Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-247/2023 15.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi X3, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Şəmkir rayonu, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Bayramlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.18-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan və qadağan olunmuş müddətdə qanunsuz balıq tutmaq məqsədi ilə 25 iyun 2023-cü il tarixdə saat 16:00-da Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anabarının sahilinə gəlmiş, özünə məxsus 2 ədəd avar və 1 ədəd havaüfürən ilə təchiz edilmiş 1 ədəd rezin qayıq və 1 ədəd rezin kombinezon vasitəsilə su anbarına girib qayıqda olan özünə məxsus balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələr ilə, yəni 1 ədəd akkumulyator ilə 1 ədəd elektrik cərəyanını artıran cihazı 1 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsinə qoşaraq suya elektrik cərəyanını verib 25 iyun 2023-cü il tarixə saat 18:05-dək, hər biri 33 manat olmaqla 990 manat dəyərində 30 ədəd şamayı və hər biri 11 manat olmaqla 33 manat dəyərində 3 ədəd dabanbalığı balıqlarını qanunsuz tutub balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1023 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 18:05-də sahilə çıxarkən X11 idarəsinin Şəmkir xətt polis məntəqəsinin əməkdaşları tərəfindən saxlanılaraq ondan 2 ədəd avar və 1 ədəd havaüfürən ilə təchiz edilmiş 1 ədəd rezin qayıq, 1 ədəd rezin kombinezon, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi, 30 ədəd şamayı və 3 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 25 iyun 2023-cü il tarixdə saat 16:00-da balıq tutmaq məqsədi ilə Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarının sahilinə gəlmiş və ona məxsus 2 ədəd avar və 1 ədəd havaüfürənlə təchiz edilmiş 1 ədəd rezin qayıqdan və 1 ədəd rezin kombinezondan istifadə edərək su anbarına girib, qayıqda özü ilə götürdüyü 1 ədəd akkumulyator ilə 1 ədəd elektrik cərəyanını artıran cihazı 1 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsinə qoşaraq suya elektrik cərəyanını verib balıq tutmağa başlamışdır. 25 iyun 2023-cü il tarixdə, saat 18:05-dək Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarından müxtəlif növ balıq tutub sahilə çıxmağa başlamışdır. Saat 18:05-də sahilə çıxarkən X11 idarəsinin Şəmkir xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. O bildirmişdir ki, Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarından balıq tutmaq üçün onun balıqovlama bileti yoxdur və həmin vaxt balıq tutmanın qadağan edildiyini bilir. Polis əməkdaşları Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarına çıxmaq üçün istifadə etdiyi 1 ədəd rezin qayığa telefonun video kamera vasitəsi ilə baxış keçirərkən, həmin qayığın içərisində ona məxsus 2 ədəd avarı, 1 ədəd havaüfürəni, 1 ədəd akkumulyatoru, 1 ədəd elektrik cərəyanını artıran cihazı, 1 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsini, üzərində olan 1 ədəd rezin kombinezonu, həmin balıqovlama vasitələri ilə qanunsuz tutduğu 3 ədəd dabanbalığı və 30 ədəd şamayı balıqlarını aşkar edərək götürmüşlər və keçirilmiş baxışın nəticəsi ilə əlaqədar protokol tərtib etmişlər. Həmin protokol o və tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Rəsmi icazə, yəni balıqovlama bileti olmadan qadağan edilmiş müddətdə qadağan edilmiş alətlə Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarına elektrik cərəyanının tətbiq edilməsi ilə balıq tutmanın qadağan edildiyini, yəni bunun cinayət olduğunu bilirmiş, lakin başqa çıxış yolu olmadığından ailəsinə qida əldə etməkdən ötrü həmin əməli törətməyə məcbur olmuşdur. Hazırda əməlindən səmimi peşmandır, vurulmuş maddi ziyanı ödəmişdir. Himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və ailədə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında mülki iddiaçı Zərərçəkmiş şəxs 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şəmkir rayonu, Bayramlı kendi istiqamətində Şəmkir su anbarında qanunsuz balıq tutmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları"nın 2-ci bəndinin 2.5.6-ci hissesinin tələblərini pozmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 eded rezin kombinezon, 1 ədəd havaüfürən, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 eded "Domça" adlandırılan balıqovlama vasitəsi, 30 ədəd şamayı və 3 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Faktla bağlı Təqsirləndirilən şəxs Su NPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixde protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları"nın 2-ci bəndinin 25.6-ci hissəsinə əsasən qadağan edilmiş vaxtda sənaye məqsədləri ilə balıqların ovlanması qadağandır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr"in 10-cu bəndinə əsasən hesablanır. 30 ədəd şamayı balığının qanunsuz tutulması ilə vurulan ziyan 1 ədəd şamayı balığı 33,00 manat, 33,00 manat x 30 ədəd 990,00 manat, 3 ədəd dabanbalığı balığının qanunsuz tutulması ilə vurulan ziyan 1 ədəd dabanbalığı balığı 11,00 manat, 11,00 manat x 3 ədəd = 33,00 manat. Balıq ehtiyatlarına vurulan ziyan 1023 (min iyirmi üç) manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya ve Tebii Sərvətlər Nazirliyinin 2 saylı X8 Sərvətlər İdaresi "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə, Azerbayca Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 243 nomreli qərarı ile təsdiq edilmiş "Baliq ve digər bioresurslarının sənaye ovu Qaydaları"nın 1-ci bəndinin 1.9.6-cı hissəsinə və Azerbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 962 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Su bioresurslarının artırılması, bərpası mühafizəsi fondu haqqında Əsasnamə"yə əsasən vətəndaş Təqsirləndirilən şəxs barəsində 1023,00 mara məbləğində iddia qaldırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə məktub ünvanlayaraq, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurulmuş ziyanı tamamilə ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X11 İdarəsinin Şəmkir xətt polis məntəqəsinin rəisi vəzifəsində xidmət edir. 25 iyun 2023-cü il tarixdə X11 idarəsinin Şəmkir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 18:05-də Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarında balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bununla bağlı video çəkilişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, 1 ədəd havaüfürən, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi, 30 ədəd şamayı və 3 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 30 ədəd şamayı və 3 ədəd dabanbalığı balıqlarını 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, 1 ədəd havaüfürən, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi ilə rəsmi icazəsi olmadan Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarından qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və X7 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə ********* nömrəli conayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 25 iyun 2023-cü il tarixdə saat 18:05-də Su NPİ-nin Şəmkir XPM-nin əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarında qanunsuz balıq ovu ilə məşğul olan, şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1982-ci ildə Şəmkir rayonu, Bayramlı kəndində anadan olmuş, Şəmkir rayonu, Bayramlı kəndində yaşayan Təqsirləndirilən şəxs saxlanılmışdı. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, 1 ədəd havaüfürən, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd «Domça» adlandırılan balıqovlama vasitəsi, 30 ədəd şamayı və 3 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun balıqovlama bileti olmadığı və həmin balıqları aşkar edilmiş balıqovlama vasitələri ilə Şəmkir rayonu, Bayramlı kəndi istiqamətində Şəmkir su anbarından qanunsuz tutmuşdur. Baxış zamanı «Samsung» markalı mobil telefondan istifadə edilməklə video və foto çəkliş aparılmışdır. İş üzrə Təqsirləndirilən şəxs qanunsuz tutduğu balıqlara və balıqovlama vasitələrinə baxış aparılmasını özündə əks etdirən 1 ədəd diskə baxış keçirilməklə nəticələri protokolla rəsmiləşdirilmişdir. Baxış zamanı müəyyən edilən xüsusatlarla baxış protokolunda qeyd edilmiş xüsusatlar eynilik təşkil etmişdir. xx.xx.2023-cü il tarxli 048287 saylı qaimə-fakturadan görünür ki, 2.80 (iki manat səksən qəpik) manat dəyərində qiymətləndirilmiş 30 ədəd şamay və 03 ədəd çəki dabanbalığı balıqları "xxxx" MMC–nin mühasibi X2 təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs yanında X1 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-505/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Respublika Psixiatriya Xəstəxanası X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmayıb. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs MOSKVA Ş.CŞİD RYAZON RDİŞ.Dİİ MOSKVA Ş.Kuzmin Rayon Məhkəməsinin xx.xx.2007-ci tarikli hökmü ilə RFCM 161 M2 HİS “A,Q” BƏND. 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhküm edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, 3-14-41/2-402/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına vurulmuş 1023 manat ziyan tamamilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş “Kapital Bank"ın ASC-nin qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 1023 manat pul ödəməklə balıq ehtiyatlarına vurduğu ziyanı ödəmişdir. İşdə olan Şəmkir RİHB Bayramlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs, arvadı və uşaqları ilə birlikdə Şəmkir rayonu, Bayramlı kəndində yaşayır. İşdə olan Şəmkir RİHB Bayramlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İşdə olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində cina təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi və şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə qazanc gətirən yeganə şəxs olmasını və onun tərəfindən vurulmuş maddi ziyanı tam olaraq dövlət büdcəsinə ödənilməsini və ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, qeyd olunan normanın tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 256.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan biri təyin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi, cəzanı ağırlaşdıran halların olmaması, bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünün təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddəsinə əsasən cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə göstərilənlərə əsasan hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan, yüngül cəza növü olan islah işləri cəzasını təyin etsin. Məhkəmə həmçinin hesab edir ki, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzaların təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, islah işləri cəzasına məhkum edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı saxlanması üçün "xxxx" MMC–nin mühasibi X2 təhvil verilmiş və təhvil verilərkən 2.80 (iki manat səksən qəpik) manat dəyərində qiymətləndirilmiş 30 ədəd şamay və 03 ədəd çəki dabanbalığı balıqlarının dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti Dövlət büdcəsinə keçirilməlidir. Həmçinin mülki iddia ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına vurduğu 1023 manat məbləğində ziyanın məhkəmə istintaqı dövründə tam ödəməsi, ona qarşı şikayət və tələbin olmaması nəzərə alınmalı, Zərərçəkmiş şəxs 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı “vurulmuş maddi ziyanla bağlı” iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 08 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi qızına ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və təhqiqat zamanı saxlanması üçün Azərbaycan Respublikası DİN-nin X11 İdarəsinin Şəmkir XPM-nin rəisi Şahid1 təhvil verilmiş, 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd avar və 01 ədəd havaüfürən ilə təchiz edilmiş 01 ədəd rezin qayığ, 01 ədəd rezin kombinezon, 01 ədəd akkumulyator, 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd “Domça” adlandırılan balıqovlama vasitə istifadəyə yararsız olduğu üçün hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İbtidai istintaq zamanı saxlanması üçün "xxxx" MMC–nin mühasibi X2 təhvil verilmiş və təhvil verilərkən 2.80 (iki manat səksən qəpik) manat dəyərində qiymətləndirilmiş 30 ədəd şamay və 03 ədəd çəki dabanbalığı balıqlarının dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti Dövlət büdcəsinə keçirilsin. Mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut olan baxış keçirilməsi video görüntülərin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-247/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-247/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver