Məhkəmə qərarları › İş №1(076)-246/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-246/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-246/2023 27.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Sahib oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Şəmkir rayonu, Təzəkəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Şəmkir rayonu, Yeni-Yol kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik madəllər olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr-oktyabr aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda yaşadığı Şəmkir rayonu, Yeni-Yol kəndi ərazisindəki su arxının kənarında yabanı halda bitmiş çətənə kollarının toxumlarını toplayıb 2023-cü ilin mart ayın 24-də Şəmkir rayonu Yeni-Yol kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkib qanunsuz olaraq tərkibində narkotik maddələr olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 21 iyul 2023-cü il tarixdə saat 11 radələrində Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindən 4 (dörd) ədəd, xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Şahid1 ilə birlikdə yaşayır, təxminən 3-4 il olarkı marixuanadan istifadə edir. Özü istifadə etmək üçün yaşadığı evin həyətində çətənə kolları əkmək qərarına gəlmiş və təxminən 2022-ci ilin sentyabr-oktyabr ayında Şəmkir rayonu Yeni-Yol kəndində su arxının kənarında yabanı halda bitmiş çətənə kollarından əldə edib saxladığı toxumları xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində 1 ədəd toxumu plastik qaba 3 ədəd toxumu isə torpağa basdırmışdır. Basdırdığı toxumların dibinə su tökməklə təxminən 15-20 gün qulluq etmişdir. 21 iyul 2023-cü il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Yeni-Yol kəndində yaşadığı evdə olanda polis əməkdaşlarının gəlmiş yaşadıqları evin həyətində qanunsuz olaraq narkotik vasitə əkməsi ilə əlaqədar yaşadığı evə baxış keçirəcəyini bildirmişlər. O, polislərlə razılaşmışdır. Polis əməkdaşları evin həyətində narkotik vasitə əkib-əkmədiyimi soruşduqda o, həyətyanı sahədə olan çətənə kollarını təqdim etmişdir. Yaşadığı evin həyətindən ümumilikdə 01 ədəd plastik qabda əkilmiş və 3 ədəd torpağa əkilmiş çətənə aşkar edilmişdir. Çətənə kolları onun iştirakı ilə həyətə gətirilib kökündən çıxarılmış, boyları ölçülmüşdür. Çətənə kolları ölçülən zaman ölüçələri 164-190 sm olması müəyyən edilmiş, ekspertiza üçün torbaya qoyulub qablaşdırılmış, möhürlənərək götürülmüş, o, da qablaşdırmaya imza etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmişdir. O, da tərtib edilmiş protokola imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nin Kür RB-nə gətirilmiş, üzərinə vəkilin iştirakı ilə baxış keçirilmiş psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmişdir. O, da tərtib edilmiş protokola imzalamışdır. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi vəzifəsində işləyir. Şəmkir rayonu, Yeni-Yol kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 21 iyul 2023-ci il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nə Şəmkir rayonu, Yeni-Yol kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə onun tərəfindən raportla müraciət edildikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra bölmə rəhbəri tərəfindən əməliyyat qrupu yaradılmışdır. Onun rəhbərliyi ilə də həmin qrupun üzvləri təyin edilmiş və sonra əməliyyat qrupunun üzvləri, bölməyə məxsus xidməti avtomobilə oturub Şəmkir rayonu, Yeni-Yol kəndi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir rayonu, Yeni-Yol kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, yolda Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumatı yoxlanılması üçün yaşadığı evə baxış keçiriləcəyini deyilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alındıqdan sonra Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Rəşad Xəlilovun, aqronom alim Vaqif Dumanovun və polis əməkdaşlarının iştirakı ilə Mübariz Musayevin yaşadığı evə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Mübariz Musayevin yaşadığı evin həyətində müxtəlif ölçülü cəmi 04 ədəd çətənə kolları aşkar edilmişdir. Aqronom alim Vaqif Dumanov baxış zamanı aşkar edilmiş kolların çətənə kolları olmasını, kollara aqro texniki qaydada qulluq edildiyini demişdir. Aşkar edilmiş kollar ağ torbaya qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs məxsus evdən, evin otaqlarında, həyətyanı sahəsindən başqa hər hansı bir narkotik vasitə, onun prekusorları, qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmişdir. Protokolu imza etmişlər. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs əməkdaşlarla birlikdə Şəmkir RPŞ-nin Kür RB-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Rəfayıl oğlu şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. Məhkəmə iclasında səhəti ilə bağlı iştirakı mümkün olmadığından tərəflərin xahişi ilə Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 21 iyul 2023-cü il tarixdə Şəmkir rayonu, Yeni-Yol kəndində yaşadığı evdə olanda polis əməkdaşları Rasimlə birlikdə gəlmiş və evin həyətində qanunsuz olaraq narkotik vasitə əkməsi ilə əlaqədar yaşadığı evə baxış keçirəcəyini bildirmişlər. Polis əməkdaşları Rasimdən həyətdə narkotik vasitə əkib-əkmədiyini soruşduqda o, həyətyanı sahədə olan çətənə kollarını təqdim etmişdir. Yaşadığı evin həyətindən ümumilikdə 04 ədəd çətənə aşkar edilmişdir. Çətənə kolları Rasimin iştirakı ilə həyətə gətirilib kökündən çıxarılmış, boyları ölçülmüşdür. Çətənə kolları ölçülən zaman ölüçələri 164-190 sm olması müəyyən edilmişdir. Çətənə koluna bənzər kütlələr ekspertiza üçün torbaya qoyulub qablaşdırılmış, Аzərbaycan Respublikası DİN-in 117 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. O, da qablaşdırmaya imza etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdən narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmişdir. Rasimin çətənə kollarını əkməsindən onun məlumatı olmamışdır. Bundan sonra Rasim polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nin Kür RB-nə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir rayonu Yeni-Yol kəndində yerləşən evə və həyətyanı sahəyə ev sahibi Təqsirləndirilən şəxs və aqranom-alimin iştirakı ilə baxış keçirilmişdir. Evin həyətyanı sahəsi evlə birgə 0,20 ha təşkil edir. Ev həyətyanı sahəsinin təxminən 0,04 ha hissəsində tikilmişdir. Həyətyanı sahədə meyvə ağacları var. Həyətə girişdən sol tərəfdə mənzil yerləşir. Mənzilin arxa tərəfində bağça var. Sahə otla örtülmüş vəziyyətdədir. Bağçaya sahəyə girişdən sağ tərəfdə dəmir barmaqcıqlarla mühafizə olunmuş ərazi var. Orada olan boş tikilidə çətənə kolarına oxşar 3 ədəd bitki kolları aşkar olundu. Çətənə kollarının suvarılması üçün diblərinin torpağı boşaldılmış, suvarılmış və təmizlənmişdir. Baxışda iştirak eden ev sahibi Təqsirləndirilən şəxs həmin çətənə tərkibli bitki kollarını əkməsini, becərdiyini və qulluq etməsini etiraf etdi. Bundan sonra həyətin digər tərəfinə baxış keçirildi. Bağçada müxtəlif çeşidli meyvə ağacları var. Baxış zamanı bağçadan ağacların arasında plastik qabda 1 ədəd çətənə koluna oxşar bitki kolları aşkar olundu. Mütəxəssis qismində dəvət edilmiş aqronom alim X6 aşkar olunan çətənə kollarının narkotik tərkibili bitkilər olduğunu və onların diblərinə su verilməklə, dibləri yumşaldılmaqla, ətrafları təmizlənməklə aqro texniki qulluq olunduğunu bu barədə rəyini təqdim edəcəyini bildirdi. Çətənə kolları torpaqdan çıxarılaraq boyları ölçüldü. Çətənə (kolları ölçülən zaman boylarının 164 sm-dən 190 sm-dək olması müəyyən edildi. Çətənə kollarına bənzər kütlələr ekspertiza üçün torbaya qoyulub qablaşdırıldı və Azərbaycan Respublikası DİNnin 117 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra baxış mənzildə keçirildi. Baxış keçirilən ev iki mərtəbəli olmaqla 9 otaqdan ibarətdir. Ev orta təmirlidir, içərisində yaşayış üçün ləvazimatlar vardır. Baxış zamanı mənzildən hər hansı narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmadı. 21 iyul 2023-cü il tarixdə aqronom X5 rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Yeni-Yol kəndindəki evinin həyətindən boyları 164-190 sm olan 4 ədəd narkotik tərkibli çətənə kolu aşkar olundu. Aşkar olunmuş çətənə kollarına aqrotexniki qulluq işləri aparılmışdır. 21 iyul 2023-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:25-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 21 iyul 2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməkdə Şübhəli bilinərək Şəmkir rayonu Yeni-Yol kəndində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş və şübhəli şəxs qisminde tutulmuş Təqsirləndirilən şəxs üzərinə vəkil Müdafiəçinın iştirakı ilə şexsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs Üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, Əgər varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın və narkotik vasitənin olmadığını bildirdirib üzərində olan köynəyin sol cibindən bir ədəd argo siqaret qtusunu təqdim etdi. Siqaret qutusunun içərisində 3 ədəd siqaret və 1 ədəd alışqan var. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs Üzərindən aşkar edilmiş sigaretlə alışqan iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən geri qaytarıldı. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da şəxsi axtarış başa çatdı. Cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 21 iyul 2023-cü il tarixli 16/742 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ev sahibi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları..” yazılar və imzalar olan kisədə ümumi sayı 04 (dörd) ədəd, ümumi çəkisi 2650 qram bitki nümunələri əkib becərilməsi olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İşdə olan Şəmkir Rayon Mərkəzi X9 şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkolojin kabinetdə qeydiyyatda dayanmır. Törətdiyi cinayət əməli sübuta yetirildiyi üçün Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri nəzərə alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. Şəmkir RİHB Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı və oğlu ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Şəmkir RİHB Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 31 iyul 2023-cü il tarixli, 1265 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hall müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 04 (dörd) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi X10 oğluna ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qоyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş 04 (dörd) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar