Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-243/2024 23.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi 4-dal, ev 5 mənzil 5-də pasport qeydiyyatında olan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə tanışı Şəmkir rayon sakini Şahid5 vasitəsilə tanıdığı Şəmkir rayonu Mahmudlu yaşayan Zərərçəkmiş şəxs1 övladı X1 pensiya düzəldilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək onu aldadıb 2023-cü ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu Təzəkənd kəndinin ərazisində Zərərçəkmiş şəxs1 2800 (iki min səkkiz yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirmiş, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Şahid2 vasitəsi ilə tanıdığı Şəmkir rayonu Düyərli kəndində yaşayan Zərərçəkmiş şəxs2 Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs, atası Zakir İsmayılovun həbsdən azad etdirilməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək onu aldadıb 2024-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixlərdə Şəmkir rayonu Təzəkənd kəndinin ərazisində Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla, vahid niyyətlə 1200 (bir min iki yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirmiş, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Zərərçəkmiş şəxs1 onun tanışı Kəmalənin vasitəsi ilə tanımışdır. Kəmalə ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 qızına pensiya düzəltmək lazımdır. O, da Bakı şəhərində yaşayan tanışına zəng edib bu barədə məlumat verdikdən sonra o, Zərərçəkmiş şəxs1lə mobil telefon vasitəsi ilə danışdıqdan sonra işin həlli üçün 2800 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. Qeyd edilən hadisələr 2022-ci ilin noyabr ayına təsadüf etmişdir. O, Zərərçəkmiş şəxs1lə görüşdükdən sonra ondan Şəmkir rayonu Təzəkənd ərazisində 2800 manat pul almışdır. Pulu aldıqdan sonra o, Zərərçəkmiş şəxs1lə telefon vasitəsi ilə danışdıqdan sonra ona Gəncə şəhərində yerləşən xəstəxanalarda analizlər verib həmin analizlərin cavablarını ona gətirməsini bildirmişdir. O isə onunla razılaşdıqdan sonra ona qızı Rəsmiyənin analizin cavablarını ona göndərmişdir. Həmin analizlərin cavabını sistemə vurulması üçün onlara yenidən geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 işi düzəlmədiyi üçün o, 2800 manat pulu ona geri qaytarmışdır. 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs1 həyat yoldaşı ona zəng edərək onun qızının pensiyasını yenidən düzəltməyə köməklik etməsini xahiş etmiş, o, da bununla razılaşmış və 2800 manat pulu yenindən Zərərçəkmiş şəxs1 istəmişdir. O isə ona 2800 manat pulu 2023-cü ilin noyabr ayında Şəmkir rayonu Təzəkənd ərazisində vermişdir. Pulu verərkən onların yanında heç kəs olmamışdır. O, pulu aldıqdan sonra Rəsmiyə xəstəxanada yatmışdır. Epikirizi aldıqdan sonra Rəsmiyənin sənədlərini yenidən xəstəxanaya göndərmişdir. Lakin Rəsmiyənin işi alınmamışdır. İş alınmadığı üçün 2024-cü ilin mart ayında 500 manat pulu geri qaytarmışdır. Bundan başqa Şəmkir rayonu Düyərli kəndində yaşayan Zərərçəkmiş şəxs2 tanıyır. Onunla aralarında düşmənçilik və ədavətləri yoxdur. Zərərçəkmiş şəxs2 Sübhan adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, 2024-cü ilin yanvar ayında Sübhan ona bildirmiş ki, onun tanışı var onun atası tutulub onu həbsdən azad etmək lazimdir. O, da Sübhana bildirmişdir ki, həmin şəxsə o, köməklik edə bilər. Təxminən 2024-cü ilin fevral ayında Qafqaz Sübhanla birlikdə onun qohumu Yaşarın yaşadığı Şəmkir rayonu Təzəkənd ərazisində yerləşən fərdi yaşayış evində görüşmüşlər. Söhbət edən zamanı o, Qafqazdan işin həli üçün 1000 manat pul istəmişdir. Qafqazda onunla razılaşmışdır. Səhərisi gün onlar yenidən Qafqazla Yaşarın yaşadığı fərdi yaşayış evində görüşmüşlər. Qafqaz anası, Yaşar, Sübhanın yanında ona 1000 manat pul vermişdir. O, da pulu aldıqdan sonra Qafqaza köməklik edəcəyini bildirmişdir. Pulu alıb 2 gündən sonra Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində olduğu müddətdə Qafqazdan əlavə olaraq da 200 manat pul almışdır. Lakin Qafqazın işini həl edə bilməmişdir. Zərərçəkmiş şəxs1 tanışı Kəmaməlinin, Zərərçəkmiş şəxs2 isə tanışı Sübhanın vasitələri ilə tanımışdır. Zərərçəkmiş şəxs1 2023cü ilin noyabr ayında qızına pensiya düzəltmək üçün 2800 manat, Zərərçəkmiş şəxs2 isə onun atasını cəzadan azad etmək müqabilində 1200 manat pulu 2024-cü ilin fevral ayında almışdır. O, həmin pulları heç kimə verməmiş, şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı etdiyi əməllərindən peşmandır. Halhazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır, onlara dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı şikayətləri və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Mahmudlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmin şəxsi o, Şəmkir rayon Mərkəzi xəstəxanasında işləyən Kəmalə adlı xanımın vasitəsi ilə tanıyır. Kəmalə isə onun övladı Şövkətin qonşusudur. Kəmalə ona qızının vasitəsi ilə Mehmanın mobil nömrəsini vermişdir. O, da Mehmanla əlaqə saxlamış onunla telefonla danışarkən qızı Rəsmiyə Hepatic C-dən əziyyət çəkməsini bildirmişdir. O isə ona Bakı şəhərində tanışlarının olduğunu bildirirək ona pensiya üçün köməklik edəcəyini və işin müqabilində 2800 manat pul alacağını bildirmişdir. O, da Mehmanla razılaşmış və onunla ilkin olaraq 2022-ci ilin noyabr ayında Şəmkir rayonu Təzəkənd ərazisində görüşmüşlər. Görüşüb söhbət edərkən ona işini tez həll edəcəyini bildirmişdir. O, da Mehmana inanıb ona 2800 manat pul vermişdir. Mehman ona bildirmişdir ki, işin tez düzəlməsi üçün Gəncə şəhərində yerləşən xəstəxanalardan qeydiyyatdan keçib analızın cavablarını ona gətir. O, da Mehmanın dediklərini etdikdən sonra analizin cavablarını ona göndərmişdir. Lakin Mehman bu gün sabah deyərək onu aldatmağa başlamışdır. Bundan sonra işin düzəlmədiyinə görə Mehman ona 2800 manat pulu geri qaytarmışdır. 2023-cü ilin noyabr ayında Mehman ona yenidən zəng edərək qızının pensiyasının düzəldiyini və 2800 manat pulu ona gətirməyini bildirmişdir. O, da Mehmana inanıb 2023-cü ilin noyabr ayında onunla Şəmkir rayonu Təzəkənd kəndində görüşmüş və ona 2800 manat pulu vermişdir. Pulu verərkən yenə də yanlarında heç kəs olmamışdır. Mehman pulu alıb getdikdən sonra bu gün sabah deyərək onu aldatmağa başlamışdır. O, Mehmanın haqqında şikayət edəcəyini bildirdikdən sonra Mehman onun 500 manat puluu geri qaytarmışdır. 2300 manat pulu geri qaytarmadığı üçün o, da məcbur olub Mehmanın haqqında Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs pul verərkən onların yanlarında heç kəs olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Düyərli kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, həmin şəxsi o, Sübhanın vasitəsi ilə tanımışdır. Onun atası 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153-cü maddəsi ilə təqsirli bilinərək tutulmuşdur. O, Sübhanla söhbət edərkən Süban ona bildirmiş ki, Mehman adlı tanışı onun atasının işini həl edə bilər. O, da Sübhanla razılaşmış və 2024-cü ilin fevral ayında onunla yəni Mehmanla görüşmək üçün Şəmkir rayonu Təzəkənd ərazisində yaşayan Yaşar adlı şəxsin evinə getmişdir. Söhbət edərkən ondan 1000 manat pul isdəmişdir. Sabah ki gün o, pulu Şəmkir rayonu Təzəkənd ərazisində yaşayan Yaşar adlı şəxsin evində Yaşar, Sübhan və anası Təranənin yanında vermişdir. O isə bildirmiş ki, işiniz tezliklə həl olunacaq. O, da Sübhanla razılaşıb yaşadığı ünvana getmişdir. Sonra isə Mehman ondan əlavə olaraq 200 manat pul istəmişdir. O, da həmin pulları onun istifadə etdiyi karta göndərmişdir. Lakin Mehman bu gün sabah deyərək onu aldatmağa başlamışdır. O, da məcbur olaraq onun barəsində Şəmkir rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs pul verərkən onların yanlarında heç kəs olmamışdır. Pulu isə ondan alarkən onun atası həbsdən azad edəcəyi adı ilə almışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu Düzqışlaq kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində etdiyi şikayətlə tanışdır. Bununla bağlı onu qeyd etmək istəmişdir ki, Mehman Məcidovu o, təxminən 3 il bundan əvvəl hal-hazırda Rusiyya Federasiyasında yaşayan qohumu İlhamə adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, onun övladı angenoz adlı xəstəlikdən əziyyət çəkib. İlhamə ilə mobil telefon vasitəsi ilə danışan zamanı ona bildirmiş ki, onun qohumu var o sənə köməklik edə bilər. İlhamə ona Mehmanın mobil nömrəsini vermişdir. O, da onunla əlaqə saxlayıb övladı barədə məlumat vermişdir. Mehman ona övladının əməliyyatında köməklik edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 qızı Şövkət onunla qonşuluqda yaşayır. Söhbət edən zamanı ondan övladının əməliyyatını nə vaxt edəcəyini soruşduqda o, bildirmiş ki, Mehman adlı şəxs var o köməklik edəcək. Şövkət ondan Mehmanın mobil telefon nömrəsini almışdır. Sonra isə o, eşitmiş ki, Zərərçəkmiş şəxs1 qızı Rəsmiyyənin pensiyası üçün Mehmana 2800 manat pul verib. Lakin işi düzəldə bilmədiyi üçün Zərərçəkmiş şəxs1 Mehman barəsində şikayət ərizəsi ilə müraciət edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid4 Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlqıdan məhrum etmə cəzası verilmişdir. Təqsirləndirilən şəxs barəsində Sabuncu rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 24004041 nömrəli cinayət işi var. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş səxslərə vurmuş olduğu 4000 (dörd min) manat pulun 25 faizini yəni, 1000 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, onların barışmasını və dəymiş ziyanın qanunla müəyyən olunmuş miqdarda faizini dövlət büdcəsinə ödəməsini əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2–ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM–nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189–1.2–1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.2.2-ci maddəsi ilə verilmiş ittihamın həcmi 4000 manatdır. Azərbaycan Respublikası CM–nin 73–1.2–ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi (4000 m x 25:100) 1000 manat təşkil edir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 8 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 48 (qırx səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-243/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-243/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver