Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-245/2025 23.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1982-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində azyaşlı övladı X1 qonşuluqda yaşayan azyaşlı X3 ilə mübahisə etməsi səbəbindən sonuncunun anası Şahid3 ilə sözlə mübahisə edib qarşılıqlı olaraq bir-birlərini təhqir etdiklərinə görə bir neçə dəqiqə sonra məsələyə aydınlıq gətirmək üçün onun yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş Şahid3 qaynanası Zərərçəkmiş şəxs ilə mübahisəni davam etdirərkən sonuncunun qəsdən onun saçlarından tutub yolması və əlləri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsi nəticəsində başın tüklü hissəsində təpə nahiyəsində saçların seyrəlməsi və dəridə nöqtəvari qansızmalar, qarının ön divarının qançırı, sağ əlin ovuc səthinin sıyrığı və sol diz oynağının ön səthinin əzilmiş səthi yarası ilə müşayiət olunan törədildiyi vaxt dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən Zərərçəkmiş şəxs qisas almaq niyyətilə qəsdən əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ qulaq tənəliyinin əzilmiş yarası ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində yaşadığı evin həyətinin çöl qapısının qarşısında olmuşdur. Həmin vaxt qonşu uşaqlardan biri ona oğlu Tural ilə qonşusu Əsginazın nəvəsi İsmayılın yaşadığı evin yaxınlığında yerləşən dördyol ayrıcında dalaşmalarını söyləmişdir. O Dərhal həmin yerə getmiş və İsmayılın oğlu Turaldan təxminən 10 metr aralıda dayanıb onu söyməsini görmüşdür. Həmçinin oğlu Turalın üstbaşı dağınıq olmuş, əynindəki köynəyi cırılmış və Tural ağlamışdır. O, Turaldan nə baş verməsini soruşanda Tural ona İsmayılın onu döyməsini söyləmişdir. O, İsmayıldan nə üçün oğlu Turalı söyməsini və onu döyməsini soruşmuşdur. İsmayıl da, ona yaxşı etdiyini bildirmişdir. O, həmin vaxt əsəbləşmiş və İsmayılı vurmaq üçün onun üstünə getmişdir. İsmayıl isə onun üstünə gəldiyini gördükdə oradan qaçıb getmişdir. O da, həmin vaxt yaxınlıqda olan İsmayılın qardaşı Vüsala bir sillə vurmüşdur. Bu zaman İsmayıl anası Ramidəni çağırmışdır. Ramidə onun yanına gəlib ondan nə üçün oğlu İsmayılı qovaladığını soruşmuşdur. O da, Ramidəyə oğlu İsmayılın onun oğlu Turalı döyməsini söyləmişdir. Ramidə də, ona oğlu İsmayılın yaxşı edib Turalı döyməsini söyləmişdir. Buna görə də, Ramidə ilə arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Ramidə ona nalayiq ifadələr işlətmişdir. O da, Ramidəyə ona cavab vermişdir. Həmin vaxt onların aralarında heç bir dava-dalaş baş verməmişdir. Daha sonra o, oğlu Tural ilə yaşadığı evə qayıtmışdır. Aradan təxminən bir saat keçdikdən sonra o, yaşadığı evin həyətinin çöl qapısının qarşısında olmuudur. Oğlu Tural da, onun yanında olmuşdur. Bu zaman Ramidənin qayınanası qonşusu Əsginaz onun yanına gəlmişdir. Əsginaz onun yanına gələr-gəlməz ondan nə üçün onun gəlini Ramidəni söyməsini soruşmşdur. O da, Əsginaza Ramidənin onu söyməsinə görə onu söydüyünü bildirmişdir. Həmçinin nəvəsi İsmayılın onun oğlu Turalı döyməsini bildirmişdir. Əsginaz isə ona nəvəsi İsmayılın yaxşı edib Turalı döyməsini söyləmiş və qəfildən sol əli ilə onun saçından tutub dartmış və sağ əli ilə bir neçə dəfə sifət və baş nahiyələrindən sillə ilə vurmuşdur. Həmin vaxt o da, Əsginazın saçından tutub dartmış, onlar əlbə-yaxa olmuşlar. O, Əsginazı tutub silkələmişdir. Həmin vaxt Əsginaz yerə yıxılmış və o da, Əsginazı buraxmışdır. Əsginaz yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Guya huşunu itirmişdir. Həmin vaxt İsmayıl onun tərəfə gəlmişdir. Onun əlində bıçaq olmuşdur. İsmayıl onu sözlə ölümlə hədələmişdir. Bu zaman qonşuları Ləman və Aynurə onu kənara çəkdimişlər. Daha sonra Əsginazın gəlinləri Ramidə və onun eltisi, qayını Məzahir oraya gəlmişlər. Ramidə və Eltisi onu itələmişlər və o, yaşadığı evin həyətinin çöl qapısının qarşısında olduğu üçün evinin həyətinə yıxılmış və diz nahiyəsindən xəsarət almışdır. Daha sonra o, ayağa qalxıb çölə çıxmaq istəyərkən Ləman və Aynurə onu evin həyətinə salmış və həyətin qapısını örtmüşlər. Bundan sonra Əsginaz, oğlu Məzahir, gəlinləri və nəvəsi İsmayıl çöldən ona nalayiq ifadələr işlətməyə başlamışlar. Daha sonra onlar çıxıb getmişlər. Həmçinin Təqsirləndirilən şəxs Nurəddin qızının qızı ifadəsində göstəmişdir ki, Zərərçəkmiş şəxs və Şahid3 yalan danışırlar. xx.xx.2024-cü il tarixdə o və oğlu X6 Kərimovanı və Zərərçəkmiş şəxs döyməmişlər, onlara heç bir xəsarət yetirməmişlər. Əksinə Əsginaz və nəvəsi İsmayıl onu və oğlu Turalı döymüşlər. Həmçinin o, Əsginazın qulaq nahiyəsinə xəsarət yetirməmişdir. Həmin vaxt orada o, oğlu Tural və Əsginaz olmuşdur. Səs-küyə də, İsmayıl, Ramidə, onun eltisi, qayını Məzahir və qonşuları Ləman, Aynurə, Aygün, Zeynəb gəlməmişdirlər. Sonradan əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmışdır. Odur ki, məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında işdən evinə qayıdan zaman gəlini Ramidə ona məlumat vermişdir ki, azyaşlı nəvələri qonşu Günayın oğlu ilə dalaşıblar, aralarında kiçik mübahisə olub, buna görə də, evlərinə gələn Günay oğlu Turala görə gəlini Ramidə ilə mübahisə edib, onu təhqir edib və nəvələrimə hədə-qorxu gəlib. O, məsələyə aydınlıq gətirmək üçün Günayın evinə getdmiş və görmüşd ür ki, Günay evin qarşısında kartof təmizləyir. O, Günaydan onun evinə gəlib gəlini ilə mübahisə etməsinin, nəvələrimə hədə-qorxu gəlməsinin səbəbini soruşmuşdur. Günay isə ona nəvəsi Vüsalın onun oğlu Turalın köynəyini cırmasını söyləmişdir. O da, Günaya uşaqların arasında olan məsələyə görə nə üçün gəlini Ramidəni təhqir etməsini söyləmişdir. Günay da, ona yaxşı etməsini bildirmişdir. Buna görə də, Günay ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Günay onun üstünə gəlmiş və onun yaxasından tutmuşdur. Onlar əlbəyaxa olmuşlar. Onlar bir-birilərinə əl-qol atmışlar. O, Günayın saçından tutb dartmışdır. Günay da, onun saçından dartan zaman sağ qulağındakı sırğa əlinə keçmiş, dartıb qulağının sırğasını qoparmışdır və o, ayağın kapron olduğuna görə yerə yıxılmış, özümü itirmiş, qan onu aparmışdır. O, özünə gələndə görmüşdür ki, ona ailə üzvləri yardım göstərirlər. Onu evə gətirdikdən və əllərindən gələn köməyi ona göstərdikdən sonra oğlu Məzahir hadisə ilə əlaqdar 102 xidmətinə müraciət edib məlumat vermişdir. Bir qədər sonra yaşadığı ünvana polis əməkdaşları gəlmişlər, o, hadisənin mahiyyəti barədə məlumat və ərizə vermişdir. Daha sonra ilkin tibbi yarıdm almaq üçün Şəmkir RMX-na müraciət etmiş, qulağına tikiş qoyub qanaxmanın dayandırmışlar. Hadisə nəticəsində sağ qulaq nahiyəsindən xəsarət almışdır, əsaasən sağ qulağımın sırğa yeri cırılmışdır. O, Günayın evinə dava-dalaş üçün getməmişdir, getmişdir ona izah etsinedim ki, qonşuya eyibdir, adam uşağa görə dava-dalaş salmaz, hörmətsizlik etməz, nə üçün vəziyyətdən evində kimsənin olmamasından sui-istifadə edib gəlini Ramidəni tək görüb onunla mübahisə edərək onu təhqir edib, vəfat etmiş anasının ruhunu təhqir edib. O, düşünürmüş ki, Günay ondan səhvinə görə üzr istəyər, tam əkisnə Günay onu döymüşdür. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Dava-dalaş zamanı orada ondan və Günaydan başqa heç kim olmayıb, səs-küyə gəlinləri Ramidə və Şəhanə, oğlu Məzahir, nəvəsi İsmayıl gəlmişdirlər. Başqa kimin gəlməsini bilmir. Günay ilə arasındakı dava-dalaş zamanı Günay onun sağ qulaq nahiyəsinə xəsarət yetirmişdir. O da, Günayın saçlarından tutub dartmışdır. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir, o, Sədiylə barışmışdır, sonuncudan şikayəti və tələbi yoxdur, məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 02 sentyabr 2024-cü il tarixli, 833 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sağ qulaq tənəliyinin əzilmiş yarası KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəi 01 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB-nın Zəyəm qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxs Sədi Əliyevin ona istinad edilən əməli törətməsi, həmin əməldə onun təqsirli olması sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs notariyal qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 11 saat üçün nəzərdə tutulan 121 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 121 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №1(076)-245/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-245/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver