Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-242/2023 12.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Şəmkir rayonu Aşağı Keçili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə saat 19 radələrində həmkəndlisi Şahid2 Cəmaləddin oğlu tərəfindən həmin gün azyaşlı oğlu X3 yanında onu bir dəfə sifət nahiyəsindən vurmasını bəhanə edərək xuliqanlıq niyyəti ilə yaşadığı evdən ucu kəsici dəmir boru alət götürərək hadisələrin gedişatından heç bir məlumatı olmayan, əvvəllər onunla hər hansı düşmənçilik və ədavəti olmayan Şahid2 əmisinin arvadı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq heç bir əsaslı səbəb olmadan əlində olan dəmir boru ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub sonuncuya hər iki gözaltı nahiyəsinin hematoması və burun əsasının əzilmiş-çapılmış yaraları ilə müşayiət olunan burun sümüklərinin çox qəlpəli, yeri dəyişmiş sınıqları və sağ əng sümüyünün sınığı həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya, ağırlıq dərəcəsinə görə sağ bazunun orta üçdə birinin bayır səthinin, döş qəfəsinin sağ yan səthinin, sol sarğı nahiyəsinin, sol budun orta üçdə birinin bayır səthinin və sol baldırın yuxarı üçdə birinin bayır səthinin yumşaq toxumalarının qançır və ağrı halında əznikləri həm ayrı-ayrılqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf edərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir, əvəllər məhkumluğu olmamışdır. O, Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla və onun ailəsi üzviləri ilə aralarında heç bir ədavəti, düşmənçilikləri olmamışdır. 17 may 2023-cü il tarixdə saat 12 radələrində evdə olan zaman həmkəndlisi Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib ona yaşadığı kənddə yerləşən çəkillik olan yerdə birlikdə gedib yeyib-içməyi təklif etmiş, sonuncu onun fikri ilə razılaşıb görüşəcəklərini demişdir. Şahid5la telefonda danışdıqdan sonra Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan dostu Elmar Rüstəm oğlunun mobil nömrəsinə zəng edib Gündüzlə danışdığını və onu da götürüb yaşadıqları kənd ərazisində yerləşən çəkillik olan yerdə yeyib-içməyi təklif etmiş, Elmar da onunla görüşməyə razılaşmışdir. Təxminən 30 dəqiqə sonra Elmar özünə məxsus “VAZ 2106” markalı avtomobillə yaşadığı kəndə gəlib onu götürmüşdür. Elmarla birlikdə Gündüzgilə gedib onlardan samovarı götürəcəyini fikirləşmiş, həmin vaxt Gündüz xəstəxanaya çatası şəxsiyyət vəsiqəsinin olduğunu və onların həmin sənədi aparıb atasına verməsini, özünün isə samovarı hazırlayıb çəkillik olan yerə gedəcəyini bildirmişdir. O, Elmarla birlikdə şəxsiyyət vəsiqəsini xəstəxanada Gündüzün atasına verib oradan yaşadıqları kənddə yerləşən çəkillik olan yerə getmişlər. Onlar çəkillik olan yerə çatanda Gündüzün orada olduğunu görmüşlər. Orada olan zaman digər dostu Vüqarın mobil nömrəsinə zəng edib onu yanlarına dəvət etmişdir. Təxminən 20 dəqiqə sonra Vüqar onların yanına gəlmiş, o və yuxarıda adlarını çəkdiyi şəxslərlə birlikdə yemək yeyib, iki butulka araq içmişlər. Yeyib-içən zaman azyaşlı oğlu Həbib Hüseynov onun istifadəsində olan mobil nömrəsinə zəng edib ondan pul istəmiş, ona hazırlaşmasını və dostu Elmarın özünə məxsus “VAZ 2106” markalı avomobili ilə gəlib onu onların yanına gətirəcəyini bildirmişdir. Elmar gedib oğlu Həbibi onların yanına gətirmişdir. Birlikdə adlarını çəkdiyi şəxslərlə həmin gün saat 18 radələrinədək oturub yeyib-içmişlər, yeyib-içdikdən sonra qalxıb evə getməklərini bildirmişdir. O, Vüqara, Elmara və Gündüzə azyaşlı oğlu ilə birlikdə piyada gedəcəyini bildirmiş, onlarla sağollaşıb oğlu Həbiblə birlikdə çəkillik olan yerdən çıxıb piyada gedərək həmkəndlisi Ürfana məxsus fermanın yaxınlığına çatmışdır. Həmin vaxt Ürfana məxsus fermanın itləri onların üzərinə hücum etmiş, o və azyaşlı oğlu qorxub Ürfanı çağırmışlar. Həmin vaxt içkili olduğu üçün itlərin sahiblərinə ucadan söyüşlər etməyə başlamış, onun söyüşlərini eşidən Ürfan, atası Camal və orada tanımadığı sahədə alaq vuran qadınlar onların yanına yaxınlaşmışlar. Ürfan onun yanına çatan kimi yumruqla ağız nahiyəsindən bir dəfə vurmuş, bu vaxt orada olan tanımadığı qadın onları aralamışdır. Həmin vaxt dostu Elmar özünə məxsus “VAZ 2106” markalı avtomobillə onların yanına gəlmiş, Elmar avtomobildən düşüb onların yanına yaxınlaşaraq onu və azyaşlı uşağını özünə məxsus “VAZ 2106” markalı avtomobilə əyləşdirib Şəmkir rayonu Keçili kəndində yaşayan qayınatası Rüstəmgilə aparmışdır. O, oğlu Həbibi qayınatasıgildə qoyub Elmara onu öz evlərinə düşürməsini bildirmiş, o, yolda gələn zaman gedib evdən kəsici alət götürüb yenidən Ürfangilə qayıdıb Ürfanın və onun qohumlarından kim çıxarsa qarşısına vuracağı barədə fikirləşmişdir. Onu dostu Elmar gətirib evlərinə düşürüb getmişdir. O, həyətində olan hamam təmiri zamanı artıq qalan ucu kəsici olan dəmir borunu götürüb Ürfanı vurub xəsarət yetirməyi qərar alıb evdən çıxmışdır. Dəmir borunu götürüb təxminən yaşadığı kənddən 1 km aralı məsafədə yerləşən Ürfanın fermasına getmiş və orada heç kimi tapmamış, həmin vaxt Ürfanın öz ailəsini də götürüb əmisi evinə gedəcəyini fikirləşmiş, oradan çıxıb onun əmisi evinə getmişdir. Həmin vaxt kim qarşısına çıxsa vurub xəsarət yetirəcəyinə qərar vermişdir. O, Ürfanın əmisi Eldənizin evinə çatmış, həmin vaxt Ürfanın əmisi Elədnizi çağırmağa başlamış, bu vaxt həyətin giriş darvası açıq olduğunu görüb kənardan Eldənizin arvadı Əfsanənin gəldiyini görmüşdür. Əfsanə onun yanına yaxınlaşıb ona nə üçün gəldiyini deyən zaman o, əlindəki ucu kəsici hissədən ibarət olan dəmir boru ilə onun sifət nahiyəsindən bir dəfə güclə vurmuşdur. Əfsanəni vurandan sonra sonuncu yerə yıxılmış və onu yerdə uzanıqlı vəziyyətdə qoyub oradan dəmir aləti də götürüb öz evinin yaxınlığına getmişdir. Qonşusu olan əmisi Nəbiyə məxsus evin qarşısında oturmuş, orada əyləşdikdən 20 dəqiqə sora polis əməkdaşlarının xidməti avtomobilini görmüş və həmin polis əməkdaşlarını saxladıb onlara Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Sonra onlarla birlikdə X18 getmişdir. Eyni zamanda, hadisəyə səbəb Ürfanın onu azyaşlı oğlu Həbibin yanında vurması olmuş, hadisə 17 may 2023-cü il tarixdə saat 18 radələrində Ürfana məxsus fermanın qarşısında baş vermiş, azyaşlı uşağının yanında onu Ürfanın vurması ona çox pis təsir etmiş, onun Zərərçəkmiş şəxs xəsarət yetirdiyi dəmir borunun uc hissəsi kəsici, 25 diametrlik dəmir boru olub təxminən 80 sm uzunluğunda olmuş, hadisə baş verən vaxt orada Ürfandan başqa atası Camal və tanımadığı iki nəfər qadın olmuş, həmin hadisə təxminən 5-10 dəqiqə baş verdiyindən onların yanına kənardan tanımadığı qadınlar gəlmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Onunla aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 17 may 2023-cü il tarixdə saat 18 radələrində evlərinin həyətində yerləşən istilikxanadan çıxdıqdan sonra evə gəlmiş, həmin vaxt iki azyaşlı uşağı və qayınının azyaşlı nəvəsi də onun yanında olmuşdur. Uşaqları yemək istədiyi üçün onlara yemək verməyə hazırlaşmış, bu vaxt oğlu Şahid6 ona atasının kimsə tərəfindən çağırıldığını demişdir. O, oğlu Şahid6 “sən bilmirsən ki, sənin atan Dağıstana gedib” sözünü demişdir. O, ərini kimin çağırdığını öyrənmək üçün həyətin darvazasına tərəf getmiş, dəmir darvazanı açan zaman həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüş, həmin vaxt Təqsirləndirilən şəxs əlində dəmir boru olduğunu və onun əsəbi olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ondan əri Eldənizin harada olduğunu soruşmuş, o, Təqsirləndirilən şəxs əri Eldənizin evdə olmadığını, bir neçə gündür ki, Dağıstan Respublikasına getdiyini demişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə ondan ərini soruşmuş, ona yenə də evdə olmadığını bildirmiş və həmin vaxt Təqsirləndirilən şəxs içkili olduğunu hiss etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs heç bir səbəb olmadan əlindəki dəmir boru ilə azyaşlı uşaqlarının yanında onun sifət nahiyəsindən bir dəfə vurmuş, o, dəmir borunun təsirindən yerə yıxılmış, özünü toparlayıb yerdən ayağa qalxmış və qaçmaq istəyən zaman Təqsirləndirilən şəxs onun ardınca gəlib onu tutub yerə yıxmış və əlindəki dəmir boru ilə onu bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Təqsirləndirilən şəxs onu vurduqdan sonra ona xəsarət yetirdiyi dəmir borunu da götürüb çıxıb darvazadan getmişdir. O, darvazadan çölə çıxan zaman Sahib adlı qonşusu onu görmüş, ona Sahib nə etdiyini bildirəndə o, Sahibə “Əfsanəni öldürdüm və sıra sizdədir” demişdir. Azyaşlı oğlu Faxrəddin və digər azyaşlı uşaqları kömək üçün qonşusu Dürdanənin yanına gedərək onu köməyə çağırmışlar. Bir neçə dəqiqə sonra qonşusu Dürdanə onlara gəlmiş, onu elə vəziyyətdə görən kimi ucadan qışqırmağa başlamışdir. Dürdanənin səsinə qonşuları gəlmiş və onu Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını, təsirləndirilən şəxsə cəza təyin edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun qardaşının arvadıdır. Təqsirləndirilən şəxs da tanıyır, onun həmkəndlisidir. Təqsirləndirilən şəxsla həmkəndli kimi münasibətləri yaxşı olmuş və aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. Şəmkir rayonu, Keçili kəndi ərazisində özlərinə məxsus ferması vardır. Həmin fermanın qarşısında özünə məxsus sahə var və həmin sahədə o, tərəvəz ştili əkmişdr. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində o, gəlini Əminə Vəlizadə, oğlu Şahid2 və üç nəfər fəhlə ilə birlikdə sahəyə tərəvəz ştili əkən zaman fermanın yaxınlığında söyüş səsləri eşitmiş, o və oğlu Ürfan birlikdə həmin şəxsin fermanın yaxınlığında kimin söyüş etdiyini öyrənmək üçün səs gələn tərəfə getmişlər. Onların arxasında fəhlələr və gəlini də gəlməyə başlamışlar. Həmin yerə çatan zaman həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüş və onun yanına yaxınlaşıb nə üçün söyüş etdiyini deyən zaman onun içkili vəziyyətdə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs yenə də söyüşlərinə davam etməyə başlamış, bir neçə dəqiqə sonra onun dostu Elmar özünə məxsus “VAZ 2106” markalı avtomobillə gəlmişdir. Elmar həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus avtomobilə əyləşdirib aparan zaman Təqsirləndirilən şəxs gedib silah götürüb onu və qohumlarını öldürəcəyini bildirib çıxıb getmişlər. Təqsirləndirilən şəxs onların yanından getdikdən təxminən bir saat sonra qonşusu X8 onun istifadəsində olan mobil nömrəsinə zəng edib Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs dəmir boru ilə vurub xəsarət yetirdiyini demişdir. Bu məlumatı aldıqdan sonra Əfsanəgilə getmiş və onun orada olmadığını, Şəmkir rayon Mərkəzi xəstəxanasına aparıldığını bilmişdir. Həmin vaxt gəlini Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə zəng edib harada olduqlarını soruşan zaman gəlini Əminə Şəmkir rayon Mərkəzi xəstəxanasından çıxıb Gəncə şəhər xəstəxanasına getmək üçün Şəmkir rayon “Üçyol” istiqamətində hərəkətdə olduqularını demişdir. O, özünə məxsus “Mersedes Benz” markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları “Üçyol” ərazisində onları qarşılamış və Əfsanənin ona məxsus avtomobilə əyləşdirib Gəncə şəhəri, Beynəlxalaq xəstəxanasına aparmış, orada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Cəmaləddin oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun əmisinin həyat yoldaşıdır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxsla həmkəndli kimi münasibətləri yaxşı olmuş və aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. Şəmkir rayonu, Keçili kəndi ərazisində özlərinə məxsus fermaları vardır. Həmin fermanın qarşısında özlərinə məxsus sahə var və həmin sahədə tərəvəz ştili əkirlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində o, atası Cəmləddin Vəliyev, gəlinləri Əminə Vəlizadə və üç nəfər fəhlə ilə birlikdə sahəyə tərəvəz ştili əkən zaman fermanın yaxınlığında söyüş səsləri eşitmişlər. O və atası Cəmaləddin birlikdə həmin şəxsin fermanın yaxınlığında kimin söyüş etdiyini öyrənmək üçün səs gələn tərəfə getmişlər. Onların ardınca yuxarıda qeyd etdiyi fəhlələr və gəlinləri gəlməyə başlamışdır. Həmin yerə atası Cəmləddinlə birlikdə çatan zaman həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşlər. Atası Cəmləddin onun yanına yaxınlaşıb nə üçün söyüş etdiyini deyən zaman onun içkili vəziyyətdə olduğunu hiss etmişlər. Onun yanında azyaşlı oğlunun olduğunu da görmüşlər. Təqsirləndirilən şəxs onlara fermanın itləri onların üzərinə hücum etdiyini deyib onlara qarşı söyüşlər etməyə başlamışdır. Bir neçə dəqiqə sonra onun dostu Elmar özünə məxsus “VAZ 2106” markalı avtomobillə gələrək onu özü ilə götürüb aparmışdır. O, atası Cəmaləddin və fermada işləyən fəhlələrlə birlikdə çıxıb fermaya getmişlər. Təxminən 15-20 dəqiqə sonra fermanın sahəsində işləyən fəhlələri o özünə məxsus “VAZ 2106” markalı avtomobillə aparıb evlərinə düşürüb evə gedən zaman atası Cəmaləddin onun istifadəsində olan mobil nömrəsinə zəng edib Orxan Hüsenovun əmisi Eldəniz Vəliyevin arvadı Əfasanə Vəliyevaya xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt gəlinləri Şahid8 yanında olmuş, onunla birlikdə Zərərçəkmiş şəxsgilə getmiş və Əfsanənin həkimə aparıldığını bilmişdir. Onlardan çıxıb Nüşabəgilə getmişdir. Həmin vaxt Əfsanənin sifətinin və üstünün qan içərisində olduğunu görmüşdür. Əfsanəni götürüb gəlinləri ilə birlikdə Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada həkimlər xəstənin aldığı xəsarətin ağır olduğunu görüb Gəncə şəhər Mərkəzi xəstəxanasına aparmağı bildirmişlər. O, gəlinləri Şahid8 ilə birlikdə Əfsanəni Gəncə şəhərinə aparan zaman yolda atası onları saxladaraq Zərərçəkmiş şəxs özünə məxsus “Mersedes Benz” markalı avtomobilə əyləşdirib Gəncə şəhər Mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Onun həmkəndlisi olub dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, evdə olan zaman qonşu kənddə yaşayan Elmar onun istifadəsində olan mobil nömrəsinə zəng edib Şəmkir rayonu, Keçili kəndində yerləşən ona məxsus Çəkillik adlanan yerdə yeyib içməkləri barədə ondan icazə almış, ona heç bir narahatçılıq olmadığını və rahat bir şəkildə yeyib içməyi bildirmişdir. Elmar ona onların yanına gəlib yeyib içməyi təklif etmiş, Elmara işinin olduğunu gələ bilməyəcəyini, lakin işini qurtardıqdan sonra gələcəyini bildirmişdir. İşini qurtardıqdan sonra Təqsirləndirilən şəxsgilin yanına getmişdir. Həmin vaxt həmkədlisi Gündüzün və Elmarın orada olduğunu görmüşdür. Onlar orada yemək yeyib araq içkisi içməyə başlamışlar. Təxminən bir saat bir yerdə yeyib içdikdən sonra onlara heyvanları örüşə aparacağını bildirib onların yanından durub öz yatağına getmişdir. O, heyvanları sulayıb, yemləyib geri qayıdan zaman onların olmadığını görmüşdür. Həmin gün axşam saatlarında yataqdan çıxıb evə getmiş və azyaşlı uşaqlarını götürüb evlərinin yaxınlığında yerləşən ərzaq mağazasına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs dəmir alətlə vurub ona sifət nahiyəsindən xəsarət yetirdiyi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Aşağı Keçili kəndində yerləşən Rövşən İsmayılov adma tam orta məktəbin Vİİ sinif şagirdidir. Zərərçəkmiş şəxs anasıdır. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Təqsirləndirilən şəxsla ailəsi arasında heç bir narazılıqları və ədavətləri yoxdur, əvvəllər də olmamışdır. xx.xx.2023-cü il tarixdə yadında qalmayan saatda qardaşı Şahid6lə yaşadıqları evin həyətində olan zaman küçədə kiminsə atası Eldəniz Vəliyevi çağırdığını eşitmişlər. Həmin vaxt anası istilikxanadan yeni çıxmış və onlara yemək hazırlamaq istəmişdir. Anası Zərərçəkmiş şəxs həmin şəxsə atası Eldəniz Vəliyevin evdə olmadığını ucadan bildirmişdir. Lakin, həmin şəxs yenidən atasını çağırmağa başlamış, anası isə evin giriş darvazasına yaxınlaşıb darvazanı açmışdır. Həmin vaxt o şəxsin Təqsirləndirilən şəxs olduğunu və əlində dəmir parçası görmüşdür. Təqsirləndirilən şəxs anası Əfsanədən atası Eldənizin evdə olub-olmadığını soruşmuş, anası Orxan Hüseyonova atasının Dağıstan Respublikasına getdiyini bildirən zaman Təqsirləndirilən şəxs əlindəki dəmir boru ilə anasının sifət nahiyəsindən bir dəfə vurmuşdur. Anası Əfsanə yerə yıxılmış və sifətini tutmuşdur. O və qardaşı həmin vaxt ağlayaraq qışqırımağa başlamışdır. Bu vaxt anası Əfsanə yerdən qalxıb evin həyətinə tərəf qaçmağa başlayan zaman Təqsirləndirilən şəxs əlindəki dəmir alətlə anası Əfsanənin bədən nahiyəsinin müxtəlif yerlərinə ardıcıl olaraq vurmağa başlamışdır. Həmin vaxt anası yerə yıxılmış və Təqsirləndirilən şəxs anası Əfsanənin vəziyyətinin pisləşdiyini görüb əlindəki dəmir aləti də götürüb evin həyətini tərk etmişdir. İbtidai istintaq dövründə dindirilmiş və məhkəmə baxışda xəstə olması səbəbindən iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində götərmişdir ki, hazırda yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Şəmkir rayonu, Aşağı Keçili kəndində yerləşən Rövşən İsmayılov adına tam orta məktəbin İX sinif şagirdidir. Zərərçəkmiş şəxs anasıdır. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Təqsirləndirilən şəxsla ailəsi arasında heç bir narazılıqları və ədavətləri yoxdur, əvvəllərdə olmamışdır. xx.xx.2023-cü il tarixdə yadında qalmayan saatda bacısı Şahid7 ilə yaşadıqları evin həyətində olan zaman küçədə kiminsə atası Eldəniz Vəliyevi çağırdığını eşitmiş, həmin vaxt anası isitilikxanadan yeni çıxmış və onlara yemək hazırlamaq istəmişdir. Anası Zərərçəkmiş şəxs həmin şəxsə atası Eldəniz Vəliyevin evdə olmadığını ucadan bildirmiş, həmin şəxs yenə atasını çağırmağa başlamış, anası evin giriş darvazasına yaxınlaşıb darvazanı açmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs olduğunu və əlində dəmir parçası olduğunu görmüş, Təqsirləndirilən şəxs anası Əfsanədən atası Eldənizin evdə olubolmadığını soruşmuş, bu vaxt anası Orxan Hüseyonova atasının Dağıstan Respublikasına getdiyini bildirən zaman Təqsirləndirilən şəxs əlindəki dəmir boru ilə anasının sifət nahiyəsindən bir dəfə vurmuş, anası Əfsanə yerə yıxılmış və sifətini tutmuşdur. O və bacısı həmin vaxt ağlayaraq qışqırmağa başlamışdır. Bu vaxt anası Əfsanə yerdən qalxıb evin həyətinə tərəf qaçmağa başlayan zaman Təqsirləndirilən şəxs əlindəki dəmir alətlə anası Əfsanənin bədən nahiyəsinin müxtəlif nahiyələrinə ardıcıl olaraq vurmağa başlamışdır. Həmin vaxt anası yerə yıxılmış və Təqsirləndirilən şəxs anası Əfsanənin vəziyyətinin pisləşdiyini görüb əlindəki dəmir aləti də götürüb evin həyətini tərk etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs heç bir səbəb olmadan qəsdən burun sümüklərinin sınığı, baş, üz və boyun birləşdirici və digər yumşaq toxumalarının əzilməsi xəsarətləri yetirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması və təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi haqqında” Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 17 avqust 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında olmasının əvvəli 17 may 2023-cü il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-101/2023 saylı qərarı ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 17 avqust 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmışdır. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, N 543 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- hər iki gözaltı nahiyənin hemotoması və burun əsasının əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan burun sümüklərinin çox qəlpəli, yerini dəyişmiş sınıqları, sağ əng sümüyünü sınığı, sağ bazunun orta üçdə birinin bayır səthinin, döş qəfəsinin sağ yan səthinin, sol sarğı nahiyəsinin, sol burun orta üçdə birinin bayır səthinin və sol baldırın yuxarı üçdə birinin bayır səthinin yumşaq toxumalarının qançır və ağrı halında əznikləri küt əşyaların təsirindən törənmişlər, dəmir parçası ilə yetirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 17 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə hər iki gözaltı nahiyənin hematoması və burun əsasının əzilmiş-çapılmış yaraları ilə müşayiət olunan burun sümüklərinin çox qəlpəli, yerini dəyişmiş sınıqları və sağ əng sümüyünün sınığı həm ayrı-ayrılqda, həm də birlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığla az ağır zərərvurmaya aiddirlər. Sağ bazunun orta üçdə birinin bayır səthinin, döş qəfəsinin sağ yan səthinin, sol sağrı nahiyəsinin, sol budun orta üçdə birinin bayır səthinin və sol baldırın yuxarı üçdə birinin bayır səthinin yumşaq toxumlarının qançır və ağrı halında əznikləri isə həm ayrı-ayrılqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120.1, 127.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddələrlə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilərək o, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Şəmkir rayonu Xuluf kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 190 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Xuluf kəndində daimi qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı X6, xx.xx.2013-cü il təvəllüdlü oğlu X10 və xx.xx.2015-ci il təvəllüdlü qızı X1 ibarətdir. Şəmkir rayonu Xuluf kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Xuluf kəndində yaşadığı müddət ərzində kənd sakinləri arasında heç bir müsbət bir insan kimi tanınmamışdır. Dəfələrlə onun barəsində Şəmkir RPŞ-nə və X18 şikayətlər olunmuşdur. Xuluf kənd İƏD üzrə nümayəndəliyi tərəfindən də müsbət davranışları olan bir kənd sakini kimi tanınmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, ərizəsinin nəzərə alınmasını bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10% dövlət nəfinə 04 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin barışaraq, heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin cəza növünü və müddətini müəyyən edərkən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilməsini və əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Bununla belə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 17 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd dəmir boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi X4 ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351- 353-cü və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd dəmir boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-242/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-242/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver