Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-240/2023 18.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisi nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 4 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş,daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat 13:20 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı torpaq sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-11 Q saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin” İİİ siyahısı ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 04 (dörd) ədəd çətənə (kannabis) bitkisinin kolları aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu, həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. O, əvvəllər məhkum olunmamış, narkotik vasitənin marixuana növündən mütamadi olaraq istifadə etmişdir. 2023-cü ilin mart ayının sonlarında yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsində piyada gəzən zaman yerdən çətənə bitkisinin toxumlarını tapmış, həmin toxumları üzərində saxlayıb evə gətirmiş və heç kim görmədən evin dam örtüyündə gizlətmişdir. Həmin çətənə kollarını 2023-cü ilin aprel ayında dam örtüyündə gizlətdiyi toxumları götürüb yaşadığı evin həyətyanı sahəsinə əkmiş olduğu kənd təsərrüfatlı bitkilərinin arasına basdırmış, toxumları tez-tez sulayaraq əkdiyi toxumlar bitmişdir. Bir müddət sonra həmin toxumlardan 4 ədəd çətənə kollarının bitdiyini görmüş, bundan sonra 4 ədəd kolların dibini boşaltmış, sulayıb və inkişaf etməsi üçün qulluq etmişdir. 28 iyun 2023-cü il tarixdə saat 13:20 radələrində Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən evində olan zaman polis əməkdaşlarının gəlməsini görmüş, onlar ona narkotik tərkibli çətənə kolları əkib-becərməyi ilə əlaqədar yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, o polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları ondan həyətində narkotik vasitə əkib-əkmədiyini soruşduqda onlara yaşadığı evin həyətyanı sahəsində çətənə kolları əkdiyini bildirmişdir. Bundan sonra yaşadığı evin həyətyanı sahəsinə, alim aqronomun və digər şəxslərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsində əkdiyi çətənə kollarını təqdim etmişdir. Həmin kollar torpaqdan çıxarılmış və boyları ölçülmüş, 4 ədəd təşkil etmişdir. Aşkar edilmiş çətənə kolları ağ rəngli torbaya qoyularaq qablaşdırılmış, o da imza etmişdir. Bundan sonra polis əməkdaşları ondan torpaq sahəsində başqa çətənə kolu olub-olmadığını soruşmuş, o, isə torpaq sahəsində başqa çətənə kolu əkmədiyini bildirmişdir, daha sonra həmin torpaq sahəsinin digər hissələrinə baxış keçirilmiş, lakin həmin sahədən başqa çətənə kolu narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, o, tərtib edilmiş protokola imza etmiş, daha sonra onu Şəmkir RPŞ-nə gətirmişlər. Həmin polis şöbəsində hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamış, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Eyni zamanda, özü istifadə etməsi üçün narkotik tərkibli çətənə kollarını əkib becərmiş, onları satmaq niyyəti olmamış, toxumlarını isə təsadüfən yaşadığı qəsəbə ərazisindən tapmış, ilk dəfə narkotik tərkibli çətənə kolunu şəxsi istifadəsi üçün əkmiş, heç vaxt əkməmiş və satmamışdır. Onun həyətyanı məhləsində narkotik tərkibli çətənə kollarını əkməsi barədə ailə üzvilərinin əvvəlcədən heç bir məlumatı olmamışdır. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını və ailəsinin yeganə qazanc gətirən şəxsi olmasının nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Şahid1 ifadəsində göstərdi ki, 28 iyun 2023-cü il tarixdə Şəmkir rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şəmkir şəhəri, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr saxlaması, eləcədə özünə məxsus həyətyanı torpaq sahəsində tərkibində narkorik maddələr olan bitkilərin kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid3 bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə saat təxminən 14 radələrində Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakları ilə Şəmkir şəhəri, Çinarlı qəsəbəsinə getmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana çatmışlar. Təqsirləndirilən şəxs yaşadığı evə çatdıqdan sonra Təqsirləndirilən şəxs onları yaşadığı ünvanda qarşılamış, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə kollarının əkib-becərməsində şübhəli olduğunu deyib onun yaşadığı evin həyətinə baxış keçiriləcəyi bildirmişlər. Təqsirləndirilən şəxs isə yaşadığı evin həyətyanı sahəsinə tərəflərindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, bunun ardınca həmin ünvana mütəxəssis-aqronom qismində dəvət edilmiş Vaqif Dumanov gəlmiş, sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs isə ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra yuxarıda adlarını çəkdiyi polis əməkdaşlarının və mütəxəssisaqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə təhqiqatçı Musa Cəfərovun iştirakı ilə tərəflərindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən yaş halda 04 ədəd çətənə kolları aşkar olunmuş, bu vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 04 ədəd çətənə kollarını təxminən 2023-cü ilin aprel ayında əkdiyini və bundan sonra mütəmadi olaraq qulluq göstərdiyini bildirmiş, sonra mütəxəssis Vaqif Dumanov aşkar edilmiş yaş halda olan çətənə kollarına xüsusi qaydada qulluq olunduğunu demiş, həmçinin həmin çətənə kollarının uzunluqları mütəxəssis Vaqif Dumanov tərəfindən ölçülmüş, sonra aşkar edilərək götürülmüş narkotik maddə olan yaş halda 04 ədəd çətənə kolları qablaşdırılmış və zərfin üzəri möhürlə möhürlənmişdir. Şəmkir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Musa Cəfərov tərəfindən protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmış, bunun ardınca isə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı onun evindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirilmiş, Şəmkir RPŞ-nin inzibati binasında ona təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, daha sonra təhqiqatçı Musa Cəfərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuş, onlarda həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, ibtidai istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şahid3 ifadəsində görünür ki, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.1990-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr saxlaması, eləcə də özünə məxsus həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saa 13:20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılmış və həyətyanı sahəsində kultivasiya edilmiş və aqrotexniki qaydada qulluq edilmiş 4 (dörd) ədəd çətənə kolu aşkar edilmişdir. Hadisə yerində müvafiq sənədləşmə aparıldıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 15:00-da Şəmkir RPŞ-yə gətirilmişdir. 28 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən evin həyətyanı sahəsinə ev sahibi Təqsirləndirilən şəxs və aqranom-alimin iştirakı ilə baxış kəçirilir. Evin həyətyanı sahəsi evlə birgə 7 sot təşkil edir. Ev həyətyanı sahəsinin təxminən 3 sotunda tikilmişdir. Baxışda iştirak edən ev sahibi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində bir neçə narkotik tərkibli çətənə kolları əkdiyini etiraf etdi və göstərə biləcəyini bildirdi. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşlarının və aqronomun iştirakı ilə baxış keçirildi. Baxış zamanı həmin torpaq sahəsində 4 (dörd) ədəd çətənə kollarına oxşar bitki kolları aşkar edildi. Çətənə kollarının suvarılması üçün diblərinin torpağı boşaldılmış, suvarılmış və dibləri təmizlənmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin çətənə tərkibli bitki kollarının ona məxsus olmasını, əkdiyini, becərdiyini və qulluq etməsini etiraf etdi. Mütəxəssis qismində dəvət edilmiş aqronom alim X5 aşkar olunan çətənə kollarının narkotik tərkibli bitkilər olduğunu və onların diblərinə su verilməklə, dibləri yumşaldılmaqla, ətrafları təmizlənməklə aqrotexniki qulluq olunduğunu, bu barədə rəyini təqdim edəcəyini bildirdi. Çətənə kolları torpaqdan çıxarılaraq boyları ölçüldü. Çətənə kolları ölçülən zaman boyları 60 sm, 56 sm, 50 sm və 112 sm 4 (dörd) ədəd çətənə kollarına bənzər kollar aşkar edildi. Çətənə kollarına bənzər kütlələr bir ədəd polietilen torbaya qoyulub qablaşdırıldı və Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənərək ekspertiza üçün götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirildi. Baxış zamanı əlavə hər hansı narkotik vasitə və dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmadı. Baxış zamanı video çəkilişdən başqa foto şəkillər çəkildi. Bununla da baxış başa çatdı. 28 iyun 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Təqsirləndirilən şəxs evinin həyətindən aşkar olunaraq götürülmüş 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilərək götürülməsinə dair baxış keçirilməsi haqqında protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər 01 ədəd DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. 28 iyun 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən Təqsirləndirilən şəxs evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə 01 iyul 2023-cü il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. Aqronom (mütəxəsisin) X3 xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, aşkar edilmiş 4 (dörd) ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq edilmişdir. xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:40 dəqiqədə Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 28 iyun 2023-cü il tarixli 16/685 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş 4 ədəd 60 sm, 56 sm, 50 sm və 112 sm hündürlükdə çətənə kolları” adlar və imzalar olan sintetik kisədə 4 (dörd) ədəd ümumi təmiz çəkisi 105 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla hamin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evində və həyətyanı məhləsində əməliyyat- axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirin keçirilməsi barədə Şəmkir rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis leytenantı X4 xx.xx.2023-cü il tarixli qərarı Şəmkir rayon məhkəməsinin hakimi X6 tərəfindən qanuni və əsaslı hesab edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindən aşkar olunaraq götürülmüş 04 ədəd çətənə (kannabis) bitkiləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə 01 iyul 2023-cü il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və həmin tarixdə raportla Şəmkir RPŞ-nin məsul saxlancına verilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar ifadəsinin düzgünlüyünün müəyyən edilməsi məqsədilə 14 iyul 2023cü il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilərinin həyətyanı sahəsində bitdiyi yeri göstərməklə törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və 20 iyul 2023-cü il tarixli, 1248 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istfadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Şəmkir rayon İHB-nin Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmasına baxmayaraq hal-hazırda qəsəbə ərazisində yoxdur. Çinarlı qəsəbəsində yaşadığı müddət ərzində müsbət xarakterizə olunur. AZ-İV 725209 saylı və AZ-İV 221689 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cü il təvəllüdü Akif və xx.xx.2022-ci il təvəllüdlü Dəniş adlı iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hall kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları (ağırlaşdıran halların müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 04 (dörd) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisi nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 04 (ədəd) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-240/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-240/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver