Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-243/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 05 ay, 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla Şəmkir rayonu, Yeni Həyat kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman yerdən tapdığı psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, sonra isə Şəmkir rayonu ərazisində üzərində gəzdirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin X9 polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdə saat 18:30 radələrində Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonu Çinarlı qəsəbəsindən Şəmkir rayonu Yeni Həyat kəndi istiqamətində hərəkətdə olan zaman saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin X9 əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid3 tərəfindən üstü yoxlanarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01(bir) ədəd gümüşü kağız bükümdə ümumi təmiz çəkisi 0,245 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, 23 aprel 2025-ci il tarixdə o, Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində “Ana” heykəlinin yaxınlığında piyada hərəkətdə olan zaman yerdə olan gümüşü rəngli kağız büküm diqqətini çəkmişdir. O, həmin kağız bükümü yerdən götürərək baxan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və daha sonra istifadə etmək məqsədilə içərisində metamfetamin olan həmin kağız bükümü cibinə qoyaraq üzərində saxlamışdır. 24 aprel 2025-ci il tarixdə, saat 17 radələrində o, dostu X4 atasının il dönümü ilə bağlı yas mərasimində iştirak etmək üçün Şəmkir rayonu, Çinarlı qəsəbəsində fərdi yaşayış evinə getmişdir. O, yas mərasimində iştirak etdikdən sonra Aqildən xahiş etmişdir ki, idarə etdiyi avtomobillə onu yaşadığı Şəmkir rayonu, Yeni Həyat kəndinə aparsın. Lakin Aqilin idarə etdiyi avtomobil nasaz olduğundan souncunun dayısı Şahid1 xahiş etmişdir ki, onu evə aparsın. Sakit isə bu təkliflə razılaşaraq onu idarə etdiyi “VAZ-2106” markalı, **- UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin gün saat 18 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsindən Şəmkir rayonu, Yeni Həyat kəndinə aparan zaman “Ana” heykəlinin yaxınlığında mülki geyimdə olan polis əməkdaşları onları saxladıb, özlərini Şəmkir RPŞnin X9 əməkdaşları kimi təqdim etdikdən sonra avtomobili bir qədər kənara sürməklərini xahiş etmişlər. Avtomobildən düşdükdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında və gəzdirilməsində şübhəli olduğu bildirilmişdir, həmin vaxt psixotrop maddə isə onun üzərində olmuşdur. Üzərinə üst baxış keçirmişlər, həmin proseslər fasiləsiz videoçəkilişlə çəkilmişdir. Üst baxışı keçirilən zaman polis əməkdaşları cibində və üzərində nə varsa çıxarmağı ona təklif etmişlər. O, isə onsuzda ifşa olunacağını düşündüyü üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü kağız bükümün içərisində psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. O, polis əməkdaşları tərəfindən Şəmkir Rayon Polis X11 Bölməsinə aparılmış, orada müdafiəçi ilə təmin edilmiş, videoçəkilişlə müdafiəçisinin də iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Şahid1 onun üzərində psixotrop maddə olmasından xəbəri olmamışdır. Əməlindən peşmandır. Ona görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin X9 Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis kiçik leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 24 aprel 2025-ci il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon polis şöbəsinin X9 rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon polis şöbəsinin X9 cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Şəmkir rayon polis şöbəsinin X9 sahə polis nəfəri, polis baş serjantı Şahid4 və Şəmkir rayon polis şöbəsinin X9 sahə polis nəfəri, polis baş serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 aprel 2025-ci il tarixdə, saat 18:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Çinarlı qəsəbəsindən Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan Təqsirləndirilən şəxs və həmin avtomobilin sürücüsü Şahid1 onlar tərəfindən saxlanılmaqla Təqsirləndirilən şəxs psixotrop maddələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt sahə polis nəfəri Şahid5 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxararaq 01 ədəd siqaret falqasına bükülmüş halda olan psixotrop maddəyə bənzər, ağ rəngli kütləni təqdim etmişdir. Həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin metamfetaminə bənzər kütləni 23 aprel 2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən “Ana” heykəlinin yaxınlığında piyada hərəkətdə olan zaman siqaret falqasına bükülü halda yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir, həmin kütlə onun tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin sürücüsü Şahid1 üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Şahid1 üzərində heç nə olmadığını bildirdikdən sonra sonuncunun üzərinə baxış keçirilmiş, lakin qanunsuz heçnə aşkar olunmamışdır. Həmçinin Şahid1 razılığı ilə sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna, yük yerinə və mühərrik yerləşən ön hissəsinə baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis X11 bölməsinə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin X9 sahə polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 24 aprel 2025-ci il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir rayon polis şöbəsinin X9 cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon polis şöbəsinin X9 rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş qərara əsasən sonuncunun rəhbərliyi ilə ondan, Şəmkir rayon polis şöbəsinin X9 cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Şəmkir rayon polis şöbəsinin X9 cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Şəmkir rayon polis şöbəsinin X9 sahə polis nəfəri, polis baş serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 aprel 2025-ci il tarixdə, saat 18:30 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsindən Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan Təqsirləndirilən şəxs və həmin avtomobilin sürücüsü Şahid1 onlar tərəfindən saxlanılmaqla Təqsirləndirilən şəxs psixotrop maddələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt sahə polis nəfəri Şahid5 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxararaq 01(bir) ədəd siqaret falqasına bükülmüş halda olan psixotrop maddəyə bənzər, ağ rəngli kütləni təqdim etmişdir. Həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin metamfetaminə bənzər kütləni 23 aprel 2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən “Ana” heykəlinin yaxınlığında piyada hərəkətdə olan zaman siqaret falqasına bükülü halda yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir, həmin kütlə əməliyyat müvəkkili Şahid3 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisinin 0,30 qram olması müəyyən edilmiş, daha sonra həmin kağız büküm içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin X9 cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 24 aprel 2025-ci il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir rayon polis şöbəsinin X9 cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon polis şöbəsinin X9 rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş qərara əsasən sonuncunun rəhbərliyi ilə ondan, Şəmkir rayon polis şöbəsinin X9 cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Şəmkir rayon polis şöbəsinin X9 sahə polis nəfəri, polis baş serjantı Şahid4 və Şəmkir rayon polis şöbəsinin X9 sahə polis nəfəri, polis baş serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, 24 aprel 2025-ci il tarixdə, saat 18:30 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsindən Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan Təqsirləndirilən şəxs və həmin avtomobilin sürücüsü Şahid1 onlar tərəfindən saxlanılmaqla Elxana psixotrop maddələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Şahid5 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxararaq 01 ədəd siqaret falqasına bükülmüş halda olan psixotrop maddəyə bənzər, ağ rəngli kütləni təqdim etmiş, metamfetamin olmasını, 23 aprel 2025-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən “Ana” heykəlinin yaxınlığında piyada hərəkətdə olan zaman siqaret falqasına bükülü halda yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Kütlə əməliyyat müvəkkili Şahid3 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və zərfə qoyularaq DİN-in zərflər üçün olan 118 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “West” markalı siqaret qutusu, 02 ədəd alışqan və 32 manat pul aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra avtomobilin sürücüsü Şahid1 üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Şahid1 üzərində heçnə olmadığını bildirdikdən sonra onun üzərinə baxış keçirilmiş, lakin qanunsuz heçnə aşkar olunmamışdır. Həmçinin öz razılığı ilə Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna, yük yerinə və mühərrik yerləşən ön hissəsinə baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş predmet aşkar edilməmişdir. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis X11 bölməsinə aparılmış və onun üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı 01 ədəd zərfi əməliyyat müvəkkili Şahid3 Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərova təqdim etmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da təqsirləndirilən şəxs və şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” 24 aprel 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Çinarli qəsəbəsindən Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətində gedən asfalt yolun kənarında “Ana” heykəlinin yanında hərəkətdə olduqları VAZ-2106 markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq saxlanıdığı yerdən təxminən 50 metr aralıda yolun sağ kənarında üstü yoxlanılmış və onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaret falqasına bükülmüş vəziyyətdə çəkisi 0,30 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş çəkilərək protokola əlavə olunmuşdur. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, saxlanılan şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsinə dair” 24 aprel 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şahid1 Şəmkir rayonu Çinarli qəsəbəsindən Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətində gedən asfalt yolun kənarında “Ana” heykəlinin yanında hərəkətdə olduqları VAZ-2106 markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq saxlanıldığı yerdə təxminən 50 metr raralıda yolun sağ kənarında üstü yoxlanılmış və ondan narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Daha sonra Şahid1 məxsus olan VAZ-2106 markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin salonundan, yük yerindən və mühərrik yerləşən ön hissəsindən narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. “Təqdim edilmiş əşyaya baxış keçirilməsi barədə” 24 aprel 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 24 aprel 2025-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ənvər Əkbərov tərəfindən Şəmkir rayon Polis şöbəsinin X9 CAÜ-rə əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan metamfetaminə bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs olaraq tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 25 aprel 2025–ci il tarixli 16/384 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,245 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 0245 qram metamfetamindən 0,05 qramı ekspertiza tədiqatına sərf edilmiş, 0,195 qram metamfetamin qalmışdır. xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində “Ana” heykəlinin yaxınlığında tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və onun istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış, ekspert tədqiqatına sərf etdikdən sonra qalıq qalmış, təmiz çəkisi 0,195 qram psixotrop maddə olan metamfetamin, həmçinin, cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarışının, narkotik vasitənin təqdim edilməsinin və təqsirləndirilən şəxsin ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 03 ədəd DVD-R disk, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyi, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 13 may 2025–ci il tarixli, 778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 26 aprel 2025-ci il tarixli 295 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022-ci il tarixdən narkoloji kabinetdə Həşiş narkomaniyası diaqnozu ilə dispanser qeydiyyatda dayanır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən 1000 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəriməni dövlət nəfinə oğəmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 13 iyun 2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Şəmkir RİHB-nın Yeni Həyat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Vetranları və Şahid Ailələrı və X8 Birliyi tərəfindən verilmiş M/V 016804 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, müharibə veteranı kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 018718 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, 2-ci qrup əlil olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümui rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmalı, o, narkoloji kabinetdə qediyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə madd sübutlar olan, Şəmkir RPŞ Saxlanc anbarında saxlanılan 0,195 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, cinayət işinin materiallarında olan 03 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saata görə 44 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ Saxlanc anbarında saxlanılan 0,195 qram metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk iş materiallartında saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 44 (qırx dörd) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-243/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-243/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver