Məhkəmə qərarları › İş №1(076)-245/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-245/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-245/2023 27.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Sahib oğlunun, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə saat 14 radələrində 12 oktyabr 2021-ci il tarixli 2841 nömrəli etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ 21099 markalı **-CP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu Qasımalılar kəndi ərazisindən keçən hissəsində Gədəbəy rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan öz hərəkət zolağında əks, yəni Gədəbəy rayonu istiqamətindən Şəmkir şəhəri istiqamətində hərəkətdə olan Şahid3 idarə etdiyi Kamaz markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatı edərək onun hərəkət istiqamətinə çıxmasını görərək “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin 3-cü tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, yol hərəkəti qaydalarının qeyd olunan tələblərini pozaraq hərəkətini davam etdirib avtomobili qarşı sol hərəkət zolağına çıxartmış, bu zaman Şahid3 idarə etdyi Kamaz markalı avtomobili öz yoluna doğru istiqamətləndirərkən Təqsirləndirilən şəxs həmin avtomobillə toqquşması, nəticədə ehtiyatsızlıqdan avtomobilində olan Gədəbəy rayonu, Qumlu kənd sakini Zərərçəkmiş şəxs başın tüklü hissəsində sağ gicgah nahiyyəsinin əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ diz oynağının ön və bayır səthinin, hər iki baldırın ön səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi xəsarətlərindən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Anası Adilənin adına olan, faktiki olaraq isə ona məxsus VAZ 21099 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə meyvə tərəvəz satmaqla məşğul olmuşdur. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. Təxminən 2023-cü ilin yanvar ayının əvvəlindən alverə gedərkən qonşuluğunda yaşayan İlkində onunla getmişdir. İlkinin atası öldüyündən İlkin nənəsinin himayəsində qalırmış. O, Şəmkir rayonundan meyvə tərəvəz gətirmiş, İlkin isə həmin meyvə tərəvəzi Gədəbəy rayonunda satmışdır. Əldə etdiyi gəliri isə bölmüşlər. 02 fevral 2023-cü il trixdə günorta saatlarında onlar birlikdə Şəmkir rayonuna “Səbət bazarı”na gəlmiş, oradan limon, apelsin, banan, mandarin və nar alaraq onun avtomobilinə yükləmiş və Gədəbəy rayonu istiqamətində getməyə başlamışlar. Həmin vaxtı İlkin ön oturacaqda oturmuş, o isə avtomobili idarə etmişdir. Təxminən Gədəbəy rayonu istiqamətində getdiyində “Yasamal aşırımı” adlı yerlə getdiyi zaman yolda qatı duman olduğundan o, avtomobili təxminən 30- 40 KM/SAAT sürətlə idarə etmişdir. “Yasamal aşırımı”nı keçdikdən sonra Şəmkir rayonu Qasımalılar kəndinə çatmağa az qalmış qarşısında markasını və dövlət nömrə nişanını xatlamadığı avtomobil gedirmiş. Həmin avtomobil onun avtomobilindən sürətli getdiyindən dumanın içərisində gözdən itmişdir. Həmin anda da qəfildən dumandan kamaz markalı avtomobil çıxmış və o, həmin avtomobilin onun yolunda olduğunu və üzərinə gəldiyini görmüşdür. Həmin anda Kamazın onun avtomobilini vuracağını gördüyündən sükanı sola çəkərək əks hərəkət zolağına çıxmışdır. Lakin Kamazda həmin anda öz yoluna qayıtmışdır. O, toqquşmadan yayınmaq istəsə də mümkün olmamışdır. Onun avtomobilini Kamaz vurduqdan sonra bir neçə metr sürüyərək yolun kənarına çıxartmışdır. Həmin anda da o, huşunu itirmişdir. Yol gedən avtomobillərdən düşən şəxslər onu avtomobildən çıxartmışlar. O, həmin vaxtı ərtafda olan şəxslərin İlkini çıxartmasını görmüşdür. O, həmin şəxslərdən İlkinin vəziyyətinin necə olmasını soruşduqda həmin şəxslər İlkinin yaşadığını bildirmişlər. Bir qədər sonra təcili yardım avtomobili gəlmiş və onu Şəmkir rayon mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanaya gəldikdən sonra o, İlkinin hadisə nəticəsində öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, kamaz markalı avtomobil hadisə zamanı yüksək sürətlə gəlmiş, o, həmin avtomobili 5-10 metr qalmış öz yoluna çıxmasını görmüş, hadisədən yayınmaq üçün idarə etdiyi avtomobili sola istiqaqmətləndirib əks yola çıxdığında kamaz amarkalı avtomobildə öz yoluna qayıtmış və həmin vaxtı hadisə baş vermişdir. Hazırda əməlindən peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında səhətində olan problərlər səbəbindən iştirak etməyən, iş üzrə tərəflərin razılığı ilə ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 2006-cı ildə Gədəbəy rayon sakini Elman Hüseynovla ailə həyatı qurmuşdur. Onların birgə nigahından 2007-ci ildə oğlu İlkin dünyaya gəlmişdir. Sonradan o, Elmandan boşandığından İlkin onun himayəsində qalmış və həmin vaxtlar onlar aliment pulu almışlar. 2017-ci ildə Elman vəfat etdiyindən İlkinə atasızlıq pulu kəsilmiş və hər ay İlkin 120 manat pul almışdır. O da heç bir yerdə işləmədiyindən həmin pulla ailəsini dolandırmışdır. 2022-ci ilin noyabr ayından ilin bir çox vaxtları İlkin vəfat edən atası Elmanın tək olan anası Elmiranın yanında qalmışdır. 2023-cü ilin əvvəllərindən İlkin rayon sakini olan Elvinə alverə köməklik etdiyini eşitmişdir. O, İlkinə buna görə etiraz etdiyində İlkin getməyəcəyini bildirmişdir. 02 fevral 2023-cü il tarixdə günorta o, yaşadığı kənddə olduğu zaman Elvinin Şəmkir rayonundan Gədəbəy rayonu istiqamətində öz avtomobili ilə gəldiyi zaman yolda avtomobilin Gədəbəy rayonu istiqamətindən gedən Kamaz markalı avtomobillə toqquşmasını və İlkinin ağır xəsarət aldığını və İlkini Şəmkir rayonuna apardıqlarını eşitmişdir. O, bundan sonra qardaşı Elşadla Şəmkir rayonuna gəlmiş, yolda isə onlara İlkinin aldığı xəsarətlərdən vəfat etdiyini bildirmişlər. Rəbiyyə İmanova ifadəsində həmçinin göstərmişdir ki, Elvin İlkinlə birlikdə Şəmkir rayonundan satmaq üçün mer-meyvə alaraq Gədəbəy rayonuna qayıtdıqları zaman Qasımalılar kəndinə çatdıqları zaman yol duman olduğundan qarşıdan gələn kamazı görməmiş, qəfildən kamazın üzərinə gəldiyini gördükdə isə avtomobilin sükanını sola istiqamətləndirmiş və həmin vaxtı qəza baş verməsini eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə göndərərək, Təqsirləndirilən şəxs törətdiyi qəza nəticəsində oğlu Zərərçəkmiş şəxs vəfat etdiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1992ci ildən 1994-cü ilədən birinci Qarabağ müharibəsində iştirak etmiş, hazırda Qarabağ müharibəsi veteranıdır. 26 ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi, 6 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü kimi işləmişdir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. 2022-ci ilin iyun ayından ona Şirkətin Kamaz markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobili təhkim olunmuşdur. Həmin avtomobillə o, Bakı şəhərinə və rayonlara şirkətin avadanlıqlarını aparmışdır. Əsasən isə dəmir boru aparmışdır. 01 fevral 2023-cü il tarixdə o, həmin yük avtomobili şirkət tərəfindən dəmir boru ilə yükləndikdən sonra rəhbərliyin göstərişi ilə boruları Gədəbəy rayonuna gətirmişdir. Yola çıxmazdan əvvəl ona yol vərəqəsi və ezamiyyət yazılmış və o, yola çıxmışdır. 02 fevral 2023-cü il tarixdə o, Gədəbəy rayonuna lazımi ünvana gələrək boruları təhvil vermiş və geri Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Gədəbəy rayonundan Şəmkir rayonu istiqamətində hərəkətdə olduğu zaman Şəmkir rayonunun Qasımalılar kəndi ərazisindən keçərkən avtomobili hava dumanlı olduğundan 30-40 km/saat sürətlə idarə etmişdir. Qarşıdan gedən traktor yolun kənarına çıxaraq ona yol verdiyindən o, yoluna davam etmişdir. Yol düz olmuş və qarşısında başqa hər hansı avtomobil olmamışdır. Həmin vaxtı o, dumandan əks hərəkət zolağından bir avtomobilin gəlməsini görmüşdür. Həmin avtomobil öz hərəkət zolağı ilə getdiyindən o, avtomobilə fikir verməmişdir. Lakin qarşıdan gələn avtomobil ona çatmağa təxminən 5-7 metr qalmış qəfildən onun getdiyi yol istiqamətində hərəkət edərək onun yoluna çıxmışdır. O, həmin avtomobillə toqquşacağını gördüyündən əyləci sıxaraq sükanı sağa çəkmişdir. Lakin məsafə qısa olduğundan o, avtomobilini toqquşmadan yayındıra bilməmişdir. Həmin avtomobilin sağ tərəfi onun idarə etdiyi avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. Toqquşma anında da onun avtomobili dayanmışdır. O, tez əl əyləcini çəkərək avtomobildən düşmüş, sürücü tərəfə gedərək oraya gələn digər şəxslərin köməkliyi ilə sürücünü avtomobildən çıxarmışdır. Onlar sürücünü çıxardıqda həmin şəxs “yanımdakına nə olub” demişdir. Bu zaman o, avtomobildə başqa sərnişin də olmasını bilmişdir. Buna qədər avtomobilin sağ tərəfinə fikir verməmişdir. Ətrafda olan şəxslərlə birgə tez sərnişin tərəfə baxdıqda orada cavan adamın olmasını görmüşlər. Onlar sağ tərəfdə olan şəxsi avtomobildən çıxarmaq istədikdə avtomobil Kamazın altına girərək sıxıldığından onlar avtomobilin qapısını aça bilməmişlər. Bundan sonra o, Kamazı bir qədər arxaya sürmüş və sağ tərəfdə olan sərnişini avtomobildən çıxarmışlar. Ətrafda olan şəxslər sərnişinin hələ nəfəs aldığını bildirmişlər. Həmin şəxs cavan uşağa oxşamışdır. O isə baxdığında artıq həmin şəxsin artıq öldüyünü görmüşdür. Ona görə də orada oturaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Orada olan tanımadığı şəxslər təcili yardıma və polisə zəng etmişlər. Bir qədər sonra təcili yardım avtomobili gələrək onun yük avtomobili ilə toqquşan avtombilin sürücüsü sağ olduğundan xəstəxanaya aparmışlar, digər sərnişinin isə öldüyünü və polis əməkdaşları gəldikdən sonra aparılacağını bildirmişlər. Daha sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşlı hadisə yerinə gələrək müvafiq araşdırma aparmışdır. Şahid3 İfadəsində həmçinin göstərmişdir ki, o, qarşıdan gələn onun avtomobili ilə toqquşan avtomobili 15 metr məsafədən dumanın içərisindən çıxaraq gəldiyini görmüş, həmin avtomobil isə onun avtomobilinə çatmağa 5-7 metr qalmış onun qarşısına çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Fərdi əməklə məşğul olur. 02 fevral 2023-cü il tarixdə saat təxminən 14 radələrində Gədəbəy rayonu Xar-xar kənd sakini olan Əhmədlə yaşadığı evə gedirmiş. Əhməd taksi sürücüsü olmuşdur. Şəmkir rayonu Qasımalılar kəndinin girişinə çatdığı zaman yol nəqliyyat hadisəsi baş verdiyini və camaatın yığışmasını görmüşdür. Onlar avtomobili saxlatmış, taksi sürücüsü yaxın gəlməmiş, o, yaxına getdiyində Kamaz markalı avtomobillə VAZ 21099 markalı avtomobilin toqquşmasını görmüşdür. VAZ 21099 markalı avtomobilin əks hərəkət zolağında yolun kənarında olmuşdur. Baxdıqda bir nəfər cavan oğlanın sərnişin tərəfində sıxılı vəziyyətdə qalmasını görmüşdür. Ətrafda olan şəxslərin köməkliyi ilə avtomobilin qapısını açaraq həmin şəxsi avtomobildən çıxarmış və yerə uzatmışlar. Həmin vaxtı o, baxdıqda həmin şəxsin artıq öldüyünü görmüşdür. Belə ki, həmin şəxsin sifəti göyərməyə başlamışdır. Digər şəxs isə ətrafdakıların deməsinə görə VAZ 21099 markalı avtomobilin sürücüsü olan şəxs kənarda yerdə uzadılmış və ağırlarının olduğunu bildirib qışdırırmış. Bundan bir qədər sonra o, orada dayanmağın mənasız olmasını bildiyindən həmin yerdən getmişdir. O, orada olduğu zaman ətrafda olan şəxslər Kamaz markalı avtomobilin arxa tərəfdə dayanmış təzə traktorun ötmə əməliyyatı etdiyini, həmçinin VAZ 21099 markalı avtomobilində ötmə əməliyyatı etdiyini və həmin vaxtı onların bir biri ilə toqquşmasını danışmışlar. Hadisə yerinə baxdıqda bilmək olmuşdur ki, VAZ 21099 markalı avtomobil toqquşmadan sonra həmin avtomobili təxminən 7-8 metr yolda sürüyərək kənara çıxarmışdır. O, həmin şəxslərdən heç birini tanımamışdır. Məhkəmə iclasında iş üzrə tərəfələrin etirazı olmadan ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, uzun illərdi ki, traktor sürücüsü işləmişdir. Təxminən 12 il olar ki, Gədəbəy rayonuna gələrək əkin sahələrinin şümlanması ilə məşğul olmuşdur. 2022-ci ildə özü şəxsi istfadəsi üçün “Belarus 892” markalı traktor almışdır. Gədəbəy rayonuna gəldikdə isə orada olan şum üçün kotanlardan istifadə etmişdir. 02 fevral 2023-cü il tarixdə o, Gədəbəy rayonunda olan işlərini görüb yekunlaşdırdığından yaşadığı Gəncə şəhərinə getməyə başlamışdır. Gədəbəy rayonundan Şəmkir rayonu istiqamətində gəldiyində aşırımlarda yol çox duman olduğudan traktoru çox aşağı sürətlə idarə etmişdir. Saat təxminən 14 radələrində o, Şəmkir rayonu Qasımalılar kəndini çıxdığı zaman arxadan ağ rəngli Niva markalı avtomobilin gəlməsini görmüşdür. Həmin anda arxadan Kamaz markalı avtomobilin gəlməsini, Niva markalı avtomobili ötmə əməliyyatı edərək keçməsini, öz yoluna qayıtmadan ötmə əməliyyatı edərək onuda keçməsini görmüşdür. Həmin yerdə ötmə əməliyyatına icazə verməyən düz xətt olmuşdur. Həmin anda da o, qarşıdan VAZ 21099 markalı avtomobilin gəlməsini görmüşdür. VAZ 21099 markalı avtomobil yolda olan ağ xətti tutaraq gəlirmiş. Kamaz onu keçərək qarşıdan gələn avtomobili görüb öz yoluna qayıtmaq istədikdə VAZ 21099 markalı avtomobili vurmuş və sükanı sağa yönəldərək öz yoluna doğrun istiqamətləndirmişdir. Bir neçə metr VAZ 21099 markalı avtombili sürüyərək yoldan torpaq yola çıxardaraq dayanmışdır. Kamaz dayanan anda da sağ orta hissəsi onun idarə etdiyi traktorun sol ön təkərinə dəymiş və traktor yerində sirkələnsədə aşmamışdır. O, həmin vaxtı traktoru yolun sağına torpaq yola doğru istiqamətləndirərək yoldan çıxarmışdır. O, tez traktordan düşərək kamazın qarşısına qaçmış və VAZ 21099 markalı avtomobilin mühərrikindən alov qalxmasını görmüşdür. Orada ondan başqa kimsə olmamışdır. Həmin vaxtı Kamazm sürücüsü yük avtomobilin içərisində oturubmuş. O, Kamaz markalı avtomobilin sürücüsünə ötmə əməliyyatı etdiyinə görə irad bildirərək “bundan ötrümü tələsirdin” demişdir. Daha sonra Kamazın sürücüsünə Kamazı arxaya sürməsini və vurulan avtomobili Kamazın altından çıxarmağı demişdir. Sürücü bir neçə dəfə cəhd edəndən sonra Kamazı arxaya sürmüş və VAZ 21099 markalı avtomobil kamazın altından çıxmışdır. Artıq yol keçən avtomobillər hadisəyə görə dayanmış və avtomobildən düşərək hadisə yerinə gəlmişlər. O, tez traktorunda olan alov söndürəni götürərək alovu söndürmüşdür. VAZ 21099 markalı avtomobilin sürücü tərəf qapı açılmadığından o, qapını aça bilməmişdir. Həmin vaxtı kənddə yaşayan şəxslərdən biri ling gətirmiş və o, lingin köməkliyi ilə avtomobilin qapısını açaraq sürücünü çıxartmışdır. Daha sonra orada olan şəxslərdən kimsə sol tərəfdə ön oturacaqda oturan şəxsə baxaraq həmin şəxsin artıq öldüyünü bildirmişdir. Bundan sonra ətrafda olan şəxslərlə birlikdə onlar sərnişinidə avtomobildən çıxararaq yerə uzatmışlar. Ətrafda olan şəxslər təcili yardıma və polisə zəng etmişlər. Bir qədər sonra təcili yardım avtomobili gələrək xəsarət alan şəxsi və ölən şəxsi təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Bundan sonra o da işi olduğundan orada dayanmaraq öz yaşadığı evə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Şəmkir rayonu, Qasımalılar kəndinin girişində olmuşdur. Yolda icazə verilən maksimal sürət 50 km/saatdır. Toqquşma yerində VAZ 21099 markalı avtomobilin ön hissəsi yolun sol tərəfində yoldan kənardadır. Kamaz markalı 90JM251 dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir rayonu, VAZ 21099 markalı 90CP472 dövlət qeydiyyat nişanlı avtomobil Gədəbəy rayonu istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində Kamaz markalı avtomobilə məxsus 7 metr tək təkərli tormuz izi vardır.Hadisə yerində hər iki nəqliyyat vasitəsinə məxsus sınmış və qırılmış hissələr vardır. 02 fevral 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi Şəmkir - Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində baş vermişdir. Yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla hadisə yerində düz və hamardır, sürücülərin hərəkətləri üçün maneəsizdir. Baxış zamanı yol örtüyü yaş vəziyyətdə olmuşdur. Avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 7.5 metrdir. Baxış zamanı müəyyən olundu ki, yol nəqliyyat hadisəsi baş vermiş yerdə icazə verilən maksimal sürət 50 km/saatdır. Hadisə baş vermiş yol yol işıqlandırılmır. Hadisə yerində Kamaz markalı avtomobilə məxsus 7 metr uzunluğunda tormuz (və ya sürüşmə asfalt yaş olduğundan tam müəyyən etmək mümkün olmur) izi vardır. Hadisə yerində VAZ 21099 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil əks hərəkət zolağında yolun sol hissəsindədir. Ön tərəfi ehtiyyat hissədə arxa tərəfi isə yolun hərəkət hissəsindədir. Kamaz markalı ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobili yolun ehtiyyat hissəsindədir. Toqquşma yerindən Vaz 21099 markalı avtomobilin dayandığı yerə qədər yeddi metr məsafə vardır. Hadisə yerində hər hansı predmet götürülmədi. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. VAZ 21099 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil və Kamaz markalı ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobili hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. Vaz 21099 markalı avtomobildə bir nəfər sürücü və təxminən 300 kiloqram yük olmuşdur. Kamaz markalı avtomobil isə yüksüz vəziyyətdə olmuşdur. Hadisədən öncə Kamaz markalı avtomobil enişə doğru, VAZ 21099 markalı avtomobil isə yoxuşa doğru hərəkətdə olmuşdur. Hadisədən əvvəl sürücülərin hərəkəti üçün hər hansı bir maneə olmamışdır. Sürücü Təqsirləndirilən şəxs və Şahid3 hadisədən əvvəl ayıq vəziyyətdə olmuşdur. 02 fevral 2023-cü il tarixdə mərhum Zərərçəkmiş şəxs meyidinin bədəninə baxış keçirilmiş və bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. 02 fevral 2023-cü il tarixdə Şəmkir rayon X4 Hüquqi şəxsin Konsultativ Poliknika şöbəsindən alınmış “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları, o cümlədən xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokollara əlavə edilmiş foto-cədvəllərlə bir daha tam sübuta yetirilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ölümün səbəbi isə baş beynin diffuz travması, kəllə əsasının sınığı. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 Publik Hüquqi şəxsin Şəmkir rayon Şöbəsindən alınmış 02 fevral 2023-cü il tarixli 07 nömrəli rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlərbaşın tüklü hissəsində sağ gicgah nahiyyəsinin əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ diz oynağının ön və bayır səthinin , hər iki baldırın ön səthinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 02 fevral 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətləri əlamətlərinə malikdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 Publik Hüquqi şəxsin Şəmkir rayon Şöbəsindən alınmış 03 fevral 2023-cü il tarixli 109 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər burun nahiyəsinin, sol mil-bilək oynağının ön səthinin, hər iki baldır nahiyəsinin yuxarı üçdə birini sıyrıqları, çənə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin yumşaq toxumalarının ağrı halında əzniyi, sağ budun yuxarı üçdə birinin bayır səthinin, sağ diz oynağının iç səthinin, sol diz oynağının ön səthini və sol ayağın iç topuq nahiyəsinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətli 02 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi üzrə 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar onun ifadəsində göstərdiyi xüsusatlarm düzgünlüyünün müəyyən edilməsi məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu Qasımalılar kəndinin Şəmkir istiqamətindən girişində yolun sol hissəsini orta xəttən bir metr məsafəni göstərərək 02 fevral 2023-cü il tarixdə yol nəqliyyat hadisəsinin həmin yerdə baş verdiyini bildirmiş və törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 10 may 2023-cü il tarixli 8/1045 nömrəli məhkəmə yol nəqliyyat hadisələrinin tədqiqi ekspertizasının rəyində göstərilmişdir ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hərəkətlərində “Yol hərəkəti haqqında “Azərbaycan Respublikası Qanunun 35-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin, 69-cu bəndinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. İstintaq tərəfindən müəyyən edilmiş məlumatlarına əsasən VAZ 21099 markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5.6. İstintaq tərəfindən müəyyən edilmiş məlumatlarına əsasən Belarus-892 markalı ** AB *** dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Şahid2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq zamanı yol-nəqliyyat hadisəsinin iştirakçısı Təqsirləndirilən şəxs məxsus VAZ 21099 markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid3 idarə etdiyi Kamaz makalı ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobili cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus VAZ 21099 markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin Şəmkir RPŞ-nin duracağında saxlanması və Şahid3 idarə etdiyi Kamaz makalı ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qəbz alınaraq sahibinə qaytarılması nəzərə alınmışdır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, Zərərçəkmiş şəxs ölümü meyitin müayinəsinə başlamazdan 2-4 saat əvvəl baş vermişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 1(076)-186/2023 saylı hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilmədən 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, 128 manat ekspertiza xərcinin ondan tutulması və Kamaz markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə Şahid3 qaytarılması göstərilmişdir. 22 iyul 2023-ci il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs Gədəbəy rayonunda saxlanılaraq Şəmkir RPŞ-nin MSY-yə təhvil verildiyindən cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Şəmkir rayon Məhkəməsinə vəsatət və təqdimatla müraciət edilmiş və Şəmkir rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayətin qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. İşdə olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü, Bakı şəhəri, Plotnikov küçəsi, ev 33, mənzil 5-də qeydiyyatda olan Şahid3 adına xx.xx.2014-cü il tarixdə xx.xx.2024-cü il tarixə kimi AC-037888 saylı “BE,CE,DE” dərəcəli, xx.xx.1992-ci il təvəlüdlü Gədəbəy şəhəri, S.Vurğun küçəsi 40-da qeydiyyatda olan Təqsirləndirilən şəxs adma xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək AE-333373 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin vətəndaşların adları sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İşdə olan Gədəbəy şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy şəhərində arvadı və qızları ilə birgə yaşayır. İşdə olan Gədəbəy şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvad Abdullazadə soyadı verilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), ilk dəfə cinayət məsuliyyətində cəlb edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması və cinayət işinin icraatına xitam verilməsini xahiş etməsi, baş vermiş yol nəqliyyat hadisəsində digər şəxsin də təqsirli hesab olunması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalananı cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası aşağı həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ 21099 markalı 90CP472 dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat pulun ödənilməsi və iş üzrə maddi sübut Kamaz markalı 90JM251 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və tutulmalı olan məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ 21099 markalı 90CP472 dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat pulun ödənilməsi və iş üzrə maddi sübut Kamaz markalı 90JM251 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Gədəbəy Rayon İcra və Prоbаsiyа şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar