Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-238/2023 22.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Mamedov Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublika vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Kür qəsəbəsi S.Vurğun küçəsi ev 1, mənzil 49-da qeydiyyatda olan və yaşayan, Mamedov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mamedov Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Mamedov Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu Kür qəsəbəsində yaşayan qeyri rəsmi münasibətdə olmaqla faktiki ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs arasında sonuncunun anası Şahid məxsus olan evdə ailədaxili münasibətlər zəminində mübahisə baş vermiş, yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Mamedov masanın üzərində olan qənd qabı ilə bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq sonuncuya başın tüklü hissəsində sol təpə-ənsə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Mamedov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona istinad olunan əməli törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır və onların bir uşaqları vardır. Bir müddət əvvəl onlar Təhminənin anası Xanıma görə aralarında dava-dalaş olmuşdur. 12 iyul 2023-cü il tarixdə saat 17 radələrində Təhminə ona bildirmişdir ki, evdən çıxıb gedəcəkdir. Bir neçə saatdan sonra Təhminənin evdə olmadığını görmüş, ona görə də Təhminənin anasının yaşadığı evə getmiş və Təhminənin anası Xanımın evində olmadığını görmüşdür. O, Təhminənin anasının evindən qayıdıb getdikdən sonra anası ona zəng edərək Təhminənin qonşuda olmasını bildirmişdir. O, da həmin qonşunun evinə getmişdir. Qonşu ona Təhminənin orda olmadığını, anasının yanında olduğunu demişdir. O, yenidən Təhminənin anası Xanımın yaşadığı evə gedən zaman Təhminənin orda olmasını görmüşdür. Evə daxil olan zaman Təhminənin saçından tutaraq stolun üzərində olan qənd qabını götürüb Təhminənin başına vurmuşdur. Daha sonra yerə yıxılan zaman bir neçə dəfə Təhminənin bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq döymüşdür. Bundan əlavə Mamedov Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməl üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslə barışdığını və bir ailə olaraq birlikdə yaşadıqlarını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq cinayət işinin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mamedov Təqsirləndirilən şəxs onun əridir və onların birgə nikahlarından bir uşaqları vardır. Bir neçə müddət əvvəl anası Xanıma görə aralarında narazılıq olmuşdur. Qaynanası Lalaxanım onunla hər gün mübahisə etdiyi üçün bezib anası Xanımın evinə getmək qərarına gəlmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə saat 17 radələrində anası Xanımın yaşadığı evə gedən zaman evə girməmişdən əvvəl həmin binanın həyətində oturmuşdur. Həmin vaxt anası Xanımın işə getdiyini görmüşdür. O, qonşudan evin açarını alaraq evə daxil olmuş və bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs onun anası Xanımın evinə gəlmişdir. Təqsirləndirilən şəxs ona qapını açmağını bildirmiş və o, da qapını açmışdır. Təqsirləndirilən şəxs içəri girən zaman onun saçından tutaraq stolun üzərinə tərəf itələmiş və əsəbi soyumadığı üçün stolun üzərində olan qənd qabını götürərək onun baş nahiyyəsinə vurmuşdur. O, yerə yıxılan zaman Təqsirləndirilən şəxs əli və ayağı ilə bir neçə dəfə onun bədənini müxtəlif nahiyyələrinə vuraraq onu döymuşdür. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Mamedov Təqsirləndirilən şəxs ilə barışdığını və bir ailə olaraq birlikdə yaşadıqlarını, dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Mamedov Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə tərəflərin xahişi ilə məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs Mamedov onun kürəkəni və Zərərçəkmiş şəxs isə qızıdır. Onların arasında bir müddətdir olar narazılıq vardır və davam etməkdədir. Təhminə bir neçə dəfə Təqsirləndirilən şəxslə dalaşdığı üçün yaşadığı evdən çıxıb onun yanına gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evinə gələn zaman evdə Təhminənin başının qanamasını görmüşdür. Təhminə əri Təqsirləndirilən şəxs o evdə olmayan vaxt evə gəlməsini, mübahisə etmələrini və mübahsiə zamanı Təqsirləndirilən şəxs masanın üzərində olan qənd qabı ilə onun başına vuraraq xəsarət yetirməsini bildirmişdir. Bu səbəbdən qızı Təhminənin əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə polisə məlumat verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən yer Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən 1 saylı yataqxanada yaşayış anası Xanımın evinin olması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs Mamedov tərəfindən döyüldüyü yeri əyani olaraq göstərmişdir. Şəmkir rayon məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Şəmkir şöbəsinin məhkəmə-tibb ekspertinin 14 iyul 2023-cü il tarixli 810 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş Xəsarətlər- başın tüklü hissəsində sol təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, üst göz qapağının, burun yəhərinin, sağ kürək nahiyəsinin və sol bazunun ort üçdə birinin qançırları KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 12 iyul 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində so! təpə-ənsə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir üst göz qapağının, burun yəhərinin, sağ kürək nahiyəsinin və sol bazunun ort lüçdə birinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Mamedov Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imza edərək təsdiq etmişdir. Şəmkir Rayon İHB-nın Şəmkir rayon Kür qəsəbəsi üzrə İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Mamedov Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Şəmkir Rayon İHB-nın Şəmkir rayonu Kür qəsəbəsi üzrə İnzabati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 319 nömrəli arayışdan görünür ki, Mamedov Təqsirləndirilən şəxs Şəmkir rayonu, Kür qəsəbəsi, P.Təqsirləndirilən şəxsov küçəsi, ev 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan AZ İV 856980 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mamedov Təqsirləndirilən şəxs himayəsində 13 may 2023-cü il tarixdə anadan olmuş Mamedova Məryəm Təqsirləndirilən şəxs qızı adlı bir nəfər azyaşlı uşağı vardır. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Mamedov Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökm ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 331.2, 62, 332.1, 333.3, 66.2, 66.5 və 68.2ci maddələri ilə təqsiri bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 332.1-ci maddələri hökmdən caric edilmiş və cəzası 03 il 03 ay AŞMŞEŞ saxlanılmış və 200 manat cərimə cəzası xaric edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli hökm dəyişdirilərək, qəti olaraq 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, (Azərbaycan Respublikası CM-nın 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin). Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə müəyyən olunur ki, təqsirləndirilən şəxs Mamedov Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Mamedov Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu Kür qəsəbəsində yaşayan qeyri rəsmi münasibətdə olmaqla faktiki ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs arasında sonuncunun anası Şahid məxsus olan evdə ailədaxili münasibətlər zəmnində mübahisə baş vermiş, yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Mamedov masanın üzərində olan qənd qabı ilə bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq sonuncuya başın tüklü hissəsində sol təpə-ənsə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini, onunla barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin, təqsirləndirilən şəxs Mamedov Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, Mamedov Təqsirləndirilən şəxs əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır, cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Mamedov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxs Mamedov Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mamedov Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə baxışı zamanı Mamedov Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 36 manat məbləğində pul ödənilməsi üçün işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Mamedov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Mamedov Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-238/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-238/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver