Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-249/2023 17.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X11 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X9 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonu, Yeniabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç nəfər azyaşlı üşağı olan, fərdi əməklə məşğul оlan, məhkumluğu olmayan, Şəmkir rayonu Sabirkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Şəmkir-Kür avtomobil yolunun, Şəmkir rayonu Yeniabad kəndinin ərazisindən keçən hissəsində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan BMW X-5 markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkət edərkən "Yol hərəkəti haqqında’' Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və həmin Qanunun 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq idarə etməməli və əks istiqamətdə hərəkətdə olan avtomobilin geriyə dönmə manevri etməsini nəzərə alaraq hərəkət üçün təhlükə yarandığını gördükdə avtomobilin surətini tam dayanma həddinə qədər azalmaq üçün mümkün olan tədbirləri görməyib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunun qeyd olunan tələblərini pozaraq yolun əks istiqamətində hərəkətdə olan və geriyə dönmə manevri edən X4 idarə etdiyi “VAZ-2106” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyyatsızlıqdan sürücü Ramiz Qəhrəmanova başın tüklü hissəsində sağ gicgah və təpə nahiyəsinin, sağ qaşın bayır qurtaracağının əzilmiş yaraları, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ gözətrafı yumşaq toxumaların qançırı, döş qəfəsinin qapalı küt travması, sol tərəfli İV-V-Vİ-Vİİ qabırğaların yerini dəyişmiş sınıqları, sol ağciyərin əzilmiş-cırılmış yarası, sol tərəfli hematoraks, döş rəfəsinin arxa səthində sol kürək nahiyəsinin, bel nahiyəsinin sol yarısının sıyrıqları, bel nahiyəsinin sağ yarısının qançırı, hər iki diz oynağının və sol baldırın yuxarı üçdə birinin ön səthinin, sağ ayağın iç topuq nahiyəsinin əzilmiş yaraları və onun ölümünə səbəb olan baş beynin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan ağır kəllə-beyin travması nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə onun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, BMW X-5 markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi var. 12 fevral 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi BMW X-5 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Kür avtomobil yolu ilə Şəmkir rayonu Yeniabad kəndi ərazisindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman X4 idarə etdiyi VAZ-2106 markalı **-CF-*** dövlət nömrə nişanlı avtomobilin Kür qəsəbəsi istiqamətində yolun sağ tərəfində dayanmış, yaxınlaşan zaman həmin avtomobil əks istiqamətdə hərəkət etməyə başlamış və qəflətən arxaya dönmə etmişdir. Bu zaman dərhal tormuzdan istifadə etmiş, ancaq avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobilin qabaq tərəfi ilə VAZ-2106 markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfindən vurmuşdir. Toqquşmadan sonra idarə etdiyi avtomobil VAZ-2106 markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobili basaraq yolun sağ tərəfınə çıxartmış, toqquşmadan sonra idarə etdiyi avtomobilin tormuz sistemi işləmədiyi üçün təxminən 40- 45 metr qabağa gedib dayanmışdır. Avtomobildən dər hal düşüb VAZ-2106 markalı, **-CF- *** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşmış və oraya gələn adamlarla birlikdə sürücü X6 avtomobildən çıxartmış və xəstəxanaya aparmışdır, sonradan isə onun öldüyünü eşitmişdir. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Toqquşma onun hərəkət istiqamətində yolun sağ hərəkət hissəsində baş vermişdir. Hadisədən əvvəl VAZ-2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 70-80 metr məsafədən gömüş, toqquşma isə həmin avtomobil dönməyə başlayandan 2-3 saniyə sonra baş vermişdir. Hadisə zamanı avtomobili təxminən 80 km/saat surətlə idarə etmiş, avtomobildə sərnişin və ya yük olmamışdır. Hadisədən əvvəl, eləcə də hadisə zamanı idarə etdiyi avtomobildə heç bir texniki nasazlıq olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi dəstək olmuş, onunla barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, etdiyi əməlindən səmimi peşman olmasını, himayəsində üç nəfər azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 oğlu ifadəsində göstərdi ki, mərhum X12 onun doğma oğludur və bir evdə yaşayıblar. 12 fevral 2023-cü il tarixdə saat 16 radələrində Şəmkir şəhərində olan zaman oğlu Şahid1 ona zəng edərək tez Yeniabad kəndinə gəlməsini demişdir, oraya gəldikdə yol-nəqliyyat hadisəsi olduğunu, çoxlu sayda adamların toplaşdığını görmüşdür. Orada bilmişdir ki, oğlu X4 idarə etdiyi VAZ-2106 markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə BMW X-5 markalı, **- OD-*** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, təcili tibbi yardım avtomobili oğlu Ramiz Qəhrəmanovu xəstəxanaya aparmış və o ölmüşdür. Hadisə vaxtı BMW X-5 markalı, **- OD-*** qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Hadisə zamanı yaxınlığında olan digər oğlu Şahid1 deməsinə görə Ramiz Qəhrəmanov idarə etdiyi VAZ- 2106 markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə onu Yeniabad kəndində təkər təmiri sexinin qarşısında düşürəndən sonra Ramiz idarə etdiyi həmin avtomobillə Kür qəsəbəsi istiqamətində hərəkət etmiş, təxminən 40-50 metr gedəndən sonra əks tərəfdən gələn BMW X-5 markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobil qarşısında hərəkət edən beton qarışdıran avtomobili ötüb keçərkən idarə etməni itirmiş və öz istiqamətində yolun sol tərəfinə çıxaraq Ramizin idarə etdiyi avtomobillə toqquşmuşdur. Avtomobili yoldan çıxararaq arxa salmışdır. Hadisə vaxtı BMW X-5 markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət etmiş və tormuzdan istifadə etməmişdir. Hadisə zamanı qonşuları Zahid Abbasov da yaxınlıqdakı sexin qarşısında olmuş, başqa kimlərin olduğunu isə bilmir. Hadisədən sonra Təqsirləndirilən şəxs onlara maddi və mənəvi dəstək olmuş, onunla barışıq əldə etmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd edilənləri nəzəra alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 fevral 2023-cü il tarixdə saat 16 radələrində mərhum qardaşı X12 idarə etdiyi VAZ-2106 markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə onu Şəmkir şəhərindən Yeniabad kəndində yerləşən təkər təmiri sexinə gətirmiş, sexin qarşısında avtomobildən düşəndən sonra Ramiz idarə etdiyi avtomobillə Kür qəsəbəsi istiqamətində hərəkət etmişdir. Təxminən 40-50 metr gedəndən sonra əks tərəfdən gələn BMW X-5 markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobil qarşısında hərəkət edən beton qarışdıran avtomobili ötüb keçərkən idarə etməni itirərərək öz istiqamətində yolun sol tərəfinə çıxmış və həmin avtomobilin qabaq tərəfi Ramizin idarə etdiyi avtomobilin sağ tərəfi ilə toqquşmuş, avtomobili yoldan çıxararaq arxa salmış, BMW X-5 markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobil 20-30 metr qabağa gedib dayanmışdır. Qardaşı Ramizin avtomobilinə yaxınlaşanda onun avtomobildə qabaq sağ oturacağın ayaqaltına düşüb qaldığını görmüş, Ramizi avtomobildən çıxartmışdır. Təcili tibbi yardıma çağrılmış, ancaq qardaşı Ramiz artıq ölmüşdür. Hadisəni törədən BMW X-5 markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə hadisə yerində görmüşdür. Toqquşma Kür qəsəbəsi istiqamətində yolun sağ hərəkət hissəsində baş vermiş, hadisə zamanı qardaşı Ramiz Qəhrəmanov VAZ-2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 20 km/saat sürətlə idarə etmiş, BMW X-5 markalı, **-OD-*** qeydiyyat nişanlı avtomobil isə təxminən 200 km/saat sürətlə hərəkətdə olmuşdur. Qardaşı Ramiz onu təkər sexinə gətirən zaman qonşuları Zahid Abbasov da həmin avtomobildə olmuş və birlikdə sexin qarşısanda düşmüşlər. Həmin vaxtı yolda kiminsə olduğuna fikir verməmiş, ancaq hadisədən sonra oraya tanımadığı xeyli adam toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Füzuli oğlu ifadəsində göstərdi ki, 12 fevral 2023-cü il tarixdə saat 16 radələrində qonşuları X12 idarə etdiyi VAZ- 2106 markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə onu və öz qardaşı Şahid1 Şəmkir şəhərindən Yeniabad kəndinə gətirmiş, onlar təkər sexinin qarşısında avtomobildən düşəndən sonra Ramiz idarə etdiyi avtomobillə Kür qəsəbəsi istiqamətində getmişdir. Raminlə öz kəndləri istiqamətində təxminən 5 dəqiqə piyada gedəndən sonra avtomobillərin toqquşma səsini eşitmiş, hadisə yerinə tərəf qayıtmış, ancaq yaxına getməmiş, X4 idarə etdiyi VAZ-2106 markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobilin BMW X-5 markalı, nömrə nişanını bilmədiyi avtomobillə toqquşduğunu görmüşdür. Ondan sonra adamlar oraya toplaşmış, sonradan isə Ramiz Qəhrəmanovun öldüyünü eşitmişdir. Avtomobillərin toqquşmasını görməmiş, həmin vaxtı hadisə yerindən təxmənən 150-200 metr kənarda olmuş, buna görə yol-nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 yol nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi hadisə Şəmkir-Kür avtomobil yolunun, Şəmkir rayonu Yeniabad kəndinin ərazisində, yaşayış məntəqəsindən keçən hissəsində baş vermişdir. Hadisə yerində avtomobil yolu asfaltbeton, düz və qurudur. Yol örtüyünün eni 8,0 metr, yolda avtomobillərin hərəkəti iki tərəflidir, hərəkət hissələrinin eni 4.0 metrdir. Şəmkir şəhəri istiqamətində yolun sol çiyni 4,1 metr, sağ çiyni 2,5 metrdir. Avtomoibillərin toqquşma yeri Şəmkir şəhəri istiqamətində yolun sağ hərəkət hissəsində, yolun sağ kənarından 2,4 metr məsafədə yerləşir. BMW X-5 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir şəhəri istiqamətində, VAZ-2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Kür qəsəbəsi istiqamətində hərəkətdə olmaqla geriyə dönmə əməliyyattı etmişdir. Hadisədən sonra BMW X-5 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 52 metr məsafədə, Şəmkir şəhəri istiqamətində yolun sağ tərəfində, VAZ-2106 markalı, **-CF-*** 'dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşma yerindən 12,6 metr məsafədə, Şəmkir şəhəri istiqamətində yolun sağ kənarında qarşısı hasara dirənmiş vəziyyətdə dayanmışdır. Toqquşma zamanı BMW X- 5 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi, VAZ-2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sağ və qabaq hissələri əzilmişdir. 12 fevral 2023-cü il tarixdə X1 meyidinin bədəninə baxış keçirilmiş və bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. 12 fevral 2023-cü il tarixli 49№-li “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları, o cümlədən xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokollara əlavə edilmiş foto-cədvəllərlə bir daha tam sübuta yetirilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ölümün səbəbi isə baş beynin diffuz travması. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X13 Publik Hüquqi şəxsin meyitin ekspert rəyindən körünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlərbaşın tüklü hissəsində sağ gicgah və təpə nahiyəsinin, sağ qaşın bayır qurtaracağının əzilmiş yaraları, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ gözətrafı yumşaq toxumaların qançırı, döş qəfəsinin qapalı küt travması, sol tərəfli İV-V-Vİ-Vİİ qabırğaların yerini dəyişmiş sınıqları, sol ağciyərin əzilmiş-cırılmış yarası, sol tərəfli hematoraks, döş rəfəsinin arxa səthində sol kürək nahiyəsinin, bel nahiyəsinin sol yarısının sıyrıqları, bel nahiyəsinin sağ yarısının qançırı, hər iki diz oynağının və sol baldırın yuxarı üçdə birinin ön səthinin, sağ ayağın iç topuq nahiyəsinin əzilmiş yaraları KÜT əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 12 fevral 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəlləbeyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olar ki, X7 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolin, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 10 may 2023-cü il tarixli 8/1429 nömrəli məhkəmə yol nəqliyyat hadisələrinin tədqiqi ekspertizasının rəyində göstərilmişdir ki, 1.2. “VAZ-2106 markalı **-CF-***dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. BMW X-5 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq zamanı yol-nəqliyyat hadisəsinin iştirakçısı Təqsirləndirilən şəxs məxsus BMW X-5 markalı, **-OD-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil və X4 idarə etdiyi VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, X8 məxsus VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəmkir RPŞ-nin duracağında saxlanması və Təqsirləndirilən şəxs idarə etdiyi BMW X-5 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibinə qaytarılması nəzərə alınmışdır. 28 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və verdiyi izahatını imzalayaraq təsdiq etmişdir. DİN BDYPİ-nin Qİİ Gəncə ASAN xidmət tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “B1,B,C1C” kateqoriyalı, BC125425 saylı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququndan məhrum edilməmişdir. İşdə olan Şəmkir rayonu Yeniabad kəndi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Hüseynov X2 yaşayır. İşdə olan Şəmkir rayonu Yeniabad kəndi İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və onun barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. İşdə olan şəxsiyyəy vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci ildə anadan olmuş Reyhanə, xx.xx.2017-ci ildə anadan olmuş Dəniz və xx.xx.2021-ci ildə anadan olmuş Emil adlı üç nəfər azyaşlı uşaqları var. 27 sentyabr 2023-cü il tarixli 12 saylı ziyan aktından göünür ki, VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5253 (beş min iki yüz əlli üç) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının, Moskva şəhəri, Koptev Rayon Məhkəməsinin xx.xx.2013-cii il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 2-ci hisssəsinin A bəndi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Ölkə ərazisində cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onlara maddi və mənəvi dəstək olmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, baş vermiş yol nəqliyyat hadisəsində digər şəxsin də təqsirli hesab olunması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalananı cəzanı yüngülləşdirən halların dairəsini, habelə təyin olunacaq cəzanın çəkilməsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrum etmə cəzası orta həddə və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut- BMW X-5 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra X1 hüquqi varisi X10 qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat manat Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməli. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 (bir yüz iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut- BMW X-5 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut VAZ 2106 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra X1 hüquqi varisi X10 qaytarılsın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-249/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-249/2023
17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver