Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-24/2023 31.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2011-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İbrahimova (Xıdırova) İlhamə Xanoğlan qızına ödənilməsi dair verilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3325/11 saylı, xx.xx.2011-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixdə Şəmkir Rayon Məhkəməsi tərəfindən İXM-nin 313-1.1-ci maddəsi ilə (köhnə redaksiya) ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 06 gün, xx.xx.2021-ci il tarixli qərarı ilə isə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona icra məmuru tərəfindən xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə barəsində cinayət təqibi üçün verilmiş təqdimata əsasən xx.xx.2022-ci il tarixədək cəmi 4700 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildə İbrahimova (Xıdırova) İlhamə Xanoğlan qızı ilə el adəti ilə ailə qurmuş, nikahları isə rəsmi olaraq xx.xx.2005-ci ildə qeydə alınmışdır. Həmin evlilikdən xx.xx.2007-ci il təvəllüdlü X3 adlı uşaqları dünyaya gəlmişdir. Uşaq dünyaya gəldikdən sonra Zərərçəkmiş şəxs (Xıdırova) ilə bir müddət birlikdə yaşamış, sonradan münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs (Xıdırova) alimentin alınmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3385/11 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2011-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İbrahimova (Xıdırova) İlhamə Xanoğlan qızına verilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş, maddi imkanı olmadığı üçü alimenti ödəyə bilməmiş, bu səbəbdən də barəsində inzibati xəta protokolu tərtib edilmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il və xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 06 gün və 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin yenə də alimenti ödəməmişdir. İcra məmuru tərəfindən aliment borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Ona məlumdur ki, barəsində cinayət təqibi üçün verilən xx.xx.2022-ci il tarixli təqdimata əsasən aliment borcu 4700 manat təşkil edir. Hazırda rəsmi qaydada işləmir, lakin fərdi əməklə məşğul olur, aylıq qazancı 700 manatdır. Əvvəllər aliment borcundan ödənişlər etmişdir. Hazırda Nuranə adlı xanımla el adəti ilə ailə qurmuş, həmin nikahdan da iki övladı olmuşdur. Lakin, hal-hazırda zərər çəkmiş şəxs dəymiş zərəri tam şəkildə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, cinayət məsuliyyətindən azad edilərək, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifdəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxs İbrahimova (Xıdırova) İlhamə Xanoğlan qızının nümayəndəsi Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs hazırda Türkiyədə yaşayır, qızı İlhamə Təqsirləndirilən şəxs Əlləddin oğlu ilə ailə qurmuş, bir ailə kimi 2011-ci (birgə nikahdan bir uşaqları — xx.xx.2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Təqsirləndirilən şəxs ailəsinə və uşağına baxmamış, uşağın böyüdülməsi üçün heç bir köməklik etməmişdir, Təqsirləndirilən şəxs birgə nikah dövründə usta kimi işləməsinə və pul qazanmasına baxmayaraq uşağın saxlanılması üçün heç bir maddi köməklik etməmiş, qazandığı pulu özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Bu səbəbədən qızı İlhamə Təqsirləndirilən şəxs ayınlmağı və uşağın böyüdülməsi üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3325/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İbrahimova (Xıdırovaya) İlhamə Xanoğlan qızına ödənilməsi qət edilmişdir. Həmin icra sənədi Şəmkir rayon icra və probasiya şöbəsinin icraatına daxil olmaqla, xx.xx.2011-ci il tarixdə icraata başlanılması haqqında qəbul edimiş qərar və bildiriş cavabdeh Təqsirləndirilən şəxs göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs uzun illər dövründə maddi imkanı olduğu halda, fərdi əməklə məşğul olsada qərəzli olaraq aliment ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs respublika ərazisində fərdi qaydada usta kimi işləyir və aylıq gəliri 600-800 manat təşkil edir. Ona məlumdur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində inzibati xətanı törətməkdə təqsirli bilnərək 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət teyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306.1-d maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 4700 manat təşkil edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs İbrahimova (Xıdırova) İlhamə Xanoğlan qızının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə etirazı olmadığını bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3385/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay cəmi 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İbrahimova (Xıdırova) İlhamə Xanoğlan qızına verilməlidir. İcra sənədi üzrə xx.xx.2011-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsində başlanılmış icraat zamanı borclu alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs alimenti ödəmədiyi və icra məmurunun qanuni tələbini icra etmədiyi səbəbindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 313-1.1ci maddəsi (köhnə redaksiya) ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 06 gün, xx.xx.2021-ci il tarixli qərarı ilə isə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 06 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də sonuncu aliment borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)3325/11 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsində göstərilən tələbləri icra etməkdən qərəzli olaraq boyun qaçırmış, məhkəmə qərarını icra etməydiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də aliment üzrə yaranmış borcun ödənilməsi üçün təşəbbüs göstərməmişdir. Təqdimat verilən tarixə Təqsirləndirilən şəxs aliment borcu 4700 manat təşkil edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci məddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məqsədə müvafiq hesab olunur. Məhkəmə iclası zamanı şahid qismındə dindirilmiş Şəmkir rayon İcra və probasiya şöbəsinin X6 böyük icra məmuru Şahid1 göstərdiklərini təsdiq etmiş və onunla eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3385/11 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs sabit pul məbləğində 80 manat alimentin tutularaq, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment İbrahimova (Xıdırova) İlhamə Xanoğlan qızına verilməlidir. Şəmkir rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2011-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3385/11 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2012-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3385/11 saylı, xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(076)-292/2016 saylı qərarından görünür ki, həmin qərarla Bakı şəhər Xətai Rayon Məhkəməsinin 18 oktyabr 2011-ci il tarixli 2(011)-3385/2011 saylı icra sənədi üzrə 22 iyun 2007-ci il təvəllüdlü Firəngiz adlı uşağın saxlanmsı üçün aliment borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” 25 avqust 2022-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-245/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Şəmkir RPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 190-42832-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə tutularaq Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-245/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 306.1-ci mаddəsinin qeyd hissəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan zərər çəkmiş şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs İbrahimova (Xıdırova) İlhamə Xanoğlan qızına dəymiş ziyanı ödəməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin Qeyd hissəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-24/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-24/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver