Məhkəmə qərarları › İş №1(076)-242/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-242/2025

12.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-242/2025 12.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Qazax şəhəri, H. Əliyev prospekti, ev-114, mənzil-31 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdə Gəncə şəhərində yerləşən “Şəmkir avtovağzalı” adlanan ərazidə istintaqa şəxsiyyəti məlum olmayan Mübariz adlı şəxsdən 120 manata aldığı 1 (bir) ədəd sellofan bükümün içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İİ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı ilə müəyyən edilən, psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq yaşadığı Qazax rayonuna aparmaq üçün daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdə saat 18:25-də Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun 385-ci kilometrliyində Şəmkir rayonu, Könüllü kəndi ərazisində saxlanılaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən üstü yoxlanılan zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,465 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, 8 may 2025-ci il tarixdə Qazax şəhərində yerləşən ona məxsus köhnə məhəlləyə gedərkən, yanında qara rəngli “Çeşka” markalı avtomobil dayanmış, həmin avtomobildən düşən şəxslər onu saxlamış və əllərinə qandal vurmuşlar və üzərinə 5 qram metamfetamin maddəsi qoymuşlar. Polis əməkdaşları arasında bir mayor rütbəli şəxs və bir neçə digər polis əməkdaşı olmuşdur. Daha sonra onlar videoçəkiliş aparmağa başlamış və onun üzərində axtarış həyata keçirmişlər. Axtarış zamanı üzərindən mobil telefon və guya üzərinə qoyulmuş narkotik maddə aşkar edilmişdir. Sonradan həmin narkotik maddə çəkilərək paketə qoyulmuşdur. Daha sonra o, regional idarəyə aparılmış, orada ona psixoloji təzyiq göstərilmiş və narkotik maddəni öz üzərinə götürməsi tələb edilmişdir. Ona bildirilmişdir ki, əgər narkotik maddəni üzərinə götürməsə, onun üçün daha pis nəticələr olacaqdır. O, ilkin mərhələdə bu tələblə razılaşmamışdır, lakin sonradan təzyiqlər nəticəsində narkotik maddəni üzərinə götürməyə məcbur olmuş və ondan tələb olunan ifadəni vermişdir. Daha sonra onu körpünün altına apararaq, narkotik maddəni guya oradan tapdığını deməsini tələb etmişlər. Ardınca isə ondan narkotik maddəni “Mübariz” adlı şəxsdən aldığını deməsi istəmişlər. Əlavə olaraq bildirdi ki, mütidəmi olaraq narkotik vasitəndən istifadə edir. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs vermiş olduğu ifadə məhkəmə iclasında elan edilmiş, ifadəsində göstərmişdir ki, təxminən iyirmi il olar narkotik vasitə istifadə edir. Təxminən beş il olar psixotrop maddə metamfetamin də istifadə edir. Təxminən bir ay yarım, iki ay müddət olar Mübariz kimi tanıdığı, şəxsiyyəti barədə əlavə məlumatı olmayan, Gəncə şəhərində yaşayan şəxslə tanış olmuşdu, lazım olduqca şəxsi istifadəsi üçün Gəncə şəhərinə gələrək həmin şəxsdən bir qramına 80 (səksən ) manat verməklə psixotrop maddə metamfetamin əldə edib. Təxminən 4-5 dəfə həmin şəxsdən psixotrop maddə əldə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Mübariz adlı şəxsdən psixotrop maddə əldə etmək üçün Qazax rayonu ərazisində tanımadığı şəxsin idarə etdiyi, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobilinə əyləşək Gəncə şəhərinə, Şəmkir avtovağzalı adlanan yerə gəlmiş, avtovağzalın yaxınlığında həmin şəxslə görüşərək yüz iyirmi manat verərək bir qram yarım psixotrop maddə metamfetamin əldə etmişdir. Bundan sonra Qazax rayonuna getmək üçün yolun kənarında dayanaraq yoldan keçən avtomobillərə əl edərək “Mersedes Vito” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə Şəmkir rayonu Könüllü kəndi ərazisinə kimi gəlmişdir. Həmin avtomobil Könüllü kəndinə getdiyi üçün yolun kənarında düşmüş və yenə Qazax rayonu istiqamətində gedən avtomobilərə əl etməyə başlamışdır. Bu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək BNMİ QBRŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər və üzərini yoxlayacaqlarını demişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, bundan sonra videoçəkilişdən istifadə etməklə üzərini yoxlamağa başlamışlar. İlk öncə ona üzərində narkotik vasitə, psixotrop maddə varsa onu könüllü təqdim etməyi təklif edilmişdir. O, polis əməkdaşlarının üzərini yoxlayacağını bildiyi üçün üzərində olan əşyaları təqdim etmiş, sonra üzərini yoxlamışlar, üzərindən təqdim etdiyi əşyalardan əlavə əşya, predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 1 ( bir ) ədəd bükümü göstərərək içərisində psixotrop maddə metamfetamin olduğunu, Gəncə şəhəri ərazisində Mübariz kimi tanıdığı şəxsdən pul qarşılığında əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, 1,60 qram olduğu müəyyən edilmiş, 1 ( bir ) ədəd ağ rəngli zərfin içərisində qablaşdırılmışdır. Həmçinin təqdim etdiyi, ona məxsus, 1 ( bir ) ədəd “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar özünə qaytarılmışdır. Ardınca polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinə gətirmişlər. Üzərinin yoxlanılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxundu, doğru tərtib edildiyi üçün imza etmiş. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağımdan ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş o, təqdim olunmuş vəkillərin siyahısından X2 dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət edilmişdir.Müdafiəçi X4 dəvət olunaraq ona təqdim edilmişdir.Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini 08 may 2025-ci il tarixdə Gəncə şəhəri ərazisində Şəmkir avtovağzalı adlanan yerin yaxınlığında Mübariz kimi tanıdığı şəxsdən pul qarşılığında şəxsi istifadəm üçün əldə etmiş, narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur.Mübariz adlı şəxsi txəminən bir ay yarım, iki ay müddət olar ki, Gəncə şəhərində təsadüfən tanımış, düşmənçiliyi, ədavəti yoxdur, daha əvvəllər 4-5 dəfə şəxsi istifadəsi üçün ondan psixotrop maddə əldə etmişdir.Polis əməkdaşları onu saxlayarkən, həmçinin polis şöbəsinin inzibati binasında olarkən onun hüquq və vəzifələrini izah etmişlər, onun müdafiə hüququnu təmin edərək dövlət hesabına onu müdafiəçi ilə təmin etmişlər, ona qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin operatoru vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Qazax şəhəri, Bakı küçəsi, ev 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 08 may 2025-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Qazax şəhəri, Bakı küçəsi, ev 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetaminin Şəmkir rayonu ərazisində saxlaması və istifadəsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru, Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru, Şahid1 tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru, Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən sonuncunun rəhbərliyi, onun və QBRŞ-nin polis nəfəri, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:25 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun 385-ci kilometrliyində Şəmkir rayonu, Könüllü kəndi ərazisində Qazax rayonu istiqamətində tərəflərindən saxlanılmaqla ona psixotrop maddə metamfetamini Şəmkir rayonu ərazisində satış məqsədilə daşımasında, saxlamasında və istifadəsində şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bizə heç bir etiraz etməmişdir. Həmin vaxt polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən videogörüntü ilə çəkiliş aparılmağa başlanılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ( bir ) ədəd cib dəsmalını, salfetka, 1 ( bir ) ədəd alışqanı, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ( bir ) ədəd “ Nokia “ markalı mobil telefonu, 1 ( bir ) ədəd 20 (iyirmi ) manat , 5 ( beş ) ədəd 10 ( on ) manat, 1 ( bir ) ədəd 5 ( beş ) manat, 2 ( iki ) ədəd 1 ( bir ) manatlıq əskinaslar olmaqla 77 ( yetmiş yeddi ) manat pulu, həmin şalvarın sağ yan cibindən 1 ( bir ) ədəd sellfon bükümü çıxardaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı, yoxlama zamanı sonuncunun təqdim etdiyi əşyalardan əlavə əynində olan gödəkçənin sağ yan cibindən 1 ( bir ) ədəd “ Kapital Bank ASC”-yə məxsus plastik kart aşkar edilmiş, əlavə olaraq üzərindən hər hansı əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ( bir ) ədəd sellofon bükümü göstərərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin psixotrop maddəni Gəncə şəhərində “ Şəmkir avtovağzalı “ adlanan yerdə Mübariz kimi tanıdığı şəxsdən aldığını qeyd etmişdir. Psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzi vasitəsilə çəkilmiş və sellofan bükümlə birlikdə çəkisinin 1, 60 qram olması müəyyən edilmişdir. Bundan sonra sonra həmin psixotrop maddə olan metamfetaminin olduğu 01 (bir) ədəd şəffaf sellofan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs aşkar edilən mobil telefon gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə QBRŞ-nin rəisinə raportla məruzə edilmiş, eləcə də keçirilmiş əməliyyat-axtarış tədbiri barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən oxunaraq imzalarla təsdiq edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümün qablaşdırıldığı 1 ( bir ) ədəd zərf, eləcə də mobil telefon tərəflərindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ömər İsmayılova təqdim edilmiş və sonuncu tərəfindən həmin zərf videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ömər İsmayılova təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Qazax şəhəri, Bakı küçəsi, ev 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 08 may 2025-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Qazax şəhəri, Bakı küçəsi, ev 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetaminin Şəmkir rayonu ərazisində saxlaması və istifadəsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru, Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru, Şahid1 tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru, Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən sonuncunun rəhbərliyi, onun və QBRŞ-nin polis nəfəri, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:25 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun 385-ci kilometrliyində Şəmkir rayonu, Könüllü kəndi ərazisində Qazax rayonu istiqamətində tərəflərindən saxlanılmaqla ona psixotrop maddə metamfetamini Şəmkir rayonu ərazisində satış məqsədilə daşımasında, saxlamasında və istifadəsində şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Həmin vaxt onun tərəfindən videogörüntü ilə çəkiliş aparılmağa başlanılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ( bir ) ədəd cib dəsmalını, salfetka, 1 ( bir ) ədəd alışqanı, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ( bir ) ədəd “ Nokia “ markalı mobil telefonu, 1 ( bir ) ədəd 20 (iyirmi ) manat , 5 ( beş ) ədəd 10 ( on ) manat, 1 ( bir ) ədəd 5 ( beş ) manat, 2 ( iki ) ədəd 1 ( bir ) manatlıq əskinaslar olmaqla 77 ( yetmiş yeddi ) manat pulu, həmin şalvarın sağ yan cibindən 1 ( bir ) ədəd sellfon bükümü çıxardaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı, yoxlama zamanı sonuncunun təqdim etdiyi əşyalardan əlavə əynində olan gödəkçənin sağ yan cibindən 1 ( bir ) ədəd “ Kapital Bank ASC”-yə məxsus plastik kart aşkar edilmiş, əlavə olaraq üzərindən hər hansı əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ( bir ) ədəd sellofon bükümü göstərərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin psixotrop maddəni Gəncə şəhərində “ Şəmkir avtovağzalı “ adlanan yerdə Mübariz kimi tanıdığı şəxsdən aldığını qeyd etmişdir. Psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzi vasitəsilə çəkilmiş və sellofan bükümlə birlikdə çəkisinin 1, 60 qram olması müəyyən edilmişdir. Bundan sonra sonra həmin psixotrop maddə olan metamfetaminin olduğu 01 (bir) ədəd şəffaf sellofan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs aşkar edilən mobil telefon gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq tərəflərindən götürülmüşdür.. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə QBRŞ-nin rəisinə raportla məruzə edilmiş, eləcə də keçirilmiş əməliyyat-axtarış tədbiri barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən oxunaraq imzalarla təsdiq edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümün qablaşdırıldığı 1 ( bir ) ədəd zərf, eləcə də mobil telefon tərəflərindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ömər İsmayılova təqdim edilmiş və sonuncu tərəfindən həmin zərf videogörüntü ilə götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Ömər İsmayılova təqdim etmişlər. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş, ifadəsində Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və o, bir ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin büküm tərəzidə çəkilmiş və 1,60 qram olması müəyyən olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında ” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdə tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 09 may 2025-ci il tarixli, 16/441 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə “ yazı və imzalar olan kağız paketdəki 1 ( bir ) ədəd sellofan bükümdə təmiz çəkisi 1,465 qram olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “ Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” in siyahısına ( 1-ci siyahı ) daxildir.(qeyd metamfetamin təmiz çəkisi 1,465 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 1,415 qram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 09 may 2025-ci il tarixli, 810 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Qazax rayon Məhkəməsinin hökmü ilə 177.2.1, 177.2.2 və 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidi məbləğinin 1000 misli miqdarına cərimə edilmişdir; xx.xx.2008-ci ildə Qazax rayon Məhkəməsinin hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3, 67, 33,68.2-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və şərti maliyyə vahidi məbləğinin 100 misli miqdarına cərimə edilmişdir; 11 noyabr 2022-ci il tarixdə Qazax rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 may 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 4(076)-53/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx.xx.1973-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Qazax rayonu, H.Əliyev prospekti, ev 114, mənzil 31-də qeydiyyatda olmaqla, Qazax rayonu, Bakı küçəsi, ev 29-da yaşayan Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 08 avqust 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş; həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 08 may 2025-ci il tarixdən hesablanması barədə qərar qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxsun özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini, üzərində aşkar olunan psixotrop maddəni polis əməkdaşları tərəfindən ona verildiyini göstərsə də şahid ifadələri, ekspertiza rəyləri, iş üzrə digər sübutlarla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübut olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs oğulun özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə kimi qiymətləndirir və əsaslı hesab etmir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğulun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Qazax rayon Məhkəməsinin hökmü ilə 177.2.1, 177.2.2 və 177.2.3, 69.4-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidi məbləğinin 1000 misli miqdarına cərimə edilmişdir; xx.xx.2008-ci ildə Qazax rayon Məhkəməsinin hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3, 67, 33,68.2-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və şərti maliyyə vahidi məbləğinin 100 misli miqdarına cərimə edilmişdir; 11 noyabr 2022-ci il tarixdə Qazax rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 may 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin xüsusilə təhlükəli residivi sayılır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivliyi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. X1 əməlində cinayətlərin xüsusi təhlükəli residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesbalanır. Məhkəmə hesab edir ki, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM 132.0.3). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, o, narkoloji kabinetdə qeydiyyatda alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 1,415 qram metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə xərci-aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30,4 manat ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 13 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardım görə cəmi 143 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və təqsirləndirilən şəxs dindirilən zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntünü özündə əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 1,415 qram olan narkotik vasitə (metamfetamin) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 13 saat hüquqi yardıma görə 143 (bir yüz qırx üç) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar