Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-239/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Şəmkir şəhəri M.Müşfiq küçəsində 57 nömrəli fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs ilə kürəkəni Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 vurmasını zənn edərək ona irad bildirməsinə görə mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs yumruqla vuraraq ona başın tüklü hissəsində ənsə nahiyyəsinin sol yarısının yumşaq toxumalarının dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən törətmiş olduğu cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid2 atasıdır, aralarında normal münasibətlər olmuşdur. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Nişanə ilə aralarında ailəməşiət zəmnində olan narazılığa görə sonuncu öz atası evinə getmişdir. Həmin vaxt Nişanə onun şəxsiyyət vəsiqəsini də özü ilə aparmışdır. Buna görə o xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Şəmkir şəhəri M.Müşfiq küçəsində Nişanənin atası evinə gedərək evin qarşısından zəng edərək vəsiqəsini qaytarmasını bildirmişdir. Bu zaman Nişanə evin qarşısına çıxaraq atasının onun şəxsiyyət vəsiqəsini vermədiyini bildirmiş, o da buna görə Nişanə ilə sözlə mübahisə etmişdir. Bundan sonra Nişanənin atası Laçın və anası Tərlan çölə çıxmışlar. Həmin vaxt Laçın onun üzərinə gəlmiş və onu sinəsindən geri itələmişdir. Daha sonra isə Laçın əlinə bıçaq alaraq yenidən onun üzərinə gəlmişdir. O da yumruqla Laçını vuraraq geri itələmişdir. Bundan sonra qayınanası Tərlan onları sakitləşdirmişdir. Mübahisə zamanı o qayınanası Tərlanı və həyat yoldaşı Nişanəni vurmamışdır. Hal-hazırda o Zərərçəkmiş şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs həm qaynı oğlu, həm də qızı Nişanənin həyat yoldaşıdır, aralarında normal münasibətlər olmuşdur. xx.xx.2025-ci il tarixdə qızı Nişanə həyat yoldaşı Ramal ilə arasında olan ailə-məşiət zəmnində olan narazılığa görə yaşadıqları evdən çıxaraq ata evinə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Şəmkir vəsiqəsini qaytarmadığını bildirmişdir. Bu zaman Ramal ilə qızı Nişanə arasında sözlə mübahisə yaranmışdır. Yaranmış səs-küyə o, daha sonra isə həyat yoldaşı Tərlan çölə çıxmışlar. Bu zaman o mübahisəni sakitləşdirmək istəyərkən Ramalla aralarında mübahisə yaranmış, mübahisə zamanı Ramal onun yumruqla baş, boyun nahiyyələrindən vurmuşdur. Hal-hazırda o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Laçin qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Onun atası, Təqsirləndirilən şəxs isə həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri S.Sərxanlı küçəsində yaşadıqları evdə olan həyat yoldaşı Ramal ilə aralarında ailə- məşiət zəmnində sözlə mübahisə baş vermişdir. O da buna görə atası Laçına zəng edərək bu barədə məlumat verib onu öz yaşadıqları evə aparmasını bildirmişdir. Atası Laçın da gələrək onu öz yaşadığı evə aparmışdır. Bu zaman o həyat yoldaşının şəxsiyyət vəsiqəni də özü ilə aparmışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində həyat yoldaşı Ramal Şəmkir şəhəri M.Müşfiq küçəsində ata evinin qarşısına gələrək ona zəng edib şəxsiyyət vəsiqəsini götürmək üçün onu evin qarşısına çağırmışdır. O da evin qarşısına çıxaraq Ramala şəxsiyyət vəsiqəsini qaytarmadığını bildirmişdir. Bu zaman Ramal ilə onun arasında sözlə mübahisə yaranmışdır. Yaranmış səs-küyə atası Laçın, daha sonra isə anası Tərlan çölə çıxmışlar. O da atasını evə salaraq qapını bağlamışdır. Atası Laçın isə qapını açaraq əlində bıçaq çölə çıxmışdır. Həmin vaxt o bıçağı atası Laçının əlindən almışdır. Bundan sonra atası Laçın ilə həyat yoldaşı Ramal əlbəyaxa olmuşdurlar. Onun ilə anası Tərlan isə onları ayırmışlar. Mübahisə zamanı həyat yoldaşı Ramal onu və anası Tərlanı vurmamış, sadəcə olaraq atası Laçın ilə əlbəyaxa olmuşdurlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 may 2025-ci il tarixli, 374 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində ənsə nahiyəsinin sol yarsının yumşaq toxumalarının dərialtı hematoması, sol gicgah nahiyəsinin və döş qəfəsinin ön səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 15 may 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində ənsə nahiyəsinin sol yarsının yumşaq toxumalarının dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaua aiddir, sol gicgah nahiyəsinin və döş qəfəsinin ön səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 may 2025-ci il tarixli, 375 nömrəli rəyindən görünür ki, Şahid1 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. İş materialında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmiş, bəraət verici əsaslar olmadan iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 31.5 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 06 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 66 (altmış altı) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 11 saat hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla 121 (bir yüz iyirmi bir) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-239/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-239/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver