Məhkəmə qərarları › İş №1(076)-238/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-238/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-238/2024 24.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxx 2000–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaq həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə saat 10:30 radələrində Şəmkir rayonu, Keçili kəndində Zərərçəkmiş şəxs atası Şahid2 döyməsinə görə aralarında yaranmış mübahisə zamanı bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq sonuncuya sağ gözətrafı yumşaq toxumaların dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur, həmçinin aralarında qohumluq münasibətləri var. Təxminən 5-6 il olar ki, onun atası Şahid2 öz əmisi oğlu Zərərçəkmiş şəxs ilə küsülüdürlər və bir-birləri ilə danışmırlar. Bir müddət əvvəl atası Şahid2 Şəmkir rayonu, Keçili kəndində yaşadıqları evin dam örtyündən yerə tökülən yağış suyunun qarşısını almaq üçün su borusunu yaşadıqları evin divarına bitişik yerləşdirmişdir. 03 iyul 2024-cü il tarixdə saat 10:30 radələrində Şəmkir rayonu, Keçili kəndində yaşadığı evin həyətində olan zaman küçədə atasının səsini eşidib küçəyə çıxmışdır. O, küçəyə çıxan zaman atası Şahid2 ilə qonşusu Zərərçəkmiş şəxs mübahisə etdiklərini, mübahisə zamanı Əhəd Qəhərmanovun atası Şahid2 qarşı nalayiq söyüşlər söyərək sillə ilə onun sifət nahiyəsinə vurduğunu görmüşdür. O, onlara yaxınlaşaraq onları sakitləşdirmək istəmişdir. Həmin vaxt atası Şahid2 ilə qonşuları Zərərçəkmiş şəxs bir-birlərini itələmişlər və Əhədin ayağı su arxının içərisinə düşdüyü üçün yerə yıxılmışdır. Həmçinin o, da müvazinətini itirib yerə yıxılmışdır. O, Əhədin yerdən qalxmasına köməklik etmiş və atası ilə mübahisə etməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs bir qədər onların yanından uzaqlaşmış və geriyə dönərək onun ailə üzvlərinə qarşı nalayiq söyüşlər söymüşdür. Bu zaman o, əsəbləşərək Zərərçəkmiş şəxs üzərinə getmiş və iki dəfə yumruqla onun sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur, həmçinin aralarında qohumluq münasibətləri vardır. Orxanın ailə üzvləri ilə münasibətləri normal olmamışdır. Şəmkir rayonu, Keçili kəndində ona məxsus hazırda yaşadığı fərdi yaşayış evini 1976-cı ildə mərhum atası Qərib Qəhrəmanov mərhum əmisi Vahid Qəhrəmanovdan satın almışdır. Həmin fərdi yaşayış evini həmçinin onun digər mərhum əmisi Valeh Qəhrəmanovda almaq istəmiş, lakin ala bilməmişdir. Həmin vaxtdan sonra əmisi Valeh Qəhrəmanovun ailə üzvləri ilə onun ailə üzvlərinin arasında narazılıq yaranmışdır. Həmçinin onların fərdi yaşayış evləri arasında tikili vardır. Həmin tikili ona məxsus torpaq sahəsinin ərazisinə düşsə də, faktiki olaraq Şahid2 istifadəsindədir. Bir müddət əvvəl Şahid2 öz fərdi yaşayış evinin dam örtüyündən gələn yağış sularının qarşısını almaq məqsədi ilə fərdi yaşayış evinin həyətyanı sahəsində olan tikilinin divarına su borusu yerləşdirmiş və həmin su borusunu onun fərdi yaşayış evinin yaxınlığına gətirib qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Şəmkir rayonu, Keçili kəndində yaşadığı evin qarşısında olan zaman Şahid2 həmin su borusunu bir qədər onun evinin yaxınlığından kənara qoymasını xahiş etmişdir. Həmin vaxt Şahid2 həmin su borsunun yerini dəyişməyəcəyini ona bildirmişdir. Bu zaman o, su borusunu əlinə götürərək kənara atmş və Şahid2 həmin su borusunu kənara qoymamasını demişdir. Şahid2 isə onun üzərinə gələrək əlləri ilə onun köynəyindən tutmuşdur. O, da Sahibin köynəyindən tutaraq ona kənarda durmasını demişdir. Həmin vaxt Şahid2 oğlu Təqsirləndirilən şəxs arxa tərəfdən ona yaxınlaşaraq bir əli ilə onun boğazından tutub sıxaraq onu özünə tərəf çəkmiş və yumruqla onun sağ göz nahiyəsinə iki dəfə vuraraq ona xəsarət yetirmişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş və ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Yusif oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, X1 və Şahid2 onun qonşularıdır, qonşularının hamısı ilə normal münasibəti vardır. 03 iyul 2024-cü il tarixdə saat 10:30 radələrində Şəmkir rayonu, Keçili kəndində yaşadığı evin yerləşdiyi küçədə olan zaman Zərərçəkmiş şəxs, Şahid2 və onun oğlu Sənan Qəhrəmanovun küçədə mübahisə etdiklərini və Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən xəsarət almasını görmüşdür. Onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs qolundan tutub sakitləşdirib öz yaşadığı evə gətirmişdir. Lakin o, mübahisə zamanı Zərərçəkmiş şəxs kimin xəsarət yetirdiyini görməmişdir. İş materiallarında olan 03 iyul 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 03 iyul 2024– cü il tarixli, 618 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sağ gözətrafı yumşaq toxumaların dərialtı hematoması və burunun yumşaq toxumlarının ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 03 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözətrafı yumşaq toxumların dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, burunun yumşaq toxumaların ağrı halında əzniyi isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şəmkir RİHB–nın Xuluf kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə saat 10:30 radələrində Şəmkir rayonu, Keçili kəndində Zərərçəkmiş şəxs atası Şahid2 döyməsinə görə aralarında yaranmış mübahisə zamanı bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq sonuncuya sağ gözətrafı yumşaq toxumaların dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurulmuş zərəri aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirib işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qızı zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–in 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar