Məhkəmə qərarları › İş №1(076)-245/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-245/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-245/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2000–ci il tarixdə Şəmkir rayonu, Qaranüy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Şəmkir rayonu, Qaranüy kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən “Uğur” şadlıq evinin həyətində bir neçə dəqiqə əvvəl əmisi Şahid3 ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında baş vermiş sözlə mübahisə ilə əlaqədar məsələyə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs yanına yaxınlaşan zaman, sonuncunun qəflətən onun boyun nahiyəsində əli ilə vurmasından əsəbləşərək Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində qisas almaq niyyəti ilə yumruğu ilə onun sifət nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona sol gözaltı nahiyyəsinin dərialtı hematoması ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 onun əmisi, Zərərçəkmiş şəxs və Şahid2 isə onun həmkəndlisidir. Onlar aralarında heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Turqayla bir stolda əyləşib spiritli içki araq qəbul etdikdən bir müddət sonra şadlıq sarayının həyətinə çıxmış, o sarayın həyətində Nemət Bəxtiyar oğlu, Mişa Şahin oğlu, Cavid Mətləb oğlu və Sirac Armayıs oğlu ilə birlikdə söhbət edən zaman həmkəndlisi Şahid2 əmisi Şahid3la aralarında narazılıq baş verdiyini görmüş onları sakitləşdirməyə başlamış, bu vaxt Şahid2 əmisi oğlu Zərərçəkmiş şəxs sanitar qovşağından çıxıb onların üzərinə gəldiyini görüb ona tərəf yaxınlaşaraq sakiləşdirməyə başlayan zaman Turqay onun boyun nahiyəsindən yumruqla vurmuş, Zərərçəkmiş şəxs onu vurmasından sonra onun üzərinə gedərək onun sifət nahiyəsindən yumruqla vurub ona xəsarət yetirmiş, bu vaxt onları həmd kəndliləri Nemət və Araz adlı şəxslər aralamışdır. Adları çəkdiyi şəxslər onları araşdırdıqdan sonra əmisi Şahid3la birlikdə oradan çıxıb evə getmişlər. Hadisə 2-3 dəqiqə davam etmiş və kənardan onların davadalaşına kənar şəxslər toplaşmamış, o, hadisə zamanı Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən vurub ona xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid2 tanıyır. Şahid2 onun əmisi oğlu, digər iki nəfər şəxs isə onun həmkəndliləridir. Onlarla aralarında əvvəllər heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. 13 yanvar 2024-cü il tarixdə “Uğur” şadlıq sarayında keçirilən toy məclisində əmisi oğlu Şahid2, həmkəndliləri Yusif Elzam oğlu, Süleyman Nofəl oğlu, Coşqun Emin oğlu ilə birlikdə stolda əyləşərək yeyib içməyə başlamışdır. Bir qədər adlarını çəkdiyi şəxslərlə birlikdə yeyib içdikdən sonra qonşu stolda əyləşən Təqsirləndirilən şəxs və onun əmisi Şahid3 əyləşdikləri stola keçib orada əyləşmiş, həmin vaxt Tural stoldan qalxaraq çölə çıxmış, o, İlkinin əyləşdiyi stolda əyləşərək digər yoldaşlarla araq içməyə başlamış, bir qədər sonra Şahid3 onların yanına gəlmiş, onlar İlkinlə araq içməyə davam etmiş, bu vaxt İlkinə nə üçün mənimlə araq içmirsən demiş, Şahid3 ona "sən uşaqsan, sənin nəyinlə mən araq içməliyəm" deyən zaman onun sözləri ona pis təsir etmiş, Şahid3 məndən üç dörd yaş böyük olarsan deyib belə hərəkət etmək lazım deyil demiş, həmin vaxt Şahid3la aralarında sözlə narazlıq baş vermiş, bu vaxt İlkin əmisi Turalı götürüb şadlıq evindən çölə çıxmış, o, yenidən əvvəl əyləşdiyi əmisi oğlu olan stola getmiş və orada onların olmadığını görmüşdür. Həmin vaxt çö çıxıb şadlıq evinin həyətində yerləşən sanitar qovşağına getmiş, orada olan zaman həyətdə səs gəldi eşitmiş, sanitar qovşağından çölə çıxan zaman artıq Tunar ilə Turalın arasında sözlə narazılıq olduğunu görmüş, onların yanına yaxınlaşan zaman Təqsirləndirilən şəxs ona tərəf gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs onu vuracağnı fikirləşmiş, onun boyun nahiyəsindən əli ilə vurmuş və bu vaxt Təqsirləndirilən şəxs yumruqla onun sifət nahiyəsindən vurub ona xəsarət yetirmişdir. Orada olan tanımadığı şəxslər onları aralamış və o əmisi oğlu Tunarla birlikdə evə getmişlər. Bundan başqa, onların mübahisəsi 2-3 dəqiqə davam etmiş və kənardan onların dava dalaşına kənar şəxslər toplaşmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid3 tanıyır. Təqsirləndirilən şəxs onun həmkəndlisi, Zərərçəkmiş şəxs onun əmisi oğlu, Şahid3 isə həmkəndlisidir. Onlarla arasında əvvəllər heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. 13 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən “Uğur” şadlıq sarayında baş tutacaq həmkəndlisi Aydının toy məclisinə getmiş, toy məclisində yemək yeyib araq içkisi qəbul etmişdir. Bir qədər məclisdə əyləşib sonra şadlıq evinin qarşısına çıxmış, o, çölə çıxan zaman Şahid3 görmüş, o, əmisi oğlu Zərərçəkmiş şəxs barəsində danışdığını eşitmiş, ona yaxınlaşaraq ona nə üçün əmisi oğlu Turqayın barəsində danışdığını soruşan zaman, Şahid3 ona qarşı nəlayiq ifadələr işlətməyə başlamış, bu vaxt aralarında sözlə narazlıq baş vermiş və həmkəndlisi İlkin onların yanına yaxınlaşaraq kənara çəkib nə baş verdiyini soruşub onları sakitləşdirməyə başlamış, əmisi oğlu Zərərçəkmiş şəxs onların söhbət etdikləri yerdən təxminən 10-15 metr məsafədə aralıda yerləşən sanitar qovşağından çıxaraq onların yanına gələrkən Təqsirləndirilən şəxs yanlarından onun yanına tərəf gedərək ona narazlığı başa salmaq istəmiş, bu vaxt əmisi oğlu Turqay əli ilə Təqsirləndirilən şəxs itələmiş və Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurub ona xəsarət yetirmiş, o və Şahid3 onları aralaşdırıb Turqayı özü ilə götürüb evlərinə aparmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verǝrǝk Şahid2, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 tanıyır. Həmin şəxslər onun həmkəndliləridir. Adlarını çəkdiyi şəxslərlə aralarında heç bir narazılıqları və ədavəti olmamış, həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. 13 yanvar 2024-cü il tarixdə həmkəndlisi Aydının Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən "Uğur" şadlıq evində keçirilən toy məclisinə getmiş, həmkəndliləri ilə birlikdə toyda bir neçə saat iştirak etdikdən sonra şadlıq evinin həyətinə çıxmış, həmin vaxt şadlıq evinin həyətində Şahid3, Şahid2 və Təqsirləndirilən şəxs söhbət etdiklərini görmüş, onlar arasında kənardan baxan zaman narazılıq olduğunu hiss etmiş, özü onların yanına getməmiş, o, şadlıq evinin həyətində dayanıb onlara baxan zaman həmkəndlisi Zərərçəkmiş şəxs şadlıq evinin həyətində yerləşən sanitar qovşağından çıxaraq onların yanına gedən zaman Təqsirləndirilən şəxs ona tərəf gedib sakitləşdirmək istəmiş, bu vaxt Zərərçəkmiş şəxs İlkinin boynundan əli ilə vurmuş, İlkində qayıdıb yumruqla onun sifət nahiyəsindən vurmuş, həmin vaxt onları Şahid2 və Şahid3 aralaşdırıb özü ilə aparmışdır. Onun sonrasından heç bir məlumatı olmamışdır. Bundan başqa, hadisə 13 yanvar 2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən "Uğur" şadlıq evinin həyətində baş vermiş, mübahisə zamanı orada heç kim olmamış, onlar mübahisə edən zaman kənardan şəxslər tolaşmamışlar və ümumiyyətlə başqa şəxslər görməmişdir. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 71 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol gözaltı dərialtı hemotoması KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 13 yanvar 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə sol gözaltı dərialtı hemotoması yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.. İşdə olan Şəmkir RİHB–nin Dəllər-Cırdaxan kənd İ.Ə.D-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən “Uğur” şadlıq evinin həyətində bir neçə dəqiqə əvvəl əmisi Şahid3 ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında baş vermiş sözlə mübahisə ilə əlaqədar məsələyə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs yanına yaxınlaşan zaman, sonuncunun qəflətən onun boyun nahiyəsində əli ilə vurmasından əsəbləşərək Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində qisas almaq niyyəti ilə yumruğu ilə onun sifət nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona sol gözaltı nahiyyəsinin dərialtı hematoması ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yengel zərər vuran xəsarət yetirməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qızı tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 25 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 25 saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar