıb gətirməsini xahiş etməsini, lakin sonradan Zərərçəkmiş şəxs ona qum alıb gətirməməsini gördüyü üçün o, həmin torpaq sahəsinin ayaq hissəsindən giriş qapısının yanına gəlməsini, orada Zərərçəkmiş şəxs iki kisə qum alıb həmin qumu ona məxsus torpaq sahəsinə qoyub getməsini, lakin ona qum alması üçün verdiyi 50 (əlli) manat puldan qalan 46 (qırx altı) manatını ona qaytarmadan xəbərsiz getmişdir. 03 mart 2025-ci il tarixdə, saat 17:30 raələrində o, Şəmkir rayonu, Kraz Yolu yaşayış massivində yerləşən metal qəbulu məntəqəsinin qarşısında olan zaman Zərərçəkmiş şəxs yer əkən traktoru ilə getməsini gördüyü üçün o, tanışı Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng edib Zərərçəkmiş şəxs onun işlədiyi metal qəbulu məntəqəsinin qarşısından keçməsini bildirərək, öz işlərinə davam etməyə başlamışdır. Həmin tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, onu Kraz Yolu yaşayış massivində yerləşən “Qəhrəman” marketin yaxınlığına çağırmışdır. O, da Təqsirləndirilən şəxs ona bildirdiyi yerə gedən zaman Zərərçəkmiş şəxs məxsus yer əkən traktorunun orada olmasını, lakin Zərərçəkmiş şəxs özünün orada olmamasını görmüşdür. Sonradan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, Zərərçəkmiş şəxs yarımçıq qalan işlərini görməsini tələb edən zaman Zərərçəkmiş şəxs onu təhqir etmiş və bu səbəbdən də aralarında mübahisələri baş vermişdir. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsindən tutub traktordan yerə düşürməsini və təpik zərbəsi ilə onun sol qılça nahiyəsindən vurub ona xəsarət yetirməsini bildirmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs özünə məxsus trakotorunun orada sahibsiz qoyaraq qaçıb getməsini, Zərərçəkmiş şəxs məxsus trakotoru özünə məxsus “Qazel” markalı avtomobilə mindirərək, Zərərçəkmiş şəxs təhvil vermək üçün aparmaq istəməsini demişdir. O, da Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs məxsus yer ǝkǝn traktorunu ona məxsus “Qazel” markalı avtomobilin yük hissəsinə mindirmişlər. Sonradan Təqsirləndirilən şəxs eşitmişdir ki, o, Zərərçəkmiş şəxs məxsus yer ǝkǝn traktorunu aparıb onun müvəqqəti yaşadığı Şəmkir rayonu, Kraz Yolu yaşayış massivində yerləşən daş sexinin həyətində yerləşən fərdi yaşayış evinin qarşısına düşürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş 4 mart 2025-ci il tarixli, 145 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-sol baldırın yuxarı üçdə birinin ön səthinin əzilmişsıyrılmış yarası KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 03 mart 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəmkir rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı üçün xitam edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. İşdə olan Şəmkir RİHB-nin Dəllər-Cırdaxan kənd İ.Ə.D-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində, Şəmkir şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir xx.xx.2012-ci təvəllüdlü X1 adlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayonu, Krazyolu yaşayış massivində, torpaq yolda "Qəhrəman Marketin"in yaxınlığında əvvəllər aralarında olan razılaşmaya əsasən ona məxsus əkin sahəsində işləmək və qum almaq üçün vermiş olduğu 50 (ǝlli) manat pulun 04 (dörd) manatına qum alıb, qalan 46 (qırx altı) manatını isə ələ keçirib söz verdiyi işləri görməməsi səbəbindən Gədəbəy rayonu, Arisu kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlə mübahisə zamanı ondan qisas almaq məqsədilə onu təpik zərbəsi ilə qəsdən vuraraq sol baldırın yuxarı üçdə birinin ön səthinin əzilmiş-sıyrılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirməsi özünün ifadəsi, şahidlərin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində 1 uşağı olmasını, zərərçəkmiş şəxslə barışmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 10 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın 110 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i̇ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar